Telegram Web Link
🔸İnsanlar ilk dəfə sizinlə görüşərkən 8 saniyə ərzində sizin barənizdə 8 nəticə əldə edirlər:
👉* 0.1 saniyə bəs edir ki, insan sizə etibar edib etməyəcəyini anlasın.
👉* Sizi geyiminizə görə qarşılayırlar. Əlbəttə, geyiminizin keyfiyyəti, gəldiyiniz maşınınız və sair şeylər də rol oynayır. Bunun üçün də çox vaxt lazım deyil.
👉* Daha sonra sizin seksual oriyentasiyanız təyin edilir, evlisinizmi ya yox. Buna da 1/12 saniyə vaxt gedir.
👉* Əgər həmsöhbətinizin gözlərinə baxırsınızsa, şüuraltı belə qəbul edəcək ki, siz intellektual adamsınız. Əlbəttə gözünüzdə eynək olması və danışıq tərziniz də sizinlə əlaqədar təəssürat formalaşdırır.
👉* Çox qəribədir, insanlar sizin əyninizə paltarın necə oturmasından sizin uğurlu olub-olmadığınızı da təyin edə bilirlər.
👉* Bəzi araşdırmalar nəticəsində məlum olub ki, sən demə, keçəl adamların başqaları üzərində iqtidarı və nüfuzu daha çoxdur.
👉* İnsanlar hələ də aşkar şəkildə döyməsi (tatusu) olan qadınları ciddi qəbul etmirlər.
👉* Sizin gəzmək üslubunuz da barənizdə çox şey deyir. Əgər iri addımlar atırsınızsa, camaat düşünür ki, ekstrovertsiniz. Xırda addımlar atırsınızsa və yerə baxrsınızsa sizi introvert kimi qəbul edirlər.
🤷‍♂️PS: Əlbəttə, bunlar düstur deyir, sadəcə çoxluğun qəbul etdiyi qayda-qanunlardır. Özləri də bilmədən.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
➡️ Nə üçün əksər qadınları manyak, qatil, bir sözlə cinayətkarlar cəzb edir?

Çikatilonun (seriyalı qatil, pedofil, nekrosadist, nekrofil, kannibal) türmədə dəhşət məşhurluğu vardı, mütəmadi olaraq ona sevgi etirafları gəlirdi.

İndi isə Kerçi faciəsinin cinayətkarı Vladislav Roslyakov onun yerini tutub. Bir çox qızlar ona vurğunluğunu gizlətmir, sosial şəbəkələrdə yazırlar ki, onlar təəssüf hissi keçirirlər. O qeyri-adi və cəsarətli adam idi. Yaxşı bəs nə üçün qadınlar manyak və başdanxərəblərə belə meyil edirlər? (Əslində buna Stokholm sinromu deyirlər. Bu haqda çoxunuz bilirsiz)

Bəzən qadınlar ömürlük həbs cəzası alan manyaklara vurulur, onlarla evlənmək istəyirlər
Müasir psixoloqlar cavab tapmağa çalışır ki, axı nə üçün qadınları “pis oğlanlar” bu qədər valeh edir

Ailə psixoloqlarından biri qeyd edir ki, bunun kökünü öncə ailədəki problemlərdə axtarmaq lazımdır. Yəni bu qızlar elə bir ailədə böyüyüblər ki, orada tiranlıq, alçaltma, döymə və sair hadisələr çox olub. Onlar üçün qatil qəhrəmandır. Hər kəs qəhrəman sevmək istəyir. Lakin bəziləri yaxşıları, bəziləri pisləri sevir.

Başqa bir psixoloq qeyd edir ki, qızlar ona görə manyaklara meyil edir ki, bu kişilərin hər kəsin öhdəsindən gələ biləcəklərini düşünürlər. Yəni guya öz qadınının qayğısına qalacaq, müdafiə edəcək, lakin başqları onun qarşısında dura bilməyəcək.

Qadınlar təbiətləri etibarilə güclü və qeyri-adi kişilərə meyil edirlər. Fikir versəz görərsiz ki, əksər qadınlar sakit, evcil, heç kəslə işi olmayan, dava salmayan kişilərə hörmət etsələr də, onlarla ailə qurmaq istəmirlər. Ailə qursalar da idarəçiliyi öz əllərinə alırlar.

Bayaq da dedik ki, qadınlar qəhrəmanla yaşamaq istəyirlər. Bəzən qatili də qəhrəman kimi hesab edirlər. Axı qatil hamı kimi deyil. Boz kütlədən fərqlənir.

Məsələnin başqa tərəfi budur ki, hamı qatilin neqativ tərəfini daha çox qabardır. Qızlarda isə ruhlandırmaq, tərbiyə etmək və kömək etmək xüsusiyyətləri var. Yəni bəzən başıbəlalı "övladlarının" qayğısına qalmaq, ona qulluq etmək, bir sözlə analıq etməyə çalışırlar. Meyil etmə cəhətlərindən biri də budur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Əzizlər, sabah, bu şənbə günü seminarımız var. Gəlmək istəyən buyura bilər. Giriş sərbəst və pulsuzdur
Adətən münasibətlər bu iki halda məhvə doğru gedir:
1. Tərəflər səfərbər olub problemi həll etmək yerinə kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmağa çalışırlar. Səndə-məndə oynayırlar. Sənə kimin haqlı olması lazımdır, yoxsa problemin həlli?
2. İstənilən tərəf tənqid oluna bilər. Hətta biri-digərinə narazılığını deyə bilər. Lakin bu o demək deyil ki, belə bir hal yaranıbsa, mütləq küsülü olmalı, danışmamalıdırlar. Əməl tənqid olunmalıdır, şəxsiyyət yox.
Tərəflərdən biri "Mən daha yaxşısına layiqəm" düşündükdə isə münasibət dağılır.
Əgər səni kral seçiblərsə, amma tac başına böyük gəlibsə, əvvəlcə o, gözlərinə düşəcək... Və sən heç nə görməyəcəksən! Sonra o, qulaqlarını örtəcək... Və sən heç nə eşitməyəcəksən! Daha sonra dodaqlarını bağlayacaq... Və sən heç nə deyə bilməyəcəksən! Ən sonda isə o, boynuna sürüşəcək... Və sənə xalta olacaq ki, səni elə öz kölələrin onunla edam yerinə aparacaq! O anda sən hər şeyi görəcək, hər şeyi eşidəcək və hər şeyi danışa biləcəksən... Amma artıq səni heç kim dinləməyəcək və sənin deyəcək sözün qalmayacaq!

Nikolo Makiavelli
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Övladlar öz valideynlərini təqlid edirlər
Tomas Lerua "Ən ağır yük - beyindəki düşüncələrdir".
"Əvvəllər kitabları yazıçılar yazar, hamı oxuyardı, indi isə kitabları hamı yazır, amma heç kim oxumur."
— Oskar Uayld
Qəzəb anında verilmiş qərarı, edilmiş seçimi ləğv etmək olmur.
🤷‍♂️Bəzən çətinliklər güclünü daha güclü, zəifisə daha zəif edir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
➡️İmam Sadiq buyurub: "Təkəbbürlük və qüdrət nümayiş edən kəs bunu yalnız daxilində alçaqlıq duyduğuna görə edir". (Kafi,c.2, s.312)

Kəlamdakı "zillət" ifadəsini - çatışmazlıq, alçaqlıq kimi ifadə edə bilərik. Yəni özündə natamamlıq kompleksi hiss edən adam həmişə təkəbbürlük və qüdrət göstərir ki, bununla həm öz gözündə özünü, həm də digərləri onu təsdiq etsin.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💬Bəzən iki nəfər arasında çox gözəl münasibət olar. Bir-birini anlayarlar, gülərlər, güzəşt edərlər, sirr paylaşarlar. Elə ki, sevgili, ya evli, ya şərik, ya bu qəbil şey oldular - hər şey məhv olub gedər. Bəzi insanlar günəş kimidir. Uzaqdan faydalan, vəssəlam.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Farid Abdullah
💬Bəzən iki nəfər arasında çox gözəl münasibət olar. Bir-birini anlayarlar, gülərlər, güzəşt edərlər, sirr paylaşarlar. Elə ki, sevgili, ya evli, ya şərik, ya bu qəbil şey oldular - hər şey məhv olub gedər. Bəzi insanlar günəş kimidir. Uzaqdan faydalan, vəssəlam.
🔴Dünən şərhlərdə bunun nə üçün baş verməsi haqqında suallar verilmişdi. Gəlin indi analiz edək.

Dostluq və sırf yaxın münasibətlərdə insanlar bir-birinə təbii olaraq sərhədsiz bir rahatlıq və sevgi bəxş edə bilirlər. Çünki burada öhdəliklər, rəsmi gözləntilər və ciddi məcburiyyətlər yoxdur. Amma münasibətlərin daha ciddi bir mərhələyə keçməsi – sevgili, evlilik, ya şəriklik kimi – artıq həmin münasibətə məsuliyyət, vəzifə və daha yüksək gözləntilər əlavə edir.

⚡️ Daha yaxın münasibətlərdə insanlar bir-birindən daha çox şey gözləyir. Bu, təbii olaraq məyusluğa gətirib çıxara bilər.
⚡️ İki nəfər bir-birinə daha yaxın olduqda şəxsi sərhədlər bəzən pozulur. Bu, münaqişələrə səbəb ola bilər.
⚡️ Sevgi və ya evlilik zamanı zamanla münasibətlər rutinləşə bilər və bununla bağlı təzyiqlər (maliyyə, məişət problemləri və s.) artır. Bu da əvvəlki təbii münasibətləri çətinləşdirir.
⚡️ Günəşə ona görə bənzətmişəm ki, insanları uzaqdan seyr etdikdə qüsurları az görünür. Lakin yaxınlaşdıqca həm müsbət, həm də mənfi tərəflər ortaya çıxır.
⚡️ İki insan arasında əlaqə başladıqda bir-birini idealizə etmək mümkündür. Amma yaxınlıq artdıqca, idealizm yerini reallığa verir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
— Bir təsəvvür et: mən yoxam, sən isə tək oturub heç kimlə danışa bilmirsən.
— Bəs sən haradasan?
— Mən yoxam.
— Elə şey ola bilməz, — dedi Ayı balası.
— Mən də belə düşünürəm, — dedi Kirpi. — Amma birdən elə olar ki, mən tamamilə yoxam. Sən təksən. Onda nə edəcəksən?..
— Hər şeyi alt-üst edərəm ki, sən tapılasan!
— Mən yoxam, heç yerdə yoxam!
— Onda, onda… Onda çölə qaçaram, — dedi Ayı balası. — Və bağıraram: “Ki-i-i-rpi-i-i-i-i! ”, sən də eşidib bağırarsan: “Ayı balasııııı! ” Bax belə.
— Yox, — dedi Kirpi. — Mən heç zərrəcə də yoxam. Başa düşürsən?
— Niyə mənə ilişmisən? — hirsləndi Ayı balası. — Əgər sən yoxsan, deməli, mən də yoxam. Başa düşdün?…

/Kirpi dumanda/
Tənhalıq heç də yanınızda heç kimin olmaması deyil. Onun mahiyyəti, sizə vacib görünən şeyləri başqalarına çatdırmağın mümkünsüzlüyü və ya həmfikir insanların olmamasıdır.

Karl Qustav Yunq
Həqiqətən də, belədir. Anı yaşamaq o qədər önəmlidir ki. Məsələn, şəkil və videoya çəkib saxladığımız nə çox xatirə yadımızda deyil. Bizim yadımızda yalnız hiss etdiklərimiz, anı yaşadığımız şeylər qalır.
➡️Yeganə edəcəyimiz hərəkət baxışınızı “Niyə mənə bunu edirlər?” sualından “Mənə nə öyrətməyə çalışırlar?” nöqteyi-nəzərinə çevirməkdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bayaq oğlumun çubuğundan birini götürdüm, sakit səslə dedi ki, icazə aldın? Dedim, bağışla, düz deyirsən, almalı idim. Olar? Dedi, hə.
Etiket qaydaları hər kəsə aiddir. Əgər mən bu qaydanı qoyurmsa, başda özüm riayət etməliyəm.

🔸Bunu 2021-də yazmışdım
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Sokratın zəhlətökən insanlarla mübarizə metodu haqqında eşitmisinizmi?

Heç səs-küylü mübahisə zamanı qarşı tərəfin öz haqlılığını sübut etmək üçün qışqırması başınıza gəlibmi? Bundan daha dözülməz bir şey yoxdur, deyilmi?
👇👇👇
2025/07/04 20:37:06
Back to Top
HTML Embed Code: