Şeytan 1 dəfə Allaha qarşı çıxdı səcdə etmədi.
İnsan gündə 5 dəfə Allaha qarşı çıxır.
Çox təsirli
İnsan gündə 5 dəfə Allaha qarşı çıxır.
Çox təsirli
Dərə ilə üstündə möhkəm hərbi qala olan böyük qüllənin arasında (ora elə bir yerdir ki, ora qoşun göndərilməsini, hücum etməyi və oranı ələ keçirməyi təsəvvür etmək mümkün deyil) sıldırım qayanın başında bir məscid var. Həmin məscid toxunulmaz qalıb. Onun başına bizim bir bəla gətirməməyimizin səbəbi dəyərini dərk etməməyimiz, əlimizin ona çatmamasıdır. Başqaları da toxunmayıblar, çünki o, Əlinin məscidi olub və buna görə ona əl vurmayıb boşlayıblar, olduğu kimi qalıb. Hər halda, nə dost, nə də düşmən ona əl vurub, quruluşunu dəyişib. Bu, adamın ora əzəmətli hisslər keçirməsinə səbəb olur. Çünki adam Əlinin(ə) məscidinin təxmini vəziyyətini təsvir edir, Əlinin(ə) məscidinin vəziyyətində də mühüm onun məscidinin, yəni namaz qıldığı yerin, yəhudilərin qalasına hücum zamanı yerləşdiyi hərbi qərargahın, Əlinin(ə) məscidinin, xeyməgahının mənasını başa düşür. İslamda məscidin mənası budur. Ondan aşağıda Əlinin(ə) çeşməsi, Əlinin(ə) məscidi, Əlinin(ə) xeyməgahıdır. Əks təbliğat nəticəsində Əlinin(ə) adının çətinliklə çəkildiyi, Aişə demişkən, "Əlinin(ə) adının xeyir işlərdə zəhmətlə yad edildiyi" yerlərin hamısında-Əlinin(ə) adına işarə etdiyimiz və soruşduğumuz yerlərin hamısında onun adı var, özü də özünün əvvəlki şəklində, toxunulmamış vəziyyətdə. Buna görə də tövsiyə edirəm ki, yolunuz düşsə, mütləq, gedib oranı görün. Çünki ora nadan dost və agah düşmənin əli çatmayıb və buna görə də sağlam qalıb. Orada insanın ruhu İslamın erkən dövrünün ab-havasını, Əlinin(ə) hüzurunun ağırlığını hiss edir.
Dr.Əli Şəriəti
Dr.Əli Şəriəti
İnsanların həyatına iki sistem hakimdir: biri zahiri nizamdan, digəri isə batini şüur və qəlbi dərk nizamından ibadətdir. Hədəfə çatmaq üçün batini şüur və qəlbi dərk nizamının qanunları əsasında fəaliyyət göstərmək lazımdır. Çox vaxt olur ki, insan zahirən, dillə bir şey istəyir, lakin qəlbən tamamilə başqa bir şey istədiyindən zahiri deyil, qəlb istəyi gerçəkləşir.
Hər hansı işin gerçəkləşəcəyinə inansan və həqiqi mənada qəlbən istəsən, batini şüur işə düşəcək, yaradılış aləmi ilə mənəvi rabitə qurulacaqdır. Bu zaman bütün təbiət və kaninat sənin xeyrinə işləməyə başlayacaq. İslam peyğəmbəri elə bu nöqtəyə işarə edərək demişdir: "Qəbul olacağına inandığınız bir halda dua edin"
Rövşən Abdullaoğlu

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şəhidin xanımı: Ev təmizliyində mənə çox kömək etdi. Pəncərələri silməkdən tutmuş çəkməcələrə qədər hər yeri təmizlədi. İşi bitən kimi yorğunluqdan divanda uzanıb gözlərini yumdu. Ona meyvə doğrayıb dedim: - Həmid can, həqiqətən, çox kömək etdin. Yorulmayasan!
Gözlərini bir az aralayıb dedi:
- "Yorulmayasan" demək yerinə de ki, Allah qüvvət versin! "Allah qüvvət versin" deyən kimi oturub dedi: - Bir qadın həyat yoldaşı üçün hər şeyin ən yaxşısını diləməlidir. İndi isə "Allah qüvvət versin" demək yerinə, "Allah səni şəhid etsin" de.
Bir az sükut etdikdən sonra dedim: -Allah səni yüz ildən sonra şəhid etsin!
"Yadında qalsın" kitabı

Bir neçə qızıl dükanına baş çəkdik. Barmağıma taxanda rahat olacağım yüngül və sadə üzük axtarırdım. Həmid isə daş-qaşla bəzədilmiş ağır üzük axtarırdı. Mağazaların vitrininə baxanda Həmidin nə isə demək istədiyini hiss etdim.
-Nəsə demək istəyirsiz?
Bir anlıq fikrə daldı.
-Bəli, amma bilmirəm indi deyim, yoxsa yox.
-Sizə necə rahatdırsa, elə də edin, özünüzü əziyyətə salmayın. Bir problem varsa, buyurun, deyin.
Üstündən yarım saat keçsə də, fikrim-zikrim Həmidin demək istədiyi sözdə idi. Buna görə diqqətimi cəmləyib bir üzük seçə bilmirdim. Üzümü ona tutub astadan dedim:
-Həmid ağa, xahiş edirəm, sözünüzü deyin. Diqqətimi toplaya bilmirəm, fikrim dağınıqdır.
Hələ də onunla belə rəsmi danışırdım. Zarafata dedi:
-Axı mən hələ fikirləşib qurtarmamışam.
-Fikirləşib bir nəticəyə gələ bilsəniz, minnətdar olaram.
Yenə bir qədər fikirləşib dedi:
-Mehri azaltmaq mümkündür? Doğrusu, mənə 14 qızıl daha uyğundur.
“Mehr” sözünü deyən kimi anamın Həmidə dediyi sözlər yadıma düşdü.
-Elə buna görə bu qədər fikirləşirdiz? Mən fikrimi dünən bildirdim. Bilirsiz, mənim ana tərəfdən qohumlarımın hamısı 500 sikkədən çox təyin edib. Mən sizi nəzərə alıb 300 demişəm, 200-ünü azaltmışam. Siz də qəbul etsəz, peşman olmazsız.
Heç nə demədi. Birinci gün mənimlə necə rəftar etmişdisə, indi də elə davranırdı. İstədiyi şey yalnız mənim razılığım idi. Onun bu davranışı mənimçün çox dəyərli idi.
Yadında qalsın.🔖

اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا
(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.»
İsra surəsi 14
(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.»
İsra surəsi 14
Bəndəmin intizarı olan tərəfdə qərar tutmuşam, ona görə də bəndəm Məndən xeyirdən başqa bir şey gözləməməlidir. O gərək Mənə nisbətdə yaxşı fikirdə olsun.
Qüdsi kəlam
Qüdsi kəlam
"يُقَالُ أَنَّ مَن تَشَعُرُ بِه يَشعُرُ بِكَ اَيضًا، لُغَةُ ا لاَرواحِ لا تُخطِئُ.
" Denildi ki; Sen birini hissettiğinde, o da seni hisseder. Ruhların dili hata etmez."
" Denildi ki; Sen birini hissettiğinde, o da seni hisseder. Ruhların dili hata etmez."