Telegram Web Link
Krımın cənub sahilində arvadımla mənim xəlvət bir yerimiz var.
Biz tez-tez orada oluruq. Bir dəfə biz oranı təmizləmək istədik. İki böyük kisə zibil yığdıq. Yola düşəndə arvadım kisəni əlindən yerə saldı. Zibil dağıldı, butulkalar sınıb çilikləndi, kiçik qəlpələr çimərlik boyu səpələndi.
- Mənə səmimi de görüm, - mən ondan soruşdum, - sən zibili yığanda nə fikirləşirdin?
- Mən insanlara qarşı hirslənir və onları mühakimə edirdim ki, dincəldikləri yeri zibilləyirlər. İndi mən başa düşdüm ki, insanları mühakimə etmək olmaz. Sadəcə, bəzi insanlar var ki, zibillikdə dincəlmək xoşlarına gəlir. Mən isə təmiz yerdə dincəlməyi xoşlayıram, ona görə də bu yeri təmizləyirəm. Lakin onu təcavüz hisslərindən uzaq duraraq etməliyəm.
- Mən insan haqqında öz rəyimi, yaxud qərarımı söyləyə bilərəm. Bu yalnız mənim rəyim olacaq. Lakin mən onu mühakimə edə bilmərəm, hökm çıxara bilmərəm.
#oxuduqlarımdan. Dr.V.Sinelnikov
Ey qəlbləri və baxışları dəyişən,
Ey gecəni və gündüzü idarə edən,
Ey dövrləri və hallarımızı dəyişən,
Halımızı ən gözəl hala çevir!

Əzizlər, yeni iliniz mübarək olsun, sizə xeyir gətirsin. Həmrəylik bəşəriyyətin tarix boyu əlçatmaz təmənnası olub. Həmrəy ola bilməməkdir ki, bizi parçalayır. Lakin empati və ittifaq bacarığını qazanmaq olar. Bərəkət, xeyir, bir-birinə qarşı xeyir işlərdə ittifaq və həmrəy olmaq niyyətilə. Mübarək olasınız! ❤️
Rəhman, Rəhim Allahın adı ilə! O, çox bağışlayandır, çox mehribandır. 2025-ci il hər kəsə xeyir, bərəkət gətirsin
İmam Əli (ə) buyurmuşdur:
"Yer üzündə Allaha ən sevimli əməl duadır".

📄 Mənbə: Məkarimul-Əxlaq, c.2, səh.9, hədis 1985.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✍️ Keçən dəfə övladlarımla oturmuşdum. Yemək yeyirdik. Birdən qızım dedi ki, gəlin, hər kəs özündəki mənfi keyfiyyət və xüsusiyyətləri desin. Dedim, hələ özün başla görüm. Başladı ki, mənim filan-filan pis xüsusiyyətlərim var. Dördünü dedi:
* hamıdan gec yeyirəm (hamı yeyir bitirir, o isə qalır),
* bəbə kimi danışıram (hərdən fikirlərini bəbə danışığı ilə deyir),
* üçüncüsü yadımdan çıxdı,
* birini də dedi ki, mən xəsisəm, bölüşməyi sevmirəm. (Mənim qızım soyuqqanlıdır, hislərini bildirmir. Bir dəfə başqa qız uşağı ilə danışdım deyə, üstəlik rəfiqəsi idi, atıldı qızın üstünə ki, mənim atamdır. Yəni atamı heç kimlə bölüşmürəm. Onun bütün iltifat, sözləri, hətta danışığı belə mənimlədir).

Mat qaldım, dedim ki, insanlar yaşa dolurlar, lakin mənfi və pis keyfiyyətlərini dilə gətirə bilmirlər. Uzaqbaşı deyirlər ki, mənim eyibim eyibsizliyimdir, ah, mən hamıya yaxşılıq edirəm, inanıram, çox safam və sair. Lakin qara tərəfini kimsə dilə gətirmir. Hər kəsi günahkar çıxarır, bir tək özündən başqa.

Mənim balam, hələ sən başa düşmürsən. Bu keyfiyyəti saxla. Özünə tənqidi yanaşmağı.

Keçən dəfə süni intellektlə danışarkən, mənə dedi ki, siz özünüzü analiz etməyi bacarırsınız. Yəni özü bunu yazdı. Mənə qəribə gəldi ki, bunu mənə barmaq sayı qədər adam deyib. Yəni sən özünü qazıdıqca qazırsan ki, mən bu əməli niyə etdim. Nə səbəb oldu. Bu məqsədimin arxasında nə var idi.

Qızımdan bir daha bunu öyrəndim ki, yaxşı xüsusiyyətlərini sadalamamışdan, özünü tərifləməmişdən öncə, pis xüsusiyyətlərini öndə tut. O zaman nə tərif səni aldadar, nə başqa səmtə düşərsən. Allahın izni ilə.

Təcrübəm bunu deyir ki, mən bu həyatda özünü pis insan bilən adamlardan daha çox xeyir və yaxşılıq, sədaqət və vəfa görmüşəm. Nəinki özünü yaxşı insan kimi sübut etməyə çalışanlardan.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Bu mətləb neçə gündür ki, məni özünə məşğul edib. İnanın, neçə gün ancaq bunu düşünmüşəm.

O da Şəmsəddin Zəhəbinin (1274-1348) Şeyx Müfidinin (947-1022) bioqrafiyası haqqında qeyd etdikləridir. Tədqiq əhli Zəhəbinin kim olduğunu yaxşı bilir. Əməvi xanədanına xüsusi həssaslığı olsa da, İslam alimləri arasında öz sözünü demiş kəsdir. Bu gün elmi əsər yazdıqda mütləq Zəhəbiyə istinad edilir ki, mətləb Əbdülvəhhabın oğlunun ardıcılları üçün də məqbul sayılsın. Şeyx Müfid isə on iki imam şiələrinin ən nüfuzlu alimlərindən biri olub. İmamiyyənin əqidə əsaslarını ilk dəfə elmi səviyyədə sistemləşdirib. Bu gün onun tərtib etdiyi sistem artıq oturuşmuşdur.

Zəhəbi "Tarixul-İslam" kitabının 28-ci cildi, 333-cü səhifədə qeyd edir. İxtisarla qeyd edirəm: Məhəmməd ibn Məhəmməd ibn Nu'man əl-Bağdadi, "Şeyx Müfid" olaraq tanınırdı. O, rafizilərin başçısı və alimləri idi. Rafizilərin zəlalətləri və sələfə qarşı tənqidlər mövzusunda kitablar yazmışdı..... Allah onu Ramazan ayında həlak etdi və müsəlmanları ondan rahatlatdı. (Məzhəb təəssübkeşliyi Zəhəbiyə təsir etsə də, nifrətini izhar etsə də, ardınca Şeyx Müfidin fəzilətlərini nəql edir)

... Onu İbn Əbi Tayy "Tarix əş-Şiə" kitabında qeyd etmiş və belə demişdir: "O, məzhəbin şeyxləri arasında ən görkəmli şəxs idi, imamiyyənin dilindən danışan, kəlam, fiqh və mübahisə sahələrində lider idi". O, bütün elm sahələrində, o cümlədən üsul elmi, fiqh, hədis, rical, Quran, təfsir, qrammatika və şeir sahələrində bənzərsiz idi. Bu sahələrin hamısında yüksək mövqe qazandı və hər bir inancın ardıcılları ilə mübahisələr aparırdı.

Məni dəhşətə gətirən ifadələr bunlar oldu: "...Şeyx Müfid müxaliflərin heç bir kitabını oxumamış buraxmazdı, onların kitablarını əzbərləyər və onlarla mübahisələr aparardı. Bu yolla, onların irəli sürdüyü şübhələri həll edə bilirdi. O, öz tələbələrinə belə deyərdi: "Elm öyrənməkdən usanmayın, çünki elmin öyrənilməsi nə qədər çətin olsa da, sonunda asanlaşır və nə qədər inadkar olsa da, sonunda yumşalar".

Daha dəhşətlisi buradır: "Şeyx Müfid tədrisə ən çox əhəmiyyət verən insanlardan biri idi. O, məktəbləri və toxucuların dükanlarını gəzər, ağıllı və qabiliyyətli bir uşaq gördükdə, onun atasına və anasına gedər, onlardan uşağı tərbiyə etmək üçün icazə alar və sonra onu təlimə götürərdi. Bu səbəbdən onun çoxlu tələbəsi olmuşdur".

"...Şeyx Müfid tələbələrinin ehtiyac duyduğu hər bir şeyi təmin edərdi. O, orta boylu, zəif bədənli və qarayanız idi. Əgər inadkar bir müxalifin sualı qarşısında çətinlik çəkərdisə, dərhal Allaha dua etmək üçün namaza yönələr və Allahdan çətin sualın cavabını asanlaşdırmasını istəyərdi. O, 76 il yaşamış və 200-dən çox əsər yazmışdır. Onun cənazəsinə 80 min nəfər qatılmışdır. Cənazəsi böyük bir izdihamla müşayiət olunmuşdur".
----

Bəli, əzizlər. Görün bir insan özünü elmə nə qədər verib. Bəs deyil, qapı-qapı gəzib ən istedadlı tələbələr seçib, onları tam təmin edib. Heç təəccüblü deyil ki, Seyid Mürtəza (imamiyyənin kəlam və fiqh mütəxəssislərindən biri), Seyid Rəzi (Nəhcül-bəlağəni toplayan) və sair onlarla mütəxəssisin müəllimi məhz Müfid olub.
Dəhşət ifadədir: Peyğəmbərdən nəql olunan kəlamda deyilir: İnsanlar mədən kimdirlər. Cahiliyyətdə yaxşı olanları islamda da yaxşıdır".
Nəticə: din, təhsil, mədəniyyət, incəsənət və sair şeylər insanı nə yaxşı, nə pis etmir. Uzaqbaşı insanın içini təhrik edir. Götürək, dindar olanları, malik olduqları etiqadı silsək, görərik ki, bundan öncə də eyni düşüncə tərzində, temperamentdə olublar. Sadəcə forma dəyişib, öz yerlərini tutublar. Bu, Peyğəmbərin səhbələrinə də aiddir. (2022)
Ağıllı və axmaq insan arasında fərq ondan ibarətdir ki, axmaq insan həmişə özündən asılı olmayan işlərə görə narahat və peşman olur. Məsələn, övladı, atası, qardaşı, işlərinin aqibəti və mülkü barəsində. Ağıllı insan isə yalnız birbaşa özündən asılı olan işlərə görə, məsələn, öz fikirləri, istəkləri və hərəkətləri barəsində narahat olur.
#oxuduqlarımdan (2022)
👍 İmam Baqir (ə) buyurub:
"Təmiz sözü deyən şəxsdən götürün, hətta o, həmin sözə əməl etməsə belə".

(Tuhəf əl-Uqul, səh. 291)
PS: Kəlamda "Tayyib" sözü keçir. Tayyib pak, təmiz deməkdir. Antonimi xəbisdir. Yəni baxma sözü kim deyir. Ola bilər, heç dediyinə əməl etməsin. Söz pakdırsa, təmizdirsə, düzdürsə, kim deməsindən asılı olmayaraq, qəbul edilir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
izə kouçinqdə mövcud olan ən sadə “GROW” modelindən müxtəsər yazım. Ancaq diqqətli olun, bunun vasitəsilə bir çox işlərinizi yerbəyer edə bilərsiz.
GROW nədir?
GROW, yəni
G – goal – Hədəf; (insan nəyə can atır. Burada zəruri olan hədəfi bəlli etməkdir)
R – reality/reallıq, ətraf gerçəklik; (insan indi haradadır, hədəflə onun arasında nə qədər məsafə var)
O – opportunity/malik olduğun imkanlar; (maneələr nədir, hədəfə çatmağın qarşısını nələr alır və nə etməlidir)
W – what to do/hərəkət, fəaliyyət. (hərəkət planı tərtib edilir. Burada isə maneələri aşdıqdan sonra hədəfə çatdıracaq yol təyin edilir)
Hər biri barədə fərqli nəzərlər var. Hər bir halda, öz potensialınızı bununla aça bilərsiz. Lakin bunun hər biri üçün xüsusi suallar təyin edilib, bu suallara cavab verməklə, bir çox şey aydınlaşır.
Gəlin sizə Hədəfin (G/goal) düzgün təyin edilməsində istifadə edilən SMART metodunu da qeyd edim. SMART nədir?
Sizin hədəfiniz S – maksimum dərəcədə konkret (Specific); M – ölçüyə uyğun gələn (Measurable); A – nail oluna bilən (Achievable); R – real (Realistic); T – vaxtla məhdud (Time-bound) olmalıır.
Varlı olum, çoxlu pulum olsun, maşınım olsun, xaricə gedim, ərə gedim, xarici dil bilim – tipli utopik arzular yox, yoxsa elə arzu olaraq qalacaq.
Məsələn, 6 aya mən İngilis dilini “Upper Intermediate” səviyyəsində öyrənməliyəm. Əlbəttə, daha da konkretləşdirmək olar. Hədəfləri belə təyin etmək lazımdır. Ona görə hədəfə barmaq sayı qədər adamlar çatır, yerdə qalanları sadəcə arzu edirlər, belə də ölüb gedirlər.
💬Mənə indiyədək vasvasılıqdan (Obsessiv kompulsiv pozuntu) şikayət edən çox adam yazıb. Özüm də vasvasılığın dibinə getmiş biri olmuşam. İndi də qalıqları qalıb. Hər kəs: dəstəmaz, qüsl, namaz, təmizlik barədə şikayətlənib. Deyəndə ki, bunun dinlə əlaqəsi yoxdur. Allah səndə iynə ucu yer axtarmır. Şəriət deyir, bir şeyi düz və ya səhv etdiyinə şəkk etsən - etibarlı şəkk sayılmır. Hətta səhvə də güzəşt var. Bu sadəcə psixoloji pozuntudur ki, burada özünü üzə çıxarıb - qane olan azdır.

Amma məşhur bir irad var: Mən hələ də bir nəfərin pul məsələlərində, yəni sədəqə, Allah yolunda infaq kimi məsələlərdə vasvası olduğunu görməmişəm. Görəsən bu işi Allaha xatir gördümmü, ya yox - deyəni heç görməmişəm (İstisnaların olması, az da olsa, bəlkə də, ola bilər, mümkündür). Vasvasılıq adətən qüsl, dəstəmaz kimi şeylərdə ortaya çıxır. Yəni səni vasvası edən din deyil. Səbəbi ayrı şeydir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔸Bu artıq danılmaz faktdır ki, insan gec-tez həsrət günü ilə üzləşəcək. Hər bir insan peşman olacaq: ya etdiklərinə, ya da etMƏdiklərinə görə. Fakt odur ki, biz daim etdiklərimizi analiz edirik. Bəlkə elə etmədiyimiz şeylərə görə Cəhənnəm yaşayırıq?
Mən sadəcə son dövrlərdə analiz şəklində özümə sual verirəm: Bax, Fərid. Nəyi indi etməsən, öldükdə "it kimi" peşman olacaq və "ey kaş edəydim" deyəcəksən? Bax indi ki, fürsətin var, bu fikir zehninə gəlirsə, deməli, Allah onu düşünməyini istəyir. Bax nəyi indi etməlisən? Nəyi etmək sənin qəlbinə su səpə, onu aram edə bilər? Təbii ki, sənin qüdrətin çatan şeylərdən söhbət gedir.
Həqiqi uğur qazanmış adamlar lazım olan şeyi lazım olan vaxtda edənlərdir. Geridə qalanlar sadəcə peşman adamlardır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Mən uşaq yaşlarımdan mədrəsə, hövzə, universitet və sair təhsil ocaqlarında böyümüş kəsəm. Ərəb dilini bu dilin daşıyıcılarından tutmuş fərqli müəllimlərdən öyrənmişəm. Neçə-neçə klassik kitabları Ərəb dilindən tərcümə etmişəm. Lakin bütün bunların kökündə bir şey durur. İlk dəfə mənə Ərəb dilini keçən müəllimin zəhməti. Mən o vaxt 90-ların əvvəllərində Təzə Pirdə mədrəsəyə gedib Quran oxuyarkən artıq lazım olan şeyləri bilirdim. Çünki ərəbtəmayüllü keçmiş adı Hüseyn Cavid adına olan 132 nömrəli məktəbdə oxuyurdum. Mənə ilk təməl bilgiləri öyrədən isə əksər din xadimlərdən fərqli olaraq bir nəcib xanım olmuşdur. Tahirə xanım Fətullayeva.

Mən ömrüm boyu, xüsusilə təhsil ocaqlarında çox intizamsız şagird olmuşam. Havalı, ipə-sapa yatmayan. Nadinc yox ha, nizamsız. Lakin məni tanıyan əksər müəllimlər bunu mənə keçirdilər. Çünki əlaçıydım, dərsi təhvil verə bilirdim. Sadəcə bir yerdə qərar tuta bilmirdim. Mən axmaq dövrlərdən keçmiş biriyəm. O cür potensialıma baxmayaraq, 9-cu sinifdən sonra küçəyə dadandım. Ev uşağı, səhər-axşam dərs oxuyan uşaq Sovetski məhəlləsinin qucağına düşdü və mən hər şeyi buraxdım. Rəhmətlik direktorumuz Aliyə Təhmasib, zavuçumuz və sair müəllimlər ana kimi mənə deyirdilər: Fərid, noldu sənə? Fərid isə nə dərsə gəlirdi, nə dərsdə tapılırdı, nə dərs oxuyurdu. Küçə, futbol, veyillənmək. Elə bil zəncirdən qırılmışdım. Həyatı tanıyırdım.

Bir də ayıldım, məktəb bitdi. Keçmiş müəllimlərimin bəzisi mənə keçmiş biliklərimə görə qiymət yazdılar. Bəziləri bunu mənə bağışlamadılar. Xüsusilə fənnindən Respublika olimpiadasına çıxdığım Fizika müəllimim.

Amma Tahirə müəllimə mənə keçdi. Mən daha onunla heç yerdə üz üzə gəlmədim. Həyatın axarı məni ayrı istiqamətə apardı. Amma onu tez-tez xatırlayır, onun üçün xeyir-dua edirəm. Çünki mənim din sahəsi üzrə əsas potensiallarımdan biri Ərəb dilidir. Onun da təməlini Tahirə müəllimə atıb. Onun üzərimdə böyük haqqı var. Naxələf tələbə olsam da, ona ömrüm boyu minnətdaram və əgər bir savab qazana bilmişəmsə, bundan ona da pay düşür.
Yəqin ki, uşağın üstünə acıqlanan olub aranızda. Hər nə qədər haqlı da olsanız, uşağın gözündəki qorxunu, səsinizdən diksinməyini, sizə gücü çatmadığı üçün təslimçiliyini gördükdə, adam özünə nifrət edir. Bu həyatda sənə cavab verə bilməyəcək adama zülm etməkdən rahat nə var? Bu, alçaqlıq deyil də, nədir?!
🔸Şükür, son dövrlər qumar əleyhinə təbliğatlar nəhayət ki başlayıb. Məncə qumar əleyhinə qəsdən irihəcmli təbliğat aparılmır. Çünki o zaman misli, topaz, lotoreyalar və sair şeylər gərək işinin dalınca getsin. Artıq xaricdə futbol yarışlarında bet altında mərc oyunları aşkar təbliğ edilir. Qumarxanalar influenserlərə yaxşı reklam verirlər.

Məni yandıran odur ki, adamlar minlərlə pul uduzub, məhv olub, video çəkir, camaat, etməyin, müalicə alın - deyir, kimsə şərhdə yazır ki, qaqa, boş danışma, 4 min borcum vardı, 11 min uddum hər şeyi bağladım. Yaxud yazır ki, xırda-xırda risk eləmədən olar. Ah, bu havayıdan pul qamarlamaq arzusu. Sonra olur "heç olmasa pulumu çıxarım", sonra artıq asılı olursan. Əlindən telefonu yerə qoya bilməyən kəs də asılı sayılır.

Bax, bəla bu günaha ümid bəsləyib, ümidlə yaşayanlardadır. 50 qramla heç nə olnaz. 50 manatla heç nə olmaz. Olmaz, olmaz... Hopp, bir də görürsən gəldi bəla. Amma qulaq asmır ki, asmır...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴 İmam Əli (ə):
"بالإحْسانِ تُمْلَكُ القُلوبُ؛"
"Yaxşılıq etməklə qəlblər fəth edilir".

Ğurərul-Hikəm, hədis 4339.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmkan edib bu videoya baxın. Əksəriyyətin ürəyi dözməz, qaçıb kömək edərdi. Ağlayır, ata-ata deyir. Lakin övlad öyrənməlidir. Məsələni həll etməyi. Allahla bizim də münasibətimiz belədir. Gərəkli zamanda Allah kömək edir. O halda ki, özümüz bacara bilmərik. Bəzən bizim çıxmağımızı istəyir
Sevgi çatışmazlığı sindromu
***
Bu, o kəslərə aiddir ki, uşaqlıqda valideynləri tərəfindən kifayət qədər sevgi almayıblar.
Böyüdükdə üzləşdikləri problemlər:
----
* İnsanlara köklü şəkildə etibar etməmək, inanmamaq
* Çətin sevgi münasibətləri
* Emosiyaları idarə edə bilməmək
* Səhv etməkdən qorxmaq
* Böyüsələr də uşaq qalırlar
* Depressiyaya və daim həyəcanlı olmağa meyilli olurlar
* Kiməsə gərəksiz olacaqlarından, onları rədd edəcəklərindən qorxurlar
* Həmişə özünə aşağı qiymət verərlər
* Doğma ailəsindən, qohumlarından qaçarlar
* Öz uşaqları ilə həmişə problemləri olar (2019)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allahın hər bir insan barədə tədbiri vardır
"20 Yanvar”a gəlib boş miktoavtobusa əyləşdim. Sumqayıta doğru hərəkət etməsi üçün əlavə 5-6 nəfər də minməliydi.Təxminən 15 dəqiqə gözləsəm də, məndən başqa minən olmadı. Məcbur qalıb əlavə 5-6 nəfərin də ödənişini etdim ki, mikroavtobus yola düşsün.

Razılaşdıq. Bu an bir neçə nəfər maşına minməyə başladı. Sürücü dedi ki, bu oğlan ödənişin hamısını edib deyə, heç kimi götürə bilmərəm. İngiliscə “no problem, come, come” (problem yoxdur, gəlin, gəlin) dedim ki, minsinlər. Yəni ödənişi mən etdiyim üçün sürücü sərnişinlərdən pul almayacaqdı”.

Ən dəhşətlisi isə bundan sonra başlayıb. Yolda eşidirəm ki, bunlar məndən danışır. Biri deyir, gərək pulu çox alardın. O biri deyir, bunlar Afrikadan gəlib azərbaycanlı qızları yoldan çıxarır.

Yanımda oturan başladı ki, bəs, Sumqayıtda camaat acdır, bunun kimiləri pulumuzu Afrikaya daşıyır və sair. Qısası, yolboyu məni üstüörütülü şəkildə söyürdülər (gülür).

Və mən danışılanların 70-80 faizini başa düşürdüm. Amma özümü eşitməməzliyə vururdum ki, davamına qulaq asım. Sonda dözməyib azərbaycanca dedim ki, dostlar, bayaqdan nə danışırsınızsa, hamısını anlayıram. Amma deyəcək sözüm yoxdur. Allah hər şeyi görüb, qiymət verəndir.

Bunu deyən kimi hamı şoka düşdü, içərini sükut bürüdü. Hamıdan çox sürücü pərt olmuşdu".

Sumqayıtın "Gənclərbirliyi" klubunun sabiq burkina-fasolu futbolçusu İssa Nikiema [sportinfo]
2025/07/04 04:17:26
Back to Top
HTML Embed Code: