Rəsmi rəqəmlərə görə Millət İttifaqı (Kılıçdaroğlu) səslərini artırsa da parlament seçkilərində qalib Cumhur İttifaqı (Ərdoğan) oldu. Prezident seçkilərində isə açılan 99% sandığa görə Ərdoğan 49.40%, Kılıçdaroğlu isə 44.96% yığdığı üçün seçki ikinci tura qalır. YSK hələ də sayılmayan 400 min səsin olduğunu açıqlayıb. İkinci tur 28 may tarixində sadəcə iki namizəd, RTE-KK arasında keçiriləcək.
Türkiyədə parlamentə seçilən və seçilə bilməyən maraqlı və müzakirə mövzusu olan şəxslər:
- Daha çox miqrantlara qarşı qurulan Zəfər Partiyasının sədri Ümit Özdağ millət vəkili seçilə bilmədi.
- Türkiyə İşçi Partiyasının məşhur simalarından biri, aktyor Barış Atay parlamentə girə bilmədi. Çünki "Gezi davası"na görə həbsxanada olan dostu və partiya yoldaşı Can Atalay məclisə girərək sərbəst qalsın deyə başqa yerdən namizəd olmuşdu.
- Ankaranın keçmiş bələdiyyə sədri, AKP-nin sosial media fenomeni Melih Gökçek'in oğlu Osman Gökçek millət vəkili oldu.
- CHP (Tahsin Ocaklı) 43 ildən sonra ilk dəfə Ərdoğanın vətəni Rizədən millət vəkili seçildi.
- AKP-dən millət vəkili olmaq üçün Ağrı Bələdiyə sədrliyindən istefa verən Savcı Sayan parlamentə girə bilmədi.
- Terror təşkilatı kimi tanınan Türkiyə Hizbullahı ilə əlaqələri olduğu iddia edilən, "HÜDAPAR" AKP-nin siyahısından 4 namizədlə parlamentə girə bildi.
- Türkiyə Dəyişim Partiyasının sədri, sosial media fenomeninə çevrilmiş Mustafa Sarıgül də Millət İttifaqı sayəsində məclisə girdi.
- 15 yaşında uşaqların evliliyini dəstəkləyən Yeniden Refah Partiyasının sədri, Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan və 4 partiyadaşı AKP sayəsində məclisə girdi.
- AKP və tərəfdarlarının terorist PKK ilə işbirliyi etdiyi dediyi Yeşil Sol Partiya (Köhnə HDP) 61 millət vəkili ilə məclisə seçildi.
- Alparslan Türkeşin oğlu Toğrul Türkeş Ankaradan AKP-dən, qızı Ayyüce Taş İYİ Partiden Adanadan millət vəkili seçildi.

Prezident seçkilərində 3 milyona yaxın səs alaraq üçüncü olan, ATA İttifaqının namizədi Sinan Oğanın ikinci turda dəstəkləyəcəyi namizəd üçün 6 şərti:
- Anayasanın ilk 4 maddəsi dəyişməyəcək.
- Güzəştsiz olaraq "FETÖ" ilə mübarizə aparılacaq.
- Güzəştsiz olaraq "PKK" ilə mübarizə aparılacaq.
- Təriqət və camaatların (dini icmalar) bürokratiyadakı hakimiyyətlərinə son qoyulacaq.
- Miqrantların 1 il ərzində ölkəsinə dönməsi təmin ediləcək.
- Daxili işlər nazirliyi, Müdafiə Nazirliyi və Təhsil Nazirliyi ATA İttifaqı və Zəfər Partiyasına həvalə ediləcək.
Mənbə: Zəfər Partiyası

Naxçıvan Ali Məclisinin deputatlarının əmək haqqı 950 manata qaldırılıb. Buna qədər deputatların maaşı 750 manat olub.
ARXİV - Sinan Oğan gündəmə gəlmişkən...
2014-cü ildə hakim AK Partiyadan olan millət vəkili Muhyettin Aksak parlamentdə türkmənlərlə əlaqədar müzakirə zamanı Milliyyətçi Hərəkat Partiyasının o zamankı üzvü Sinan Oğana yumruq atmışdı. O da bir neçə AKP millət vəkilini qabağına qatmışdı. Qeyd edim ki, Sinan Oğan vaxtiylə professional boksla məşğul olub.

Hesablama Palatası 2021/2022-ci illər ərzində Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyində 25 milyondan çox vəsaitin mənimsənildiyini açıqlayıb. Vəsaitlərin mənimsənilməsi və maxinasiyalarda Vasif Talıbovun ailə biznesinə məxsus "Gəmiqaya Holdinq"in adı da var. Bu mənimsəmə ilə bağlı hələ ki, nə saxlanma, nə də həbs barədə məlumat var.
İran əsilli britaniyalı biznesmen Cavad Marandi Azərbaycandan maliyyələşən şübhəli ofşor şirkətlərdən 230 milyon dollar aldığı aşkarlanıb. İş adamı təkcə “Azərbaycan pulyuyan maşını”nın bir hissəsi deyil, onun həm də Azərbaycanda biznesi var. Ölkədə ümumilikdə 20-dən çox restoranı olan Mc Donald`s şəbəkəsinin və beynəlxalq brendlərin distribyutoru olan siqaret biznesinin sahibidir. Bundan əlavə o, Əliyev ailəsinə məxsus olan tikinti şirkəti “Pasha Construction”da idarəedici tərəfdaş olub. Britaniya Milli Cinayət Agentliyi həm də aşkarlayıb ki, Marandi Cavanşir Feyziyev və Mehriban Əliyevanın əmisi oğlu Mircəlal Paşayevlə pulyuyan maşından milyonlarla dollar vəsait alan "Avromed" şirkətində tərəfdaş olub.
Sinan Oğanın təmsil olunduğu "ATA İttifaqı"nda yer alan Ədalət Partiyası ikinci turda Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqladı.
Qarabağda rus sülhməramlılarının qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə silah, sursat, təminat daşıdığına dair sosial mediada yeni görüntülər yayılıb. Bu Qarabağda yenidən hərəkətlənməyə, lokal qarşıdurmaya gətirib çıxara bilər. Bu arada Ermənistan MN sərhədin Zod (Sotk) istiqamətində atəşkəsin pozulduğunu, 2 erməni hərbçisinin yaralandığını bildirib.
Dünən Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq, 10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov SOCAR-ın qazdığı, dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşərək ölüblər. Ərazidə onlarla dərin və istifadəsiz quyular mövcuddur, nəzarət edən isə yoxdur.
Türkiyədə ikinci tura doğru: Ərdoğan Sinan Oğanın təkliflərini rədd edərək, seçkidə həlledici rolu Türkiyə xalqının oynayacağını bildirib. Kılıçdaroğlu isə Sinan Oğanın təmsil etdiyi ATA İttifaqının digər təmsilçisi Ümit Özdağ ilə görüşüb. Görüşün pozitiv olduğu, ictimaiyyətə geniş məlumat veriləcəyi deyilir.
Həbsxanada 100 gündən artıqdır aclıq edən AXCP Salyan rayon təşkilatının sədri Əlizamin Salayev 4 il müddətinə azadlıqdan məhrum edildi.
Paşinyan: "Ermənistan Qarabağdakı erməni əhalinin güvənliyinin təmin edilməsi şərti ilə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır. Qeyd edim ki, 86 600 kv. km Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisi də daxildir".
Sinan Oğan ikinci turda Ərdoğanı dəstəklədiyini açıqladı və seçicilərini ona səs verməyə çağırdı.
Ukrayna-Rusiya müharibəsi zamanı mütəmadi gündəmə gələn və tənqid olunan Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb. Əvəzinə Seymur Mərdəliyev təyin olunub. O da Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin yaxın qohumudur.
Sənan İsa oğlu Paşayev Naxçıvanın baş prokuroru təyin edilib. Sənan Paşayevin adı hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, həmçinin Meydan TV və Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı istintaq prosesindəkı pozuntularda hallanıb. O, bu fəaliyyətinə görə İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Onun adı həmçinin AXCP üzvü, Qarabağ qazisi Babək Həsənova işgəncə verdirməkdə də hallanıb. O, Bakı Metropoliteninin sabiq rəisi, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun qohumudur.
Konstitusiya Məhkəməsinin verdiyi yeni qərara əsasən Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.
Türkiyə Zəfər Partiyasının sədri Ümit Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəkləyəcəyini və seçiciləri ona səs verməyə çağırıb.
Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub. 6 il sosial müdafiə nazirinin müavini olan Mətin Kərimli 2020-ci ildən Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub. O, Ali Məhkəmənin sədri İnam Kərimovun qardaşıdır.