Telegram Web Link
Bəzən cavab sadə olur
Bu sualın üzərində illərlə düşünmüşəm, dostlarla müzakirə etmişəm ki, niyə əvvəllər ibadətə daha nizamlı, həvəsli idim? Heç fiqhə, qayda-qanunlara tam əməl etməsəm də, qəribə bir halım var idi. İlbəil təhsil alıb, əhkamı və başqa şeyləri öyrəndikcə hal azalmağa başladı. Təsəvvür edin, bu gün oxudum ki, eyni sualı Möhsin Qəraəti Əllamə Təbatəbaiyə verib. O deyir:

Əllamə Təbatəbaiyə (r) dedim: "Təhsilimin ilk illərində ibadət etdiyim zaman daha yaxşı bir halım vardı, lakin elmim artdıqca, halım və diqqətim azaldı, bunun səbəbi nədir?"

O, buyurdu: "Səbəbi budur ki, oxuduqların həqiqi elm deyil. Əgər həqiqi və gerçək elm olsaydı, insanın təvazökarlığı daha çox olardı".

Əmirəlmöminin Əli (ə) buyurub: "Elmin səmərəsi bəndəlikdir." Həqiqi elm odur ki, artdıqca, insanın xuşu və ibadəti artar.
Bəzən sosial şəbəkələrdə müharibə haqqında düşünülməmiş şərhlər, statuslar oxuyuram. Camaat sanki it boğuşdururmuş kimi, hansısa dövlətlərin bir-birini qırmasını gözləyir. Sanki bu bir filmdir, 🍿 ilə izləyəcəyik. Müharibənin nə olmasını göstərən ən bəsit dəlil. Allah heç kəsə göstərməsin
✍️Bir nəfər yazmışdı ki, güc-bəla ilə sevgilimi psixoterapevt yanına apara bildim. Çünki özünə çox qapanmışdı, bir təhər idi. Soruşdular ki, nəticəsi nə oldu? Deyir, heç nə. Psixoterapevt ona deyib ki, səni tutub aşağı çəkən və inkişaf etməyə qoymayan kəsləri başından rədd et. O da bu seanslardan sonra məndən ayrıldı. Bildi ki, sən demə, onu batıran elə mən imişəm.
(Arxiv)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bir ustad xatirəsini danışırdı ki, evimizə çoxlu qonaq gəlib-gedirdi. Lakin xanımım dedi: Sən cənab Mütəhhərini dəvət et.
Soruşdum ki, səbəbi nədir?
Xanım dedi ki, o yeganə qonaqdır ki, gedərkən mətbəxə yaxınlaşıb mənə təşəkkür edir. Halbuki digər qonaqlar gedərkən yalnız sənə təşəkkür edirlər.

Çox incə detaldır. Adətən qonaqlıqlarda işin ağır hissəsini evin xanım(lar)ı öz öhdəsinə götürür. Qonaqlar bəzən təşəkkürlərini evin kişisinə deyirlər. Lakin mərhum Mürtəza Mütəhhəri gəlib evin xanımına da təşəkkür edirdi. Bu incə diqqət görün necə təsiredici olub.

Bəzən biz nəinki Allahın, hətta məxluqun da əməlinə diqqətsiz yanaşırıq. Elə bil belə də olmalıdır. Əşi vəzifəsidir də! Yox, hətta qeyd olunub ki, İmam Rzadan, məxluqlardan nemət verənə təşəkkür etməyən, Allaha təşəkkür etmiş sayılmaz.
Yəni sən əvvəlcə Allahın bəndəsinin zəhmətini dəyərləndirməlisən.

Allahın istəyi budur ki, məxluqun da zəhməti dəyərləndirilsin. Hətta bəsit bir "təşəkkür" ilə olsa belə.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Hər şey necə də "rahatdır".
Əziz dostlar, mənə Ərəb, Fars dilləri öyrənmək istəyənlər müraciət etdikdə Təbriz Qasımov müəllimi tövsiyə edirəm. İndi daha sərfəli bir üslub seçib. Qrup halında da, fərdi halda da qoşula bilərsiz. İş orasıdır ki, müəllim ingilis dilini də mükəmməl bilir. Lakin hələ ingilis dilini tədris etmək üçün onu yola gətirə bilməmişik. :) Müəllim olduqca sərfəli bir xidmət açıb, yararlanın.
"Bu günün problemi narkomaniyadır" - deyirik. Düz də deyirik. Onların videolarına kimsə ikrahla, kimsə nifrətlə baxır. Amma diqqətlə baxsaq, görərik ki, problem narkomaniyadan daha ciddidir. Problem ASILILIQDIR.

Çoxu nəzər salsa, özündə bir "narkomanlıq" tapa bilər. Kimsə siqaretdən asılıdır, kimsə sevgilisindən, kimsə enerji içkisindən, kimsə kreslodan, kimsə rüşvətdən, kimsə söyüş söyməkdən və sair.

Asılılıq odur ki, onsuz həyatının bir anlamı yoxdur. Məsələn, telefonu əlindən alsınlar, internetin olmasın, özünü natamam biləsən, özünə yer tapa bilməyəsən.
Narkomana gülüb, içindəkini görməmək haqsızlıqdır. Hətta ibadət də asılılıq yarada bilər.

Adını unutduğum bir alim bir neçə dövr namazlarını bir daha qılmışdı ki, mən namaz qılmağı sevirəm. Olmaya bu sevgim Allahla aramda maneə olsun. Yəni olmasın ki, namazı sevdiyimdən qılmışam, bəndəlikdən yox.

Ona görə də reabilitasiya videolarına çox baxmaq lazımdır. Etmədiyin və asılısı olmadığın şeylərin moizəsini etmək effektli deyil. Sınanmadığın imtahana görə sənə beş düşmür.
🦌Deyir: Hər səhər Afrikada ceyran oyanır. O, şirdən bərk qaçmalıdır, yoxsa həlak olacaq.
🦁Hər səhər Afrikada şir oyanır. O, ceyrandan bərk qaçmalıdır, yoxsa acından öləcək.
🏃🏼‍➡️Fərqi yoxdur, ceyransan, yoxsa şir. Elə ki günəş çıxdı, qaçmaq lazımdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️ İmam Əlidən nəql olunub: "Elminin əhatə etdiyi hər şeyi danışmamaq adamın ağlındandır".
Təsnifu Ğurər/4132

➡️ Yəni ağıllı insan bildiyi hər bir şeyi danışmamalıdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴 Mən sizi Əmirəlmöminini (ə) təbliğ etmək üçün göndərirəm, özümü təbliğ etmək üçün yox!

Ələvi Burucerdi nəql edib: Mərhum Seyid Əbulhəsən İsfahaninin dövründə Nəcəfdə bir qrup ondan Hindistana nümayəndə göndərməsini xahiş etdi.

O, bir nəfəri seçdi. Bu nümayəndə mərhum Seyidə bildirdi ki, Hindistana getməkdə heç bir maneə görmür, lakin bir məsələ var: Mən sizi ən bilikli (əələm) hesab etmirəm, əksinə, Şeyx Məhəmməd Hüseyn Nayininin daha bilikli olmasına inanıram. Hindistanda da əqidəmin əksinə əməl edə və insanları sizə təqlid etməyə çağıra bilmərəm!

Bu vaxt Seyid ağladı və dedi: “Mən sizi Hindistana Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) məktəbini və adını təbliğ etmək üçün göndərirəm, siz isə mənə təqlid haqqında danışırsınız?
⚠️ Bu gün və sabah Seyid dünyadan gedəcək, amma qalacaq olan Əbül-Həsən Əli ibn Əbi Talibin (ə) adı olacaq!”
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Təşəkkür edək
İmam Səccad buyurub: Allaha ən çox şükür edəniniz insanlara ən çox təşəkkür edəninizdir.
📚Əl-Kafi, c.2, s.99, h.30

👉Xırda təşəkkürlərdən başlayaq: valideynimizə, həyat yoldaşımıza, övladımıza, müəllimimizə, küçəni süpürən qadına – gün ərzində heç olmazsa, beş təşəkkür edək. Ayın axırına görün həyatınızda nə dəyişikliklər baş verəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Media is too big
VIEW IN TELEGRAM
Yaxşılıq etməm üçün təkcə niyyət bəs deyil
Dəhşət ifadədir. Ariflərdən biri deyirdi ki, Allahdan dilənçi kimi istəyin. Siz ağa kimi istəyirsiniz.
Ən çox insanlar sizdən ona görə inciyir və soyuyurlar ki, siz tərs və utanmazcasına onların şəxsi gözləntilərini doğrultmaq istəmirsiniz.
Acı görüntüdür
Deyir, heç vaxt Allahı unutma. Xüsusilə də işlərin saz getdikdə və özünü yaxşı hiss etdikdə.
🗣Dua zamanı diqqət et:
👉Kimi çağırırsan?
👉Necə çağırırsan?
👉Nə üçün çağırırsan?
👉 Nə istəyirsən?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
İmam Əli buyurub: "İnsanın ruhu (iradəsi) güclənəndə ağıl və düşüncəyə, zəifləyəndə isə bəxt və şansa arxalanır”.
("ŞərhiuNəhcil-bəlağə", İbn Əbülhədid, 20/169)
Həqiqətən də, təsəvvür edin ki, qaydalar belədir. Nə olardı? Yadımdadır, Fərid adı az qoyulan ad olsa da, mənim sinifimdə 4 Fərid vardı. Soyadla çağırırdıq. İndi elə də tez-tez Fərid adı rastıma çıxmır.
Adınız necədir?
2025/07/08 03:10:24
Back to Top
HTML Embed Code: