Telegram Web Link
Taksilərlə bağlı yeni qanuna görə, taksilərə xüsusi cihaz quraşdırılacaq, sürücüyə görə rüsum 3 min olacaq, icazəsiz sürücü 40 min manat cərimələnəcək, taksilərin sayı azaldılacaq və taksi qiymətləri bahalaşacaq. Nəqliyyat naziri deyir çünki, dünyanın heç bir yerində taksilər belə ucuz deyil.

P.S. Artıq taksilərin 2-3 manat qalxdığı deyilir.
Rəsmi rəqəmlərə görə 2022-ci ildə Azərbaycanda 609 nəfər özünü öldürüb. Daha 841 nəfər özünüöldürməyə cəhd edib. Yəni, 2022-ci ildə toplam 1450 nəfər özünü öldürüb və ya buna cəhd edib. Bu o deməkdir ki, təkcə rəsmi rəqəmlərə görə, ölkədə hər gün 4 nəfər ya intihar, ya da intihara cəhd edir. @cpkfm
Ərdoğan: "Azərbaycanda əhalinin artımı üçün hər ailədə ən az 5 uşaq olmalıdır. Elə deyil, qardaşım?"

İlham Əliyev: "Çalışacağıq, hahahah...".
Milli Məclisdə ölkədəki bankların kredit faizlərinin yüksək olmasından danışılarkən Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, "Mən Azərbaycanda bank kreditləri faizinin 20-25 faiz olmasını görməmişəm".

Azadlıq Radiosu yazır ki, ölkədə ən çox istehlak krediti verən 3 bank bunlardır: Beynəlxalq Bank (26.9%), Paşa Bank (28%) və Kapital Bank (25%).

Azərbaycan bankları ötən ilin ilk üç ayı ərzində verdikləri kreditlərə görə toplam 827 milyon manat faiz gəlirləri əldə edib, sadəcə ilk 3 ayda. Hər üç bankın xalis mənfəəti - bu ilin yanvar ayında 50%, may ayında 40% artıb.

Taleh Kazımov Mərkəzi Bankın sədri olmadan öncə "Paşa Bank"a rəhbərlik edib. Deməli hər şeydən xəbəri var, sadəcə yalan danışır.

Beynəlxalq Bank 90% dövlətin, qalan hissəsi hakim ailəyə məxsusdur. Paşa da, Kapital bank da birinci ailəyə aid banklardır. Ümumiyyətlə ölkədə yüksək kredit faizləri verən 8 bankın hakim ailəyə aid olması rəsmi sənədlərlə təsdiq olunub.
Bu gün həm sərhəddə, həm də Qarabağda atəşkəs pozulub. Azərbaycan tərəfi bildirir ki, Laçındakı nəzarət-buraxılış məntəqəsinə atəş açılıb. Erməni tərəfi isə o istiqamətdə hərbçilərin Azərbaycan bayrağını Ermənistan ərazisində dalğalandırmaq məqsədilə irəliləməyə cəhd göstərdiyini bildirir. Hər iki tərəfdə bir hərbçi yaralanıb. Ermənilər iddia edir ki, rəsmi Bakı Laçın dəhlizi ilə istənilən humanitar daşımalara qadağa qoyub. Azərbaycan XİN isə Ermənistanı erməni sakinlərin sərhəd buraxılış məntəqəsindən təhlükəsiz, sərbəst keçidinə maneçilik törətməkdə, bunu həzm edə bilməməkdə günahlandırır.
Azərbaycan mənbələri bildirir ki, Azərbaycan hərbçisini yaralamış Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib. Bu da o deməkdir ki, iki erməni hərbçisi öldürülüb.
Hal-hazırda Laçındakı nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidinin dayandırıldığı bildirilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Laçındakı bugünkü atışmanın videosu. Azərbaycan hərbçiləri Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan bayrağını körpünün digər istiqamətində qaldırarkən onlara Ermənistan tərəfindən atəş açılır.
Hazırda Zəngilanda dövlət sərhəddində atəşkəsin pozulduğu və lokal döyüşün getdiyi bildirilir. Qarşı tərəfin artilleriyadan və PUA-lardan istifadə etdiyi deyilir.
DSX-nın hərbçisi, Qubanın Zərdabi qəsəbə sakini, 1994-cü il təvəllüd baş çavuş Hacıyev Pərviz Azər oğlunun odlu silahdan atəş açaraq intihar etdiyi deyilir. Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verdiyi bildirilir. Ümumiyyətlə son aylarda DSX-da dördüncü ölüm halıdır.
Son 10 gündür demək olar hər gün sərhəddə də, Naxçıvan istiqamətində də, Qarabağda da atəşkəsin pozulması ilə bağlı məlumatlar səngimir. İstər rəsmi, istərsə digər mənbələrdə məlumat təsdiqini tapır. Hər iki tərəfdə də hərəkətlənmə mövcuddur. Lokal toqquşmalar gözlənilir.
Hərbi Prokurorluğun məlumatına görə Füzuli rayonunda Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin MAXE hərbçisi, 1996-cı il təvəllüd baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Rəsmi məlumatlara görə 1 həftədə üçüncü hərbçinin intihar xəbəri yayılır.
Naftalanda rayon icra hakimiyyətinin qarşısında qazi Tağıyev İlkin Həmid oğlu etiraz edərək özünü yandırıb. Onun icra hakimiyətində qəbul zamanı, rəsmi qurumlardan narazılığa görə özünü yandırdığı bildirilir. Müharibədə artilleriya kəşfiyyatçısı olan qazının bədəni 30% yanıb.
Gədəbəyin Söyüdlü kəndində qızıl mədənləri üçün süni göl düzəltmək istəyirlər, əhali etiraz edib. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunları yeridiblər. Polis əhalinin üzərinə gözyaşardıcı qaz ataraq dağıdıb, bəzi sakinlərin döyüldüyü bildirilir.

Sakinlər qızıl mədənlərinin tullantıxanası sayılan bu süni göllərin çox zəhərli olduğunu, həm özlərinə, həm təbiətə, həm də ordakı canlılara zərər verdiyini bildirirlər. Hardadır bizim vətənsevər eko-aktivistlərimiz? Qeyd edim ki, qızıl mədənləri birinci ailəyə məxsusdur.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan polisinin Gədəbəydəki əl işi. Kənd sakininin düz üzünə gözyaşardıcı sıxır...
Azərbaycan hökuməti birinci ailənin Gədəbəydəki qızıl mədənləri üçün xalqın qarşısına polisin daxili qoşunlarını çıxarmaqla növbəti qanunsuzluğa imza atıb. Bugünkü hadisələrdə vətəndaşı yerdə sürüyən, onun üzünə gözyaşardıcı sıxan hər biri, bu əmri verən hər kəs cəzalanmaldır.
DİN açıqlamaya yayıb ki, sakinlər tərəfindən Gədəbəydə süni gölün tikintisinə etiraz edilib, fəhlələrə küt alətlərlə xəsarət yetirilib, polisə müqavimət göstərilib. Sabahda zadda başı, qolu sarğılı "fəhlə" və polis aktyorları, xəstəxanada uzanmış formada AZTV-də göstərərlər, siz də inanarsınız.
İlham Əliyevin təyin etdiyi icra başçısı Orxan Mürsəlov hadisə yerinə gəldi, sakinlərə xeyli yalanlar söylədi. Yalanları sıralayıb, cavablarını da qeyd edirəm.

1. "İkinci gölün yaradılması xəbəri yalandır".

Söyüdlü kənd bələdiyyə sədri özü şəxsən bildirib ki, yeni süni gölün yaradılması üçün sakinlərin əkin sahələri əllərindən alınıb və onlara uyğunsuz, əhalinin mal-təsərrüfatını apara bilməyəcəyi ərazilər təklif olunub. Qızıl mədəninin əməkdaşı (ad soyadı ikinci cavabda) da bildirib ki, birinci gölün daşma ehtimalı var, daşsa zərər verməməsi üçün ikinci kiçik gölə ehtiyac var. Deməli icrabaşı yalan danışır.

2. "Sianid turşusunun zəhərli olması ilə bağlı nə bilirik? Kim deyir onu? Bu dedi-qodudur".

Ərazidəki qızıl mədəninin kimyəvi tullantılar üzrə nəzarətçisi Elşad Məmmədov göldə sianid turşusunun olduğunu, lakin onu içmədikdə heç kimə zərər vermədiyini bildirib. Deyib ki, bu zəhərli maddə qaldıqca özü-özünə neytrallaşır (!) Deməli icrabaşı yalan deyir, o ərazidə zəhərli maddələr mövcuddur. Süni göldəki sianid turşusu həm torpağı zəhərləyir, həm də buxarlanma yolu ilə təbiəti və insanları zəhərləyir.

3. "Qızıl mədəni birinci ailəyə aid deyil".

Ərazidəki qızıl mədənlərini rəsmi olaraq istismar edən İngiltərənin "Anglo Asian Mining Plc" şirkətidir. Şirkəti rəsmi olaraq iranlı iş adamı Reza Vəziri idarə edir. Beynəlxalq jurnalistlərin araşdırmasına görə isə qızıl mədənləri ölkə başçısı İlham Əliyevin qızlarına məxsusdur. Yəni mədən birinci ailəyə aiddir, qızılı isə ingilis şirkət çıxarır.

4. "Heç kimin ixtiyarı yoxdur ki, polisə daş atsın".

Sakinlər isə iddia edirlər ki, onların əkin sahələri əllərindən alınıb, zəhərli maddələr axıdılması üçün süni göllər düzəldilir və onların buna etiraz etmək haqqı var. Etiraz etdikdə də üzərlərinə dubinkalı, rezin güllələrlə və dəmir dəbilqələrlə təchiz edilmiş xüsusi polislər göndərilib. Onlar da sakinlərə hücum ediblər, vurublar, bu zaman vətəndaşlar müdafiə üçün bu addımları atıblar.
Dünəndən bu yana #Gədəbəy'də baş verənlər:

1. Dünən etiraz edən bəzi aksiyaçılar 1500 manat cərimə edilib.
2. Kənd sakinləri "Bizi zəhərləməyin!" deyərək, dinc aksiya keçiriblər, polis müdaxilə edib.
3. İcrabaşı hadisə yerinə gəlib, sakinləri günahkar çıxarıb, "polisin vətəndaşı döydüyünü demək vətənə xəyanətdir" deyib.
4. 24 saat keçib, DİN ikinci dəfə araşdırma aparıldığını, polisin əməlinə hüquqi qiymət veriləcəyini deyib.
5. Ərazidə araşdırma üçün ekoloqlardan ibarət komissiya yaradılıb.
6. Ali rəhbərlik, Milli Məclis, Ombudsman, Prokurorluq isə susur.
Tanış olun, #Gədəbəy polis şöbəsinin rəisi Mehman Həşimovdur. Bu gün deyib ki, Söyüdlü etirazlarında həbs edilənlər məhkəmə qarşısına çıxarılacaqlar. Kənddə saxlanılanların 10 nəfərdən artıq olduğu bildirilir.
2025/10/23 09:32:38
Back to Top
HTML Embed Code: