Rusiya Ordusuna məxsus “Vaqner” muzdlu hərbi təşkilatı 9 aydan çoxdur qızğın döyüşlərin getdiyi Ukraynanın Baxmut şəhərindən geri çəkilərək çıxmaq qərarı verdiyini bildirib. Donetsk vilayətinin strateji əhəmiyyət kəsb edən bu şəhərindən çıxma səbəbi kimi silah-sursat çatışmazlığı göstərilib.
Azərbaycanda azsaylı azad medialardan biri olan RLC (Red Line Channel) onlayn kanalı Bakıdakı ofisindən çıxarılaraq, fəaliyyəti dayandırılıb. Kanal hakimiyyətin manipulyativ siyasətini tənqid edən verlişlər yayımlayırdı. Yeni “Media haqqında” qanundan sonra müstəqil fəaliyyət göstərən kanallara təzyiqlər gözlənilən idi.
Antikorrupsiya idarəsinin 2021-ci ilin aprelində həbs etdiyi "Yeni Klinika”nın keçmiş direktoru Pərviz Abbasov həbsdən azad edilib. O, xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunaraq 8 il 6 ay həbs cəzası almışdı. Sonra Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə isə 3 ilə endirib. İndi də 2 ili tamam olan kimi sərbəst buraxıldı. Siyasi məhbusların günə-gün yatdığı ölkədə, korrupsiyonerlər yığdıqları rüşvəti paylayıb, cəzadan azad olurlar.
Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada COVID-19 üçün pandemiya statusunu ləğv etdi. Amma yeganə Azərbaycan hökumətidir ki, pandemiyaya görə quru sərhədlərini hələ də bağlı saxlayır.
Deməli Bakıda bir qadın Araz marketdən "Azərlotereya"nın Poz-Qazan mərc oyunundan 1 manata lotoreya alır. 25 min manat udur və satıcıya göstərir. Satıcı kuponu ondan alır, təbrik edir. Lakin qadın uşağı ilə bu sevinci bölüşdüyü zaman, satıcı kuponu udulmamış kuponlardan biri ilə dəyişdirir. Baş verənlər nəzarət kameralarına düşür.
Satıcı qadına bildirir ki, siz səhv görmüsünüz, əslində udulmamış kupondur. Nə isə, mübahisə yaranır, vətəndaş polisə müraciət edir. 32-ci polis bölməsinin əməkdaşları satıcını saxlayırlar. Amma 3 saatdan sonra buraxırlar. Qadın şikayətçi olsa da, nəzarət kameralarına baxılmasını tələb etsə də onu dinləyən olmur.
1 aydan sonra qadına xəbər verirlər ki, istintaq tamamlandı, kamera görüntülərində heç bir şey yoxdur, satıcı günahsızdır, kupon isə udulmamışdır.

Türkiyədə tarixi seçkilərə 1 həftə qalıb və hazırda seçki təşfiqat kampaniyası gedir, son baş verənlər:
- Ərdoğanın İstanbul mitinqində Kılıçdaroğlunun reklam çarxına PKK-nın liderlərindən biri Karayılanın kadrları əlavə edilərək, montajlanıb və xalqa göstərilib.
- Məlum olub ki, rəsmi iştirakçının 1,7 milyon olduğu elan edilən Ərdoğanın İstambuldakı mitinq ərazisinin sahəsi 55 min m²-dir və maksimum 277 min nəfər tutur.
- İmamoğlunun Ərzurumdakı mitinqinə MHP və Hudapar dəstəkli qrupların daş atıb, provakasiya etdikləri, seçki avtobusunu daşa basdıqları bildirilir.
- Bursada AKP-ni təmsil edən Sənaye və Texnologiya naziri Mustafa Varankın seçki avtobusuna HDP qruplarının hücum etdiyi deyilir.
- Kılıçdaroğlu həyatının ən böyük layihəsini açıqlayıb. Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutaraq, "Türk yolu" adlandırdığı “İpək Yolu”nu Türk Dünyasının ticarət qapısına çevirəcəyi vədini verib. Lakin bəzi azərbaycanlılar Azərbaycanın adını çəkməyərək yolun "Zəngəzur dəhlizi"ndən yan keçməsini qınayıblar.

Bu gün İlham Əliyev atasının 100 illiyi ilə əlaqədar "Müstəqillik tarixinin ən böyük əfv aktı" adlandırılan sərəncam imzalayıb. 801 nəfər əfv edilib, 467 nəfər azadlığa buraxılıb. Onların içində 10 və 8 il həbs edilən MTN-in 2 əməkdaşı, 8 il iş alan mədəniyyət nazirinin sabiq müavini, VİP sədri Əli Əliyev, Hüquq müdafiəçisi Elçin Məmməd, “Tərtər işi”nə görə 4 nəfər, “Gəncə işi”nə görə isə 3 nəfər var.
Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərləri Aqşin Bəbirov 11 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hərbçi "sərhədi qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsində" ittiham olunub.
Digər hərbçi Hüseyn Axundovun istintaqı davam edir, o da zavod gözətçisini öldürməkdə ittiham olunur.
Digər hərbçi Hüseyn Axundovun istintaqı davam edir, o da zavod gözətçisini öldürməkdə ittiham olunur.
Bu gün sərhəddə, Kəlbəcərin Zod kəndi istiqamətində baş verən atışmalar nəticəsində bir Azərbaycan hərbçisi, 1998-ci il təvəllüdlü, Ağstafanın S. Vurğun qəsəbə sakini, Novruzəlizadə Orxan Elxan oğlunun şəhid olduğu deyilir. Daha bir Azərbaycan əsgərinin ağır yaralandığı, Ermənistan tərəfində isə 4 hərbçinin yaralandığı bildirilir. Hazırda gərginliyin azaldığı deyilıir.
Muharrem İnce Türkiyədəki prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqladı. Qeyd edim ki, bir neçə gündür onun sosial şəbəkəkərdə bir qadınla açıq görüntülərinin yayıldığı bildirilirdi.
Türkiyədəki prezident seçkilərinə digər namizəd Sinan Oğanın da namizədlikdən geri çəkiləcəyi iddia edilir.
Türkiyədə seçkilərə son 2 gün qalır. Azərbaycanın şəhid anaları Türkiyə vətəndaşlarına müraciət ünvanlayıb ki, seçkilərdə Kılıçdaroğluna yox, Ərdoğana səs versinlər. Bu müraciəti Azərbaycan hökumətinə bağlı saytlar yayıblar.
Kılıçdaroğlu Rusiya hökumətinin "deep fake", yəni süni zəka ilə hazırlanmış saxta məlumatlarla Türkiyədəki seçkilərə Ərdoğanın xeyrinə müdaxilə etdiyini, əlində konkret sübutların olduğunu açıqlayıb. Rəsmi Moskva isə iddiaları əsassız adlandırıb, yalan olduğunu deyib.
Türkiyədəki zəlzələ zamanı ehtiyaclı vətəndaşlara çadır satdığı iddia olunan Qızıl Aypara (Kızılay) sədri Kerem Kınık 3 ay sonra tutduğu vəzifədən istefa verib. Dünən Ərdoğan gənclərin suallarını cavablayarkən bu hadisəyə görə üzüldüyünü və səhvin düzəldilməli olduğunu demişdi.
Bu gün ərzində Azərbaycan Ermənistan sərhəddi boyunca atəşkəs pozulub, silah səsləri dinməyib. Hər iki tərəfdən toplar, minaatanlar və artilleriya zərbələrinin atıldığı bildirilir. Heç bir tərəfdə itki olmasa da, erməni tərəfində 2 nəfər yaralının olduğu deyilir. Atışma davam edir.
Sərhəddəki Zərkənd (Kut) və Zod (Sotk) kəndləri istiqamətindəki mövqelərdə vəziyyətin gərgin olduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ordusuna məxsus PUA-nın zərərsizləşdiriliyini bildirib.
Erməni mənbələri bir erməni əsgərinin öldüyü, digərinin yaralandığını bildirir. Hazırda sərhəddə gərginliyin səngidiyi deyilir.
Türkiyədə seçkinin önəmi:
1. Türkiyə, Şanlıurfa. Oksigen balonuna bağlı yaşayan qadın oğlunun köməkliyi ilə səs verməyə gəlib.
2. İstanbul. Yataq xəstəsi olan bir vətəndaş təcili yardım vasitəsi ilə seçki məntəqəsinə səs verməyə gəlib.
Səsinə dəyər verən, seçkinin əhəmiyyətini anlayan toplumlar azad və hürr yaşamağa layiqdir.