Müdriklərdən biri deyirdi: Nə qədər hikmətli söz oxyursan-oxu, nə qədər söyləyirsən-söylə, əgər onları öz işində istifadə etmirsənsə, zərrə qədər sənə faydası yoxdur.
👍27❤24👏5
Həqiqi təbəssüm (oxu: gülmək yox ha) elə nadir hala çevrilib ki, belə adamı gördükdə canını qurban vermək istəyirsən. Bir adam sizinlə görüşərkən təbəssüm etsə, gözünüzü ondan ayırmayın. Əgər üzünü çevirdikdən sonra təbəssüm onun simasında qalıbsa, ətəyində namaz qılın.
❤43👍17👏5💯3
Adamda çoxaltma yanğısı deyilən psixoloji xəstəlik yaranır. Quran bunun üçün ad da seçib. Təkasur. Surəsi də var. Qismət olsa, danışaram. İnsan hey nəyisə çoxaltmağa çalışır. Nəyi pisdir ki? Bir dəqiqə.
Bu çoxaltma yanlış assosasiya nəticəsində olur. Özünü yox, nəyisə artırırsan və sənə elə gəlir ki, özün artırsan. Vəsvəsədir. Məsələn, necə?
Elə götürək kitabı. Düşürsən meydana. Ya bütün pullarını kitaba verirsən. Ya kimdə nə kitab olsa, yığırsan. Ya pdf-lərini toplayırsan. Sənə elə gəlir ki, böyük bir kitabxanan olsa, sən alimsən. Kitabın çoxdursa, bilgin çoxdur. Nç. Sadəcə kitabın çoxdur və sən çoxaltma xəstəliyinə tutulmusan.
Uşaqlarım üçün miras olsun, birdən lazım olar, nə bilim daha nələr də bu vəsvəsəni çoxalda bilər. Kitabın yerinə istənilən şeyi qoya bilərsiz.
Mən həqiqətən də, kitab yox, özünü artıran adamlar görmüşəm, eşitmişəm. Onlar üçün fərqi yoxdur: kitabı tapır, informasiyanı həzm edir - vəssəlam. Mən bir zaman bu xəstəliyə tutulmuşdum. Böyük sayda kitablarımı satdıqdan sonra gördüm ki, o kitabların çoxu mənə lazım da deyilmiş. Kitabı yox, özünü artırmaq lazımdır.
Məsələn, nə çox İslam alimi olub qədimdə ki, həbsxanada belə, əllərində heç bir kitab olmadan fundamental əsərlər yazıblar. Çünki yüzlərlə oxuduqları mətləbləri səhifəsinə qədər beyinlərinə həzm etdirmişdilər. Kitab olmasa belə, alimdirlər onlar. Onlar sayı yox, informasiyanı mənimsəmişdilər.
Ona görə də minimalist olmaq yaxşıdır: oxuyacağın kitabl al. Allahla əhd bağla. Fayda al, ver. Sonra sənə lazım deyilsə, ya sat, ya hədiyyə et. Qurtul buxovdan. Boş-boş özünü yükləmə ki, bizə düşən kitab yüklü minik vasitəsi olmaq olmasın.
PS: Bu məsələdə ixtisas sahibləri istisnadır. Onlara kitabxana qurmaq fəaliyyətləri, tələbələri və sair məqsədləri üçün önəmlidir.
PPS: Bu neçə ayı özümə çox sayda kitab almışam. Bayaq yolda gedərkən düşünürdüm bu haqda. Öncə özümə nəsihətdir

❤24👍9💯2
Xoşbəxtlik odur ki, Allaha təşəkkür etməyin, dua edib, bir şey istəməyindən daha çox və daha tez-tez ediləndir.
❤34👍8
Bayaq gördüm ki, bir hərbçi qardaş üzümə baxır. Sonra dedi ki, izləyirəm sizi imkan düşdükcə. Mənə dedi ki, hərbidə çətin olur, lakin imkan edib otağa girib qapını bağlayıram və namazımı qılıram. Mənə nə lazımdır, Allah bilsin, görsün.
Bilirsiz, bu nə böyük sözdür? Mənə təkcə Allahın bilməsi kifayət edir.
Baxırsan ki, tünd dindar deyil. Bir az bilir, amma bildiyinə Allaha xatir əməl edir.
Mən məsciddə uzanıb lağlağa, qəhqəhə, qeybət edən zahiri dindar görünüşlü adam da görmüşəm, zahirən dindar görünüşü olmayan, lakin səhərlər işə/dərsə gedərkən məscidin kənarında durub salavat çevirən və dua edən də.
Quran deyir, məgər bilmədi ki, Allah görür?
Bizim Allaha mərifətimiz, axirət inancımız zəiflədikdə, ortaya fəsad çıxır. Yadıma bir əhvalat düşdü.
İki adını unutduğum böyük alim məclisdə oturmuşdu. Bir nəfər alimlərdən birinə sual verdi. Lakin alim bilmədi. Yanındakı alim də dedi ki, mən də bilmirəm.
Bəzən bizim məclislərdə belə halda kimsə səsini çıxarır: "Hacı da bağışlasın, icazənizlə əlavəmi öz fikrimi bildirim". Bəzən bundan sonra adam özünə sual verirmi ki, bunu niyə etdim? Nə zərurət oldu ki, məclisdə söz demək istədim?!
Məclis bitdi. İki alim çölə çıxdı. Yolda ikən ikinci alim, sual verilən və bilmirəm - deyən birinci alimə sualın cavabını qardaşcasına dedi. Birinci alim narahat oldu ki, sən niyə orada demədin?
Alim dedi: "Əgər bir məsələni sən bilmirsənsə, istədim ki, qoy mənim də bilmədiyimi bilsinlər".
Bəli, bax budur...
Məgər bilmədi ki, Allah görür?
Bu adamlara Allahın görüb bilməsi bəs edir. FƏQƏT ALLAHIN.

❤40👍15💔1
Məncə, həqiqi elm o vaxt hasil olur ki, sən heç nə bilmədiyinin fərqində olursan. Həqiqətən də, etiraf etmiş olursan ki, mən heç nə bilmirəm. Bilmək iddiası da bir inanclı üçün şirk hesab edilə bilər. Allah adamı çək-çevirə salır və deyirsən: "Sən paksan! Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Doğrudan da, Sən bilən və hikmət sahibisən” (Bəqərə, 32)
Bu dünyada bəla insan "bilirəm" dedikdə başlayır. Hərdən oğluma acıqlananda deyirəm: bu nədir, sual verirsən, cavab verdiyim zaman "bilirəm" deyirsən. Bilirsənsə, buyur, cavab ver! Deyir, ata, bilmirəm.
İnsan fəqət bilmədiyini bilməlidir. Ya da mənim bildiyim nisbidir. Gəldiyim nəticə budur. Bəlkə gözümdən yayınan şeylər də ola bilər.
Quranda qəribə bir ifadə var ki, Allah sizin bundan öncə bilmədiklərinizi öyrədib. Burada indiki-gələcək zamanda verilmir. Ya da keçmiş zamanda. Məsələn, mən bilmirəm, kimsə öyrətdi. Burada ifadə tərzi mənim heç bir təcrübi, hissi, mükaşifə və sair yollarla öyrənə bilməyəcəyim, heç fərqində ola bilməyəcəyim şeydən gedir. Min il qalsaydı, mən o məsələni təkbaşına tapa bilməzdim. Onu Allah öyrədə bilər. Elə şeylər ki, sən sistemi, məntiqi sənə icazə verilən həddə anlaya bilərsən.
Mən hərdən videolarda din adına danışan çox sayda adam görürəm, izahlar verirlər: belə deyil, elədir. Yox e, Allah bunu nəzərdə tutur. Sonra günlərlə video çəkə bilmirəm. Əlim soyuyur. Niyə?
Çünki mən hər araşdırmaya baş vurduqca nə qədər çox bilmədiyimi görürəm. İlahi, mən bu qədər bilgisiz olduğum halda, sənin məqsədindən necə iddia ilə danışa bilərəm?
Allah səndən bunu tələb edir, ey Bəni-Adəm. Bəli, zahirən görünənləri demək olar. Amma və lakin mən sadəcə bir sahədən danışıram. Sahələr ki nə qədər çoxdur?!
Yenə gəlib dizlərini yerə atıb deyirsən: İlahi, nə çox ittihamlar etdim, başqalarını mühakimə etdim, həyata müəllim, ağsaqqal kimi yanaşdım. Hər dəfə mənə başa saldın ki, mən nə qədər yanıla bilən adamam. Bir zaman yəqin bildiyim, bu gün şübhə altına düşdü. Amma sənin elmin əsla təkamül etməz, dəyişməz. İlahi, nə zaman özbaşıma seçim etdim, mənfəət bildiyimin ardınca getdim, əlim boş qaldı, düz bildiyim səhv çıxdı, səhv bildiyim düz. Bədgüman olduqlarım mənə xeyirxah oldu, nikbin olduqlarım zərbə vurdu. Mən heç nə bilmirəm və mənə nazil edəcəyin istənilən xeyirə fəqirəm!
Allah Peyğəmbərə əmr edir ki, belə desin: "De: “Mən Allah istəmədən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. (Allahın iradəsi xaricində qeybdən və gizli sirlərdən də xəbərdar deyiləm.) Əgər qeybdən xəbərdar olsaydım, özüm üçün daha çox xeyir tədarük edərdim və mənə pislik də (ziyan da) toxunmazdı. Mən iman gətirən (haqqı qəbul etməyə hazır olan) bir tayfanı ancaq qorxudan və müjdələyənəm!”. (Əraf, 188)

❤22🙏1
Qarşılaşdığım ən çətin durumlardan biri istixarə, dua, cadu və bu qəbil şeylərdir. Deyirəm, əziz insan, adamın platforma və üslubuna baxın, sonra müraciət edin.
Bəzən tanıdığım adamlar da olur. Qurana baxardınız, hansı duanı oxuyum, cadu əleyhinə hansı əməlləri edim.
Deyirəm ki, mənim bu barədə fikrim ayrıdır və sizinlə eyni fikirdə olmaya bilərəm. Əgər buna inanırsınızsa, buna inanan adama deyin.
Görürəm ki, nəsə naümid olurlar. Yəni necə ola bilər ki, din sahəsi ilə məşğul olan biri, bunlarla da məşğul olmasın?
Bu mənim öz fikrim və inancımdır. Problemə düşmüsən? Get dizini at yerə dua et. İstədiyin duanı, istədiyin dildə de. Elə bir dua yoxdur ki, Allah desin, bunu oxusan qəbul edərəm. Bunu oxumasan, yox. Bu həyat sınaqla doludur. İmam Hüseynin başına gələnlərə baxın. Ona cadumu olunmuşdu? İmam Hüseyn Yezid və başqaları üçün, başqaları da onun üçün sınaq və imtahan idi.
İstixarə sadəcə qərarsızlıq üçün həll yoludur. Amma bu o demək deyil ki, Allahın qərarıdır. Sabah deyə bilməzsən ki, Allah, nə edim e, sən dedin elə, mən də etdim. Həm də yaxşı gəlsə belə, bu cür davam edəcəyinə sığorta da deyil.
Caduya gəlincə, bu, xəstəlik kimidir. İmmuniteti (oxu: Allahla əlaqəsi) güclü olana heç nə təsir etməz. Zəif olana, hər şey təsir edər. Allahdan başqa güc, qüdrət sahibi yoxdur. Hətta peyğəmbərlər belə, xəstələniblər, işləri düz gəlməyib və sair.
Lakin insanlar bu acı reallığı yox, nəsə xüsusi qeybi, əfsanəvi, qeyri-adi şeyləri din ilə assosiasiya edirlər. Zənn edirlər ki, din mavəradır. Həm də mavəradır (pərdə arxasında olanlar). Lakin bu bizim öhdəliyimiz deyil.
Əgər Allah sənə (sınamaq üçün və ya günahın kəffarəsi olaraq) bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir vermək istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhimlidir. (Yunus, 107)
PS: Kim nəyə inanırsa, ona da əməl edə bilər. İnsan adətən inancı ilə üz-üzə gəlir və sınanır. Həm də.

❤33👍5
Allahın Rəsulu bir nəfərin yanına daxil oldu ki, ona baş çəksin. Həmin adam şikayət edirdi və ölüm arzulayırdı. Alalhın Rəsulu ona buyurdu: “Ölüm arzulama, çünki yaxşı əməl sahibi olsan, (həyatda olmağın) yaxşlığının üstünə yaxşılıq artırar. Əgər günahkar idinsə, günahlarından geri qayıtmağın üçün fürsət tapmış olarsan. Buna görə də ölüm arzulamayın!” (Əl-Əmali, Tusi, c.1, s.395)
❤30👍8
Allah Rəsulundan xeyirli bəndələr barəsində soruşdular.
Buyurdu: “O kəslərdir ki,
👉🏻yaxşılıq etdikdə sevinərlər,
👉🏻pislik etdikdə bağışlanma diləyərlər,
👉🏻onlara əta edildikdə (bir nemət verildikdə) təşəkkür və şükür edərlər,
👉🏻bəlaya (və çətin sınağa) düçar olduqda səbir edərlər,
👉🏻qəzəbləndikdə bağışlayarlar (cəzaya əl atmazlar)”.
📚 (Əl-Əmali, Şeyx Səduq, s.60)

❤47👍1
Bir filosof deyirdi, heç vaxt burnunu sallama, yoxsa ulduzları görə bilməzsən.
👍22❤12
İmam Əli buyurub:
Ağıllı insanın dili qəlbinin arxasındadır, axmaq adamın qəlbi isə dilinin arxasındadır.
📚Nəhcül-bəlağə

❤30👍9
Bir nəfər İmam Əlinin yanına gəlib dedi: “Ey Möminlərin əmiri! Allahın barəsində mənə xəbər ver. Ona ibadət edəndə Onu görmüsənmi?”
İmam Əli buyurdu: “Görmədiyim birinə ibadət etmərəm”.
Həmin şəxs soruşdu: “Ey Möminlərin əmiri, Onu necə görmüsən?”
İmam Əli buyurdu: “Vay olsun sənə! Gözlər Onu əyani müşahidə edərək görməmişlər, lakin ağıllar Onu imanın həqiqəti ilə görmüşlər. O, dəlillərlə tanınar, nişanələrlə vəsf olunar, insanlarla müqayisə olunmaz və hiss üzvləri ilə dərk olunmaz”.
📚 Təbərsi, Əl-İhticac

❤33👍15
İmam Sadiqdən nəql olunub: "Lənət onu deyənin ağzından çıxdıqda onunla lənət etdiyi kəsin arasında sərgərdan qalar. Əgər lənət layiq olan kəsi tapsa, ona çatacaq. Əks təqdirdə öz sahibinə geri qayıdacaq. Bu halda lənət edən ona daha layiq olqcaq. Buna görə də mömin bir kəsi lənətləməkdən çəkinin. Yoxsa sizin özünüzə qayıdacaq".
📚 Qurbul-isnad, Bihar
👉🏻 Buraya biz nifrin, qarğış kimi məsələləri də aid edə bilərik. Əbəs deyil ki, "qarğış ikibaşlıdır" - deyiblər. Habelə söyüşü, pis sözləri də əlavə etmək olar. Bu cür şeyləri kiməsə yönəltmək asan iş deyil. Özünü "sözü üzə deyən zirək" hesab etmək heç deyil. Bu həyatın öz hesab-kitabı var.

❤13👏10👍1
🌱 Ən üstün yaşayışı olan kəs kimdir?
İmam Əli buyurub: Ən üstün (səmərəli və faydalı) yaşayışa o kəs malikdir ki, camaatın yaşayışı onun yaşayışına görə gözəl və yaxşı olar.
📚 Ğurərul-hikəm, hədis 3636
👉🏻 Yəni sən ətrafa fayda verirsənsə, camaat sənin həyat və yaşayışından əminamandırlarsa, faydalanırlarsa, deməli, sənin ən üstün yaşayışın var.
💚 Bir gözəl fikir vardı ki, kəpənək nə qədər gözəl olduğunu görməz və bilməz. Onu biz görərik. Yaşayış da bu cürdür. Sənin faydalı olmağın öz yaşayışını gözəlləşdirir.

❤17👍6
Yalançı adamın cəzası bu olmur ki, daha ona kimsə inanmır, əksinə, bu olur ki, o özü daha heç kəsə inana bilmir.
📚C.B.Şou
📚C.B.Şou
❤29🤝6
Məhəmməd peyğəmbər (s) buyurub: "Kim ailəsinin və valideynlərinin nəfəqəsi üçün çalışsa, Allah yolunda cihad edən şəxs kimidir".
📚Mustədrəkul-vəsail, c.13, s.55
📚Mustədrəkul-vəsail, c.13, s.55
❤32👏2👍1
Deyir, əgər yanınızda yaxşı insan varsa, onun qədrini bilin və onu qoruyun. Çünki yaxşı insan avtobus deyil ki, bunu buraxıb növbəti gələni gözləyəsən.
❤38👍6
Və bir zaman gözləmədiyin halda rast gələcəksən və axtarmadığın yerdə əldə edəcəksən...
❤35👍3👏1