Ən çətin və qəliz şey insanın özü ilə mübarizə aparmasıdır. Axı qüvvələr bərabərdir...
👍35❤6
Transfer (nəql, köçürmə) effekti deyilən bir şey var. Adətən radikal dəstələrdə olur. Bu zaman zənn, güman edirsən ki, sənin dəstəndən kənarda çox sayda sənin fikrində olan insanlar var.
Buna oxşar konsensus effekti də var. Bənzərdir. Burada da sənə qəribə bir arxayınlıq gəlir və elə güman edirsən ki, camaat səninlə tamamilə razıdır.
Görürsən ki, üç nəfər dindar var dostluğunda, elə bilir ki, Azərbaycan Mədinətun-Nəbidir. Camaata əhkam kəsir, xaql bizimlədir - iddiaları edir.
Ya görürsən ki, üç-beş əyləndiyi dostu var, elə bilir ki, Azərbaycanda Qərb dəyərləri, həyat tərzi hökm sürür və istədiyini edə, istədiyin kimi özünü apara bilərsən.
Son zamanlar bunların arasında noname adamların təsirinə düşüb, nasizm qoxulu "biz türkük, ərəbin dininə, sözünə yox, rədd olsun, qırılsın - deyirik" deyənlər və cəllad kimi danışanlar da əlavə edilib.
Amma əslində bu, sadəcə xəyaldır, Quran demiş "tilkə əmaniyyuhum" yəni xam xəyalları, beyinlərində yaratdıqları və inanmaq istədikləri obrazdır. Gerçəklikdə mövcud deyil.
Bunu hər gün çox sayda fərqli adamlar, zehinlər, inanclar, mix təfəkkürdə olanlar, hətta özünü peyğəmbər/imam zənn edənlər tərəfindən hər formada şərh yazılan biri kimi deyirəm. Beyində zənn edilən ayrıdır, gerçəklik tam ayrıdır.
Quran ona görə deyir ki, Allah onlara özlərindən bir elçi göndərdi. Yəni sən xalqını, onun dilini, ənənələrini, düşüncəsini, hansı potensialda olduğunu bilməlisən. Bunu gözardı edib, başqa təsirləndiyin nəsnələri əlavə edə bilməzsən. Atacaq.
Necə ki, bir bədənə başqa bir əzanı nəql etdikdə, bədən onu atır. Yad ünsür bilib, mübarizə aparır. Hərçənd bədən üçün önəmli olsa da. Gərək analizlər aparılsın və bədəninə uyğun olan olsun. Tİbdə bəzən uzun zaman çəkir və xüsusi diqqətlə güdürlər ki, bədən onu rədd etməsin.

👍17❤7💯2
Deyir, qəribə insanlarıq dua edəndə düşünürük ki, Allah yaxındır. Günah edəndə də düşünürük ki, Allah uzaqdır.
❤29🤝15👍8😢6
İmam Əli Kufə məscidinin bir küncündə oturmuş dəstəni gördükdə onlardan nə işlə məşğul olduqlarını soruşdu. Cavab verdilər ki, "Ricalül-həqq"dirlər (yəni Allah adamlarıdırlar). Bir şey versən yeyər, verməsən səbir edərlər.
İmam buyurur: “Kufə bazarının itləri də belədir. Sümük tapsalar yeyər, tapmasalar səbir edərlər”.
Sonra İman bu dəstənin dağılışıb, hər kəsin iş dalınca getməsinə göstəriş verdi.

❤36👍6😐1
Bir gün İmam Əli eşitdi ki, bir nəfər Qənbəri təhqir etdi və Qənbər də ona cavab verəcəkdi ki, həzrət yüksək səslə dedi: “Sakit ol, ey Qənbər!
Səni təhqir etmiş kəsə məhəl qoyma (Onu alçaldılmış vəziyyətdə burax). Bu əməl ilə Rəhman Allahı razı salmış, şeytanı qəzəbləndirmiş və düşmənini cəzalandırmış olacaqsan.
And olsun dəni yaran, ruhları yaradana! Mömin öz Rəbbini helm (dözümlü olmaq) qədər razı sala bilməz. Şeytanı susmaq kimi qəzəbləndirəcək başqa bir şey yoxdur. Axmaq üçün isə onun qarşısında sükut etmək qədər ağır cəza yoxdur”.
📚Müfid, əl-Əmali, Məclis 14, s.118

❤30👍10
Tək olmaq və tənha olmaq ayrı-ayrı şeylərdir
Tənhalıq – neqativ təcrübədir. Özünə qarşı yazğın gəlir, vaxtını boş və bihudə keçirdiyini sanırsan, kədərli olursan.
Tək olarkən birinci ediləcək iş – vəziyyəti olduğu kimi qəbul edə bilməkdir: görəsən mən həyatda nəyə dəyər verirəm? Mənə ən çox nə lazımdır? Nə etməliyəm? Və s.
İkinci addım: ağılı və bədəni mütəmadi tonusda saxlamaqdır. Beyini sakit saxlamaq üçün bədən lazımdır. Düşüncələri qaydaya salmaq üçün hisləriniz önəmlidir. Özünüzü boş-boş deyingənlik, dramatik düşüncələrlə doldurmayın.
Nədənsə xilas olmağa tələsməyin. Qaçmadan öncə düşünün ki, burnunuzun ucunda nə var. Bəlkə nəyisə gözdən qaçırırsınız?
Əgər təklikdə olacağınız kəsi bəyənirsinizsə, siz heç vaxt tənha ola bilməzsiniz. Baş-başa qaldığınız kəs isə adətən özünüz olursunuz. Deməli, məsələ sizdədir.

👍23❤9
Əgər sən bir insana yaxşılıq edərkən, əvəzində təşəkkür gözləyirsənsə, deməli, sən yaxşılığı hədiyyə etmirsən, onu satırsan.
👍27❤19
İmam Cəfər Sadiq buyurub: Kim çətin və sıxıntıda olarkən duasının qəbul olmasını istəyirsə, rahatlıq və asayişdə olarkən çoxlu dua etsin".
📚 Əl-Kafi, c.2, s. 472
Dua çətinliklər üçün deyil. Quran yalnız sıxıntıda Allahı çağırıb, asayişdə olarkən dönük çıxanları məzəmmət edir. İşlərin yağ kimi gedərkən Allahı daha çox yad etmək lazımdır ki, sabah hər şey əlindən çıxsa, üzün olsun, səmimi olasan.
Burada bir qayda da var. İncədir. Əgər sən yalnız sıxıntıda Allahı çağırırsansa, bəndəliyin onda üzə çıxır. Sən sanki belə demiş olursan: İlahi, mən səni yalnız belə vaxt yad edirəm. Mən qoy tez-tez sıxıntıda olum ki, bəndəliyim üzə çıxsın.
Amma sən xoş günlərdə də bəndəlik etsən, avtomatik mənəvi, xoş, gözəl günləri də özünə çəkirsən. İş pis getsə də, için afiyətlə dolacaq. Çünki sən yaxşı günlərdə də bəndəsən.

❤33👍6
Süleyman ibn Məhran belə nəql edir: “Cəfər bin Muhəmməd Sadiqin (ə) yanına daxil oldum. Onun yanında bir dəstə şiə vardı. O belə deyirdi: “Ey şiələr, bizim üçün zinət olun, bizə üz qarası olmayın. İnsanlara gözəl sözlər söyləyin, dilinizi qoruyun, boş, əbəs və pis sözlərdən çəkinin!”
📚 Tusi, əl-Əmali, s. 440.
📚 Tusi, əl-Əmali, s. 440.
❤27👍4
👉🏻 İnsanlar elə bilirlər ki, Allah dostları gündə min rəkət namaz qılırdılar və nəticədə bu cür oldular. Yox! Onlar bura ancaq böyük keyfiyyətlərə malik olduqları üçün gəliblər.
Yüksək keyfiyyətlər insanı on fərsəx irəli aparır. Tək bir qəzəbi udmaq insanı Allaha min rəkət namazdan daha tez çatdıra bilər. Bir adamın könlünü şad etmək səni daha tez çatdırar. Ananın halını xoş etmək daha tez çatdırar. Biz buradan başlamalıyıq. Əvvəlcə bunu düzəlt, sonra min rəkət namaz özü gələr və müştaq olarsan.
✍🏻Abdullah Fatiminiya

❤38👍9
İmam Sadiq deyir ki, atam səcdələrində belə deyərdi:
"İlahi, camaatın mənim barədə gümanı gözəldirsə, onların barəmdə bilmədiklərini mənim üçün bağışla. Onların mənim barədə söylədiklərinə görə məni cavabdeh etmə və danlama. Şübhəsiz ki, sən qeybləri bilənsən!"

❤43👍6
Düzdür, bu ifadəni tənqid etmək olar, amma gözəldir. Deyir ki, övladlarınla Allah barəsində danışmasan, sabah Allahla övladların barəsində danışmalı olacaqsan.
👍30❤16
Acizanə bir söz deyim. Bəzən dostlar nömrəni əldə edən kimi, adamı votsapda toplu mesajlara salırlar. Bir də görürsən gün ərzində bir neçə mesaj gəlir. Yəni nəyisə təbliğ, reklam, paylaşım edirlər. Əvvəl bir neçəsindən xahiş etmişdim ki, mənim nömrəmi çıxarın. Sonra bir müddət sonra görürəm, yenə qoşub. Ya məcbur nömrəni blok etməli olursan, ya da səssizə atmalı olursan. Feyzbukda da önə çıkar bir neçə gün aktiv oldu, lakin sonra qüvvədən saldı.
Mən də öz videolarımı sadəcə mənə aid yerlərdə paylaşıram. Kim baxmaq istəyər, özü bilər. İstəməz, yenə özü bilər. Zatən nömrələrimizi reklam adı ilə mənşəyi bilinməyən şirkətlərə ötürürlər, siz də etməyin. Eyib deyil, "qoşum sizi?" sualını ki vermək olar. Mən konfliktdən qaçan adamam, qəlbə dəymək istəmirəm. Ona görə ümumi yazdım. Zəhmət olmasa, məni votsapda toplu mesajlar siyahısına qoşmayın. Hərçənd qoşanlar bu statusu oxumayacaqlar zatən. Ona görə də tövsiyə xarakterli başqalarını qoşanlara ünvanlayıram. Birdən kimisə narahat etmiş olarsız, sizə deməz bunu, üzərinizə haqqun-nas gələr.

❤27👍13👏7
Bir müsbət cəhət odur ki, mənim vaxtımda uşaqlar çox vaxt anaları idilər. Ata ilə uşaq nadir halda görmək olardı. Düzdür, indiki zamanda boşanmalar ifrat həddi keçib, ancaq bir çox yerlərdə övladı ilə əylənən, vaxt keçirən atalar kifayət qədərdir.
Kişi-qadın münasibətləri bərbad gündədir, ailə, ər-arvad... Müəyyən vaxtdan sonra ya boşanırlar, ya da bacı-qardaş kimi ölənə qədər yaşayırlar.
Ola bilər ki, ər arvadından ala bilmədiyi nəvazişi qızından, ana da oğlundan alsın. Yaxud mən görməmişəm, uçağım görsün və s. Övladdan ağrıkəsici kimi istifadə də etsin. Ərlə xanımı arasında münasibət əla olduqda övladlar arasında da diqqət bərabərləşir. Hər bir halda, son dövrlərdə gənc ataların övladlarına qayğı göstərmələri, vaxt keçirmələri təqdirəlayiqdir.

👍18❤10
İnsanın günaha batmaq istəməməsi ilə istəyib bacarmaması fərqli şeylərdir.
/Seneka/
/Seneka/
❤25👍10
Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər.
/Uilyam Porter/
/Uilyam Porter/
❤32👍5
"Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət və vəzifə qazanmaq xatirinə, zülmə mərhəmət donu geyindirər".
/İmam Əli - Nəhcül-bəlağə/
/İmam Əli - Nəhcül-bəlağə/
❤10🔥8👍1
Mən həyatda ən cüzi uğur qazanmışamsa, Allah bunda əvvəlcə anamı vasitəçi edib. Allah anamı vasitəçi etməsəydi, mən bilmirəm, kim olacaqdım. O mənə şeirlər, monoloqlar öyrədirdi. Gedib danışırdı ki, məni səhnələrə çıxartsınlar. Daha yaxşı bacararsan, hə, edərsən, alınar. Məni mədəniyyətlə, kitabla, teatrla, yaradıcılıqla tanış etdi. Ayaq üstünə qoydu məni. Uşaq ikən haramsa ağrıyanda, lənət olsun sənə, zəhirmar - demədi! Əzizlədi, can - dedi.
Bu gün mən övladlarımı qucaqlayır, əzizləyirəmsə, bu gün insanlarla mülayim rəftar edirəmsə, anamın öyrətdiyi etiket qaydalarıdır. Bu gün mənim tək yeganə oxucum, izləyicim - anamdır. Yanına getdikdə müzakirə edir çıxışlarımı. Al bu köynəyi geyin, bu gün çəkiliş et - deyə motivasiya verir. Hər evindən çıxanda məni Quranın altından keçirir. Bu gün həyatda məni Fərid kimi sevən tək anamdan başqa heç kəsin yoxdur. Yanımda yol yoldaşı olmuş, anam demiş, "pasport qohumlarım" daim məni "ciddi işlə məşğul ol, bu nədir, yenə mənasız işlərlə məşğulsan" deyərkən, anam mənə davam etməkdə yanımda olub.
Allah həzrət Peyğəmbərə Xədicə adlı bir mələk hədiyyə etdi və həzrət vəfat edənədək "Xədicə" deyib, hər yanda onu axtardı. Allah mənə də Xədicə adlı bir mələk verib. Anamı. Allah valideynləri qorusun, mənimki də içində. Vəfat edənlərə rəhmət etsin.
Bəli, düzdür, bu həyatda ən üst qatlara qalxan kişilərdir. Lakin onu da yetişdirən qadınlardır. Əgər qadın evdə kişiyə hörmət qoymasa, ona kimsə hörmət qoymaz. Uğursuz ailə həyatı quran kişilərə baxın. Nə qədər istedadlı olsalar da, həyatda bir zavallı kimi yaşayır və ölürlər.
Xoş o kişilərin halına ki, Allah onlara təskinlik və aramlıq mənbəyi - aralarında məvəddət və rəhmət olan xanım verib. Bu kişi dünyanın ən yüksək zirvələrini fəth etməyə qadir olar.
PS: Statusum evində bu cür qadınlar ola-ola əyyaş, namərd, şərəfsiz ömür sürən, o çiçəkləri solduran kişilərə aid deyil.

❤23👏20👍5
Çexov deyirdi, izaholunmaz bir şeydir - qəlb. Kimsə onun harada olduğunu bilmir. Amma hamı onun necə ağrıdığını bilir.
❤38👍3