Telegram Web Link
Bir nəfər imam Sadiqdən(ə.s) 'ismi-əzəm'in nə olduğunu soruşur. İmam ona bunu göstərmək üçün hovuza daxil olmağını istəyir. Həmin şəxs üzmə bilmədiyindən hovuzdan çıxmaq istəyendə onun çıxmasına mane olurlar, boğulmaqla üz-üzə qalır və ümidini itirəndən sonra ixtiyarsız şəkildə Allahı çağırmağa başlayır. Bu zaman imam onu sudan çıxarmaq göstərişi verərək həmin adama belə deyir: 'Bax ismi-əzəm budur, yəni bütün varlığınla Allaha yönəlib Ondan kömək istəmək.'
İmam Sadiq (ə.s) bir gün Abdullah ibn Sənan adlı şəxsə belə buyurur: 'Bir zaman gələcək ki, şübhələrə qərq olacaqsınız. İstədiyinizi tapa bilməyəcəksiniz.

Belə olduğu təqdirdə, Ğəriq duasını oxuyanlardan başqa heç kəs nicat tapmayacaq.' Həmin şəxs soruşdu ki, o hansı duadır? İmam buyurdu: 'ya Allahu, ya Rəhmanu, ya Rahim. Ya Muqallibəl-qulub, səbbit qəlbi alə dinik.' Ey Allah, ey rəhmli, ey qəlbləri bir anda çevirən, qəlbimi Öz dinində sabit et(yəni qəlbimdən dininə qarşı şəkk-şübhəni çıxar).

Ərəbcə Ğəriq suda boğulana deyirlər.
Məndən bu qədər uzaqda ikən, həyatıma bu qədər təsir etməsinə heyran olmuşdum..
Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən(onlara) yaxınam. Bəqərə surəsi 186

Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz! Vaqiə surəsi 85

Biz ona şah damarından da daha yaxınıq! Qaf surəsi 16

Allah insanla onun qəlbi(özü) arasına girir. Ənfal surəsi 24
Bir kəs üç dəfə 'ya ərhəmər-rahimin' desə, həmin mələk belə buyurar: 'Rəhmlilərin rəhmlisi sənə doğru yönəlib, istə istədiyini.'

Mustədrəkul-vəsail, c.1, 2048-ci hədis
"Mən Mehdinin yoxluğuna, həqiqətən, dözə bilmirdim. Bəzən tək Behişte-Məsuməyə gedib Mehdinin məzarı yanında otururdum. Bir dəfə orada oturmuşdum. Bir neçə gənc gəlib dedilər: "Xoş ağa Mehdinin halına ki, gedib şəhid oldu! Biz çoxdandır Suriyaya gedirik, şəhadət arzusundayıq, amma şəhid olmuruq". Biri çadramın ətəyini tutub dedi: "Siz Allah, mənimçün dua edin, şəhid olum". Dedim ki, niyə şəhid olmaq istəyirsiz? Çadramı gözlərinin üstünə qoyub yenə dedi: "Mənimçün dua edin".
Fikirləşdim ki, bəlkə mənim Mehdim də bu gənclərdən biri olub; şəhidlik arzulayıb və arzusuna çatıb. Bunları görəndə ürəyim sakitləşirdi. Mehdini bir neçə dəfə yuxuda da gördüm. Mənə deyirdi:
"Niyə özünü bu qədər incidirsən, ana?! Niyə ağlayırsan?! Mənim yerim yaxşıdır". Beləliklə, get-gedə sakitləşdim".

'Bu, mənim oğlumdur' kitabından.
"Səhra xəstəxanasından düşərgəyə qədər on beş dəqiqəlik yol vardı. Ağa Rəsulun halı, güman ki, yaxşı olub. Sanki heç bir problemi olmayıb. Lakin başındakı qəlpə həssas nöqtədə olduğuna görə qısa müddətdən sonra şəhadətinə səbəb olub, xəstəxanaya çatandan bir neçə dəqiqə sonra dünyasını dəyişib; 2017-ci ilin 26 oktyabrında".
Döyüşçü hələ də nə baş verdiyini anlamırdı. İnana bilmir, Rəsulun bağlı gözlərinə, boz saçına, saqqalına baxırdı. Sanki nə səsi gəlib, nə nəfəs alıb, nə gülümsəyib. Sanki min il idi yuxuya getmişdi.
Döyüşçü udqunub çarpayıya yaxınlaşdı, Rəsulun telefonunu götürdü. O, Aşura ziyarətnaməsinin
üçüncü səhifəsindəymiş...

'Bu, mənim oğlumdur' kitabından.
Bazen vakit kaybedebiliyoruz yolda, hatta bazen o kadar vakit geçiriyoruz ki, yürürken nereye yürüdüğümüzü unutuyoruz.
Dil ilə qəlb arasında ziddiyyət olan zaman istək gerçəkləşməz.
Uzun müddət nəfsimlə savaşdıqdan sonra nəhayət ki, bu əziyyətdən qurtulmanın yolunu tapdım və nəticəni bu cümlədə xülasələşdirdim: 'İlahi, məni özünə aşiq et.'

Şəhid Əmir Hacı Əmini
Gerçəkləşməyən hər şeyin arxasında, Allahın sənin üçün arzu etdiyi xeyir vardır..
Bəzi şəkillərin səsləri vardır, onları eşidə bilirsiniz?
2025/07/02 03:48:58
Back to Top
HTML Embed Code: