Telegram Web Link
Dünən Mançester sitiyə 40 mln evroya transfer olan Abdukodir Xusanov haradasa 7 dəqiqə içərisində - kobud səhvindən komandasına qol vuruldu, üstəlik sarı kart da aldı. Məsələ bu deyil.
Quardiola onu debut oyununda əsas yığmaya saldı. Özü də İngiltərə PL-si kimi sürətli və vəhşi bir oyun sistemində Çelsi ilə oyuna. Özü də Mançester üçün olduqca önəmli oyuna.

İş orasıdır ki, komandanın azarkeşləri də, Pep də, oyun yoldaşları da 20 yaşlı gənc oyunçunun səhvini üzünə vurmadılar, bildilər ki, indi dərd çəkir uşaq. Üstəlik dil də bilmir. Onu alqışladılar, dəstəklədilər. Qoy məsuliyyəti bilsin, dərs alsın - dedilər.

Bir tək ələ salanların çoxu ruslardır. Elə bizdəkilərin arasında da var. Çünki özbəkdir. He-he.

O yerdə ki, güzəşt edilmir, o yerdə ki, şans verilmir, bircə səhvə səni silirlər - həmin cəmiyyət uğur qazana bilmir. Peyğəmbər çox böyük səhvlər edən səhabələrini bağışlamışdı. Kəsib atmadı onları. Tövbəyə, səhvi anlamağa şans vermək lazımdır.

Yadıma gəlir, bəlkə də 16 filan yaşım vardı. Məscidin ağsaqqalları, böyükləri ilk dəfə məni namazda imamcamaat durmaq üçün önə keçirdilər. Yadımda təkcə mərhum Əmir dayının sözü qaldı: Qoy indidən məsuliyyətin nə olduğunu bilsin. O söz hələ də qulağımdadır.

Şans verməyi bacarmaq lazımdır. Gülüb ələ salmaq, bir səhvlə kəsib atmaq iş deyil. Bəli, dəfələrlə eyni səhv edilərsə, dərs çıxarılmazsa, onda tədbir görmək lazımdır.
Hər bir insan bu üç şeyin siyahısını tutmalıdır:
1. Arzuları (hədəf)
2. Ehtiyac (hədəfə çatdıran vəsaitlər)
3. Özünü necə görmək istəyir ( - və + cəhətlər)
Çox gözəl kəlamdır:

❤️Kimsəni öz ruhunuzu qucaqlamağa məcbur etməyin, çünki sevgi də din kimidir; onda məcburiyyət yoxdur.
— Mövlana
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Türkiyəlilərdə "mutluyum" ifadəsi demək olar ki, çox işlədilir. Bizdə "xoşbəxtəm" sözü həm irimiqyaslıdır, həm fəlsəfi ifadədir. Uzaqbaşı "yaxşıyam", "əla", "babat", "normal" ifadəliri işlədilir. Ümumiyyətlə dialektimizdə pozitiv sözlər kədərli sözlərdən azdır. Bu qədər özümüzü xoşbəxt hiss etməyə yadıq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔸Psixoloq və psixpterapevtlərin ən çox işlətdiyi suallardan biri "nə hiss edirsən?" sualıdır. Yolgöstəricidir, tanıdıcıdır. Çox suala cavab tapmaq olur. Ən çox qaçdığımız sualdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Məsəl var ki, sevgidən nifrətə bir addım. Bəzən dostlara da deyirəm, nifrət sevgi qədər bərabərdir. Qəbul etmək çətin olur çoxuna. Sən kiməsə nifrət edirsənsə, deməli, sənə önəmlidir, sən özünlə daşıyırsan onu, özünü onsuz təsəvvür edə bilmirsən, emosiyalarını ona qurban verirsən.
Bu səbəbdən Azərbaycanda nə çox adamlar görmüşük ki, əvvəlcə ona nifrət ediblər, daha sonra seviblər. Ya da əksinə. Çünki hər ikisində sən ona önəm verirsən. Bir gün Mircəfər Bağırov söyülür, sonra şübhə yaranır, sonra sevilir. Bu gün Tiktokda belə, uzun müddət ələ salınan bəzi adamların tədricən sevildiyini və cəmiyyətin bir parçası olduğunu görürük.
Ona görə də əksər mütəfəkkirlər deyiblər ki, bir cəmiyyəti idarə altında saxlamaq üçün xarici düşmən lazımdır. Sevgi kimi nifrət də insanın təbii hissidir. Lakin qıl körpüsü kimi bir şeydir. Hər an yerdəyişmə edə bilər.
💬 Deyir, könüllərini qıra bilmədiyim, ya da əlim gəlmədiyi kəslər nədənsə rahatlıqla qəlbimi qıra bilir, bu haqda düşünmürlər də.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bəzən hər şeyin həlli çox sadə olur
Ac adamla həyatın mənası barədə danışmaq yersizdir, çünki onun daha çox yeməyə ehtiyacı var.

Bunu izah etmək çox çətindir.
✔️"Mühakimə etməyin, mühakimə olunarsınız; çünki hansı məhkəmə ilə ittiham edirsinizsə, o şəkildə ittiham olunacaqsınız, hansı ölçü ilə ölçürsünüzsə, o şəkildə də ölçüləcəksiniz". (Matfey, 1-2)
İlahi, bizə elə göz ver ki, insanlarda yalnız yaxşılıqları görə bilək.
İlahi, bizə elə ürək ver ki, bizə edilən pislikləri bağışlaya bilək.
İlahi, bizə elə ağıl ver ki, yadımızda yalnız pis şeylər qalmasın.
İlahi, bizə elə qəlb ver ki, imanını heç vaxt itirməsin.
İnsanların ən yaxşısı odur ki, sənin həyatına daxil olur və əvvəllər bulud gördüyün yerdə sənə günəşi göstərir. O insanlardır ki, sizə o qədər möhkəm inanırlar ki, nəticədə siz də özünüzə inanmağa başlayırsız. O insanlar ki, sizi sadəcə var olduğunuz üçün sevir və istəyirlər.
Çox vaxt insanları maraqlandıran şeylər onlara aidiyyati olmayan şeylər olur.
Geştalt duası

Mən öz işimi görürəm, sən isə öz işini.
Mən bu dünyada ona görə yaşamıram ki, sənin gözləntilərini doğruldum.
Sən də bu dünyada ona görə yaşamırsan ki, mənim gözləntilərimi doğruldasan
Sən - sənsən.
Mən də - mən
Əgər bir-birimizə rast gəlmək bizim üçün baş vermişsə, nə gözəl!
Əks təqdirdə, daha bir şey etmək olmaz.
---
Bu dua haqqında bir dəfə yazmışdım. Əlbəttə, ilahi dua deyil. İçində möcüzə də yoxdur. Sadəcə münasibətlər korlandıqda, kimsə sizi manipulyasiya etdikdə, oxuya bilərsiz. Sözləri aydın olduqda adamın içindəki yük qalxır. Emosialar sakitləşir. Vəziyyəti olduğu kimi qəbul edə bilirsən.

(2022-ci il bu gün paylaşmışdım)
- Hava yaman istidir.
- Yox, niyə ki? Yaydır, isti olmalıdır da.
Sabahı gün
- Hava yaman istidir, yaydır yəqin ona görə.
- Yox, yox. Bu qlobal istiləşmənin nəticəsidir.
O biri gün
- Hava yaman istidir, yəqin ki, qlobal istiləşmənin nəticəsidir.
- Naşükr olma, qışdan ki, yaxşıdır.
Başqa bir gün
- Şükr Allaha, hava istidir.
- Qurbanolduğum bir az yağış yağdırsaydı əla olardı.
---
Görmüsüz belə adamlar. Hər nə desən "Yox elə deyil, bilirsən necədir" ifadəsini mütləq işlətməlidirlər. Öz qatqıları olmazsa, səninlə əsla razılaşmazlar.
😢 Günə 59 boşanma!

Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb.

2024-cü il ərzində ölkədə 49508 nikah və 21384 boşanma qeydə alınıb.

2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə olan nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.
Gücümüzü itiririk:

* "Yox" demək istəyərkən, "hə" dedikdə
* Ağlamaq istəyərkən gülümsədikdə
* İstirahət etmədikdə
* Özümüzə "Mən indi hansı hədəf və məqsədə görə dözürəm?" demək əvəzində "Bir azca da döz" dedikdə
* Bizə lazım olanı bir insandan xahiş etmək yerinə, incidikdə
* Öz işimizlə məşğul olmadıqda
* Bir insan maraqlı olmadıqda, hansısa bəhanə və təsəlli ilə onunla ünsiyyət qurduqda
* Yanımızda insanlar daim neqativ hadisələrdən danışdıqda
* Bizə aid olmayan nəticəsiz diskussiyalar apardıqda
* Qiybət qırdıqda
* Başqalarının necə yaşadığı halda çox və emosional danışdıqda
* Maraqsız və cansıxıcı işdə çalışdıqda
* Qorxduqda
* Kiminsə gəlməsini gözlədikdə (Şaxta baba, Lazım, filankəs ağa)
* Özümüzü söydükdə, özümüzü bacarıqsız, səriştəsiz və uğursuz hesab etdikdə

Güc qazanırıq:
* Yeni insanlarla tanış olduqda
* Yeni bilgi əldə etdikdə
* Səyahət etdikdə
* Qorxumuza qalib gəldikdə
* Yeni bir şeyin dadına baxdıqda
* Gəzişdikdə
* Xoş insanlarla ünsiyyət qurduqda
* Bizi dəstəkləyən və bizə inanan adamlarla söhbət etdikdə
* Bədənimizin qayğısına qaldıqda
* Fiziki çevrədən qurtulduqda (yadınıza salın, yeni təmirdən çıxan evdə özünüzü necə hiss edirsiz)
* Emosional çevrədən azad olduqda (yadınıza salın, bir insanı bağışladıqda və ya kiminləsə barışdıqda özünüzü necə hiss edirsiz)
* "Yox" deməli yerdə "yox", "hə" deməli yerdə "hə" dedikdə
* İstədiyimiz və xoşaldığımız bir işi gördükdə

Əlbəttə ki, seçim öz əlimizdədir (2019)
Sizcə, doğuşların sayı niyə azalıb?
2024-cü ildə Azərbaycanda 102 min 310 nəfər doğulub.
Bu rəqəm 2019-cu ildə 141 min 179 nəfər təşkil edib.
Beləliklə, son 5 il ərzində yeni doğulanların sayı 38 min 869 nəfər azalıb.
Azalma aşağıdakı formada baş verib:
2019: 141 min 179
2020: 126 min 571
2021: 112 min 284
2022: 122 min 846
2023: 112 min 620
2024: 102 min 310
Bu, Konstantin Seleznyovun "Marmot günü" adlı rəsm əsəridir. O, hər axşam işə gedib qayıtdığımızı, sosial şəbəkələri yoxladığımızı, xəbərləri oxuduğumuzu, dostlarımızın, tanışlarımızın, hətta bəzən tamamilə tanımadığımız insanların həyatını izlədiyimizi göstərir. Beləcə günlər, həftələr, aylar və illər keçir və fərqinə varmadan bir ömürə çevrilir...
Hərdən köhnə statuslarınıza baxın. Görün nə qədər insanlarla münasibətləriniz artıq soyuyub, ya da yollarınız ayrılıb. Bu da bir tarixdir.
2025/07/03 14:42:49
Back to Top
HTML Embed Code: