Bir nəfər deyirdi, o ki ödəniş zamanı pullara baxıb, cağını cibində saxlayır, əziyini, köhnəsini kiməsə soxuşdurmağa (ifadəyə görə üzrlər) çalışırsansa, içində nələrsə səhvdir. Hər şey belə primitiv şeylərdən başlayır da.
Deyir, əgər siz nəyisə etmək qərarına gəlmisizsə, ancaq 72 saat ərzində onu etməyə başlamamısızsa, 85% hallarda siz onu heç vaxt etməyəcəksiz.
Bircə doğru və dürüst danışıq hər şeyi dəyişə bilər.
Elə bizim Allahla münasibətimiz də bu cürdür. Dua da dürüstlük rəmzi olmalıdır.
Allah müvəffəq etsin

Qarışqanı belə, incitmərəm - demə.
"Belə"dən inciyər qarışqa.
Füzuliyə nisbət veriblər bu beyti. Bilmirəm dəqiqdir, ya yox. Amma bu ifadəyə heç fikir verməmişdim. Yəni qarışqanı da incitmərəm deyərkən, əslində qarışqanı alçaltmış olursan.

Bu ifadə adama ümid verir. Deyir, dünyaya hələ də körpə gəlirsə, deməli, Allah ümidini insanlardan üzməmişdir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gözəl deyilib: Səhralığa öyrəşmisən deyə, bu o demək deyil ki, okeana layiq deyilsən.
Deyir, mən onlara ulduzları göstərdim, onlar mənim barmağımın ucuna baxdılar.
Salam, əzizlər. Votsapda da kanal açmışam, orada da fərqli materiallar paylaşmaq fikrindəyəm, inşallah. Həm də votsapdan tez-tez istifadə edilir. Kimlər qoşulmaq istəsə, buyura bilər. Link budur
Narahat olmayın, virus və ya spam deyil.
https://whatsapp.com/channel/0029Vb5GAER0lwghLCU8u705

🌙 *Fitr bayramı* nın gecəsidir, *Şəvval ayı* daxil oldu. Bəzən deyirlər ki, niyə Ramazanın gəlişini yox, getmməsini qeyd edirlər. Allahın əmrilə oruclar tutuldu, əməllər edildi, niyyət edib, fitrələr çıxarıldı, indi isə möminlər boyunlarını uzadaraq Allahın mükafatını gözləyirlər. Xoş o insanın halına ki, günahlardan təmizləndi, mükafatını aldı və ilahi dərgaha yaxınlaşdırıldı. Allah hər kəsə xeyir, bərəkət versin, əzizlər. Bu il Fitr bayramı günü *31 mart - azərbaycanlıların soyqırımı* gününə, matəmə təsadüf edir. Dəyərli möminlər bunu da nəzərə alsınlar.
Salam, üzrlü bilin, bir xəbərdən filmlə əlaqədar aktyorların şəkli səhvən kanala repost olunub. Xəbər edən əzizlərə minnətdaram. Narahatlıq üçün üzr istəyirəm. ❤️
Əbu Bəsir deyir: İmam Sadiq (ə) buyurmuşdur: “İnsan günaha yol verdiyi vaxt onun qəlbində qara bir nöqtə yaranar. Əgər tövbə etsə bu nöqtə məhv olar. Əgər günahını artırsa qəlbinin qaralığı artar və bütün qəlbini bürüyər. Bu haldan qurtuluş yoxdur.”
İmam Həsən nəql edir:
Əmirəlmöminin [imam Əli] İbn Mülcəm tərəfindən qılınc zərbəsi ilə yaralandığı zaman onun yanına getdim; o can verirdi. Ona görə çox narahat idim.
O mənə dedi: "Niyə narahatsan?"
Dedim: "Səni bu halda görə-görə necə narahat olmayım?!"
O həzrət buyurdu: "Sənə dörd xislət öyrədimmi ki, onlara riayət etsən, qurtuluşa çatarsan; tərk etsən isə hər iki dünyanı əldən verərsən?!
Ey oÄźlum,
– ağıldan daha böyük zənginlik yoxdur;
– nadanlıq kimi yoxsulluq yoxdur;
– xudbinlikdən daha kəskin tənhalıq yoxdur;
– gözəl əxlaqdan daha ləzzətli həyat yoxdur.
[Əllamə Məclisi | Biharul-ənvar, c. 78, səh. 111]

Nə maraqlı ifadədir: Qapını göstərəcəyimiz yerdə anlayış göstərdik. Hər şey də oradan başladı.
Hədən məhəlləyə çıxanda, bir problem ortaya gəldikdə, qonşular mənə şikayət edirlər. "Bunu edəni filan edəcəyəm, filan şey yenə bərbaddır". Onlara deyirəm ki, elə danışırsız, sanki bunu edən mənəm. Sanki məni danlayırsınız və mən özümü günahkar hesab edirəm. Deyirlər, yox, sadəcə səninlə dərdimizi bölüşürük. Müştərək dərdimizdir. Bəzən olur ki, məhəllədə şikayət edən kəsləri heç bir işdə əllərini uzatdıqlarını görməzsən. Ona görə biz bir-iki nəfər o problemi özümüz həll edirik. Biz günahkar olmasaq da. Eybi yox.
Bilirəm, mən də başqasından şikayət etmiş, deyinmiş kimi özümü apardım. Amma bilmədim fikrimi necə ifadə edim. Çünki feyzbukda da, hər gün kimlərinsə günahkar olduğundan şikayət edilir. Mən ittiham etmək istəmirəm, əksər yazılardan "Mən daha günahsızam, təmizəm" sədası yağır. Bunu niyə yazıram.
Bayaq da bir nəfər şərhdə, filan dua haqqımda videoma belə bir şərh yazıb ki, iki gündür oxuyuram hələ bir şey yoxdur. Keçən dəfə bir nəfər deyir ki, övladım deyib: Allah mənim istədiyimi mütləq verməlidir, əks təqdirdə...
Yəni bu günkü ateist, deist və sairlərinin çoxunun dərdi Allaha şərik, ağa, həmtay kimi yanaşmaqdadır. Bu məsələlər həyata müəllim və ağa kimi yanaşmaqla olmur. Vallah, olmur. Billah, olmur.
Bayaq rastıma çıxdı ki, İmam Əli namazın təkbirini deməmişdən öncə deyirdi: Ey Mühsin (yaxşılıq edən). Pislik edən sənin qarşına gəlmişdir. Sən yaxşılıq edənə pislik edənə güzəşt etməsini, bağışlamasını əmr etmisən. Sən yaxşılıq edən, mən isə pislik edənəm.
Axı mən İmam Əlinin hansı cəhətinə çata bilərəm?! Quranın peyğəmbərlərlə bağlı nə çox ayəsində peyğəmbərlər Allaha nəyi var yalvarıblar ki, İlahi, mən haqsızlıq etmişəm, məğlub olmuşam, bizə rəhm etməsən, özünə zülm etmiş olanlardan olarıq və s.
Həyatın afəti belədir. Yəni bizdə heç mi qüsur yoxdur. Qüsur yalnız başqalarındadırmı?

İnsan hər nəfəs çəkdikdə ölümə bir addım yaxınlaşır. Necə ki möminlərin əmiri Əli (ə) bu barədə buyurmuşdur:
“İnsanın nəfəsləri onun ölümə tərəf addımlamasıdır".
Buna əsasən, insanın döyünən qəlbinin hər dəfəsi onu ölümə tərəf yaxınlaşdırır. Odur ki, boş yerləri, etdiyimiz ziyanın yerlərini daha dəyərli və ondan minlərlə artıq olan mənəvi dəyərlərlə doldurmaq lazımdır.
(Nümunə təfsiri)

Peyğəmbər (s) Əbuzərə buyurdu: “Sənə tərəzidə ağır, dildə isə yüngül olan bir əməl öyrətməyimi istəmirsənmi?”
Əbuzər dedi: “Bəli, ya Rəsulallah”.
Peyğəmbər (s) buyurdu: “Susmaq, gözəl əxlaq və sənə aid olmayan şeyləri tərk etmək”.
(Əl-Ləali, 1/174)

Heç vaxt axmaq və cahil insanla mübahisə etməyin...Yoxsa, siz onun səviyyəsinə düşməli olacaqsınız. Onun səviyyəsinə düşdükdə isə o, öz səviyyəsində öz təcrübəsi ilə sizi məhv və məğlub edəcəkdir.
Bəzən yazırlar ki, cahiliyyət dövrünün ənənələrindən biri qız uşaqlarını diri-diri bastırmaq idi. Lakin bu belə deyil ki, hamı edirdi. Bunu savadsız və aşağı təbəqə insanlar edə bilərdi. Zəngin, elit, yaxud orta təbəqədə belə hal yox idi. İmkanlı və tanınmış ailələrdə bəla nə idi bilirsiniz? Məncə belədir. Dayəlik məsələsi.
Bilirsiniz ki, Peyğəmbərimiz tanınmış, nüfuzlu ailədə doğulmuşdu. Ərəblərdə adət var idi ki, uşağı süd anasına, dayəyə verirdilər. Peyğəmbərimizi də Həlimə Sədiyəyə verdilər. Ağrı-acılı olan bilirsiniz nədir? Adət belə idi ki, dayə uşağı götürüb özü ilə aparırdı və ana ilə əlaqə kəsilirdi. Peyğəmbərimiz haradasa 5 il müddətinə başqa bir qəbilədə anadan uzaq böyüdülüb. Bu, həm də ona görə idi ki, oğlan uşağı səhra və başqa bir şərait də görsün. Möhkəmlənsin. Düzdür, arada bir neçə dəfə anası Aminə xanıma gətiriblər uşağı. Sonra təzədən aparıblar.
Kədərli odur ki, anasına qaytarıldıqda da Peyğəmbər anası ilə düzəməlli vaxt keçirə bilmədi və Əbva məntəqəsində, atasının qəbrini ziyarətə gedən ərəfələrdə, anasını da itirir. Quran deyir, biz səni yetim görüb himayə etmədikmi? Elə bil, bir ömür ruzigar Peyğəmbəri sevdiklərindən ayırdı. Elə uşaq ikən. Onu təkliyə sövq etdirdi ki, tamamilə Allaha bağlansın. Nə qəribədir. Bunlar heç.
Bir elm adamı şərh vermişdi ki, anasızlıq Peyğəmbərin həyatında dərin iz buraxmışdı. Peyğəmbərimiz ana statusuna qarşı çox həssas idi. Hətta bir adamı cihaddan azad etmişdi ki, sənin kimsəsiz yaşlı anan var. Get ona qulluq et. Analıq dəyəri İslam dinində çox ali dəyərlərdəndir.
Yəni adam o dövrün qadınlarının bir də bu cür durumunu gördükdə ürəyi yanır.