Bəzən insan burnunu birdəfəlik "fırt" edib təmizləmək əvəzinə bir saat burnunu çəkir. İnsanın problemə yanaşması da belə olur. Həll etmək əvəzinə sadəcə "burnunu çəkməklə" qane olur.
Deyir, uşaqla tərbiyəvi söhbət etdikdən sonra mütləq güzgünün qarşısına keçin və deyin: "Bu, sənə də aiddir!"
Uşaq yeganə varlıqdır ki, onun üçün sənin kök, ya arıq; gözəl və ya çirkin; varlı və ya kasıb olmağının heç bir fərqi yoxdur. O, sadəcə səni valideyni oıduğun üçün sevir.
İnsanda xüsusi bir hikkəlik və tərslik halı olur. Onunla əlaqədar sizə bir paylaşım edim
🔸 Concorde sindromu (digər adı ilə batmış xərclər yanılması) psixologiya və iqtisadiyyat sahələrində istifadə edilən bir anlayışdır. Bu sindrom insanın və ya təşkilatın artıq vaxt, pul və ya resurs sərf etdiyi bir layihəyə və ya işə davam etməsi ilə xarakterizə olunur, hətta o işin nəticəsiz olacağını bilsə də.
Adını Concorde təyyarəsi layihəsindən alıb, çünki bu layihə maliyyə baxımından sərfəli olmasa da, Fransa və Böyük Britaniya hökumətləri çoxlu resurs xərclədikdən sonra onu dayandırmamaq qərarına gəlmişdilər. Layihənin davam etdirilməsi artıq qoyulmuş sərmayənin "boşa getməməsi" fikri ilə əsaslandırılmışdı.
🔸 Əsas xüsusiyyətləri:
➡️ 1. Batmış xərclərin təsiri: İnsan və ya təşkilat əvvəlki xərcləri əsas götürərək zərərli və ya mənasız bir işə davam edir.
➡️ 2. İrəli çəkilən emosional bağlılıq: İnsanlar layihəyə və ya işə emosional olaraq bağlandıqlarından, onu tərk etmək çətin olur.
➡️ 3. Rasional qərarların pozulması: Gələcək perspektivdə mənfəət gətirməyəcək işlərə resurs ayırmağa davam etmək rasional yanaşmanı əngəlləyir.
Məsələn:
Bir şirkət uğursuz bir məhsulun istehsalına illərdir böyük məbləğdə vəsait qoyub və itkilərə baxmayaraq, layihəni dayandırmaq əvəzinə daha çox resurs ayırır.
Şəxsi həyatında isə insanlar bir münasibətdə xoşbəxt olmadıqlarını bilsələr də, əvvəldən sərf etdikləri zaman və emosiyalara görə ayrılmağa tərəddüd edirlər.
➡️ Concorde sindromundan qaçmaq üçün rasional qərarlar qəbul etmək və əvvəlki xərclərə deyil, gələcək perspektivlərə fokuslanmaq vacibdir.
Adını Concorde təyyarəsi layihəsindən alıb, çünki bu layihə maliyyə baxımından sərfəli olmasa da, Fransa və Böyük Britaniya hökumətləri çoxlu resurs xərclədikdən sonra onu dayandırmamaq qərarına gəlmişdilər. Layihənin davam etdirilməsi artıq qoyulmuş sərmayənin "boşa getməməsi" fikri ilə əsaslandırılmışdı.
Məsələn:
Bir şirkət uğursuz bir məhsulun istehsalına illərdir böyük məbləğdə vəsait qoyub və itkilərə baxmayaraq, layihəni dayandırmaq əvəzinə daha çox resurs ayırır.
Şəxsi həyatında isə insanlar bir münasibətdə xoşbəxt olmadıqlarını bilsələr də, əvvəldən sərf etdikləri zaman və emosiyalara görə ayrılmağa tərəddüd edirlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Kitab oxuyursunuzmu və ya vaxt edirsinizmi?
Anonymous Poll
70%
1. Bəli, imkan olduqca
21%
2. Xeyr, təəssüf ki, vaxtım yoxdur.
5%
3. Audiokitablara qulaq asıram.
4%
4. Belə şeylərə marağım yoxdur.
Heç vaxt: "heç vaxt" - demə. Zamanla daha betər şeylər etməli olursan.
Hər kəs plan qurur və heç kim bilmir ki, görəsən axşama sağ çıxacaq? /Tolstoy/
/Emma Bombeckin/
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🟡 Öldürmək, Bak Consun revolverini götürüb part deyə atəş açmaq deyil. Elə yox. Ürəkdə öldürmək. Sevməyi dayandırırsan və bir gün o insan ölür.
🟠 Ağrı, özündən gedənə qədər döyülmək deyil, Ağrı, ayağını şüşə qırığı ilə kəsmək, əczaxanada yaranı tikdirmək də deyil. Ağrı, insanların öz sirlərini açmaq fürsəti əldə etmədən ölmələri və bu iztirabın qəlbi doldurmasıdır. Ağrı qollarından, başından gücünü əlindən alır, hətta başını yastıqda döndərmək həvəsini də yox edir.
---
"Şirin portağal ağacım" kitabından. Uşaq dilindən yazmaq çox çətindir bir böyük üçün. Haqqını əda edib. Personajları yadımda qalmayan bir kitabın olduqca mükəmməl tərcüməsi sayəsində, bir neçə dəfə gözlərim dolub, neçə dəfə gülmüşəm. Uşaq zədəsi, travması, sevgisi...
Əla. Oxumaq - düşünmək üçün çox gözəldir.

Qorxu emosiya, qorxaqlıq davranışdır. Ən böyük qəhrəmanlar belə, qorxuya malikdir. Qəzəbin aşağı dərəcəsi qorxaqlıq, orta dərəcəsi şücaət, ifratı dəlisovluqdur. Dəlisov adamların müalicəyə ehtiyacı var. Deməli, qorxmağımız problem deyil, mühüm olan qorxaq davranmamağımızdır.
https://www.tg-me.com/quranevi
Salam əzizlər, yenidən Quran Evi Dərnəyinin kanalını yaratdım, inşallah, irəlidə Quran maarifilə əlaqədar paylaşımları bu kanalda etmək fikrim var. Hələ yenidir. Sadəcə kim qoşulmaq istəsə, qoşula bilər. ❤️

Telegram
Quran Evi Dərnəyi
Quran maarifini, mədəni-mənəvi irsimizi yaxından tanıyaq
Əhdi-ətiqdə Əyyubun dilindən qeyd edilib: İlahi, nədən çəkinib ehtiyat edirdimsə, başıma gəldi.
----
Gözəl şeylər də büt ola bilir. Hərdən dostlara deyirəm. Ad, san, izzət, abır və sair. İnsan o qədər onları qoruyub, dağılmasına ehtiyat edir ki, bilmədən Allahın qarşısında bütə çevrilir. Allah qurban almağı sevir. Sən gərək istənilən vaxt ən dəyərli şeyini qurban verə biləsən. O zaman Allah sənə ən dəyərli şeyi verəcək. Allah Qabilin beşinci sort qurbanını yox, Habilin ən dəyərli qurbanını qəbul etdi. Sonra da onun canını aldı. Bəni-İsrail sərgərdan qalmağa, illərlə səhrada sürgün olmağa məhkum oldu. Lakin onlarla bərabər Musa peyğəmbər də çöllərdə qaldı. Boynumuza almalıyıq ki, biz heç nə bilmirik. Allah mələklərə bunu öyrətdi. De ki, bilmirəm. Lakin hər an ən dəyərli şeyini qurban verməyə də hazır ol.
(2021)

* Günümüzdə insanlar hər şeyin qiymətini bilirlər, lakin heç nəyi dəyərləndirə bilmirlər.
*Adi adamlar gözləyirlər ki, həyat özü onlar üçün öz sirlərini açsın, lakin çox az seçilmişlər var ki, onlar üçün həyatın sirləri erkən açılır, bəzən buna sənət kömək edir (özü də, əsasən, ədəbiyyat), o, birbaşa insanın ağlına və hisslərinə təsir göstərir.
* Sən hamını sevirsən, hamını sevmək isə heç kəsi sevməmək deməkdir.
(Oskar Uayld, Dorian Qreyin portreti) 👍🏻

Bir dəfə Axundov parkındaydım. Valideyn (bəlkə də nənəsi idi) 4-5 yaşlı uşağa rusca dedi ki, zəhmət olmasa, bura gəl.
Alimlərdən biri deyirdi ki, uşaqkən, bir söz dediyim zaman atam hər kəsi sakit edib, deyərdi ki, sakit olun, görək filankəs nə deyir. Və bu, mənim şəxsiyyətimin formalaşmasında rol oynadı.
[2019]

Bizi başqa insanlara qarşı münasibətdə qıcıqlandıran hər şey, özümüzü dərk etməyə gətirib çıxara bilər. /Yunq/
Deyir, qaqa, əgər səni incidirlərsə...
İncimə.
Gülməli gəlir? Amma həqiqətdir.
İncimə.
Gülməli gəlir? Amma həqiqətdir.
Bir uşaq səkidə oturub ağlayırdı. Yanından keçən biri soruşdu ki, niyə ağlayırsan? Dedi ki, bir manatımı itirmişəm. Adam manat çıxarıb verdi ki, ağlama. Sonra getdi. Qayıtdıqda gördü ki, yenə oturub ağlayır. Dedi, indi nolub? Cavab verdi ki, pulumu itirməsəydim, indi iki manatım olacaqdı.
Bəzən həyatda mövqeyimiz belə olur.
Bəzən həyatda mövqeyimiz belə olur.
Deyir, bu gün vaxt yoxdur, sabah güc olmayacaq, biri gün də biz olmayacağıq. Ona görə də heç nəyi təxirə salmayın və indini yaşayın.