Telegram Web Link
Evlən (ərə get) düzələcək.
Çoxunuz bu xalq məsləhətini eşitmisiz. Tələbəlikdə bir nəfər mənə də demişdi bunu. Emosional danışıb, dil boğaza qoymadığım üçün. Mən də ciddiyə almışdım sözünü.
Həqiqətən də, belədirmi, ya yox. İşim yoxdur.
Amma bu gün pulsuz və legal yolla tələbatı ödəmək üçün qurulan ailələr də vəziyyət ürəkaçan deyil. Çünki evlənməklə alınmır, bu iş uyğunluq da tələb edir. Uyğunluq olub-olmadığını da öncədən bilməzsən. Uyğun olsan belə, təməl budursa, gələcəkdə dağılır.
👍3110👏5
Deyir, əgər siz nəyisə etmək qərarına gəlmisizsə, ancaq 72 saat ərzində onu etməyə başlamamısızsa, 85% hallarda siz onu heç vaxt etməyəcəksiz.
25👍19
Adətən "uşaqlara görə ailəni dağıtmaq olmaz. Bu, uşaqlara pis təsir edir" ifadəsini çox eşidirik. Lakin bəzən birgə yaşayış uşaqlara ayrılmaqdan daha pis zədə vurur.
36👍18💔5
Ərz edir ki, heç kəs özünü sınanmadığı günahdan məsum bilməməlidir.
👍2912
Ah...
Yəhya Xüzai deyir ki, İmam Sadiqlə birlikdə onun tərəfdarlarından birinə baş çəkdik. Gördüm ki, adam çoxlu ah çəkir. Ona dedim ki, qardaşım, Rəbbini zikr et və onu yardıma çağır!

İmam Sadiq dedi: Ah Allahın adlarından biridir. Kim "Ah!" desə, elə Allah təbarək və taalanı köməyə çağırmış sayılır. (Ət-Tövhid, c.1; s.218)

Nə çox ahlarımız var, ilahi. Bir də görürsən ki, içindən bir ah gəldi. Bunu başa düşdük, bəs Ah necə Allahın adlarından ola bilər axı?

Biz şikayət zamanı ah çəkirik. Bir ah bir mətləb sözü ifadə edir. Heç nəyə gücümüz çatmadıqda köks ötürür, ah çəkir - kömək istəyirik. Burada iki cəhət var:

1. Əslində bu şikayət Allahadır. Çünki ondan başqa yardıma çatacaq, şikayətçinin halına müdaxilə edə biləcək ondan savayı kimsə yoxdur. Ahdan məqsəd Allaha müraciətdir. Özün də bilmədən Allahı istəyirsən.

2. Huvə (o) şəxs əvəzliyi həm əvəzlikdir, həm də Allahın adlarındandır. Əlif hərfi (ا) Allahın həqiqi yeganəlik zatına dəlalət edir. Ha (ه) isə Allaha dəlalət edir. Odur özündən savayı olanlar üçün başlanğıc yeri, varlıqlara feyz verən. Məna bu olur: O Vahid ki, yeganəliyi sair məxluqatdan daha şərəfli və ucadır, Allahdır! Yaradılış Ondan başlayır və Ona doğru qayıdır.
26👍19👏1
Bir gün bir kişi qızını evləndirmək üçün İmam Həsənin yanına məsləhətə gəldi. Yol göstərməsini istədi. İmam buyurdu: "Qızını təqvalı kişi ilə evləndir. Çünki onu sevsə, hörmət edəcək. Sevməsə, zülm etməyəcək". (Məkarimul-əxlaq, c.1,səh. 446, hədis 1534)
---
Nə maraqlı yanaşmadır. Təqvanın xüsusiyyətinə baxın. Təqva olmadıqda insan zülmü rəva görür. Elə bilir ki, bir adama hörmət etmirsənsə, hörmətsizlik etməlisən. Başlayır sancmağa, acıq verməyə, hər şeyi rəva bilməyə. Bir adam zalımdırsa, onunla zülm ilə danışmağı icazəli bilir. Axı zalımdır, zındıqdır, yaddır. Yox. Zülm etməmək, ədalətli olmaqdır. Sən kiməsə hörmət etmirsənsə, sevmirsənsə, zəhlən gedirsə, ona ZÜLM EDƏ BİLMƏZSƏN! Haqqın çatmır. Bunu anlamaq üçün təqva lazımdır. Görün məsələ nə qədər incədir.
44👍10
Nə çətin və ağır ayədir...
"Bəqərə" 214-də oxuyuruq: "Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi: ) Bilin ki, Allahın köməyi yaxındır".
-----
Bəzi möminlər elə bilirlər ki, Cənnətə daxil olmağın əsas və yeganə yolu Allaha iman gətirməkdir, ondan sonra heç bir narahatlıq və əziyyətə qatlaşmaq lazım deyil və onlar heç bir səy göstərməsələr də, Allah-taala işləri öz yoluna qoyacaq və onların düşmənlərini məhv edəcək. Ay hay!

Qələbə qazanmaq, müvəffəqiyyət əldə etmək və Cənnət nemətlərinə nail olmaq üçün çətinliklərin pişvazına getmək, fədakarlıq göstərmək lazımdır. Əslində, həmin çətinliklər möminləri tərbiyə edən sınaqdır və o, həqiqi iman sahibləri ilə özünü imanlı göstərən şəxsləri bir-birindən ayırır.

İnsanların təkamül və inkişafının sirri də budur. Fərd və ümmətlər çətin hadisə ocaqlarında bişməli, polad kimi cilalanmalı, daxili istedadları üzə çıxmalı, Allaha imanları güclənməlidir. Bununla yanaşı, həmin sınaq zamanı ləyaqətli, möhkəm və imanlı şəxslər digər şəxslərdən seçilir, ayrılır.

Çox maraqlıdır ki, İmam Əli Peyğəmbəri vəsf edərkən deyirdi ki, qarşısına iki iş çıxsaydı ən çətinini edirdi (məzmunən). Həm də bəzi din böyükləri belə hallarla qarşılaşdıqda nəfsə müxalif olanı seçiblər. Həqiqətən də, çətindir. Məsələ, dua, ibadət və zikrlə həll olmur. Cənnət qazanılır!
33👍14🔥1
Cabir ibn Abdullah Ənsarinin belə dediyi nəql olunub: Ramazan ayının axırıncı cüməsi idi. Allah Rəsulunun yanına daxil oldum. Məni gördükdə dedi: "Cabir, bu, Ramazan ayının axırıncı cüməsidir. Ona görə də bundan sonra onunla vidalaş və de:

اللَّهُمَّ لَا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِنَا إِيَّاهُ، فَإِنْ جَعَلْتَهُ فَاجْعَلْنِي‏ مَرْحُوماً وَ لَا تَجْعَلْنِي مَحْرُوماً

Allahummə la təc'əlhu axirəl-əhdi min siyamina iyyahu, fəin cə'əltəhu fəc'əlni mərhumən və la təc'əlni məhrumən.

(İlahi, bu ayı Ramazan ayında tutduğumuz axırıncı oruc qərar vermə. Əgər etsən, onda məni rəhm olunmuş et, məhrum edilmiş etmə)

Kim belə desə, iki xislətdən birini qazanmış olar: ya növbəti Ramazan ayına çatacaq, ya da Allah tərəfindən bağışlanma və rəhmətinə".
41👍10
Media is too big
VIEW IN TELEGRAM
Bayram namazı necə qılınır?
26👍1
Media is too big
VIEW IN TELEGRAM
Fitrə zəkatı nədir?
31👍1
Bayramınız mübarək, əzizlər
Həyatımızda bir hədəf və nizam vardı. Xüsusilə mənim kimi xaos və spontan tərzi sevən biri üçün. Orucun qadağaları götürüldü. Bu aylıq məşğələ bizə on bir ay enerji verməlidir. Nə qədər Təqva azuqəsi yığdıq biləcəyik. Ən xeyirli azuqə təqvadır. Oruc da təqva yığmaq üçün bir vasitə idi. Ümid edirəm Allah güzəşt edər, bizi hidayətə layiq bilər.
Ümid edirəm, hər birimiz layiqli bayramlıq alarıq Allahdan.
Bayramınız mübarək ❤️
73👍14👏2🙏2
Hər elm sahibin üzərində (daha yaxşı bilən və üstün) bir bilici vardır.
(Yusif, 76)
👍316
- Səncə genişqəlbli olmaq nədir?
- Bilirsənmi, elə qəlblər var ki, pulqabı kimidir. Oraya ancaq pul, kredit kartı kimi şeylər yerləşir. Elə qəlblər də var ki, olduqca böyükdür. Oraya səma, yer, insanlar, heyvanlar, sevgi və xeyirxahlıq yerləşir. Genişqəlbli olmaq da budur.
👍3129👏4
Entuziazm 3 gün yaşayır
Əgər siz ürəkdən bir şeyi istəyirsinizsə, məsələn, səhərlər qaçmağı, hansısa bir layihəni həyata keçirtməyi qarşınıza məqsəd qoymusunuzsa, buna 3 gün ərzində başlamalısınız
Əgər siz bunu istədikdən sonra 72 saat ərzində başlamasanız, bu işə nə vaxtsa başlamaq şansınız entuziazm ilə birdəfəlik yox olub gedəcək.
***
Görün nə qədər "inşallah"-lar, "yaxşı olacaq"lar, "ürəyini sıxma"lar və yüzlərlə bu tip şeylər entuziazm qəbiristanlığına gömülüb.
👍3110
İbrahim peyğəmbərin duaları Quranda yer almışdır. Şuəra, surəsinin 84-cü ayəsində, bu duaların içində oxuyuruq: وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ
Yəni, ya Rəbb, gələcəkdəkilər arasında mənim üçün lisanü-sidq qərar ver.

Nə deməkdir bu?
Həzrət İbrahim Allahdan istəyirdi ki, onu saleh və ləyaqətli etsin. O cür ki, ondan sonra gələn ümmətlər və kəslər onu gözəl şəkildə yad edib xatırlasınlar. Həm də bu tərif və yad etmə doğru olsun. Orada şişirtmə və yalan olmasın.
İnsan unudulmaq istəmir. Kimisi zülm ilə olsa belə, yadda qalmaq istəyir. Kimisi adını xeyirlə dillərdə dastan edir.

Əsrlər keçib, İbrahim peyğəmbər hələ də yad edilir. O cür ki, digər peyğəmbərlər də onun ayinini yaşatmalı olublar. Nə xoş o insanın halına ki, Allah onun xatirəsini doğru şəkildə dillərə salıb. Onu yad edərkən: Allah rəhmət eləsin, nə gözəl insan idi - deyə, köks ötürsünlər.

Vay ondan ki, adam xudbin həyat tərzi keçirtsin, zülm etsin və ölsün. Səni görüm gorbagor olasan - desinlər üç-dörd gün, sonra da unudulasan.
Quran xəbərdar edib, belə adamlar kor olaraq həşr olunacaqlar. Ya Rəbb, axı mən dünyada görürdüm - deyəcəklər. İlahi dərgahdan xəbər gələcək ki, elədir, amma sən bizim ayə və nişanələrimizi unutdun, onları görməzdən gəldin. Bu gün özün də unudulmuş olacaqsan.
Çox ağır cəzadır. Allaha pənah.
İlahi, gələcək nəsillər arasında bizim üçün xoş xatirə qərar ver.
👍2512👏3
Bu cəhətlər insanı zəiflədir, hörmətdən salır və digər insanların sui-istifadəsinə səbəb olur:
1. "Yox" deməyi bacarmamaq
2. Müstəqil şəkildə qərar qəbul edə bilməmək.
3. Özünü, öz ətrafını və şəxsi rəyini müdafiə etməyi bacarmamaq.
4. Şəxsi enerji çatışmazlığı.
5. Həddən ziyadə etibar və güvən.
6. Nə istədiyini bilməmək, öz zamanına hörmətsiz yanaşmaq.
7. Başqalarına sənə qarşı hörmətsiz davranmalarına icazə vermək və şərait yaratmaq.
25👍10💯8
Son zamanlar din xadimlərinin həm də valideynə ehtiram mövzusunda danışmaları önəmlidir, aktualdır, təqdirəlayiqdir. Valideyn mövzusu ailə mövzusu kimi kənardan yaxşı görsənir. Yəni mən cəmiyyətə nəsihət verə, eyni halda bərbad övlad və ailə üzvü ola bilərəm. Bunu təyin edən aləmlərin Rəbbi Allahdır. Yəni mən nə qədər bu mövzularda müvəffəqəm?

Bizim əxlaq ustadı demişdi ki, gedin zəng edin və valideyninizdən halallıq alın. Müvəffəqiyyətiniz ondadır. Gənc idim, bir az qürur, mübahisələr də olurdu. Sındırmaq lazım idi. Necə yəni? Mən düz ola-ola, gedim deyim ki, səhv olmuşam? Amma bunu etməyi Allah mənə nəsib etdi.

Bir ustad tövsiyə etmişdi ki, valideynin rəhmətə gedibsə, get qəbrinə. Başını qəbrin ayaq hissəsinə qoy, halallıq istə. Allaha dua et.

Mən xüsusilə böyük əxlaq ustadlarının həyatını oxuyarkən valideyn, xüsusilə ana faktorunun öndə olduğunu görmüşəm. Ananız ki sizə dua etməyə başladı, bunu ürəkdən, inciksiz etsə - işləriniz qaydasına düşməsə, Allah mənə lənət eləsin!

Mən daha sonra fərqinə vardım ki, mənim anam hər məni gördükdə, hər zəng etdikdə nə qədər dua edir: Fərid, səni oğuldan daha çox, bir şəxsiyyət kimi istəyirəm - deyir. Hər anamın yanına gedəndə Quranın altından keçirir. Bunu mən qazanmışam? Əlbəttə ki, yox. Mənim bura aidiyyatım yoxdur və əsla özümü yaxşı övlad hesab etməmişəm. Sadəcə çalışmışam ki, mənə görə valideynlərimin başı aşağı olmasın. Anamın davamlı duaları və üstəlik son dövrlərdə yaşlı insanların bir övlad ünvanında dua etmələrinin təsirini görməyə başladım. Anladım ki, mənim özüm üçün dua etməyimdən daha çox mənə edilən və mənim başqaları üçün etdiyim dua önəmlidir. Allahın xoşu gəlir bundan.

Bir də, özüm də Allaha deyirəm: İlahi, əgər mənim övladlarım üzərində zərrə qədər haqqım varsa, bu haqdan istifadə edib, onlar üçün xeyirlə dua edirəm. Onların qarşısına xeyir çıxart, yaxşı insan olmaqda onları müvəffəq et.

Sözümün canı odur ki, valideynlərimizin duası bizim həyatımızı dəyişə bilər. Onları incitmək illərlə bizi quyuya ata bilər. Düz olsalar da, səhv olsalar da. Həmçinin bizim öz övladlarımız barəsində dua etməyimiz də onlara təsir edir. Lakin məncə, bir şərtlə: bu övladların ixtiyar və seçiminə sərt müdaxilə etməməliyik. Allah bizim seçimimizə sərt müdaxilə etmir. Səhv etmək imkanı da yaradır. Biz də övladlarımıza səhv etmək, seçim azadlığı ixtiyarını verməliyik. Əlbəttə həddi-hüdudu var.
👍2010👏3😢3
Maraqlı ayədir. Saleh peyğəmbərin və Səmud qövmünün əhvalatını bilirsiz:
Onlar dəvəni tutub kəsdilər və Rəblərinin əmrindən çıxaraq: “Ey Saleh, əgər sən göndərilmiş elçilərdənsənsə,, bizə vəd verdiyin şeyi gətir”dedilər.
Nəticədə, lərzəyə gələn yer onları ağuşuna aldı. Sübh vaxtı evlərində yalnız cansız bədənləri qalmışdı.
Saleh onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin mesajını çatdırdım və sizə qarşı xeyirxah oldum. Lakin siz xeyirxahları sevmirsiniz!" (Əraf, 77-79)
-----
Bu ayə "ölülər məgər eşidir?" deyənlərin əleyhinə ən güclü dəlillərdəndir. Saleh peyğəmbər kiminlə danışırdı? Özü ilə?! Bu heç.

İkincisi, bəzən insan at oynatmamalı, Allaha meydan oxumamalıdır. Allaha meydan oxuyan və işini redaktə və korrektə etməyə çalışan kimsə qurtuluş tapmayıb. Əksinə, biabırçı nəticə əldə edib.

Üçüncü, bütün hallarda ilahi vəlinin işi: xeyirxah və nasih olmaqdır. Onun işi budur. Necə də ağır ifadədir: Mən sizin üçün xeyirxahlığın bütün şərtlərinə əməl etdim. Ancaq və lakin sizin belə adamlardan xoşunuz gəlmir.
👍303
Şura surəsinin 17-18-ci ayələrində deyilir: "...Nə bilirsən, bəlkə də, Saat yaxındır. Ona inanmayanlar onun barəsində tələskənlik edirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. O Saat barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər.
---
Buradan və digər ayələrdən aydın olur ki, bilgi nisbidir. Yalnız Allahın elmi tam və əhatəlidir, dəqiqdir. Peyğəmbərə müəyyən zəruri bilgilər verilə bilər. Lakin mütləq haqq belə, Allahın Rəsulunda deyil. Yoxsa ki, Quran deməzdi: "De, Rəbbim elmimi artır". Bu heç.

İkincisi, insanın məlumatsızlığı, imanı nə qədər az olarsa, marağı, tələskənliyi çoxalacaq. Fikir verin, əhkamçılıq bilgisizlikdədir: "Qİyamət nə vaxt qopacaq? Hanı? Kim qayıdıb? He-he. Nağıldır. Gəlsin görək" Allah isə təmkinlidir. İnsan kimi deyildir ki, maraqlansın, tələssin, sonra bildiyi həqiqətdən qaçsın. Allah həmin adamlara şans verir.

Deyir ki, tələskənlik edənləri buna vadar edən imansızlıqlarıdır. Bilmirlər, qanmırlar, iman qəlblərinə daxil olmayıb. Möminlər isə bilirlər. Nəyi? Təfərrüat və dəqiqliyi? Yox. Onlar bilirlər ki, baş verəcək. Nə vaxt, necə, hansı üslubda - bilmirlər. Baş verəcəyini bilirlər. Qorxurlar. Nədən? Buna hazıqlıqsız olmaqdan, lütf və mərhəmətə çata bilməməkdən. Bəs nə edirlər? Başlarını aşağı salıb, öz üzərilərində işləyir, çalışırlar.

Əhkamçılıq yalnız kənarı görməkdir. Ona görə uzaq bir azğınlığa düşüblər. İman və bilgili olmaq gözünün öz üstündə olmasıdır - nəyim var, nə əldə etmişəm, nə edə bilərəm?
👍2410
Peyğəmbərimiz buyurub: Atanın və ananın öz övladı üçün etdiyi dua eynilə peyğəmbərin öz ümməti üçün etdiyi dua kimidir. (Mişkatül-Ənvar, s. 282)
---
Çox adam görmüşəm ki, valideynin duası, sevgisi, hərarətinə görə uğur qazanıb. Nə xoş o övladın halına ki, valideyni gizli-aşkar onu dua edir, onunla qürur duyur, ruhlandırır. Biz də gərək övladlarımızı dualarda unutmayaq.
56
2025/07/13 01:29:12
Back to Top
HTML Embed Code: