Saleh Səməd oğlu Əsədov 1984-cü il dekabrın 29-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Saleh Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Saleh Əsədov oktyabrın 8-də Füzuli döyüşləri zamanı Şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub.

Şəhidimiz 4 medalla təltif edilib.

Şəhidimiz Ailəli idi. Vətənə Əmanət Səməd və Səid adlarında 2 oğlu yadigar qaldı.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əkbər Hüseynov Bahadur oğlu 2001-ci il 11 iyul tarixində Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. 2007-2018-ci illərdə orta təhsilini Bakı şəhəri 252 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildə 11 yaşından Kikboks idman növü ilə məşğul olmağa başlayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. İlk Goranboy rayonunda daha sonra Mingəçevirdə hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Əkbər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Əkbər Hüseynov sentyabr 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı Şəhid olub. Sabunçu rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Səbuhi Azər oğlu Əsədov 19 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Hasanlı kəndindəndir. 15 sentyabr 2005-ci ildə Suraxanı rayonu 85 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoyub, 14 iyul 2016-ci ildə isə həmin məktəbin məzunu olub. 5 iyul 2019-cu ildə isə vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmışdır. Mingəçevir şəhərində N saylı hərbi hissədə hərbi xidmətini davam etdirib. 27 sentyabr Vətən Müharibəsinin başlaması ilə cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılmışdır. 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində Şəhid olmuşdur.

Şəhidimiz 3 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Tural Sərvan oğlu Əsədov 2 fevral 1990-cı ildə Beyləqan rayonunun anadan olub. 2011-ci ildə ailə həyatı quran Tural Əsədovun Turanə və Fatimə adlı iki qızı yadigar qaldı. Orta təhsilini aldıqdan sonra 2008-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladıqdan sonra Azərbaycanda qismən səfərbərlik elan edilir. Tural Əsədov səfərbər olunur və tez bir zamanda çağırılır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Tural Əsədov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olmuşdur.

Şəhidimiz 5 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Elnur İmran oğlu Əsədullayev 1998-ci il iyunun 13-də Lerik şəhərində anadan olub. 2005-2016-cı illərdə V. Müslümov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.
Elnur Əsədullayev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Əsədullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Elnur Əsədullayev oktyabrın 14-də Füzuli döyüşləri zamanı Şəhid olub. Lerik şəhərində dəfn olunub. “Vətənə xidmətə görə” orden və

Şəhidimiz 3 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Murad Rüstəm oğlu Əsədov 15 dekabr 1999-cu ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Ağcabədi rayon şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində orta təhsil almışdır.
Murad Əsədov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Murad Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq 29 sentyabrdan döyüşüb. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Murad Əsədov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Şəhidimiz 3 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Zaur Teyyub oğlu Əsədzadə 2002-ci il 1 fevral tarixində Beyləqan rayonunda anadan olub. 2008-2019-cu illərdə Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseydə orta təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Əsədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Zaur Əsədzadə oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı Şəhid olub.

Şəhidimiz Vətən uğrunda” medalı ilə təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!






https://www.tg-me.com/azerbaycansehidleri
AZƏRBAYCAN ŞƏHİDLƏRİ
Photo
Fərid Ərəstun oğlu Əsgərov 21 may 1996-cı il tarixində Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olmuşdur. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirmişdir. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində işləmişdir. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə xidmətini başa vurmuşdur. Fərid Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılmışdır. 3 oktyabr 2020-ci il tarixində döyüşlərə qatılmışdır. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərid Əsgərov 4 noyabr 2020-ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə Qəhrəmancasına vuruşaraq Şəhid olmuşdur. Fərid Əsgərov Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunmuşdur.

Şəhidimiz 3 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Tural Ələmdar oğlu Əsgərli 1993-cü il aprel ayının 20-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1999-2007-ci illərdə Qıvraq qəsəbəsinin tam orta məktəbində, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2010-2014 cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Əsgərli Tural 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Qazax rayonunda yerləşən "N" saylı hərbi hissənin ön cəbhəsində, tağım komandiri olaraq leytenant hərbi rütbəsində xidmətə başlayıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və göstərdiyi igidliyə görə baş leytenant hərbi rütbəsinə layiq görülüb. 2018-ci ildən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsinin ön cəbhəsində bölük komandiri olaraq xidmət edirdi.

Şəhidimiz 4 medalla təltif edilib.

Şəhidimiz Ailəli idi. Vətənə Əmanət Sunay və Sevgi adlı iki qızı yadigar qaldı.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Elçin Yalçın oğlu Əsgərov 1997-ci il fevralın 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Elçin Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Elçin Əsgərov oktyabrın 25-də Füzuli döyüşləri zamanı Şəhid olub. Kəngərli rayonunda dəfn olunub.

Şəhidimiz 4 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
AZƏRBAYCAN ŞƏHİDLƏRİ
Photo
Firavan Xanbala oğlu Əsgərov 2001-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. 2008-ci ildə Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2019-cu ildə həqiqi hərbi hərbi xidmətə çağırılmışdır. İlk hərbi xidməti Cəlilabad rayonunda keçmişdir. Sonra Bakıda XTQ hissəsində hərbi xidmətini davam etdirib. 2020-ci ilin iyun ayından başalayaraq Türkiyə və Pakistan ordusu ilə hərbi təlimlərə başladılar. Firavanın ilk döyüşü 2020-ci il sentyabr ayının 20-də öz hərbçi yoldaşları ilə birlikdə Goranboyda başladı. Bir çox döyüş yolları keçib, Tovuz döyüşlərində iştirak edib. Murov yüksəkliyinin alınmasında, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrutun və onun bəzi qəsəbələrinin alınmasında iştirak edib. Sonuncu döyüşü Hadrutda bir döyüş yoldaşı ilə birlikdə kəşfiyyata gedir. Firavan döyüşdə ağır yaralanır. Döyüşçü yoldaşları köməyə gəlib onu Füzuli hərbi qospitalına göndərirlər. Firavan çox qan itirdiyindən hərbi qospitalda Şəhid olur.

Şəhidimiz 4 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
İlkin Rauf oğlu Əsgərov 9 sentyabr 2000-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan İlkin Əsgərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Müharibənin bir çox hərbi əməliyyatlarında döyüşüb. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olmuşdur.

Şəhidimiz 2 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Kamran Bayram oğlu Əsgərov 1993-cü il dekabrın 2-də Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb.

2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü olaraq döyüşüb. Kamran Əsgərov oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı Şəhid olub. Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn olunub.

Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimiz Ailəli idi. Vətənə Əmanət Bir qızı, bir oğlu yadigar qaldı.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
Novruz Ələddin oğlu Əsgərov 1980-cı il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Novruz Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Novruz Əsgərov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı Şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.

Şəhidimiz 7 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!





https://www.tg-me.com/azerbaycansehidleri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rauf Vaqif oğlu Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. 1985-1996-cı illərdə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb.

Rauf Əsgərov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Rauf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Rauf Əsgərov oktyabrın 26-da Füzuli döyüşləri zamanı əsgərini neytral zonadan təxliyə edən zaman Şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimiz Ailəli idi. Vətənə Əmanət Üç övladı yadigar qalıb.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!






https://www.tg-me.com/azerbaycansehidleri
Əsgərov Musa Rövşən oğlu 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində doğulmuşdur. 
2007-ci ildə Muşavaq kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 
2017-ci ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbi bitirmişdir. 
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda döyüşmüşdür. 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Şəhid olmuşdur. 

Şəhidimiz 2 medalla təltif edilib.

RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK!




https://www.tg-me.com/azerbaycansehidleri
2024/05/04 01:34:34
Back to Top
HTML Embed Code: