Telegram Web Link
Hamıya hər şey vermək mümkün deyil, çünki hamı çox, hər şey azdır
38👍4
Media is too big
VIEW IN TELEGRAM
İmam Əli Peyğəmbəri vəsf edir
20👍2
33👍9
Deyir, əksər insanlar varlı olmaq yox; digərlərindən daha varlı olmaq istəyirlər.
30👍14
Hərdən köhnə statuslarınıza baxın. Görün nə qədər insanlarla münasibətləriniz artıq soyuyub, ya da yollarınız ayrılıb. Bu da bir tarixdir.
👏27👍20💔106
Deyir, ağıllı insanlar küsüb-incimirlər, onlar nəticə çıxarırlar.
42👍15👏2
Qeyd edirlər ki, əgər sən lap dibdəsənsə və düşəcək daha aşağı bir yer yoxdursa, əslində bu, sənin üçün çox yaxşı mövqedir. Çünki daha sənin yuxarı qalxmaqdan başqa bir çıxış yolun yoxdur.
👍406👏5🔥4
Qeyd edir ki, adətən insanın iki sevimli oyuncağı olur:
Öz taleyi və başqasının hisləri.
👍326🔥5👏4
Nomofobiya telefon və ya kompyutersiz qalma qorxusuna deyilir. Tədricən insanların əksəriyyətində formalaşır. Keçən dəfə statistik göstərici oxudum ki, 80% gənclər yuxudan oyanarkən, ilk gördükləri iş telefona baxmaqdır. Bu artıq həyata yeriyib. Oyanarkən telefona baxmaq, yatarkən də ən son gördüyünün telefon olması...
👍20😢16😱3🔥1
Hər hansısa bir məsələdə nəsə xətrimizə dəyirsə, yaxud inciyiriksə, bu o demək deyil ki, biz haqlıyıq, rəqib isə haqsızdır. İncimək haqqın göstəricisi deyil.
👍3811
Deyir, heç vaxt əksər ağıllı insanların buraxdığı klassik səhvi təkrarlama: Onlar belə güman edirlər ki, dünyada onlardan ağıllı insan yoxdur.
👍289🤔1
Hər kəs ona kədərlə deyirdi: Çox təəssüf ki, səni bundan öncə tanımamışam. Çox təəssüf ki, bundan əvvəl rastıma çıxmamısan.
O isə ürəyində deyirdi: Nə olardı, heç olmasa biriniz məni vaxtında tanıyaydınız.
😢3315💔7👍6😁5
Bəzən adama şans və fürsət bir dəfə, eyni sınaq və imtahan bir neçə dəfə verilir.
👍3810
Çox maraqlıdır ki, kinoteatrlara çıxan "Dune 2" filmi maraqla qarşılanır və yaxşı gəlir toplamağa başlayıb. Mən də gedib baxdım. Bütün film boyu Məhdəviyyət inancı göstərilib. Ya Mehdi, Lisanul-ğeyb (qeybin dili) kimi ifadələr qabardılır. Bu, hər gün "camaat Marsa uçur, siz nağıl danışırsız" deyən adamların dərin sevgi bəslədiyi ölkə tərəfindən istehsal edilib.

Bəli, bu gün Paulo Koelyo "Kimyagər" çıxarır və rekordlar kitabına düşür. Amma az adam bilir ki, bu hekayə Mövlanənin Məsnəvisindən bir hekayədir. Ən çox fərdi inkişaf kitabları satan müəlliflərə baxırsan, filmlərə baxırsan, hətta Tarantino kimi adam filmlərində İncildən sitat gətirir. Bir tək müsəlmanlardan bir zümrədir ki, öz inancını utandığından gizlətməyə başlayır. Yox e, birdən deyərlər, molladır. Vay o gündən ki, hansısa kitabda Quran ayəsi yazılsın. Cahillikdir!

İnsan öz dəyərlərinə sahib çıxmadıqda, bəlkə bu dəyərlərə qarşı düşmən kəsiləndə, başqaları ondan şəxsi mənfəətinə görə yaxşı istifadə edəcək.
33👍22💔1
Bir müdrik deyirdi: Nə qədər ki düşündüyünün ziddinə danışırsansa, inanmadığın şeylərə qulaq asırsansa və niyyətində olduğun şeyləri gerçəkləşdirmirsənsə, deməli, indiyədək yaşayan heç də sən olmamısan...
37👍52
[…] Bil ki, çərxi-dövran iki gündür: Bir gün sənin xeyrinə, bir gün ziyanınadır. Dünya əldən-əldə keçmə yurdudur. Dünyadan sənin xeyrinə olan – gücsüz də olsan – sənə çatacaq. Dünyadan sənin ziyanına olanı isə gücünlə dəf edə bilməzsən.

— “Nəhcül-bəlağə”
👍3221
Simpatiya odur ki, sənin xarici görünüşdən xoşun gəlir.
Vurulmaq odur ki, sənin xarici görünüş və xarakterdən xoşun gəlir.
Sevmək isə odur ki, hətta çatışmazlıqlar belə, sənə sevimlidir. Yəni bir insanı olduğu kimi qəbul edirsən. Görmək istədiyin kimi deyil.
👍2821
Bir var boş vaxtlarında səninlə ünsiyyət quran və əlaqə saxlayan kəs, bir də var səninlə ünsiyyət qurmağa görə vaxtını boşlayan kəs. Bax bu iki tip arasında böyük fərq vardır.
👍4623
Yaxşı insanları zəif, saf, avam, sadəlövh hesab etməyə başladınsa, insanlığın ölməyə başlayıb.
44👍16👏4💯1
Ramazan ayının gəlişi münasibətilə hər kəsi təbrik edirəm. Bir neçə ifadələr var ki, dilimizdə adiləşib: Allah qəbul eləsin, Allah hidayət eləsin. Əgər bu ifadələri həqiqi anlamda dərk etsək, hər gün dəfələrlə Allahdan hidayət və bizdən qəbul etməsini istəyərdik. Oruc nə üçündür? Bəlkə təqvalı olasınız (Bəqərə, 183) Allah yalnız kimdən qəbul edir? Təqvalılardan (Maidə, 27). Bu belə.

Ramazan ayı boyunca müxtəlif və random mövzularda paylaşımlarımı dayandırıram. Ramazan, Orucluq, Qədr gecələri barəsində videolar hazırlamışam. Əgər Allah istəsə, Quranın otuzuncu cüzündəki surələr, tərcüməsi, izahı haqqında xırda-xırda təfsir hazırlamağı istəyərdim. Niyə? Ramazan Quranın nazil olduğu aydır və bu ay ən üstün əməl Quran oxumaqdır. Həm də nə çox mənə yazırdılar ki, Quranın təfsiri barədə nə oxuyaq, kimə qulaq asaq? Allah müvəffəq etsə, başlayarıq.
55👍30🙏3
2025/07/13 18:37:54
Back to Top
HTML Embed Code: