Heç kimə lazım və gərəkli olmadığını zənn edən insanlar, əslində ən gərəkli insanlardır
(Remark)
(Remark)
İnsanların bir-birini dinləməsi nemətdir. Əksər insanlar sadəcə cavab vermək üçün qulaq asır. Bayaq marşrutda bir orta yaşlı kişi neçə dəqiqə: yox e, yo, bir də, dəqiq..ə, qu..laq as, bir dəq, yox e, yo - deyə-deyə durmuşdu. Bir cümləsini də sona çatdıra bilmirdi. Telefonun o tayındakı səs hey onun sözünü kəsir və qulaq asmaq mövqeyində qalmasına vadar edirdi. Xoşagəlməz haldır, mənfi aurası mənə təsir edirsə, gör onları nə günə qoyur. Halbuki insanlar sadəcə bir-birlərini dinləyib, sonda normal şəkildə ya razılaşa bilərlər, ya da vidalaşa. (2022)
Bərəkət haqqı, əyninin qalın (isti), ayyaqqabının su keçirməməsi də şükür etməyə layiqdir. Bunun üçün xüsusi mərasim və ayin lazım deyil.
Sadəcə "Nə yaxşı əynim qalındır, istidir, ayaqlarım da rahatdır. Qoy ehtiyacı olanlarda da olsun. Lap bundan artığı olsun. Təşəkkür edirəm".
Adama əlavə enerji gəlir. Nikbinliyin artır. Bəli, sabah bundan məhrum da ola bilərsən. Daha yaxşısına layiq ola da bilərsən. Məhz bu gün üçün əlində olanlara təşəkkür etməyə dəyər. (2021)

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Nəticədə yenə uşaq zədə alır. Ən pisi bilirsiniz nədir? Övlad daim ananın təsdiqini almaq istəyəcək. Atanın təsdiqi ona maraqlı gəlməyəcək. Həyatını zibil edəcək ki, təkcə anam razı olsun.
İnsanoğlunun təbiətidir bu. Şərhdə on nəfərdən doqquzu xoş söz desin, biri mənfi. Biz isə o bir nəfərə önəm verəcəyik. Enerjimizi də. Halbuki o doqquz nəfərin enerjisi ilə kosmosa qalxa bilərdik. (2023)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Yadıma gəlir, bəlkə də 80-lərin axırı idi, anam məni Nardaran pirinə aparmışdı. O vaxt hələ kiçik bir pir idi. Qadınlar oturmuşdu. Mənə şirniyyat ehsanı vermişdilər. Ağzımdan bir tikə yerə düşdü. Çox yaşlı bir qadın əyləşmişdi, əlini atdı, o şirni tikəsini götürüb ağzına atdı və anama mənim barədə bəzi sözlər dedi ki, burada yazmaq istəmirəm. Bir sözlə, mənə hələ qanmadığım bir şəxsiyyət verdi.
Böyüdükcə cəmiyyətə adaptasiya olmaq mənə çox çətin gəldi. Bəli, xeyr, zəhmət olmasa - ilə böyüdülən uşaq meşə və küçə qanunları ilə yaşayan topluma adaptasiya ola bilmirdi. Mən də həyatım boyunca çox bullinqə məruz qalmışam. Qanmırdım ki, axı niyə belə edirlər.
Odur ki, ində də məni cəmiyyət arasında görmək çətindir. Zənglərə nadirən cavab verirəm, kiminləsə görüşmək, tədbirdə, toyda və sair yerlərdə iştirak etmək istəmirəm. Bir sözlə yeni tanışlıq, insanlarla ünsiyyətə enerjim qalmayıb.
Uşaq ikən başladım Allaha yalvarmağa ki, İlahi, məni böyüt. Heç olmasa, yaşıma görə mənimlə işləri olmasın. Çünki camaat onlara zərəri olmayan insan üzərində öz eqolarını göstərməyi sevirlər.
Həyat məni yaşlı insanların arasına atdı. Artıq həmyaşıdlarımla və özümdən kiçiklərlə danışa da bilmədim. İndi də belədir. Məndə mental ağsaqqal, böyük qardaş, müəllim obrazı formalaşdı. Camaatla münasibətlərim dəyişdi.
Sual edirdim özümə ki, niyə camaat başqaları ilə deyib gülür, mənə çatanda ağlayır, ciddiləşir, həyat dərdi danışır, sonra gedib həyata davam edirlər. Yəni Fərid ancaq dərd olduqda yada düşür? Gördüm ki, bu qılaf və görkəmi mən özümə biçmişəm ki, ətrafdan bürünüm. Bu mənim qoruyucu mexanizmim oldu, hər kəslə öz dilində danışa bilmək.
Bütün bunları nə üçün yazdım. Mən öz hislərimi, nə düşündüyümü açıq yazmağı bacarıram. Kim nə deyər, düşünər - vecimə də deyil. Səhvimlə, doğrumla beləyəm. Bu da camaatın sənə qarşı əyinlərindən zirehi çıxarmalarına, makiyajlarını silmələrinə səbəb olur. Sən olduğun kimi olduqda, eyni halda olan insanları cəlb edirsən.
Neçə vaxt idi ki, bir qardaşın evinə gedirdim. Onun atam yaşında atası, hansı ki, yaxşı vəzifələrdə işləyib və s vardı. Son məclislərdə özündən, həyatındakı səhvlərindən, aqibətinin necə olacağından sual edirdi mənə. Yaşlı bir adam, oğlu yaşında birinə. Elə bil ki, Allah onu müvəffəq etmişdi. Çünki yaşlandıqca adam bunu dilə gətirə bilmir. Fərid müəllim, bu məsələ necə olacaq?
Bu gün İmam Əlinin mövludu günü o kişini torpağa tapşırdıq.
Yatağı yığışdırıldı, həyat davam etdi... Dünyaya bir adam gəldi, yaşadı, getdi. Bir müddət sonra isə xatirələrdən də unudulacaq. Sən yaşlandıqca başa düşürsən ki, Allahdan başqa heç kəsin olmayıb. Sən başqalarına ifrat vaxt ayırıb, Allahı gözardı etmisən. Səni bir gün bastırıb, həyatlarına davam edəcəklər. İmam Hüseyn faciəvi şəkildə şəhid olduqdan sonra da günəş çıxdı, yağış yağdı, xoruz banladı, uşaqlar doğuldu, həyat davam etdi... Allah isə qaldı.
Bəli, insana ancaq öz cəhdləri qalır. Gerisi təfərrüat. Etiraf edə bilmək özü bir nemətdir. Allah bizi bundan məhrum etməsin. Bizi əfv edib, öz yolunda sabitqədəm etsin. Hər nə olsa da, Ona tərəf qayıdacağıq.

Məhəbbətin birinci dərəcəli amil olmadığı ailə cəhənnəm yuvasıdır. Məhəbbətin hakim olmadığı ev, əslində, ev deyil, restorandır, arvad yemək hazırlayır, kişi də gəlib yeməyini yeyir, uşaqlar da nə vaxt ürəkləri istəsə onda stolun başına yığışırlar. Ailə məhəbbət və səmimiyyət ocağıdır. Əgər ailədən məhəbbət və səmimiyyəti götürsək, daha o ailə olmayacaq. Ərlə arvad birbirinə ancaq cinsi gözlə, ya pul mənbəyi kimi bəxsa, onların bir yerdə yaşaması insani və islami ailə adına layiq deyil.
#oxuduqlarımdan #behişti
#oxuduqlarımdan #behişti
İncil vaizi Bill Qlass həbsxana keşişi olduğu müddətdə belə bir qənaətə gəlmişdi ki, dustaqların təxminən doxsan faizi valideynləri tərəfindən daim alçaldılıb, ailədə onlara ömürlərinin həbsxanadaca keçəcəyini söyləyiblər.
Tom Mullen “Həqiqətən də, Həyat gülməlidir” kitabında Emi adlı on beş yaşlı bir qız barədə danışır. Emi həmişə dərslərindən əla qiymətlər alardı, hətta B aldıqda valideynləri çox məyus olardılar, Emi valideynlərinə yazdığı qeyddə belə bildirmişdi: “Əgər gördüyüm işlərdə uğursuzluğa yol verirəmsə, o zaman özümə inamım məhv olur”. Bu ismarış Eminin intihar məktubundan bir parçadır.
İnsanın bir şeyi beyninə yeritməyi nəticədə onun davranışlarına təsir göstərir.
#oxuduqlarımdan

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Neqativ: Nə üçün mənim vaxtım çatmır?
Qapalı: Çarə axtara və daha çox vaxt ayıra bilərəmmi?
Açıq: Özüm üçün necə daha çox vaxt ayıra bilərəm?
Daha açıq: Məhz hansı şəkildə özümə daha çox vaxt ayıra bilərəm?
Fokuslanma: Hansı üsullar daha çox uğurludur?
Sistemli düşüncə: Sərf olunan zamanı hansı şəkildə hər gün daha da artırmaq olar?
---
Problemin həlli daha düzgün sual verə bilməkdir (2022)

Özünə dəyər vermək, özünü sevmək, bir sözlə, varlığını dərk etmək səni başqaları ilə bərabər etmək üçündür. Təvazökarlıq da budur. Yəni sən, heç kəsdən əskik deyilsən, artıq da.
Öz boş vaxtınızı dəyərli bilin:
💬 TikTok və Shorts sizi daha axmaq edir — qısa videolar beyin anomaliyalarına və asılılığa səbəb olur.
Çində bir kollecdə aparılan tədqiqatda 17-30 yaş arasında olan 111 tələbə iştirak edib. Onlar gündəlik olaraq 2 ay müddətində TikTok-da 1,5 saat vaxt keçiriblər. Nəticələr aşağıdakılardır:
Beyin degenerasiya edir. 2 ay ərzində orbitofrontal korteksdə boz maddənin həcmi 2,3% azalır.
Uzun və mürəkkəb tapşırıqlara diqqət azalır — bu, məhsuldarlığa və dərin düşünmə qabiliyyətinə təsir edir.
Koqnitiv funksiyalar pisləşir: yaddaş, diqqət və çoxtapşırıq rejimində işləmə qabiliyyəti zərər görür. Qərar qəbuletmə çətinləşir.
Yuxu rejimi pozulur.
Depressiya və ya psixi sağlamlıq pozuntuları olan insanlarda simptomlar daha da pisləşir və narahatlıq artır.
➡️ Rastıma çıxdı, dedim ki, paylaşım sizinlə də.

"Məktəbdə filankəsi əzişdirirdim, he-he", "filan müəllimin başına yumurta atdım, ha-ha", "qaqan, qırmızıdan nətər keçdi?", "gördün necə kəsdim pulundan, ho-ho" - kədərlidir, çox kədərlidir. Bir insanın bu tip şeylərlə öyünməsi faciədir. (2021)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1. İnsan əksər qərarlarını düşünmədən verir.
2. Vərdiş, təxminən 40 günə formalaşır.
3. İnsanın böyük seçimə ehtiyacı yoxdur.
4. Siz həmişə başqalarını subyektiv şəkildə ittiham edirsiz.
5. Sizin parlaq təəssüratlarınız səhv ola bilər.
6. Siz hədəfə çatma prosesində xoşbəxt olursuz və nəticə burada rol oynamır.
7. Siz gələcəyi öncədən xəbər verə bilməzsiz.
8. Yalanı və insanları mütləq şəkildə tanıya bilməzsiz. (2022)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Çox vaxt rastımıza aqressiv adamlar çıxır. Onlarla necə rəftar edək?
1. İroniya: Məsələn deyirsən: Mən indi bir yazı üstündə işləyirəm. Aqressiya haqqındadır. Zəhmət olmasa bir də qışqırardız. Sizdə elə gözəl alınır ki. Sizi müşahidə etmək mənə zövq verir.
2. Xeyirxahlıq: Belə adama gözəl və ürəyiyanan sözlər demək. Məsələn, "Mənim haqımda düşünmədən pis sözlər desən belə, sən gözəlsən".
3. Vecə almamaq: Bu cür adamlara verə biləcəyiniz ən gözəl və təsirli cavab reaksiya verməməkdir. Adətən bu adamlar sizi belə görüb daha da alışa bilərlər. Amma sonra böyük ehtimalla peşman olacaqlar.
Nəticə: Aqressiyanın sizi idarə etməsinə imkan verməyin. O qədər böyük adam olun ki, heç nə sizi özünüzdən çıxara bilməsin.
#arxiv

Mən lap doxsanların əvvəllərindən kitab yığır və oxuyurdum. Şükür ki, kitab oxumaq, kitabxana və bu qəbil şeylər hələ uşaq ikən anamın dəstəyilə mənə verildi. Anam saatlarla kitabxanalarda oturur, mənim üçün inşa yazırdı. Yaxud məqalələr və sair. Mən də onun yanında saatlarla otururdum. Ya dərs edirdim, ya kitab oxuyurdum - onu gözləyirdim. Çox olub ki, onun məqalələri tanınmış qəzetlərdə başqalarının adı ilə verilirdi. Sadəcə anam yaradıcılığı sevir, oturur yazır, onun üçün yazmaqdır. Bəsən təkcə mənə oxuyur.
Deyirəm, ay ma, kaş sənin dövrün indiki dövrdə olaydı, yaradıcılığını, yazılarını, çəkdiyin rəsmləri, düzəltdiyin şeyləri və sair şeyləri auditoriyana bölüşərdin. O da mənimlə təsəlli tapır, mənim yaradıcılığımı özününkü kimi hesab edir. Elə bir videom, ya yazım yoxdur ki, baxmasın, oxumasın, sonra fikrini də bölüşməsin.
Hərdən mənə köynək və sair şeylər alır ki, al bunu geyin, yeni video çək. Lap uşaq ikən o məni vadar edir, səhnələrə, televiziyaya çıxarır, qalaq-qalaq şeir, qəzəl öyrədirdi. Allahın izni ilə anam olmasaydı, mən öz potensialımı kəşf edə bilməzdim. O məni sərgiləri, teatrları, mədəniyyət və incəsənət yerlərini gəzdirib. Bacıma daha çox edib, lakin bunlar bacımdan daha çox məndə özünə yer etdi.
Ayrı şey yazacaqdım. Arada anam haqqında yazıram ki, özü də oxusun, könlü xoş olsun, həm də illərlə çəkdiyi zəhməti dəyərləndirilsin. Çünki həqiqi izləyicim odur. Kitabdan yazırdım.
Kitab alıb oxuyurdum, yığırdım. Lakin o axmaq dövr gəldi ki, mən kitablarımı satmalı oldum, ehtiyac üzündən. Odur-budur, kitaba qarşı travmam yarandı. Siz bilirsiniz ki, hər gün heç olmazsa bir mövzu haqqında video çəkirəm və mənim nə qədər mənbəyə üz tutmağım gəlir. Nə qədər oxumalıyam ki, bir mövzu barəsində 5-6 dəqiqəlik video hazırlayım.
Əvvəl məndə də nə kitab gəldi yığmaq mərəzi yaranmışdı. Al yığ. İndi son bir il ərzində başladım yenidən nə pulum varsa, ancaq zəruri kitablar almağa. Fikir verirəm, hər ay mən kitaba nə qədər pul verirəm. Əşi pul tapılar, kitab yox. Əlbəttə, indiki dövrü nəzərə alaraq, elə də orijinal kitablar almaq olmur. Tirajı bitmiş, o vaxt ki, ala bilmirdim - kitablar rastıma çıxanda, almağa çalışıram. Mən bir-iki dəfə cəhd etdim ki, bəlkə bəzi mənbə kitabları ələ gətirməkdə kömək tapa bilərəm. Sonra gördüm ki, ən ləzzətli kömək Allahın köməyilə onları özünün, öz şəxsi cibinə görə yığmağındır.
Bəli, könül istərdi ki, gənc nəsil üçün adam kitabxana yığardı. Necə ki, bizim böyük alimlərimiz, isticarə oruc tutmaqla olsa belə, yeməklərinin pulunu verib, nadir kitablar alıblar. İndi bizlər onları oxuyuruq. Amma imkanlar məhduddur. Allah bizi öz zəhmətimizin bəhrəsini görməkdən məhrum etməsin. Amin.

Pep Quardiolanın son dövrlər ard-arda məğlubiyyətləri, bəzən üz-gözünü cırması, özünü adekvat aparmaması camaat arasında məzhəkə obyektinə çevrilib. Bəlkə də ən çox ələ salınan adama çevrilib. Həyat belədir. Qalib sorğulanmır, büdrəyən kimi "istefa" qışqırılır. Bir insan kimi ürəyin yanırdı ona. Ümumiyyətlə, bir insan kütlə tərəfindən ələ salınırsa, içimdən müdafiə hissi qalxır.
Mən çox belə hallar görmüşəm. Köməyi dəymir, təpik vurur. Son günlər üzə çıxdı ki, adam 30 illik həyat yoldaşından rəsmən boşandı. Mən yoldaşından ayrılıb ağır keçirən kişilər görmüşəm. Kişiyə nə lazımdır, onu çətin günündə dəstəkləyən, yanında olan vəfalı xanım olsun. Onun eniş-yoxuşunu başa düşsün. Bir az oxudum, gördüm ki, həyat yoldaşı Quardiolaya nə qədər dəstək durub. Səbəb nədir, onunla işim yoxdur.
Yadıma bir aforizm düşdü: bir kişiyə öz xanımı hörmət etməzsə, ona heç kəs hörmət etməyəcək.
Həqiqətən də, belədir. Ona inanan, yanında olan, qulaq asmağı bacaran, qərarına hörmət edən, hərarət bəxş edən xanımdan məhrum kişilərin həmişə işləri getmir, həyatları məhv olur. Tənha canavar kimi dişlərini sıxıb yaşayırlar. Bəzən camaat belə kişiləri zorakılığa təşviq edir. Ə sən nə kişisəm, yumruğunu vur və s. Amma zorakılıqla ehtiram, sevgi, sədaqət və vəfa olmur.
Ən ağır həyat keçirmiş iki peyğəmbərə baxın. Nuh, Lut. Arvadları onlara qarşı çıxıb, hər bir pisliyi edib. Prinsip aparıb. Evində heç nə qaydasında deyilsə, həyatın da elə olur, cəmiyyət də.
PS: Mənim məsələm şəxslər deyil. Yaxud əlimin yağını yedizdirdim, qədrimi bilmədi - deyənlərə də deyil. Mənim məsəlim insanın qəlbində diri ikən ölən xəyallar, duyğulardır.