Bəzən ola bilir ki, depressiyanın görüntüsü belə olur: telefonu əlindən alsalar, sənin gedəcəyin bir yer, görəcəyin bir iş qalmayacaq. Telefon müsbət bir kəşfdir. Lakin insanın həyatının neçə hissəsini tutub? Nə çox insanlar var ki, sadəcə avatar kimi, sosial şəbəkələrdə şəxsiyyətdirlər. Reallıqda isə sadəcə tənha adamlardır.
Mobil telefon həyatınızın neçə hissəsini tutub?
Anonymous Poll
16%
1. Bütün günü telefonda yatıram
13%
2. Başqa çarəm yoxdur. İşim telefondan keçir.
12%
3. Darıxıram, başqa çarəm yoxdur
36%
4. Telefondan yalnız fayda üçün istifadə edirəm.
17%
5. Belə bir asılılıq hiss etmirəm
5%
6. Başqa səbəb
Bu ərəfələr eşitdiyim çox gözəl xəbərlərdən biri bəzi dostların birinci və ya ikinci təhsilə başlamalıdır. O kəslər ki, cəmiyyətin arasında "yaşları keçsə" də, ailə-övlad sahibləri olsa da, arzularının ardınca gediblər, növbəti dəfə tələbə olublar. Adam otuz yaşı keçir, başlayır nalə çəkməyə, yaş keçdi, vəssəlam, məndən adam olmaz! Bu insanlar sübut edir ki, nə qədər nəfəs gedib-gəlirsə, əsla gec deyil. Əgər faydalı işdirsə, mütləq ardınca getmək lazımdır. Əgər bu gün edilməsə, sabah ölüm anında adam peşman olacaq, kaş ki, deyəcək. Bu insanlar ümidi sarsılmış cəmiyyətimiz üçün motivasiya, ilham simvoludurlar. Allah hər kəsi müvəffəq etsin.
Düz olduğun zaman heç kəs yadında saxlamır, səhv etdikdə isə heç kəs yadından çıxarmır.
/Məhəmməd Əli/
/Məhəmməd Əli/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Eh, dünya. 😄
Sizin ilk dəfə kameralı telefon görməyiniz yadınıza gəlir? İndi əlimizdəkində nə çox funkisyalar var, təəssüf ki, əksər adamlar asılı hala düşüblər.
Sizin ilk dəfə kameralı telefon görməyiniz yadınıza gəlir? İndi əlimizdəkində nə çox funkisyalar var, təəssüf ki, əksər adamlar asılı hala düşüblər.
✔️Keçən dəfə bir nəfər təəccübləndirdi məni. Düzdür, mən elə də insanlarla ünsiyyətə meyilli deyiləm, bəzən vəzifə kimi cavab verməli oluram. Mənimki uzaqdan uzağadır. Deməli, bir nəfər yazdı ki, bəs mənim işlərim qaydasında gedir, demək olar ki, çətinlik görmürəm, olmaya Allahın qəzəbinə gəlmişəm və nəzərini məndən çəkib?
Obba! Bu dünyada belə insanlar nadirdir. Çünki on nəfərdən doqquzu ancaq yoxluğa fokuslanıb. İşim getmir, cadu edilib, niyə qara gətirir, pisdir, zibildir, lənətdir və s. Adam sadəcə neqativə və yoxluğa fokuslanıb. Bu adamları dəyişmək çətindir. Çünki gərək bunu o istəsin.
Əgər sən Allahı daim və yalnız pis vəziyyətində yada salır, minlərlə zikr, ayə, namaz - hər şey edirsənsə, deməli, sən Allahı yalnız pis halında yad edirsən. Asayişdə qəflətə düşürsən. Ədalət bunu tələb edə bilər ki, bəndəliyini pis duruma düşdüyün üçün göstərdiyin üçün orada da olasan. Əgər sən asayiş vaxtı da yüzlərlə, minlərlə zikr, namaz, ayələrini davam etdirsən, məsələ dəyişəcək. Amma gərək əvəz güdməyəsən.
✍️ Bir sözlə, ola bilməz bütün işlərimiz getmir. Gedən də var, getməyən də. Hər şey yaxşıdırsa, müvəqqətidir, sınaqdır. Hər şey pisdirsə, müvəqqətidir, sınaqdır. Həyat nə qaradır. Nə ağ. Həyat ikisi ilə yaşamağı bacarmaqdır. Ona görə hər dualarda fi şiddəti vər rəxa ifadəsi var. Yəni sıxıntıda da, asayişdə də. Bu balansı quran adam aparır.
Obba! Bu dünyada belə insanlar nadirdir. Çünki on nəfərdən doqquzu ancaq yoxluğa fokuslanıb. İşim getmir, cadu edilib, niyə qara gətirir, pisdir, zibildir, lənətdir və s. Adam sadəcə neqativə və yoxluğa fokuslanıb. Bu adamları dəyişmək çətindir. Çünki gərək bunu o istəsin.
Əgər sən Allahı daim və yalnız pis vəziyyətində yada salır, minlərlə zikr, ayə, namaz - hər şey edirsənsə, deməli, sən Allahı yalnız pis halında yad edirsən. Asayişdə qəflətə düşürsən. Ədalət bunu tələb edə bilər ki, bəndəliyini pis duruma düşdüyün üçün göstərdiyin üçün orada da olasan. Əgər sən asayiş vaxtı da yüzlərlə, minlərlə zikr, namaz, ayələrini davam etdirsən, məsələ dəyişəcək. Amma gərək əvəz güdməyəsən.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Dedi: Allah verdi, mən verdim. Allah verdi, mən verdim. Yarışmaqmı olar? O qalib gəldi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bir dəfə çıxılmaz vəziyyətdəydim, həm də uzaqdaydım. Atamla telefonda danışanda mənə dedi ki, heç kəsə qulaq asma, kimsə sənin yerində deyil, sən nə etməli olduğunu daha yaxşı bilirsən. Bu mənə, motivasiya və dərs oldu.
Bu həyatda əksər münasibətlər, dostluqlar və sair şeylər məhz kimisə dəyişmək istədikdə baş verir. Filan şey (ər, xanım, sevgili, dövlət, iş, ölkə və s) axtarıram filan-filan olmalıdır. Ok. Haqqı var. Lakin bəzən rahat dayanmır və müdaxilələr edir: belə ol, belə olma, səni belə xoşlayıram, beləsəsənsə, yaxşısan, deyilsənsə, alimcik, kişicik və sair cik-ciksən. Lakin heç biri Allahmərkəzli deyil. Eqo mərkəzlidir. İndiyə qədər gördüyüm ən (ağıllı, arif, müdrik və müsbət) insanların gözləntiləri yalnız özlərindən olub. Onların başı olduqca özlərinə qarışıb. Onlara duyulan ehtiyac qədərini də veriblər. Özlərinə qarşı da ehtiyaca müvafiq davranıblar.
Quran demiş, Allah nemət dəyişikliyini yalnız toplum özündə olanı dəyişdikdə edir. Yaxşı, bəs "özlərində olan" nədir? Bax bəzən bunu tapmağa illər lazım gəlir.
Ona görə də çarəmiz fərd olaraq əvvəlcə yalnız özümüzə baxmaqdır. Buna da hidayət lazımdır ki, Allah gözümüzü açsın. Ona görə də urvatdan salınan "Allah hidayət etsin" ifadəsi əslində ən mühüm duadır.

"And olsun o kəsə ki, bütün səsləri eşidir, hər kəs bir qəlbdə sevinc və xoş hal yaratsa, Allah o sevincdən onun üçün bir lütf qərar verər ki, hər nə vaxt ona bir müsibət gəlsə, bu lütf (bir yamacda sürətlə axan) su kimi ona doğru axar və o müsibəti ondan yuyub aparar, o cür ki, yad dəvə sürüdən (və ya xüsusi otlaqdan) qovular (müsibət də ondan uzaqlaşdırılar)".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
— Bax indi təsəvvür et ki, mən yoxam və sən təkbaşına əyləşmisən, danışa biləcəyin heç kəs də yoxdur.
— Bəs sən hardasan?
— Mən yoxam da.
— Belə şey olmur, — dedi ayı balası.
— Mən də bu cür düşünürəm, — dedi kirpi. — Sadəcə birdən belə alındı., Yəni birdən mən tamamilə olmadım. Sən də tək. Nə edərsən?
— Yerin altını üstünə çevirərə və səni taparam.
— Axı mən heç yanda yoxam. Yoxam!
— O zaman, o zaman... O zaman çölə qaçaram, — dedi ayı balası. — Və qışqıraram: «K-i-i-rp-i-i-i! », sən də səsimi eşidib qışqıracaqsan: «Ayı balası-ı-ı-ı!.. ». Bax belə.
— Yox da, — dedi kirpi. — Mən heç bir damcı da yoxam. Başa düşürsən?
— Nə yaxamdan yapışmısan? — ayı balası incidi.
Sən yoxsansa, mən də yoxam.
Başa düşdün?
«Kirpi dumanda»

Bir səhvi ikinci dəfə təkrarlamaq olmur. İkinci dəfə edilibsə, səhv deyil, seçimdir.
Heç bir mənası yoxdur ki, bacarıqlı insanları işə götürəsən, sonra da nə iş görəcəklərini onlara göstəriş verəsən. Biz bacarıqlı insanları işə götürürük ki, onlar bizim nə etməli olduğumuzu desinlər.
/Stiv Cobs/
/Stiv Cobs/
Deyir, hamımız - yaxşı insanlarıq, lakin hər şeydə yox, hər zaman yox, hər kəslə də yox.
Deyir, uzun illər bir yerdə yaşamış ərlə xanımından soruşurlar ki, necə oldu, bu uzun müddət bir yerdəsiz? Cavab verdilər, biz o dövrdən gəlirik ki, bir şey nasaz olduqda onu dərhal atmır, təmir etməyə çalışırdılar.
Zarafat bir yana, 21-ci əsrdir, restovrasiya və təmir özünün ən çöküş tarixini yaşayır. İstər insan olsun, ya da əşya.
Zarafat bir yana, 21-ci əsrdir, restovrasiya və təmir özünün ən çöküş tarixini yaşayır. İstər insan olsun, ya da əşya.