Telegram Web Link
Jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin #Gədəbəy'də saxlanıldığı bildirilir. Onların Polis idarəsinə aparıldığı deyilir.
#Gədəbəy'də etirazçı sakinlərdən 1 nəfərin 1500 manat cərimələndiyi, 5 nəfərə isə 20 sutka verildiyi deyilir.
#Gədəbəy'in Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb. Kəndin giriş-çıxış yollarına polislər nəzarət edir. Kəndə sadəcə pasport qeydiyyatı olanlar girə bilərlər. 🤦‍♂️
"O plakaları yaşlılar necə hazırlayıb, aksiya necə təşkil olunub?" - Bir az uzun oldu amma mütləq oxu və paylaş.

Hökümətə yaxın media patronları, zurnalistlər 3 gündür palaz-palaz yazırlar ki, plakatları kim hazırlayıb, aksiyanı kim təşkil edib? Çünki dəli olublar. Gədəbəylilər dindar deyil, İranla sərhəd deyil ki, ora bağlasınlar. Öyrəşiblər axı, narkotiklə də ittiham edə bilmirlər, Rusiyaya da yaxın deyil ki, Moskvaya bağlasınlar. Qızıl mədənini işlədən ingilis şirkətidir, şirkətiin sahibi iranlı biznesmen Reza Vəziridir, özü də ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədridir, Mehriban Əliyevanın əmisi Hafiz Paşayevin ən yaxın dostudur. ABŞ-a da, Qərbə də bağlaya bilmirlər. Çıldırırlar, 3 gündür götür-qoy edirlər ki, kimdir axı bunu təşkil edən?

Elə düşünürlər ki, bu ölkədə heç kim səmimi şəkildə etiraz edə bilməz. Heç kim bu hökumətdən narazı qala bilməz. Mütləq kiminsə barmağı olmalıdır. Özləri öyrəşiblər əmrlə, göstərişlə, pulla, sifarişlə iş görməyə. Elə bilirlər ki, hamı bunlar kimidir. İndi yaxın gəlin, sizə başa salım.

Gədəbəy rayonların içində ən çox alim, ziyalı yetişdirən rayonların başında gəlir. Hadisələrin cərəyan etdiyi Söyüdlü kəndi bu günə qədər 300-dən çox müxtəlif sahələr üzrə alim, mütəxəssis və digər sənət sahibləri yetişdirib. Özü də kənd ancaq yaşlı insanlardan ibarət deyil, kəndin cavanları, savadlı gəncləri, ortayaşlı sakinləri də var. Hadisələr də əslində həftələrdir başlayıb. Mediada bu barədə etiraz səslərini yüksəltməyə çalışıblar, məqalələr yazıblar, həmin plakatların üzərindəki sözlər filan məqalənin içində videoda əks olunub. Belə olduğu təqdirdə, ordakı insanları özləri kimi avam yerinə qoyanlar, bacarıqsız və fərasətsiz zənn edənlər, hadisələrin arxasında gizli əllər axtarmağa çalışırlar, ayıb olsun.

Dəfələrlə rəsmi qurumlara müraciətlər edibIər, xahiş ediblər, yalvarıblar, məktublar yazıblar, heç bir xeyri olmayıb. İllər öncə həmin zəhərli gölün nəticəsində heyvanlarının ölməsi ilə bağlı məlumat yayılıb, fotosu əks olunub, veclərinə almayıblar. (5) Son hadisələr isə bardağı daşıran damla olduğu üçün, bu cür partlaq verib.

Bir sözlə cavanlar xoş niyyətlə, ölümlə üz-üzə qalan kəndlərini, yaxınlarını qorumaq üçün rayondakı çap yerlərindən birinə gedib, həmin plakatları çıxartdırıb, aksiyada iştirak edərək sərgiləyib, etirazlarını sivil şəkildə bildiriblər.

Bu zəhər gölü tək Gədəbəyə yox, bütün bölgəyə ziyan vurur. Həm qapalı olmadığına görə, həm də sızıntı vasitəsilə bu zəhər bütün ətrafa yayılır. Sızıntı vasitəsilə bu zəhərin yaxınlıqdan keçən Şəmkir çayına, oradan da Şəmkir su anbarına düşməsi bütöv bir bölgənin məhvi deməkdir. Bunu zavodun ordakı rəsmi əməkdaşları belə etiraf edirlər, bilirlər. Nəzərə alsaq ki, Gəncə şəhərinin böyük bir hissəsinə içməli su Şəmkir su anbarından verilir, onda fəlakətin miqyası haqqında fikir yürütmək olar.

Azərbaycan hakimiyyəti isə ordakı sakinlərin dərdini, problemini dinləmək əvəzinə, onları ölümə tərk etməyi bir qırağa, üzərlərinə Çevik Polis Alayını göndərib. Dəbilqəli, əlində rezin gülləli silahlarla, gözyaşardıcı qaz və qalxanla kənd sakinlərinin üzərinə gəliblər. Hücum çəkib onları ordan qavan zaman cavanlar, yaşlılar onlara daşla müqavimət göstərib. Nəticədə də hökümət və onların muzdlu trolları barbar bağırırlar ki, polisi daşlayıblar, ona görə də polis o cür reaksiya verib, yaşlı qadınların gözünə bibər qazı sıxıb.

İndi də Bənənyarda, Nardaranda, Nehrəm hadisələrində olduğu kimi kəndi polislər bağlayıblar, blokadaya alıblar, kənd sakinlərini bir-bir tuturlar, qorxudub, hədələyirlər. Artıq 5 nəfərə 20 sutka verilib, yeni saxlananlar da var. Hadisələri ictimailəşdirən jurnalistləri saxlayırlar, hədələyirlər, əsgərliklə qorxudurlar və s. Hökumət problemi dinc yolla çözmək əvəzinə öz vətəndaşlarını şərləyir, danlayır, döyür, əzir, həbs edir.
Sosial şəbəkələrdə #Gədəbəy'də baş verən hadisələrə görə polisi tənqid edən NİDA Vətəndaş Hərəkatının fəalı Elmir Abbasov 20 sutka həbs cəzası verildi. Bundan əlavə Gədəbəyə gedən reportyor Elməddin Şamilzadə Səfərbərlik Xidmətinə çağırılıb. Bu gün daha 5 Söyüdlü sakini də həbs edildi, kənddə həbs edilənlərin sayı 10-a çatdı.
Siyasi fəal Qiyas İbrahimə 30 sutka həbs cəzası verdilər. Sosial şəbəkələrdə #Gədəbəy hadisələri ilə bağlı sakinlərə qarşı vəhşilik edən polisləri və İlham Əliyevi söydüyü üçün cəzalandırırlar.
Jurnalistlərin #Gədəbəy’də döyüldüyü bildirilir.

Jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamovanın polis tərəfindən saxlanıldığı və onlara zorakılıq tətbiq olunduğu deyilir.
Maliyyəni rusiyalı biznesmen, Putinin sinif yoldaşı İlham Rəhimovdan, göstərişi Prezident Aparatından alan "News24" saytı iddia edir ki, #Gədəbəy hadisələrinin arxasında Qərb, ABŞ dayanıb. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyevdən pul alan Rauf Arifoğlunun "Yeni Müsavat"ı isə deyir ki, Rusiyanın işidir, Meydan TV-də Rusiyaya işləyir. Ala, bir qərar verin də. Bu arada İran yenə də kef edir, kənarda qaldığı üçün.
Tanış olun, #Gədəbəy rayonu Polis şöbəsinin rəis müavini Bəhman Məmmədovdur. Hadisələrin ilk günü polislərinə tapşırıq verib ki, qadınları elə yerindən vurun ki, görünməsin. Oğluna 20 sutka verilən anaya deyib ki, 3 min manat ver "sroka" göndərməyim.
Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü bildirilir. İşsizlikdən əziyyət çəkdiyini deyən Zaur adlı kənd sakininin "İnsanlar acından ölür, siz fotosessiya etməklə məşğul olursunuz" deyərək başçıya kəllə atdığı deyilir.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2 oktyabra qədər uzadılıb. Quru sərhədlər yenə də bağlı qaldı.
Bölgələrdə baş verənlər:

1. Gədəbəyin Söyüdlü kəndi polis barikadaları ilə blokadaya alınıb, kəndə giriş-çıxış nəzarət altındadır, 10 nəfər həbs olunub. Kənd sakinləri əziyyət çəkirlər.
2. Dünən Müşfiqabad qəsəbəsində əhali yolu bağlayaraq 4 gündür sularının kəsilməsinə etiraz aksiyası keçirib.
3. Təbii sel fəlakətindən əziyyət çəkən, evləri suyun altında qalan Şəki rayon Daşüz kənd sakinləri bu gün avtomobil yolunu bağlayaraq rəsmi qurumlardan yardım və dəstək istəyiblər.
4. Qaxda məktəbin müəllimləri, valideynlər aksiya keçiriblər. Region Maarif Şöbəsi təmir edilən məktəbi Təhsil nazirliyindən xəbərsiz lisey edərək, hamını aldadıb.
5. Ağdamlılar yağan yağışlardan, dolu düşməsinin nəticəsində təsərrüfatlarına zərər dəydiyinə və rəsmi qurumların laqeydsizliyinə görə etiraz ediblər.
#Gədəbəy'in Söyüdlü kəndinin sakinlərindən bəzilərinin evinə gecə polis tərəfindən basqın olunub, bir neçə nəfər saxlanılıb. Aparılanlardan biri kənd sakini Coşqun Musayev Tapdıq oğludur. Gənc, aksiyadakı plakatları hazırlamaqda ittiham olunur.
#Gədəbəy'in Söyüdlü kəndində baş verən hadisələri işıqlandıran jurnalist Elməddin Şamilzadənin saxlanıldığı deyilir.
Azərbaycan əsgərləri tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsinin girişində, Həkəri çayının üzərindəki körpüdə beton barrikadalar qurulub, yol qapadılıb.
Deputatların #Gədəbəy'dəki hadisələrlə bağlı şərhləri:

Sahib Aliyev: "Gədəbəydəki hadisələri franslzlar edib".
Aqil Abbas: "Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub".
Elman Nəsirov: "Hadisələrin arxasında "Rusiya izi" ola bilər".
Fazil Mustafa: "Dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar”.
Arzu Nağıyev: "Ölkə xaricində yaşayanlar bu hadisədən öz məqsədləri üçün istifadə etdilər".
Amerika səfirliyində sivil şəkildə Söyüdlü hadisələrinə etiraz bildirən feminist aktivistlər Gulnara Mehdiyeva , Narmin Shahmarzade , Sanubar Heydarova və jurnalist Ulvi Hasanli saxlanılıb. 22-ci polis bölməsinə aparıldıqları bildirilir.
Rusiyanın “Vaqner” Xüsusi Hərbi qruplaşmasının başçısı Yevgeni Priqojin Rusiya ordusuna qarşı əməliyyata başlayacağını bildirib. O iddia edib ki, Rusiya MN Vaqnerin arxa cəbhəsinə zərbələr endirib, itkilər var. Rusiya MN isə vəziyyəti təxribat adlandırıb və məlumatların həqiqətə uyğun olmadığını bildirib. Artıq Priqojin barədə Putinə məruzə edilib. Bütün lazımlı tədbirlər alınıb.
FSB-nin Yevgeni Priqojinə qarşı silahlı üsyana cəhd ittihamı ilə bağlı cinayət işi açdığı bildirilir.
Dünən gecədən bəri "Vaqner" dəstələrinin Rusiyanın Rostov, Volqoqrad və Voronejdəki bütün hərbi obyektlərini ələ keçirdiyi bildirilir. Hələ ki, Rusiya ordusunun müqaviməti sezilmir. Putin çıxışında bütün baş verənləri xəyanət adlandırıb, baş verənlərə sərt reaksiya veriləcəyini bildirib. "Vaqner" isə Putinin səhv seçim etdiyini, tezliklə yeni prezidentlərinin olacağı açıqlamasını edib.
2025/10/23 15:12:22
Back to Top
HTML Embed Code: