Telegram Web Link
Deyir, bizim olan bizdən gedən deyil. Nə ki gedibsə, əslində bizim olmamışdır.
Özümüzə qoyduğumuz maneələr
Bu, hər zaman mənim üçün bir sirr olaraq qalıb: Bir insan onun özü kimi olanları alçaldaraq, eyni halda özünə necə hörmət edə bilir?

Mahatma Qandi
Hədisdəki "ayərə" feili çoxmənalıdır. Mənfi mənalardadır (qınamaq, rüsvay etmək, müqayisə aparmaq, eyib tutmaq və s)

✔️İmam Əli (ə) bu barədə buyurmuşdur:
"Kim bir şeyi qınasa, ona düçar olar". (Mizanul-hikmət, 7/154)

✔️İmam Sadiq (ə) buyurmuşdur:
"Kim bir mömini bir günaha görə qınasa, o günahı etmədən ölməz". (Vəsail, 596)

✔️Həmçinin, Peyğəmbər (s) buyurmuşdur:
"Əgər kimsə səndə olan bir şeyə görə səni qınayarsa, sən də onda olan bir şeyə görə onu qınama. Onun günahı öz üzərinə olar, savabı isə sənə çatar". (Mizan, 7/155)
Əziz və dəyərli insanlar, Ramazan ayının gəlişi münasibətilə hər birinizi təbrik edirəm. Allah tutduğunuz orucları qəbul etsin. Artıq bonus ayına girmişik ki, xeyir işlər bir neçə qat artırılır, Allahın bizi bağışlaması üçün cəhdlərimiz daha da effektli olur. Bu fürsətdən yararlanmaq üçün Allahın bizi müvəffəq etməsini diləyirəm. ❤️
Ramazan ayında bu duaları oxumaq faydalıdır
——
Qeyd edim ki, bəzi saitlərdən sonra : (iki nöqtə) o saitin uzatmasını bildirir (tə: = təə)
1 – Seyid ibn Tavus İmam Sadiq (ə) və İmam Kazimdən (ə) rəvayət etmişdir ki, onlar buyurmuşlar: “Ayın əvvəlindən sonuna qədər hər vacib namazdan sonra bu duanı oxuyun:
Ərəbcəsi:
اللهُمَّ ارْزُقْنی حَجَّ بَیْتِکَ الْحَرامِ، فی عامی هذا وَفی کُلِّ عامٍ، ما ابْقَیْتَنی فی یُسْرٍ مِنْکَ وَعافِیَةٍ وَسَعَةِ رِزْقٍ، وَلا تُخْلِنی مِنْ تِلْکَ الْمواقِفِ الْکَریمَةِ، وَالْمَشاهِدِ الشَّریفَةِ، وَزِیارَةِ قَبْرِ نَبِیِّکَ صَلَواتُکَ عَلَیْهِ وَ آلِهِ، وَفی جَمیعِ حَوائِجِ الدُّنْیا وَالأخِرَةِ فَکُنْ لی اللَّهُمَّ انّی اسْئَلُکَ فیما تَقْضی وَتُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ فی لَیْلَةِ الْقَدْرِ، مِنَ الْقَضآءِ الَّذی لا یُرَدُّ وَلا یُبَدَّلُ، انْ تَکْتُبَنی مِنْ حُجَّاجِ بَیْتِکَ الْحَرامِ، الْمَبْرُورِ حَجُّهُمْ، الْمَشْکُورِ سَعْیُهُمْ، الْمَغْفُورِ ذُنُوبُهُمْ، الْمُکَفَّرِ عَنْهُمْ سَیِّئاتُهُمْ، وَاجْعَلْ فیما تَقْضی وَتُقَدِّرُ انْ تُطیلَ عُمْری وَتُوَسِّعَ عَلَیَّ رِزْقی وَتُؤدِّیَ عَنّی امانَتی وَدَیْنی آمینَ رَبَّ الْعالَمینَ.

“Allahım! Bu il və gələcək illərdə Kəbə evinin həccini mənə ruzi et, nə qədər ki, Sənin tərəfindən asayiş, salamatlıq və ruzinin genişliyi içindəyəm. Məni möhtərəm yerlərdən, şərafətli məkanlardan və Peyğəmbərinin (ona və əhli-beytinə sənin salavatın olsun) qəbrinin ziyarətindən uzaq etmə. Dünyəvi və axirət ehtiyaclarımda mənimlə ol. Ey Allahım! Mən Səndən istəyirəm ki, Qədr gecəsində hökm edib qərar verdiyin və dəyişilməz olan işlərdə məni Evinin həccini yerinə yetirənlərdən qərar verəsən – o hacılar ki, həcləri qəbul olunmuş, səyləri dəyərləndirilmiş, günahları bağışlanmış və xətaları örtülmüşdür. Hökm edib təqdir etdiyin işlər içində ömrümü uzatmağı, ruzimi genişləndirməyi və mənim yerimə əmanətimi və borcumu ödəməyi qərar ver. Amin. Ey aləmlərin Rəbbi!
Oxunuşu: Alla:hummərzuqni: həccə bəytikəl-həra:mi, fi: a:mi: hə:zə: və fi: kulli a:min, mə: əbqaytəni: fi: yusrin minkə və a:fiyətin və sə`əti rizqin, və lə: tuxlini: min tilkəl-məva:qifil-kəri:məti, vəl-məşə:hidiş-şəri:fəti, və ziyə:rati qabri nəbiyyikə saləva:tukə aləyhi və ə:lihi, və fi: cəmi`i həva:icid-dunyə: vəl-ə:xirati fəkun li, Alla:hummə inni: əs`əlukə fi:mə: təqdi: və tuqaddiru minəl-əmril-məhtu:mi fi: ləylətil-qadri, minəl-qada:il-ləzi: lə: yuraddu və lə: yubəddəl, ən təktubəni: min huccə:ci bəytikəl-həra:mi, əl-məbru:ri həccuhum, əl-məşku:ri sə`yuhum, əl-məğfu:ri zunu:buhum, əl-mukəffəri ənhum səyyi`ə:tuhum, vəc`əl fi:mə: təqdi: və tuqəddiru ən tuti:lə umri: və tuvəssi`ə ələyyə rizqi: və tu`əddiyə ənni əmə:nəti: və dəyni: ə:mi:n, Rabbəl-a:ləmi:n.
Həmçinin, hər vacib namazdan sonra oxu:
Ərəbcəsi:
یا عَلِیُّ یا عَظیمُ، یا غَفُورُ یا رَحیمُ، انْتَ الرَّبُّ الْعَظیمُ، الَّذی لَیْسَ کَمِثْلِهِ شَیْ ءٌ، وَهُوَ السَّمیعُ الْبَصیرُ، وَهذا شَهْرٌ عَظَّمْتَهُ وَکَرَّمْتَهُ، وَشَرَّفْتَهُ وَفَضَّلْتَهُ عَلَی الشُّهُورِ، وَهُوَ الشَّهْرُ الَّذی فَرَضْتَ صِیامَهُ عَلَیَّ، وَهُوَ شَهْرُ رَمَضانَ، الَّذی انْزَلْتَ فیهِ الْقُرْآنَ، هُدًی لِلنَّاسِ وَبَیِّناتٍ مِنَ الْهُدی وَالْفُرْقانِ، وَجَعَلْتَ فیهِ لَیْلَةَ الْقَدْرِ، وَجَعَلْتَها خَیْراً مِنْ الْفِ شَهْرٍ، فَیا ذَا الْمَنِّ وَلا یُمَنُّ عَلَیْکَ، مُنَّ عَلَیَّ بِفَکاکِ رَقَبَتی مِنَ النَّارِ، فیمَنْ تَمُنُّ عَلَیْهِ، وَادْخِلْنِی الْجَنَّةَ، بِرَحْمَتِکَ یا ارْحَمَ الرَّاحِمینَ.
Oxunuşu: “Yə: Əliyyu, yə: Əzi:m. Yə: Ğafu:ru, Yə: Rəhi:m. Əntər-Rabbul-Əzi:m. Əlləzi: ləysə kəmislihi şəy`un və Huvəs-Səmi:ul-Bəsi:r. Hə:zə: şəhrun əzzəmtəhu və kərrəmtəhu, və şərraftəhu və fəddaltəhu aləş-şuhu:r. Və huvəş-şəhrul-ləzi: fəradtə sıyə:məhu ələyy. Və huvə şəhru Ramada:n, əlləzi: ənzəltə fi:hil-Qur`ə:n. Hudəl-lin-nə:si və bəyyinə:tin minəl-hudə: vəl-Furqa:n. Və cə`altə fi:hi ləylətəl-Qadr və cə`altəhə: xəyran min əlfi şəhr. Və yə: zəl-mənni və lə: yumənnu ələyk. Munnə ələyyə bifəkə:ki rəqabəti: minən-nə:r. Fi:mən təmunnu ələyh, və ədxilnil-cənnəh. Birqhmətikə yə: Ərhəmər-ra:himi:n”.
Tərcüməsi: Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Onun bənzəri yoxdur. O, (hər şeyi) eşidən və görəndir. Bu ay (Ramazan) Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran və doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O ayında “Qədr” gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni rəhmətinlə cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!” (İqbal, səh.24)
2 – Şeyx Kəf`əmi “Misbah” və “Bələdul-əmin” kitabında Allah Rəsulundan nəql etmişdir ki, o həzrət buyurub: “Kim bu duanı Ramazan ayında hər vacib namazdan sonra oxusa, Allah onun günahlarını bağışlayar:
اللَّهُمَّ ادْخِلْ عَلی اهْلِ الْقُبُورِ السُّرُورَ، اللَّهُمَّ اغْنِ کُلَّ فَقیرٍ، اللهُمَّ اشْبِعْ کُلَّ جائِعٍ، اللهُمَّ اکْسُ کُلَّ عُرْیانٍ، اللهُمَّ اقْضِ دَیْنَ کُلِّ مَدینٍ، اللهُمَ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ، اللهُمَّ رُدَّ کُلَّ غَریبٍ، اللهُمَّ فُکَّ کُلَّ اسیرٍ، اللهُمَّ اصْلِحْ کُلَّ فاسِدٍ مِنْ امُورِ الْمُسْلِمینَ، اللهُمَّ اشْفِ کُلَّ مَریضٍ، اللهُمَّ سُدَّ فَقْرَنا بِغِناکَ، اللهُمَّ غَیِّرْ سُوءَ حالِنا بِحُسْنِ حالِکَ، اللهُمَ اقْضِ عَنَّا الدَّیْنَ، وَاغْنِنا مِنَ الْفَقْرِ، انَّکَ عَلی کُلِّ شَیْ ءٍ قَدیرٌ.
Alla:hummə ədxil alə: əhlil-qubu:ris-suru:r, Alla:hummə əğni kullə fəqi:r, Alla:hummə əşbi` kullə cə:i`, Alla:humməksu kullə uryə:n, Alla:humməqdi dəynə kulli mədi:n, Alla:hummə fərric ən kulli məkru:b, Alla:hummə ruddə kullə ğari:b, Alla:hummə fukkə kullə əsi:r, Alla:hummə əslih kullə fə:sidin min umu:ril-muslimi:n, Alla:humməşfi kullə məri:d, Alla:hummə suddə fəqranə: biğinə:k, Alla:hummə ğayyir su:`ə ha:linə: bihusni ha:lik, Alla:humməqdi annəd-dəynə və əğninə: minəl-fəqr, İnnəkə alə: kulli şəy`in qədi:r.
Tərcüməsi: “Allahım, qəbirlərin əhlini sevindir. Allahım, hər bir kasıbı ehtiyacsız et. Allahım, hər bir acı doyur. Allahım, hər bir lüt insanı geyindir. Allahım, hər bir borclunun borcunu ödə. Allahım, hər bir kədər içində olanın sıxıntısını aradan qaldır. Allahım, hər bir qürbətdə olanı vətəninə qaytar. Allahım, hər bir əsiri azad et. Allahım, müsəlmanların bütün pozulmuş işlərini islah et. Allahım, hər bir xəstəyə şəfa ver. Allahım, ehtiyacımızı Sənin ehtiyacsızlığınla aradan qaldır. Allahım, pis halımızı Öz gözəl halınla dəyiş. Allahım, borclarımızı ödəyib bizi yoxsulluqdan qurtar. Həqiqətən, Sən hər şeyə qadirsən”. (Misbah, s.617; Bələdul-əmin, s.222; Biharul-ənvar, c.95, s.120)
4 – İftar zamanı oxumaq:
اللَّهُمَّ لَكَ صُمْتُ، وَعَلَى رِزْقِكَ أَفْطَرْتُ، وَعَلَیْكَ تَوَكَّلْتُ.
Allahummə ləkə sumtu, və alə: rizqikə əftartu, və ələykə təvəkkəltu
Allahım, Sənin üçün oruc tutdum, Sənin ruzinlə iftar etdim və Sənə təvəkkül edirəm.
İmam Əli (ə) iftar zamanı bu duanı oxuyardı:
بِسْمِ اللَّهِ، اللَّهُمَّ لَكَ صُمْنَا، وَعَلَى رِزْقِكَ أَفْطَرْنَا، فَتَقَبَّلْ مِنَّا، إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ.
Allahın adı ilə. Allahım, Sənin üçün oruc tutduq və Sənin ruzinlə iftar etdik. Bizdən qəbul et, həqiqətən, Sən eşidən və bilənsən.
İftar zamanı "İnna ənzəlnah" surəsini oxumağın böyük savabı vardır.
5 – İftar zamanı ilk tikəni yeyərkən bu duanı oxumaq tövsiyə edilir:
بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ، يَا وَاسِعَ الْمَغْفِرَةِ، اغْفِرْلِي
Bismillə:hir-rahmə:nir-rahi:m, yə: va:si`əl-məğfirətil, iğfir li:
Allahın adı ilə, ey geniş məğfirət sahibi, məni bağışla.
6 – Seyid ibn Tavus “İqbal” kitabında belə nəql etmişdir: “Kim Ramazan ayının hər gecəsində bu duanı oxuyarsa, çoxlu günahları bağışlanar”:
اللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ، الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ، وَافْتَرَضْتَ عَلَى عِبَادِكَ فِيهِ الصِّيَامَ، صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ، فِي عَامِي هَذَا وَفِي كُلِّ عَامٍ، وَاغْفِرْ لِي تِلْكَ الذُّنُوبَ الْعِظَامَ، فَإِنَّهُ لَا يَغْفِرُهَا غَيْرُكَ يَا رَحْمَانُ يَا عَلَّامُ.
Ey Allahım, ey Ramazan ayının Rəbbi! O Ramazan ki, onda Quranı nazil etdin və orucu bəndələrinə vacib qıldın. Peyğəmbər Muhəmməd (s) və onun pak Əhli-Beytinə salavat göndər, bu il və hər il üçün mənə Kəbə evinin həccini ruzi et. Böyük günahlarımı bağışla, çünki onları Səndən başqa heç kim bağışlaya bilməz. Ey Rəhman, ey çox bilən Allah!
Alla:hummə Rabbə şəhri-Ramada:n, əlləzi: ənzəltə fi:hil-Qur`ə:n, vəftəradtə alə: ibadikə fi:his-sıyə:m, salli alə: Muhəmmədin və A:li-Muhəmməd, vərzuqni: həccə bəytikəl-həra:m, fi: a:mi: hə:zə və fi: kulli a:min. Vəğfir li: tilkəz-zunu:bəl-iza:mə, fəinnəhu lə: yəğfiruhə: ğayrukə, yə: Rahmə:nu, yə: Allə:m.
Simpatiya odur ki, sənin xarici görünüşdən xoşun gəlir.
Vurulmaq odur ki, sənin xarici görünüş və xarakterdən xoşun gəlir.
Sevmək isə odur ki, hətta çatışmazlıqlar belə, sənə sevimlidir. Yəni bir insanı olduğu kimi qəbul edirsən. Görmək istədiyin kimi deyil.
(2017)
Bəyənməklə sevmək arasında olan fərqi gözəl şəkildə izah edən rəsm
Dəhşət ayədir: "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı birlikdə iman gətirərdilər. İnsanları, iman gətirmələri üçün sənmi məcbur edəcəksən?"
Əgər hər hansı bir yerə kiçik bir zibil parçası atılsa, çox keçməz ki, digər insanlar ard-arda oraya zibil atacaqlar. Nəticədə ora zibilxanaya çevriləcək. Bəli, ilk zibil atan daha müqəssirdir. İnsan da belədir, rəvac versən, münbit olsan, səni dərhal zibilxanaya çevirəcəklər. Adətdir. Baxacaqlar kimsə atıb, qoy mən də atım. Yəqin ki, zibilxanadır - deyəcəklər.
Həqiqətən də, əla ifadədir: Tənha və adamsız olduğun zaman bil: Allah hamını bayıra çıxarıb ki, özünlə tək qalasan.
Diqqət etdizsə, ÖZÜ ilə yox, ÖZÜNLƏ qeyd olunub. Demək olar ki, əksər məktəblər bu fikirdədur. Güzgüdə özünə bax, bədənini, potensialını tanı, "gəl sənə qulluq edim" de. "Bağışla səni çox incitmişəm" etirafı et. "Kimsən, nədən xoşun gəlir. Nə incikliyin var" soruş və s.
Yaxşı insanları zəif, saf, avam, sadəlövh hesab etməyə başladınsa, insanlığın ölməyə başlayıb.
Özümüzə qoyduğumuz qadağaları, qayda-qanunları başqaları özlərinə qoymadıqda bizi dəli edir. Yaxud bizim gizli etdiyimizi, ya da edə bilmədiyimizi başqası aşkar edəndə. Necə yəni? Mən eləmirəm, sən niyə edirsən? Xüsusilə "insan daim çox işləməli, alın tərilə qazanmalıdır" deyənlər "az işləyib çox qazananlara" daha çox nifrət edirlər.
2014-cü ildə bir nəfərin bir videonun altında yazdığı bir şərh.

"Video oyunlar insana mənəvi hisslər yaşada bilər?"

Daha sonra belə bir şərh yazmışdı : Mən 4 yaşında olanda, atam bizə köhnə, amma möhtəşəm bir XBOX almışdı. Bilirsiniz də, o böyük, ağır, kərpic kimi olan, 2001-ci il buraxılışı? Biz atamla o konsolda saatlarla oyun oynayırdıq, gülürdük, əylənirdik. Amma o, mən 6 yaşında olanda vəfat etdi...

O gündən sonra 10 il ərzində o XBOX-a heç toxunmadım. Amma bir gün nə oldusa, onu yenidən açdım. Və içində atamdan bir iz tapdım...

Biz atamla tez-tez bir yarış oyunu oynayırdıq – Rally Sports Challenge. O vaxt üçün çox səviyyəli oyun idi. Elə-belə qarışdırırdım ki, birdən bir şey gördüm – atamın maşını hələ də yolda fırlanırdı!

Bilirsiniz də, bəzi yarış oyunlarında ən yaxşı nəticə göstərən sürücünün trayektoriyası yadda qalır və “kölgə” kimi yolda qalır? Hə, mənim atamın da kölgəsi yolda idi.

Mən oynamağa başladım, hər dəfə onunla yarışırdım, hər dəfə bir az daha yaxınlaşırdım. Nəhayət, bir gün onu keçdim…

Amma… Finiş xəttinə çatmamış dayandım. Çünki keçsəydim, atamın kölgəsi silinəcəkdi. Mən isə onu həmişə yolda görmək istəyirdim…

✍🏻 Rəşad Alı
Əzizlər, fikir verirsinizmi, artıq Ramazan ayından 10 gün geridə qaldı. Qədr gecələrinə az qalıb. Ay necə keçir sizlər üçün?
Anonymous Poll
71%
1. Sürətlə
2%
2. Ləng
8%
3. Heç fikir vermirəm
17%
4. Çalışıram hər günü faydalı keçirim
2%
5. Vaxt öldürürəm.
Bir nəfər müdrikə dedi: "Mən xoşbəxtlik istəyirəm".
Müdrik dedi: "Əvvəlcə "Mən"-i sil. Bu, eqodur.
Sonra "istəyirəm"-i götür. Bu, arzudur.
Gördün? İndi sən xoşbəxtliklə baş-başa qaldın.
Əvvəllər çox suala cavab verə biləcəyimi düşünürdüm. Sonra başa düşdüm ki, bilmək yox, onu izah etmək bacarığı önəmlidir. Hər gün övladlarım mənə: ata, niyə cizgi filminə baxırsan? Niyə baxdığını dostlarınla müzakirə edirsən? Məhkəmə nədir? Lənət nədir? Pivə nədir? Uşaq necə əmələ gəlir? Saçın niyə azalıb? - və sair onlarla suallar verirlər. Çoxunda o qədər aciz qalıram izaha. Bilirəm ki, uşağa izah edə bilən adam cəmiyyət üçün ən uğurlu müəllim, xətibdir. Bu da bir istedaddır. Malik olan aparıb e.
✍️ 2022
Bacım həm də piano üzrə musiqi məktəbini bitirib. O, piano çalarkən görürdüm ki, onluq deyil. Nə olsun ki, bu sahə üzrə savadı və biliyi vardır, amma istədiyini tapana heç oxşamır. Çünki solfecio-filan şeylərlə məşğul idi. Dinlədiklərini ifa etməyə, bəstələməyə cəhd etmirdi. İndi yaxından-uzaqdan pianoya qəti marağı yoxdur. Sovetskidən köçərkən dəyər-dəyməzinə verdik pianonu. Halbuki min-bir əziyyətlə tapmışdıq.
Toylarda çox sintezator çalan görmüsüz. Bilinir ki, musiqi savadı yoxdur. Haradan bilinir, bir əlindən daha çox istifadə etməsindən. Bilinir ki, həvəs var, pul qazanmaq istəyir, özündən qatqılar qoyur. Amma üst səviyyəyə çıxa bilməyəcək heç vaxt. Çünki sən başqalarının təcrübələrini, şah əsərləri, qrammatikanı-filan da bilməlisən.
Professionallıq bunun ortasında olan şeydir. Bəli, çox dahilər olub ki, uni-ti yarımçıq buraxıb, lakin oradan ustadların dəstəyini də alıblar. Görüblər ki, təhsil bunlara artıq heç nə verə bilməyəcək, təcrübə, impravizə və müşahidələrdən istifadə ediblər.
✍🏻 2021
2025/07/03 06:59:01
Back to Top
HTML Embed Code: