Telegram Web Link
Görün, həyatda nə qədər tələskənlik və ya sui-zənn edirik. Sonra səhv etsiyimizi anladıqda ya qürurumuzu qoruyuruq, ya da... hər şey edirik, üzr istəməkdən başqa
Adətən buraya daxil olub, hisslərimizi təsvir edə biləcək statuslar axtarırıq... Çünki, çox vaxt özümüz bu işin öhdəsindən gələ bilmir və ya uyğun sözlər tapa bilmirik...
"Mən heç kim olaraq qalmalı idim. Həyat mənə yara vurdu — hələ doğularkən üzümün yarısı iflic oldu. Müəllimlər məni əqli cəhətdən geridə qalmış hesab edirdilər, anam isə uşaqlıqda məndən ümidini üzmüşdü. Yeddi il, yeddi uzun və aclıqla keçən illər ərzində agentlər və prodüserlər mənə aktyorluqdan, sonra isə ssenaristlikdən əl çəkməli olduğumu deyirdilər. Hələ gödəkcəmi çıxarmamışdan əvvəl məni kastinqlərdən geri çevirirdilər, prodüserlər isə ssenarilərimi bir cümlə belə oxumadan rədd edirdilər. İşdə göz yaşlarımı boğurdum. Zooparkda şirlərin qəfəslərini təmizləyirdim, ət doğrayırdım. 7 uzun, ağır il. 7 il göz yaşı, tər və özümə inam. Siz də ümidsizlik dövrünü keçirmədən heç nəyə nail ola bilməzsiniz. Bəs sonra? Sonra mən bir il ərzində cəmi 1600 dollara yaşadım. Və "Rokki"ni yazdım. Özünüzə inanın və ananızı sevin."

Silvestr Stallone
Hər geri çəkilmə məğlubiyyət sayılmır
🔴 Ey oğul, günahkarı naümid etmə. Nə qədər günaha düşkün adam var ki, onun üçün xeyir xətm olunar (yəni sonu xeyirli olar) və nə qədər diqqətini əməlinə yönəldən var ki, axır ömründə fəsadverici olar və Oda doğru hərəkət edər (cəhənnəmlik olar)
📄 İmam Əlinin oğlu İmam Həsənə nəsihətindən
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
- Mənə bir məsləhət ver. Çıxılmaz vəziyyətdəyəm.
- Nolub ki?
- Bir nəfərdən xoşum gəlir. Onunla evlənmək istəyirəm. Lakin bilmirəm, bu addımı atım, ya yox.
- Məsləhətim budur ki, evlənmə!
- Aaa niyə?
- Əgər fikrin ciddi olsaydı, bunu həqiqətən istəsəydin, yanıma gəlib məsləhət istəməzdin.
----
Əslində, belə bir şeydə problem yoxdur. Bu, sərfəli bir anlaşma, mənfəət güdmək naminədir ki, əksər ailələr belə qurulur. Şəxsi çıxar üstündə. Məsələm, mənə nə qədər adam yazıb ki, filankəslər var, Qurana baxın, evlənim, ya yox. Deyirəm, birincisi belə bir şey yoxdur. Quran açmaqla yox, Quranın maarifilə evlənmək lazımdır. İkincisi, sənin məntiqinlə oğlan/qız sənin üçün "baxsa" və "pis" gəlsən, necə olacaq?
Bu, insanın həyatıdır.
"Biz gənc və axmaq idik. Biz sehrli bir söz olan 'sonra'ya inanırdıq. Heç vaxt, heç vaxt o 'sonra' gəlmir."
– Anton Çexov
Dəfələrlə deyiblər ki, hisslərinizi, hədəflərinizi kağıza köçürün. Yazın. Bəlkə də biz sonuncu nəsillər olduq ki, məktubun nə olduğunu bildik. İndiyə qədər çox sayda əhəmiyyətli elektron mesaj almışam. Amma əsla anamın əsgərlikdə mənə yazdığı məktubları, dayımın göndərdiyi açıqçaları, gənc ikən yazdığımız/aldığımız sevgi məktublarını əvəz etmir. Həqiqətən də, kağıza köçürülən şeylər əsla ölmür. Canlı qalır.
"Əgər zehnin zəncirlərlə bağlıdırsa, azadlıq sadəcə bir arzudur."
Kant
➡️İnsandan xoşbəxtliyin nə olduğunu soruş və onun ən çox nəyə ehtiyac duyduğunu bilmiş olacaqsan.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Ağrı tərbiyə etmir.
Ağrı yaralayır, zədələyir.
Tərbiyə edən sevgidir.
Bir-birinizi anlamaq üçün ortaq, sevmək üçün isə fərqli cəhətlərə malik olmalısınız.
🦂Kəhrəba olsa da əqrəb quyruğu
Yenə də əqrəbdir, zəhərlidir bu.
(Nizami)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bu foto neçə vaxt öncə rastıma çıxmışdı ki, ofisiant paylaşmışdı. Müştəri kreveti yeyib və qalıqları belə yığıb.
Bəzən bu, mükəmməliyyətçilik mərəzindən doğur. Zahirən bizə xoş gəlir, lakin bu xüsusiyyət insanı tədricən məhv edir. Həm özünə, həm sevdiklərinə qarşı. Qüsura qarşı, bir az düz getmədikdə dərhal adamda antipatiya yaranır. Həyat isə doğrusu, səhvi ilə birlikdədir
Qeyd edim ki, tək olmaqla tənha olmaq ayrı şeylərdir. Tək olmaq seçimdir. Tənha olmaq psixoloji haldır.
🌞Deyir, heç vaxt öz günəşinizi hansısa şama və ya çırağa dəyişməyin.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2025/07/05 06:50:32
Back to Top
HTML Embed Code: