Bunu PA kurasiyasında olan jurnalist Eynulla Fətullayev yazıb. Kirov deyərək birinci katib Sergey Mironoviç Kirovu nəzərdə tutur. 1 dekabr 1934-cü ildə Leninqrad Komunist Partiyasının binasında tapanca ilə öldürüldü. Kirovun ölümü daha sonra Stalinin siyasi repressiyalarının artması və rəqiblərini sıradan çıxarmaq üçün Böyük Təmizləmə (Большая чистка) siyasəti üçün bir bəhanə olaraq istifadə edildi. Bəs Eynulla nəyi nəzərdə tutur?
Ekoaktivistlərin Laçın dəhlizindəki aksiyasının 118-ci günündə Quba sakini, meşəbəyi Şahin Qafarov və digər sakin Təbriz Qürbətovun Quba meşələrində ağacların qanunsuz kəsilməsinə qarşı çıxdığı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları - Taleh Abdullayev və Azad Heydərov tərəfindən döyüldüyü iddia olunur. Nazirlik rəsmi olaraq faktı dolayı da olsa təsdiqləyib, ailə zəminində baş verdiyini açıqlayıb. Təsəvvür edirsiz də, əslində tərsinə olmalı idi, rəsmi qurum əməkdaşları qorumaq əvəzinə, qorumağa çalışanı döyürlər. Narkotiklə şərləyib tutsalar təəccüblənmərəm.
P.S. Fotodakı Təbriz Qürbətovdur.
P.S. Fotodakı Təbriz Qürbətovdur.
"Bravo işi"ndə tutulan Azər Məmmədovun atası deyir ki, oğlumu 19-cu polis bölməsinə çağırıblar. Durub gedib, gedəndən sonra cibinə narkotik atıb tutublar. Bölməyə gedən adam cibində narkotik aparar? "Bandotdel"də oğluna işgəncə verərək üzünün tükünü kəlbətinlə dartıb çıxarıblar. Ölkədə məhkəmə, hüquq, ədliyyə sistemini ağlar günə qoyanda, bax belə mafia qanunları at oynadır, kənd təsərrüfatındakı kimi.
Düz 5 gündür ki, Naxçıvanın Şahbuz rayonu N saylı hərbi hissəsində xidmət edən 2 Azərbaycan hərbçisi - Bakının Suraxanı sakini Aqşin Qabil oğlu Bəbirov (sağda) və Lənkəran sakini Hüseyn Əhliman oğlu Axundovun (solda) yolunu itirərək azdığı bildirilir. Onlardan biri Ermənistan hərbçilərinə əsir düşüb. Digərindən məlumat yoxdur. Azərbaycan MN isə məlumatı bu gün təsdiq edərək, ictimailəşdirib.
Azərbaycanda qəbul olunan “Siyasi partiyalar haqqında” yeni qanuna görə partiyaların qeydiyyatı üçün minimum 5000 üzv lazımdır. Bunu fürsət bilən bəzi kiçik partiyalar “üzv alveri” söhbətinə girişiblər. Böyük partiyalardan pul müqabilində üzv transfer edib, partiyalarını qeydiyyatdan keçirib, daha sonra üzvləri yenidən əvvəl təmsil olunduqları partiyaya geri göndərirlər. Seçkilərdə məntəqə-məntəqə gəzən xalalardan, partiya-partiya dolaşan daydaylara... YAP hər şeyə qadirdir.
Sərhəddə vəziyyət gərginləşib, atəşkəs pozulub, hər iki tərəfdə itkilərin olduğu deyilir. Bunu həm Ermənistan, həm də Azərbaycan Müdafiə Nazirlikləri təsdiqləyiblər. Yaralılar arasında Ermənistan Ordusunun xüsusi təyinatlı korpusunun komandiri də var.
Gorus rayonu Dığ (Tex) kəndi yaxınlığında hazırda toqquşmalar baş verir. Hər iki tərəfin də minaatanlardan istifadə edildiyi deyilir. Erməni mənbələri özlərinin PUA-lardan istifadə etdiyini yazır. Vardenis (Basarkeçər) istiqamətində də atəşkəsin pozulduğu bildirilir. İtkilər barədə isə rəsmi məlumat yoxdur.
SEPAH-a yaxın mənbələr İranın Azərbaycanla sərhəddə PUA-larla kəşfiyyat uçuşları həyata keçirdiyini bildirir.
Qarşıdurmanın yarandığı Dığ (Tex) kəndində hər iki tərəfin qarşılıqlı razılaşması əsasında atəşkəsin elan olunduğu deyilir. Hazırda gərginliyin xeyli azaldığı bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, 3 nəfər hərbçi şəhid olub: Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu.
Ermənistan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, 4 nəfər erməni hərbçisi həlak olub, 6 nəfər isə yaralanıb.
Rusiya XİN: "Avropa Birliyinin missiyasının fəaliyyəti fonunda sərhəddə vəziyyətin gərginləşməsini onsuzda proqnozlaşdırmışdıq. Regionda münaqişənin həlli ilə heç vaxt məşğul olmayan digər qurumların müdaxiləsi effekt verməyəcək. Bu təəssüf ki, sülhə yox, gərginliyə gətirib çıxarır. Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib. Bundan əlavə biz erməni tərəfdaşlardan onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi aydınlıq gözləyirik".
Erməni mənbələrinə görə, bir neçə gün öncə Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşərək azan 2003-cü il təvəllüdlü hərbçi Axundov Hüseyn Əhliman oğlu da tapılaraq saxlanılıb.
Son günlər qalmaqalları ilə məşhurlaşan 3 saylı Uşaq evinin direktoru Məhbubə Hüseynova işindən azad edilib. Onun əvəzinə isə vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib. Uşaq evində baş verən hadisələrlə bağlı yaradılan komissiya müəssisədə xeyli sayda çatışmazlıqlar aşkar edib.
Ermənistan tərəfinə əsir düşən Azərbaycan əsgərinin işgəncə və şiddətə məruz qaldığını göstərən görüntülər yayılıb, onun cinayət məsuliyyətinə cəlb edilməsi ehtimal olunur. Ermənistan “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə konvensiyasına zidd davranışlar sərgiləyir, beynəlxalq humanitar təşkilatlar məlumatlandırılmalıdır. Azərbaycan hökuməti təcili humanitar və diplomatik olaraq hərəkətə keçməli və əsirlərini azad etməlidir, varsa digər əsirlərlə dəyişdirilməlidir.
Salyanda yerləşən "Xalac türməsi"ndə ikinci Qarabağ müharibəsi qazisi Sübhan Ağayevin həbsxanadakı vəzifəli şəxslər tərəfindən, işgəncə ilə öldürülməsi barədə məlumat yayılıb. Oğurluq törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azalıqdan məhrum edilən şəxs, fevralın əvvəli həbsxanaya gəlib və fevralın sonunda əli-ayağı bağlanaraq, işgəncə ilə öldürüldüyü deyilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
İlham Əliyevin sərəncamı ilə "Pasha Holding" əməkdaşı olan Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin olundu. Digər sərəncamla isə Adil Kərimli mədəniyyət naziri təyin edilib. O, bir zamanlar Heydər Əliyev Mərkəzinin vəzifəlisi olub, daha sonra nazir müavini, indi isə nazir.
İrana müalicə üçün gedən azərbaycanlılar, Naxçıvanın Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidin İranın hüquq mühafizə orqanları tərəfindən həbs edildiyi bildirilir. İki ölkə arasında olan gərginliyin qurbanı sadə vətəndaşlar olmamalıdır. İranda həbs olunan azərbaycanlı tələbədən də indiyə qədər xəbər yoxdur.
Qanunsuz silah və hərbi sursatla sərhədi qanunsuz keçmə maddələri ilə ittiham olunaraq, azərbaycanlı iki hərbi əsir, Azərbaycan Ordusunhn hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundova Ermənistanda cinayət işi açıldı.
