Kəlbəcər şəhərinin Baş Planınına əsasən şəhərdə 4 məktəb (960 şagird yerlik) tikintisi planlaşdırılır.
Media is too big
VIEW IN TELEGRAM
♟️🥇🏆 ADU-nun rektoru Kamal Abdulla Avropa çempionu olan ilk qadın şahmatçımız Ülviyyə Fətəliyeva ilə şahmat oynayıb və oyun Ülviyyənin qələbəsi ilə başa çatıb.

👩‍🏫 Qeyd edək ki, Ülviyyə 2017-ci ildə ADU-nun məzunu olub.

📽️ Video: Cavid Zeynallı
Təəssüf ki, daha bir tələbənin ölüm xəbərini aldıq.

Bakı Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.

🥀Allah rəhmət eləsin!
🔥🔥🔥 Sumqayıt Dövlət Universitetindən MÖHTƏŞƏM xəbər!
💥 SABAH.HUB və Sumqayıt Dövlət Universiteti ortaq MBA proqramı həyata keçirəcək!
🔴 Növbəti tədris ili üçün nəzərdə tutulan 60409 - Biznesin İdarə edilməsi şifrli magistratura proqramı çərçivəsində tələbələr biznesyönümlü dərslərdən yararlanacaqlar. Proqram haqda bəzi detalları sizə təqdim edirik:
Kurrikulumda 7 biznes və innovasiyayönümlü dərs yer alacaq;
Dərslərin bir qismi SDU kampusunda, bir hissəsi isə Bakıda - SABAH.academy ofisində baş tutacaq;
MBA proqramı çərçivəsində ənənəvi fənləri SDU əməkdaşları, biznes və innovasiya yönümlü dərsləri isə SABAH.academy-nin yerli və xarici ekspertləri tədris edəcəklər;
Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə), Biznesin təşkili və idarə edilməsi (Maliyyə, MBA proqramı üzrə), Biznesin təşkili və idarə edilməsi (Təhsil üzrə menecment, MBA proqramı üzrə) mövcuddur.
#SDUyaSivilizasiyaGəlir
"Qarabağ Universitetində təhsil alacaq hər bir tələbə kompüterlə təmin olunacaq".

- Elm və təhsil naziri Emin Əmrullayev
ℹ️#XƏBƏRİNİZOLSUN

Diplom və diplom əlavəsini itirən şəxslər nə etməlidir

© www.tg-me.com/operativmm
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
SDU dayanmaq bilmir 😉

😱🔥 BP şirkəti Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramının yaradılması üçün böyük bir təhsil layihəsinə başladı.

📌📣 Proqram üzrə təhsil alacaq tələbələrin sayı ilkin olaraq 15 nəfər olacaq, növbəti 5 il ərzində isə proqram genişləndirilərək bu sayın ümumilikdə 95 nəfərə çatdırılacağı gözlənilir.

#SDUyaSivilizasiyaGəlir
12 il Bakı Modern Təhsil Kompleksinə rəhbərlik etmiş böyük pedaqoq Gülarə Əfəndiyeva ötən gecə yol qəzasında faciəli surətdə vəfat edib.

🥀Allah rəhmət eləsin!
Milli Məclis şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib.
Tərtərdə iki məktəbli arasında dava düşüb. Hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

🚑 9-cu sinif şagirdləri arasındakı davada, onlardan biri yumruq zərbəsi alıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
🔥 EKSKLÜZİV ‼️ Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov vəzifəsindən azad edilib.

📌Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. O, müstəqillik dövründə Azərbaycanın 10-cu Baş naziri olub.
"Adətən deyirik ki, universitetlərdə bufetlər özəl sahədir, müdaxilə etmək olmur, amma hesab edirəm ki, mütləq nəzarət olmalıdır. Tələbələrin vəziyyəti nəzərə alınmalıdır. Əsas da bazar qiymətlərindən yuxarı qiymətlərin qoyulmasına qəti şəkildə icazə vermək olmaz. Çünki bu problemin həllində müəyyən modellər var. Tələbələrə güzəştlər olmalıdır. Onlar aşağı qiymətlərlə yemək yemə imkanı əldə edə bilməlidirlər”.

- Deputat Ceyhun Məmmədov
Zaqatalada 10-dan çox şəxs toyuq dönərindən zəhərlənib.

Zəhərlənənlər arasında tələbələr də var.
⚠️⚠️⚠️ DİM sədri Məleykə Abbaszadədən #önəmli açıqlamalar:

“Dövlət İmtahan Mərkəzinin İmtahan Korpusunda hər gün 2 növbə olmaqla 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər".

📣"İndiyə qədər keçirilən 45 imtahanın 21-i elektron formada keçirilən imtahan olub. O zaman şərait yox idi. Elektron imtahanlarda keçən il 7000 insan iştirak edib".

📌"Dövlət qulluğu ilə bağlı keçirilən imtahanlar artıq elektronlaşdırma prosesinə cəlb ediləcək. Eləcə də bu proses işə qəbul olma imtahanlarına da şamil ediləcək".

‼️"Bu il ərzində kontingenti 2000-dən az olan bütün imtahanlar artıq yeni imtahan korpusunda baş tutacaq. Artıq gələn ilki imtahan cədvəli barədə düşünülür. Hesab edirəm ki, bir il ərzində bütün imtahanlardakı iştirakçı sayı 10.000-dən az olan imtahanları elektron formatda burada keçirə biləcəyik".
Media is too big
VIEW IN TELEGRAM
📽️ Möhtəşəm görüntülər💥

📌Bura Tovuz rayon Əyyublu kənd S.İskəndərov adına tam orta məktəbidir.

👋8-ci sinif şagirdi İmaməli Alıyev Respublika Fənn Olimpiadasında medal qazanıb və məktəb yoldaşları onu alqışlarlarla qarşılayır.👋
Bu gün ADNSU-nun tələbəsi və  BDU-nun məzunu olmuş, dahi lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür..

Dərin hörmət və ehtiramla yad edirik.
‼️Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi - 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyev bu gecə Naxçıvandakı “Bazar gölü”nə düşərək boğulublar.

‼️FHN əməkdaşları meyitləri sudan çıxarıblar.

🥀Allah rəhmət eləsin!
📣#İşVar CV-lərinizi yəhərləyin

🔴 Bakı Dövlət Universiteti nə az, nə çox - 136 boş vəzifəni müsabiqəyə çıxarıb.
Onlardan biri dekan, 22-si kafedra müdiri, 113-ü professor, dosent, baş müəllim və müəllim vəzifəsidir.
Daha bir tələbə qəflətən vəfat edib.

‼️Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II kurs tələbəsi Sevinc Bayramova qəflətən dünyasını dəyişib.

🥀Dəhşətlidir. Allah rəhmət eləsin !
2024/05/13 16:03:44
Back to Top
HTML Embed Code: