Telegram Web Link
Kılıçdaroğlu montaj görüntülərinə görə Ərdoğanı 1 milyon lirəlik mənəvi ziyana görə məhkəməyə verib. Ərdoğan mitinqlərində və canlı yayımlarda Kılıçdaroğlunun PKK terrorçuları ilə birgə montaj edilmiş görüntülərini paylaşıb, qınamışdı. Daha sonra Ərdoğan montaj olduğunu etiraf edib.
Ukraynada savaş başlar-başlamaz ölkəni tərk edib Bakıya gələn, Ukraynadakı azərbaycanlıları təxliyəsiz, köməksiz qoymaqda günahlandırılan və buna görə tənqid atəşinə tutulan keçmiş səfir Elmira Axundova 70 yaşı olması münasibəti ilə İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Türkiyənin Bolu şəhər bələdiyyə sədri Tanju Özcan İlham Əliyevə müraciət edərək xahiş edib ki, Türkiyədə keçirilən seçkilərə müdaxilə etməsin, bu doğru bir şey deyil. Bildirib ki, Ərdoğan Əliyevlə bir çox mövzuda fərqli düşünən bir liderdir. Bir çox azərbaycanlı siyasətçilərin AKP lehində propaqanda etdiyini də İlham Əliyevin diqqətinə çatdırıb, şikayətini ifadə edib.
Əliyevlə Paşinyan Putinin qarşısında mübahisə ediblər, bir-birlərinə söz soxublar. Ən maraqlı hissəsi isə odur ki, Əliyev Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyünü, bu təşəbbüsün isə Rusiya tərəfindən dəstəkləndiyini bildirib. Paşinyan isə təəccüblə deyib ki, "Cənab Putin, çox maraqlıdır mən bilmirdim ki, Rusiya Zəngəzur dəhlizi layihəsini dəstəkləyir və bunu doğrusu ilk dəfədir eşidirəm". Mübahisənin videosu daha geniş buradadır.
Ərdoğan: "Kılıçdaroğlu TRT-də bizim terror təşkilatları ilə görüşdüyümüzü iddia edir, bunu sübut edə bilməsən namərdsən!"

Kılıçdaroğlu: "Sadəcə görüşdüyünü demirəm, sən terrorçuların himayədarısan! Madam sübut istəyirsən, öz telekanalın TRT-də bu axşam, sabah çıx qarşıma. Sənin terrorçularla əməkdaşlıq edən bir namərd olduğunu hamıya sübut edəcəyəm".
Bir qrup erməni diversantın Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd etdiyi, bunun qarşısının alındığı bildirilir. Qarşı tərəfdən 2 diversantın saxlanıldığı deyilir. Ermənistan tərəfi isə məlumatı təkzib edərək, yalan adlandırıb.
Keçmiş MTN-in Baş Maliyyə İdarəsində kapitan rütbəsi ilə Nəzarət-Təftiş şöbəsinin rəisi işləmiş, hazırda həbsdə olan 42 yaşlı Vüqar Allahverdiyev məhbus yoldaşı, 2 il öncə Göygöldə həmkəndlisini qətlə yetirmiş 63 yaşlı Fəxrəddin Qocayevin oğlunun telefon nömrəsini əldə edib. O, Qaradağdakı 9 saylı həbsxanada olarkən məhbus yoldaşının oğluna zəng edərək özünü Ədliyyə Nazirliyinin vəzifəli şəxsi kimi qələmə verib və adının Anar olduğunu, atası F. Qocayevin adını 35 min manat müqabilində əfv siyahısına saldıra biləcəyini deyib. Bu vədlə o, F. Qocayevin xəbəri olmadan onun oğlundan hissə-hissə olmaqla 26 182 manat pul alıb.
Türkiyədə ilkin Seçki nəticələri:

CHP dəstəkli "ANKA"ya görə açılan sandıq: 51.08%

Erdoğan: 48.88%
Kılıçdaroğlu: 51,12%

Anadolu Ajansına görə açılan sandıq: %55
Erdoğan: 55.80%
Kılıçdaroğlu: 44.20%

YSK görə açılan sandıq: 7.75%

Erdoğan: 58.03%
Kılıçdaroğlu: 41.97%
Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildi. Bununla da, Ərdoğan namizəd olduğu hər seçkidə qalib gəldi.
Türkiyədə seçkidən bir gün sonra benzin, qaz, siqaret, süd və ət məhsulları, çay, kofe, şəkərin qiyməti bahalaşıb. 1 ABŞ dolları rekord həddə, 20,45 TL yüksəlib. Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə konstitusiyasının (anayasa) dəyişdirilə biləcəyini bildirib.
Yuxarıdan sifariş gəlib, taksi şirkətlərini, "Prius"ları vururlar, qaralama kampaniyasına başlayıblar. Məqsəd tənqid edib, nizam-intizam yaratmaq yox, monopoliya yaradıb xeyli insanı çorəksiz qoymaqdır, qiymətləri qaldırmaqdır. Hədəf "Paşa" könlü xoş tutmaq üçün, "Uklon"u yüksəltməkdir.
Bu gün Kişinyovdan sülh sazişi çıxmadı. Qaldı növbəti görüşlərə. Amma bir vacib məqam var ki, Paşinyan deyib tərəflər delimitasiya üçün 1975-ci ilin xəritəsini əsas götürməyə razılaşıblar. Bununla Qazaxın 7 kəndi və Kərki, həmçinin mübahisəli Qaragöl, Şurnux kəndi də qayıdır.
Devlet Bahçeli Türkiyə Parlamentinin sədri təyin edildi.
Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min dollar vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunur. Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Azadlıqdadır amma məhkəmə prosesi davam edir. Bu gün prokuror 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib. Nəcib Osmanov pulları qumarda uduzduğunu bildirib.
Sabah Nikol Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək. Onların təkbətək görüşü də gözlənilir. Ermənistan müxalifəti bu görüşün qəti əleyhinədir.
3 aydır İranda itkin düşmüş azərbaycanlı tələbə Fərid Səfərli cəsusluqda ittiham olunaraq həbs olunub. Azərbaycan tərəfindən uşağa vəkil təyin olunmayıb. Hökumət təcili hüquqi və diplomatik yöndən hərəkətə keçməlidir, əgər məhkəmə cəsusluğu təsdiqləsə asıla bilər. Yazıq azərbaycanlılar, həm öz ölkələrində, həm digərində cəsus kimi şərlənirlər.
MN həm Qarabağ, həm də sərhəddə atəşkəsin pozulduğunu bildirir. Sülhməramlıların növbəti dəfə Qarabağda erməni silahlılarının hərbi sursat daşımalarına şərait yaratdığını görüntüləyən kadrlar yayılıb. Bu arada ermənilərin Xocalıda hərbi təlimlər keçirildiyi görüntülər də yayılıb.
Son 2 gündə baş verən həbslər:

- Daşkəsən sakini "danışacağıq evimizdən avtomat çıxacaq, cibimizdən nəşə çıxacaq" deyərək tənqidi çıxış edən Anar Süleymanov 30 sutka həbs edilib.
- Siyasi fəal Əmrah Təhməzov İlham Əliyevdən Əlizamin Salayevi buraxmasını yazaraq, tənqid etdiyi çün 30 sutka həbs edilib.
- Keçmiş polis əməkdaşı Asim Kərimov Binəqədi polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə Bakı Avtovağzalının ərazisində sürücülərdən rüşvət toplanıldığını dediyi üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Forwarded from Amerikanın Səsi (Amerikanın Səsi)
Media is too big
VIEW IN TELEGRAM
"MeydanTV"nin Almaniyada yaşayan həmtəsisçisi Həbib Müntəzir (@hebmun) Azərbaycandakı müstəqil mediaların vəziyyətindən, "mühacir media" olmağın çətinliklərindən və "Media haqqında" Qanun barədə Amerikanın Səsinə danışıb.

@voaazerbaijan
"Mən eşşək kimi işləyirəmsə, yaxşı maaş istəyirəm. Hər yerimə silikon düzəltmək istəyirəm, birinci xanım kimi, bizdən ötrü örnəkdir. Biz də elə istəyirik" deyən siyasi fəal Ziyafət Abbasova ruhi-əsəb dispanserinə yerləşdirilib.
2025/10/23 15:15:24
Back to Top
HTML Embed Code: