'Allahın kərəmi hikməti ilə toqquşmaz, kərəm hikmətə uyğun olaraq həyata keçər. Məhz bu səbəbdən bəzi dualarımız qəbul olmur.'
Əbdülvahid Amidi, Ğurərul-hikəm, c.1, səh.226
Əbdülvahid Amidi, Ğurərul-hikəm, c.1, səh.226
İmam Sadiq(ə.s) buyurur: 'Sizə dua etməyi tövsiyə edirəm. Dua elə bir ibadətdir ki, onunla siz Allaha yaxınlaşırsınız, dua ilə yaxınlaşdığınız kimi başqa ibadətlərə yaxınlaşa bilməzsiniz.' Yəni mən dua ilə o qədər ucala bilərəm ki, başqa ibadətlə o qədər ucala bilmirəm.
Biharul-Ənvar, c.90, səh.303
Biharul-Ənvar, c.90, səh.303
Obaşdan yeməyi hazırlayanda deyirdi: "Yemək mühüm deyil. Mühüm olan əhyadır". Bəzən dostlarına çayla pendir-çörək verirdi. Dəbdəbəli xörəklər hazırlamaq fikri yox idi, hər şeyin sadəsini xoşlayırdı.
Mənəvi məsələlərə çox ciddi yanaşırdı. Axirəti məqsad seçmişdi və buna görə də, bütün işlərində Allahın onu gördüyünü nəzərə alırdı.
İsmət📖
Şəhid İsmət Purənvəri barədə xatirələr
Mənəvi məsələlərə çox ciddi yanaşırdı. Axirəti məqsad seçmişdi və buna görə də, bütün işlərində Allahın onu gördüyünü nəzərə alırdı.
İsmət📖
Şəhid İsmət Purənvəri barədə xatirələr
'Ey mənim Mövlam, yoxsa məni qapından qovmusan, xidmətində olmaqdan mı uzaqlaşdırmısan, bəndəlik haqqını yüngül saydığımı görüb məni Özündən mi kənarlaşdırmısan, yaxud Səndən üz döndərdiyimi gördüyünə görə mi mənə qəzəblənmisən və yaxud yalançılardan hesab etdiyinə görə mi məni tərk etmisən?! Yoxsa nemətlərinin şükrünü yerinə yetirmədiyimə görə mi məhrum etmisən, yaxud alimlərin məclisində olmadığıma görə mi məni xar etmisən, yaxud da qafillərdən hesab etdiyinə görə mi rəhmətindən məyus etmisən?! Batil əhlinin məclisində onlarla ünsiyyət qurduğumu gördüyünə görə mi onların öhdəsinə buraxmısan və ya duamı eşitmək istəmədiyinə görə ki dərgahından uzaqlaşdırmısan. Xəta və təqsirimə görə mi məni yaxalamısan, yaxud da həyasızlığıma görə mi məni cəzalandırmısan?! Ey Rəbbim, əgər məni əfv etsən, onsuz da məndən qabaqkı günahları da həddən artıq bağışlamısan. Ey Rəbbim, Sənin lütf və kərəmin müqəssirləri cəzalandırmaqdan daha böyükdür, mən Sənin fəzlinə sığınır, Səndən Sənə tərəf qaçıram.'
Evin kişisi dağlara, xanımı çeşməyə, övladlar isə ot və çiçəklərə bənzəyir. Çeşmə dağlara yağan yağışın suyunu özünə çəkməlidir ki, otlara və çiçəklərə indi kimi saf su verib çöl-çəməni ürəkaçan, yam-yaşıl rəngə boyaya bilsin. Dağlara yağış tökməsə və ya dağlıq ərazinin relyefi suyun torpağa hopmasına əngəl olsa, çeşmə quruyar, otlar və çiçəklər məhv olar.
Düzənliyin həyatında yağış, xüsusilə də dağlara yağan yağıntılar əsas rol oynadığı kimi, ailə həyatının başlıca sütunu da kişinin qadına bəslədiyi sevgi və səmimi hisslərdir. Məhz bu sevgi və isti münasibət həm qadının, həm də ailədə böyüyən övladların həyatına gözəllik, sevinc və xoşbəxtlik bəxş edir.
Mürtəza Mütəhhəri
'İslamda qadın haqları'
Düzənliyin həyatında yağış, xüsusilə də dağlara yağan yağıntılar əsas rol oynadığı kimi, ailə həyatının başlıca sütunu da kişinin qadına bəslədiyi sevgi və səmimi hisslərdir. Məhz bu sevgi və isti münasibət həm qadının, həm də ailədə böyüyən övladların həyatına gözəllik, sevinc və xoşbəxtlik bəxş edir.
Mürtəza Mütəhhəri
'İslamda qadın haqları'
İmam Əli(ə.s) bir kəsin digəri üçün 'Görüm heç bir dərd və qəm görməyəsən.' deyə duasını eşitdi. İmam dua edənə belə dedi: Bu nə duadır edirsən? Necə dərd, qəm, bəla görməsin? Heç bildin mi ki, onun üçün necə bir dua etdin? Sanki ona dedin ki, Allah səni öldürsün. Çünki yalnız bu dünyada öləndən sonra dərd, qəm, bəla qurtaracaq. Dünya durduqca bəlası da qaçılmazdır. Belə bir dua yalnışdır.
Forwarded from pearly.pg (Səbuhi)
Türkiyədə mövcud iqtidar hakimiyyətə gələndən bu yana din sahəsində bir çox ciddi işlər görülüb. Məscidlər tikilir, mədrəsələr (imam hatiblər) açılır, uzun illər davam edən hicab problemi belə öz həllini tapdı. Hakimiyyət nümayəndələri məscidlərdə namaz qılır, dualar oxuyur, həyat yoldaşları da hicab bağlayırlar. Qısası çox böyük işlər görülüb və görünüşdə hər şey qaydasındadır. Lakin eyni hakimiyyət bu gün onun bəzi siyasi addımlarını tənqid edən bir sıra inanclıları haqsız yerə həbs edir, bu zülmə etiraz edən yaxınlarını, hətta qadınları belə camaatın gözünün qabağındaca dubinka ilə döydürür. Üstəlik bu işi hicablı polis xanımlara gördürür. Görürsünüz, hicablı xanımlar belə polisdə işə düzələ bilirmiş. Nə gözəl! Amma hansı gün üçün? Nə məqsədlə? Məhz zülmə etiraz edən bu günahsız insanları dubinkayla döydürmək üçün.
Forwarded from pearly.pg (Səbuhi)
Bu kimi faktlar göstərir ki, sizin bəzi problemlərinizi həll edənlər heç də sizin dərdinizi çəkmirlər. Onların məqsədi ağılları gözlərində olan insanlar üçün süni qəhrəmanlar düzəldib onları gələcəkdə ən həssas məqamlarda daha böyük layihələr üçün istifadə etməkdir. Yazıq camaat da elə başa düşür ki, bunu edənlər camaata ürəkləri yanıb edir. Daha bilmirlər ki, onları tora salmağın ən asan və zəhmətsiz yolu budur. Çox sadə bir misal çəkim. Uzun illərdir Türkiyə hökümətinin İsrailə terror dövləti dediyini, bunu hər fürsətdə dilə gətirdiyini görmüşük, eşitmişik. Lakin iki dövlət arasındakı ticarət əlaqələrinin statiskasına baxanda məlum olur ki, ticarət dövriyyəsi son 10 ildə artan tempdə davam edir. Görürsünüz, camaatın başını necə qatırlar? Ona görə də insanlar diqqətli olmalıdırlar. Bəzən görülən yaxşı işlər daha böyük fəlakətlərə zəmin hazırlamaq üçün məqsədli şəkildə görülür.
İmam Sadiq(ə.s) buyurur: 'Beytul ğina'da (yəni haram musiqilər ifa olunan yerdə) insan bəlalardan amanda qalmaz və orada edilən dua qəbul olmaz.' Deməli, dua edəndə doğru yer seçməliyik.
Həzrət Peyğəmbər buyurur: 'Allah həya edir ki, insan əlini göyə qaldırıb dua edəndə əvəzində ona heç nə verməsin.'