Deyir, uzun illər birlikdə yaşamış nənə-babadan soruşdular. Uzunillik evliliyinizin sirri nədir? Dedi, ay bala, bizim vaxtımızda zədələnmiş şeyi dərhal atmır, təmir edirdilər.
Son illər fikir versəz, insanlar təmirə də meyilli deyillər. Əvvəl ayaqqabını ustaya verirdik. İndi atırıq. Təzəsini alırıq. İnsanlar da bu cür olub.
Məncə insanlar evlənməmişdən əvvəl yüz ölçüb bir biçməyə doğru gedirlər. Əslində bu, nə qədər anormal olsa da, normaldır. Ailə dəyəri möhkəmlənməlidir ki, mən ailə qurmalıyam. Vaxt keçir, uşağım olsun, camaat nə deyər ilə yox, ailə qurmalıyam. Özümə yol yoldaşı tapmaqda diqqətli olmalıyam.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍19❤5😢2😐2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤35
Kişi dedi: “O nədir, de görüm”.
Kişi şeytanın dediyini etdi. O, yeni bir din qurdu və insanları ona dəvət etdi. Bir qrup onun dəvətini qəbul etdi və nəticədə çoxlu mal qazandı.
Sonra bir gün öz-özünə düşünərək dedi: “Bu nə iş idi ki etdim?! Bir din uydurdum və insanları ona dəvət etdim.
Bu, pis iş idi. Düşünürəm ki, insanları yenidən dəvət edərək onlara belə bir iş tutduğumu deməyənə və bu dindən əl çəkmələrini onlardan istəməyənə qədər Allah mənim tövbəmi qəbul etməz”.
O, davamlı olaraq tərəfdarlarına müraciət edir və onlara deyirdi: “Sizi dəvət etdiyim din batildir və onu mən uydurmuşam”.
Müridləri isə ona dedilər: “Sən yalan deyirsən, bu din doğrudur. Sadəcə sən bu dində şəkk-şübhəyə düşmüsən və ondan dönmüsən”.
O, bundan sonra əlinə bir zəncir aldı, onu boynuna bağladı və digər ucunu yerə mıxladı. O dedi: “Allah məni bağışlamayana qədər mən bu zənciri boynumdan çıxarmayacağam!”
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍14❤4💔1
Əzizlər, feyzbukda dünən təbrik yazmışam. Bura yazmağı unutmuşam. Qurban bayramınız mübarək. Uğura çatmaq üçün qurban qaçılmazdır. Qurbansız heç nəyə nail olunmayıb. Allah bizə nəzər etsinx bizi müvəffəq etsin. ❤️
👍27❤25👏5
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍38❤8
Stokholm sindromu — psixikamızın maraqlı fenomenidir, burada zorakılığa məruz qalan şəxs öz təcavüzkarına qarşı simpatiya hiss etməyə başlayır. Bu niyə baş verir?
Bu reaksiyaya ilk dəfə 1973-cü ildə Stokholmda bankın terrorçular tərəfindən ələ keçirilməsindən sonra diqqət edildi. Girovlar sağ-salamat qaldılar və azad edildikdən sonra onları qorxu və əsarət altında saxlayanlar üçün vəkil tapmaqda köməklik göstərdilər.
Onlar dəli olmuşdularmı? Xeyr, bu, ciddi travmatik vəziyyətə qarşı psixikanın normal reaksiyasıdır — həyat təhlükəsi ilə qarşı-qarşıya qalanda belə olur.
Bu sindrom uzun müddət qorxu və müqavimət vəziyyətində qala bilməməyimizdən inkişaf edir. Panika və isteriyaya düşməmək, sinir sistemini tükətməmək üçün baş verənlərə uyğunlaşmağa başlayırıq. Bundan əlavə, biz anlayırıq ki, gücsüzük və yalnız təcavüzkarımızın maraqlarına uyğun olduğumuz müddətcə sağ qalırıq. Yeganə müdafiəmizin onun bizə qarşı dözümlü münasibəti olduğunu düşünürük və bu münasibəti qorumaq üçün fərqinə varmadan hər şeyi edirik. Ta ki onun bizə münasibətini qoruyaq. Daha sonra isə onun hərəkətlərini öz xeyrimizə izah etməyə və ona tədricən bağlanmağa başlayırıq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12❤6😱2
Ümumiyyətlə, bu gün üçün nə yazacağımı aylarla düşünürdüm. Fərqli-fərqli fikirlər gəlib gedib. Bu gün bir-iki dəfə feyzbuka girdim, gördüm dostlar lütf edib, barəmdə paylaşım ediblər. Mən utancaq adamam, məni tərif etdikdə qaçıram. Ona görə də bu gün buraya girməməyə çalışdım.
Yəhya dedi ki, ata, gedək ad gününü qeyd edək də. Dedim, gedək dükana. Bəbələrimlə getdim, alış-veriş etdim, tort da aldım, gəldim, hazırladım, uşaqlarımla üçümüz qeyd etmiş olduq. Hədiyyələrimi də aldım. Ürək sözlərini yazı ilə ifadə edən hazırladıqları açıqca , hərəsi də 1 azn mükafat. :) Gedim şamı yandırım sevinsinlər.
Mənim üçün 40 yaş önəmli idi. Hətta Kəbə evində də Allaha yalvardım ki, mən vətənə əvvəlki kimi dönmək istəmirəm. Əgər mən 40 yaşına qədər bir şey ola bilməmişəmsə, sonra da olmayacağamsa, al canımı. Gecə deyirəm, İlahi, həyatımda nə qədər adam gəlib, gedib. Mübahisələr, davalar, nə bilim, yersiz keçən zaman. İndi ayıldım ki, sən demə, hər zaman həyatımda sən var imişsən. Kim mənə nə hədiyyə etsə, zavala məhkumdur. Sənin hədiyyəni istəyirəm. Bu gün Allah sizin sözlərinizlə mənə göstərdi. Həyatım boyunca məni bu qədər sayda heç vaxt təbrik etməyiblər. Nəzərə də alsaq ki, mən camaatdan qaçan biriyəm.
Sonda deyim ki, 40 yaşına qədəm qoydum. Hədisdə deyir ki, 40 yaşına çatdıqda xeyri şərrinə üstün gəlməyibsə, şeytan həmin adamın alnından öpüb deyər: bu üz daha qurtuluşa çatmaz.
Təcrübə artıb, bilik artıb. Amma dəyişməyən bir şey var. Həmişə nələrdənsə qaçmaq istəmişəm. Dəyişim. Sən demə, bəzi şeylər dəyişmir. Onu qəbul etməlisən, qorumalısan. O şeyi ki, 5-10-20-30-40 yaşlarında da səninlə olub. Artıq bədənin 15 yaşındakı deyil. Hüceyrən belə, dəyişib. Amma dəyişməyən bir şey var və onu qorumaq lazımdır.
Hər şeyə görə çox sağ olun. Allah sizi qorusun.

❤74💯20👍17👏1🙏1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤50👍9
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍14❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤53👍7
🌳 Əziz dostlar, indi meyvə sezonudur. Yediyiniz istənilən meyvənin tumunu atmayın. Krant altında sabunsuz adi su ilə yuyun. Bir qutuya yığın, maşında saxlayın. Çöldən keçərkən, keflə yol qırağına vızıldadın. Bilin ki, Asiyada bu metoddan illərdir ki, istifadə olunur. Yol qırağında bitən meyvə ağacları vətəndaşların təşəbbüslərinin nəticəsidir. 100 çəyirdəkdən 5-i ağaca çevrilə bilər.
PS: Bayaq rastıma çıxdı bu paylaşım. Maraqlı təşəbbüsdür
PS: Bayaq rastıma çıxdı bu paylaşım. Maraqlı təşəbbüsdür
👍68❤22👏2
- Edəcəyəm. Vallah-billah edəcəyəm!
- Edəcəyəm, yox. Et.
---
İnanın ki, göz qabağından asılası bir şeydir. Çünki vaxtında edilməyən şey kimi intiqam alan başqa çey yoxdur. Necə ki deyiblər: bu gün gözümüzdən axan su bəlkə də bir zaman bizdən çıxmalı olan tərdir.

👍34❤15👏3
Tasua günü İmam Hüseyn qardaşı Əbülfəzl Abbasa dedi: Əgər edə bilsən, onları razı sal, döyüşü sabaha qədər təxirə salsınlar. Biz də öz Allahımızla raz-niyaz edək, onun dərgahına namaz qılaq. ALLAH BİLİR Kİ, MƏN NAMAZI VƏ ONUN KİTABINI OXUMAĞI ÇOX SEVİRƏM. (Tarixi-Təbəri, 5/417)
Əzizlər, Tasua günü həm də ibadət, Quran tilavəti günüdür. İmam Hüseyn ölümünə sastlar qalmış belə, Allahın kitabını unutmadı. Bu gecə Quran oxumağı da yaddan çıxarmayaq.
Tasua günü Əbülfəzl Abbası xüsusi yad edirlər. Bilirsiniz ki, ona amannamə gəldi, dedilər ki, sən və anabir qardaşların da gedə bilər. Heç kəsin səninlə işi yoxdur. Hətta İmam Hüseyn də dedi ki, get. Biz görürük ki, liderlər təhlükə anında tərəfdarlarını özlərinə sipər edirlər. İmam Hüseyn özünü sipər etdi ki, onların işi mənimlədir. Çıxın gedin. Çox çalışdı, lakin yanındakılar getmədi.
Niyə yazdım bunu. Ömər ibn Səd İmam Hüseynin təklifini nisyə bildi. Əşi, sənin mənə vədin nisyə söhbətdir. Axirət, cənnət, nə bilim nə. Amma Rey mülkü dəqiqdir. Mənə söz veriblər. Halbuki təsdiq edilməmişdi. Heç qismət də olmadı ona. Uzaq bildiyi cəhənnəm əzabı Reydən nəqd oldu.
Amma Əbülfəzl Abbas nəqd olan amannaməmi rədd etdi, bunların nisyə bildiyi axirət diyarını qəbul etdi. Buna iman, ürək lazımdır. Allah bizi bu zümrədən ayrı salmasın.

😢32❤25👍8
Əzizlər, matəm saxlamağın şəriətə əsasən qanuniliyi ayrıdır, onu izhar etməyin növü ayrıdır. Əgər kimsə matəm mərasimində başına xəncər vurursa, bu problem əzadarlığın göstərilməsinə aiddir, matəmə aid deyil. Məsələn, bütün fiqh kitablarına baxın. Üz çırmaq, saç yolmaq, üsyanedici sözlər demək və bu qəbil şeylər qadağandır. Bu ayrıdır, matəmin özünə işkal gətirmir. Bu aydındır.
Əzadarlıq həm də Əməvi məktəbilə mübarizə metodu idi. Yəni Aşura hadisəsinin davamı idi. Bilirsiniz ki, döyüşlərin davamı masa üzərində olur. Məsələnin başlanğıcını ordu, zabitlər aparır, daha sonra siyasətçilər. Qarabağ müharibəsində ordumuz qələbə qazanıb. Lakin indi məsələ siyasi, mədəni və sair rakurslardan - informasiya vasitəsilə aparılır. Bu da mübarizədir.
Ağlamaq həm də mübarizənin yönüdür. Ağlamaq həmişə acizlikdən olmur. Etirazdan da olur. Əməvi məktəbi şamda propaqanda yayırdı ki, oruc tutun, sevinin, bayram edin! Min nağıllarla məsələni gizlətməyə başladılar. İmam Səccad, bəlkə başda Əli qızı Zeynəb bu planı sındırdılar. Camaatı əzaya çağırdılar. Peyğəmbər ailəsinə matəm tutmağa. Qoymadılar ki, Əməvilər bunu ört-bastır etsin.
İmam Səccadın dualarına baxın. Niyə o duaların içində salavat çoxdur? Peyğəmbərə və ailəsinə? Çünki Peyğəmbər ailəsi xarici, asi, nə bilim xoşagəlməz adlarla tanıtdırılırdı. Düşünmək lazımdır. Niyə Əhli-beyt imamları matəm və əzaya - informasiya mübarizəsinə təşviq edirdilər? Əməvilərdən sonra Abbasilər qarşı çıxmışdı.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍35
/Sədi Şirazi/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍55❤15💯1
/A.Qraf/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍36❤7💔3😱2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍31❤12
✍🏻 Lev Tolstoy deyərdi: Özü xoşbəxt olan kəs başqalarına pislik arzulamaz.
👍28❤16💔2