5 il Miqrasiya, 11 il isə Səfərbərlik Xidmətinin rəisi olan general Arzu Rəhimov vəzifəsindən azad edildi. Generalın hərbi bilet biznesindən əldə etdi qeyri-qanuni vəsaitlər sayəsində Bakıdakı milyonçular məhəlləsində 2 milyonluq dəbdəbəli villası bir zamanlar KİV səhifələrini bəzəyirdi. 10 ildən artıq MTN-də çalışmış, daha bir "Paşa Holding"-in şirkəti "Kapital Bank" əməkdaşı olan Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edildi.
Bir neçə gün öncə qarşıdurmanın yaşandığı Gorusun Dığ (Tex) kəndindəki postlarda erməni və azərbaycanlı hərbçilər arasında gərginlik yaşandığı və dava düşdüyü deyilir. Məlumatı erməni mənbələri yayıb, rəsmi məlumat isə hələlik yoxdur.
Ukraynanın aparıcı taksi şirkətlərindən olan "Uklon Taksi" şirkəti Bakıya gəlir. Azərbaycanda nizamnamə kapitalı 100 000 dollar olan “Uklon Azərbaycan” MMC şirkəti “Paşa Holdinq”lə eyni, Neftçilər PR. ev. 153 ünvanında qeydiyyatdan keçib. Rəhbəri isə dövlətə aid “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru olmuş Ruslan Əliyevdir. Yeyin doymayın, bir taksi qalıb, onu da alın.
Ermənistan ərazisinə əsir düşmüş azərbaycanlı əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden zavodunun gözətçisinin qətlində təqsirləndirilir.
Bu gün İlham Əliyev və Mehriban Əliyeva Neftçalanın Yenikənd kəndində balıq və kürü istehsalı ilə məşğul olan “Azerbaijan Fish Farm” MMC-nin 58 hektarlıq Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. “Azerbaijan Fish Farm” şirkəti "LU-MUN" Holdinqə aiddir. Holdinqin rəhbərliyində ARDNŞ nümayəndəsi Məmməd Nəzərəliyevin adı hallanır. Bu arada Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrində qanunvericiliyə zidd olaraq hər iki şirkət haqqında məlumatlar ictimaiyyətə açıqlanmır. "LU-MUN" Holdinq “Paşa Holdinq”lə eyni, Neftçilər PR. ev. 153 ünvanında qeydiyyatdan keçib, adı mətbuatda Pasha Holdingin “qohumu” kimi hallanır.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyul tarixinə qədər uzadıldı. 3 ildən artıqdır bağlı qalan quru sərhədləri haqqında heç bir müsbət qərar verilmədi. Yalnız dünən Türkiyədə təhsil alan tələbələrin Azərbaycana quru sərhədi vasitəsiylə keçməsinə icazə verilmişdi.
10 milyon manatdan çox dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Şəmkirin 7 il icra başçısı olmuş Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib. Proses zamanı məlum olub ki, Alimpaşa Elşən Hüseynov adlı şəxsə tenderdə qalib olması üçün şərait yaradıb. Həmin şəxs Şəmkirdə uşaq bağçalarına qida məhsulları paylayıb. Artıq qalan mallar isə Elşənin supermarketində satılıb, pullar da Alimpaşa Məmmədova çatdırılıb.
İlham Əliyevin fərmanı ilə 8 ildir yaradılan və milyonlarla vəsait ayrılan BNA-nın fəaliyyətinə xitam verilib, əmlakı isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansına veriləcək.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun anası və 30 ildir Həmkarlar İttifaqı Konfederasiyasının sədri işləyən, millət vəkili Səttar Möhbalıyevin bacısı olan Yeganə Möhbalıyeva “Rübabə” MMC adlı yeni şirkət açıb.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Z. Zeynalov küçəsi ev 35-də yerləşir. Bu ünvan Seymur Orucov və anası Yeganənin qeydiyyatda olduğu ünvandır. Yeganə Möhbalıyeva eyni zamanda Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayonu 2 saylı Xidmət Nümayəndəliyinin direktor müavini vəzifəsində çalışır. Gəlini Çeşmi Hacıyeva isə Azərbaycan Dillər Universitetinin multikulturalizm məsələləri üzrə müşaviridir.
Bu arada Səttar Möhbalıyevin xanımı Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Özü isə prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır.

Vilayət Eyvazovun əmri ilə Abşeron DYP-də baş inspektor işləyən Vüsal Qələndərov Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib. Qeyd edim ki, Vüsal Qələndərov əvəllər Nəsimi DYP-nin rəisi olmuş, keçən ay Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin edilən Qəhrəman Qələndərovun oğludur.
Azərbaycanın kosmosdakı 50 milyonluq “Azersky” adlı peykinin meteorit ilə toqquşduğu və sıradan çıxdığı deyilir. Peyk 45 milyon manat məbləğində sığortalanıb və sığorta vəsaiti “Paşa Sığorta” tərəfindən ödənəcək.
Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev azadlığa buraxılması üçün İlham Əliyevə müraciət etdiyini, bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazır olduğunu bildirib: “Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.
DSX məlumat yayaraq bildirib ki, qeyri-qanuni erməni silahlı dəstələri üçün silah-sursat daşınmasının qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Söhbət Həkəri çayı üzərindəki körpü istiqamətində qurulan məntəqəfən gedir.
Azərbaycanın rəsmi bəyan etdiyi Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsi Laçın karidorundakı yeni çəkilən yolun üzərində yerləşir. Yəni köhnə yolla əlaqəsi yoxdur. Köhnə yol artıq əvvəldən Azərbaycan Ordusunun nəzarətindədir. Məntəqə Azərbaycan Ermənistan sərhəddini ayıran Həkəri çayının üzərindəki körpünün Azərbaycanla olan hissəsində qurulub. Google xəritədən baxa bilərsiniz.
Erməni mənbələrinə istinadən Geğarkunik rayonunun Sotk (Basarkeçər - Zod) qəsəbəsi istiqamətində bir erməni hərbçinin qarşı tərəfdəki snayperdən açılan güllə nəticəsində öldürüldüyü iddia olunur. O istiqamətdə vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Azərbaycan MN məlumatı təkzib edib.
Rəsmi məlumata əsasən, Azərbaycan tərəfinin qurduğu Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindəki mexanizm Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.
ABŞ Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılmasına görə narahat olduğunu bildirib. Fransa Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasını pisləyib. Rusiya isə 3 tərəfli razılaşmanın pozulduğunu bildirərək tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırır.
Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Azərbaycan tərəfi birtərəfli və razılaşdırılmamış hərəkətlər nəticəsində Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsi (Həkəri çayı üzərindəki körpü) ərazisində nəqliyyatın hərəkətini bağlayıb. Qeyd olunub ki, hazırda sülhməramlı kontingentin komandanlığı yolun açılması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.
Deputat Vahid Əhmədov bloger Mehman Hüseynova nələr deyib?
- Regionlarda işsizlik çoxdur, əhalinin dolanışığında problemlər var.
- Deputat, vəzifəli şəxs bizneslə məşğul ola bilməz. Amma bizdə kifayət qədər var.
- 280 manatla deputat mümkün deyil, dolana bilməz.
- Məmur balaları cibində "paçkayla" dollar gəzdirir, amma kasıb tapa bilmir.
- Azərbaycanda xeyli sayda korrupsiya faktları var.
- İndiki dövrdə dövlətin apardığı siyasət nəticəsində müxalifət olmaq asan məsələ deyil.
- Türkiyə bizə qardaş dövlətdir, bizə çox köməklik edib amma yenə Azərbaycanda "gözü var".
- 20-30 il normal vəziyyət keçsə Azərbaycan ən inkişaf etmiş dövlətlər səviyyəsinə gəlib çıxa biləcək.