Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni təyin olunmuş rəisi Mürsəl İbrahimov özünə Tehran Babatovu baş köməkçi təyin edib. Polkovnik Tehran Babatov ləğv edilmiş MTN-də işləyib, Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dövrdə (2004/2015-ci illər), nazirin korrupsioner "kassir"i kimi tanınıb, Kadrlar Baş İdarəsinin rəis müavini olub. O, əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləyib, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilib.
Türkiyə prezidenti Ərdoğanın qatıldığı Ülke TV canlı yayımında vəziyyətinin pisləşdiyi və buna görə də yayıma fasilə verildiyi deyilir.
Erməni mənbələri iddia edir ki, Qarabağa yeni təyin olunan general-polkovnik Aleksandr Lentsov Azərbaycan tərəfi ilə danışıqlar zamanı nəzarət-buraxılış məntəqəsinin yığışdırılmasına və yalnız rentgen skanerlərin quraşdırılmasına nail olmaq istəyir.
Yəni, Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılsın və Azərbaycan tərəfi prosesi yalnız onlayn izləsin.
Yəni, Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılsın və Azərbaycan tərəfi prosesi yalnız onlayn izləsin.
Həbsxanada 80 gündür aclıq etdiyi deyilən AXCP Salyan rayon təşkilatının sədri Əlizamin Salayevin vəkilləri onun koma vəziyyətinə düşdüyünü bildirir. Əlizamin Salayev xuliqanlıq maddəsi ilə ittiham olunsa da, özü şərləndiyini deyir.
Dünən xeyli yazılıb, soruşulub deyə qeyd edim ki, məndə olan məlumata görə Azərbaycan Ordusu hər hansı yeni ərazi və yüksəklikləri işğaldan azad etməyib. Nə sərhəddə, nə də Qarabağda hər hansısa qarşıdurma, hərəkətlənmə olub. Böyük və Kiçik Qaladərəsi, həmçinin yüksəkliklərlə bağlı yazılanlar martın 30-a aid məlumatdır. Cəbhədə də, sərhəddə də sakitlikdir. Qarabağda minaların və partlamamış döyüş sursatlarının utilizasiyası (zərərsizləşdirilməsi) həyata keçirilib. Bir də hərbi vəzifəlilər praktiki atış çalışmalarını icra ediblər. Ərazidən yayılan səs-küy bunun əks-sədasıdır.
"Formula 1" Qran-prisi ilə bağlı Bakıda taksi xidmətlərinin 30 faizə yaxın bahalaşdığı deyilir. Bahalaşmanın səbəbi yarışların keçirildiyi mərkəzi yolların bağlı olması və benzin sərfiyyatının artması ilə əlaqədar olduğu bildirilir.
138 gündür davam edən azərbaycanlı ekofəal deyilən etirazçıların Laçın-Xankəndi yolunda keçirdikləri aksiya müvəqqəti dayandırıldı. Etirazçılar bildirir ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin yaradılması onları sevindirib. Qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb, çünki təbii sərvətlərin qanunsuz istismarına son qoyulmayıb.
Milli Məclisin İntizam Komissiyası bloger Mehman Hüseynovla müsahibəsində həqiqətləri dediyi üçün deputat Vahid Əhmədova töhmət verdi. Bu o deməkdir ki, təkrarlansa, mandatı əlindən alına bilər.
Rusiyada vətənə xəyanətə görə ömürlük həbs cəzası veriləcək. Əvvəl 20 ilə qədər idi. Putin bununla bağlı fərman imzalayıb. Həmçinin Rusiya vətəndaşlığı almaq istəyənlər üçün 20-dən çox tələb də azaldılıb.
Tərtərdə minatəmizləmə zamanı 3 nəfər ANAMA əməkdaşının minaya düşərək həlak olduğu bildirilir.
Rəfael Bayramov adlı şəxs dünən 3 mülki geyimli "Bandotdel" əməkdaşları tərəfindən 28 may metrosu istiqamətində oğurlandığını, önünə bir "salofan nəşə" qoyularaq hədə qorxu gəlindiyini yazlb. Sonra polislərin onu yerə yıxıb döyməyə çalışdıqlarını, böyük bir dubinka göstərib, "bunu sənə soxacağıq" deyib qorxutmağa çalışdıqlarını bildirib. Daha sonra dostunun vasitəsiylə 5 min manat ödəyərək oradan qurtulduğunu deyib. Sosial şəbəkədəki uzun statusundan sonra bu gün isə yazıb ki, dünən yazdıqları yalandır və hamıdan silməsini xahiş edib. Azərbaycan vətəndaşlarını bu cür mafioz üsullarla alçaldan, narkotik, dubinka ilə qorxudan, şər-böhtan mexanizmi DİN və onun "BANDİTizm" qurumundan kimə şikayət etmək olar?! İlham Əliyev deməyin, o Azərbaycan polisini hər zaman qoruyacağını bildirib.
Azərbaycan hakimiyyəti müqaviləni yenilədi, "Formula 1" yarışı daha 3 il, yəni 2026-cı ilə qədər Bakıda keçiriləcək.
Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaiti ilə zəlzələdən zərər çəkən Kahramanmaraşda Azərbaycan adlı qəsəbə tikiləcək. Məktəblər, məscid, yataqxanalar, 1000 mənzil və sosial binalardan ibarət layihənin təməli İlham Əliyev tərəfindən atılıb. Binalar 1 il ərzində MİDA tərəfindən inşa olunacaq.
Dünən BMT-də Rusiyanın təcavüzkar ölkə olmasına səs verilib. 122 ölkə lehinə, 5 ölkə əleyhinə səs verib. Azərbaycan yenə səsvermədə iştirak etməyib. İlk dəfə Ermənistan, Türkiyə, Çin, Macarıstan, Qazaxıstan və Gürcüstan Rusiyanı təcavüzkar ölkə hesab edib. Belarus, Şimali Koreya, Nikaraqua, Suriya və Rusiya əleyhinə səs verib. İran isəbitərəf qalıb.
Türkiyənin aparıcı e-ticarət platforması olan “Trendyol” Azərbaycanın birinci ailəsinə aid “PAŞA Holding” ilə müqavilə bağlayaraq onlayn ticarət xidmətinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər. Ekspertlər bunun onlayn alış-veriş qiymətlərinin bahalaşmasına təsir edə biləcəyini deyirlər.
Füzuli rayonu N saylı hərbi hissənin hərbçisi Məmmədov Ramil İlham oğlunun odlu silahdan atəş açaraq özünü öldürdüyü bildirilir. İntiharın səbəbi bilinmir. Yaxınları bildirir ki, səhər zəng edib, hər şeyin yaxşı olduğunu, pula ehtiyacı olduğunu deyən adam, axşam niyə özünü güllələsin? Cinayət işi açılıb, faktla bağlı araşdırma aparılır.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu gecə Ukrayna Silahlı Qüvvələri Putinə sui-qəsdə cəhd kimi PUA-lardan istifadə edərək Kremlə zərbələr endirməyə çalışıb. Qeyd olunur ki, PUA-lar sıradan çıxarılıb. Rusiya tərəfi lazım bildiyi yer və zamanda cavab tədbirləri görəcəyini deyib.
Tarif Şurasının bu gün keçirilən növbəti iclasının qərarı ilə 95 yeni dərmanın qiyməti təsdiqlənib. Bundan başqa 47 dərman vasitəsinin qiyməti isə artırılıb.
TƏBİB-ə məxsus “Yeni Klinika” tibb müəssisəsi mühafizə xidmətlərinin həyata keçirilməsi məqsədi ilə tender elan edib və qalib “Gesco” ASC adlı şirkət olub. Klinikanın 8 ay ərzində mühafizəsinə görə “Gesco” şirkətinə 638 min 946 manat 40 qəpik ödəniləcək ki, bu da aya təxminən 80 min manat edir. "Avropa Oyunları", "Formula 1" və bu qəbildən ölkə əhəmiyyətli tədbir və yarışlarda mühafizə xidməti təşkil edən şirkət DTX sədri Əli Nağıyevin oğlu İlham Nağıyevə aiddir.
ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin apardığı danışıqlar nəticəsində Sülh sazişi layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilsə də, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
