Telegram Web Link
#Gədəbəy'in #Söyüdlü kəndi 9-cu gündür ki, blokadadadır. Kəndi blokadaya alan polis, sakinləri Bakıda planlaşdırılan aksiya əleyhinə danışdırıb. Sonra bu videolar polisin saxta hesabları vasitəsiylə Tiktokda paylaşılıb. Sakinlər polisin təlimatı ilə İlham Əliyevə dəstək cümlələri qurur, müxalifət əleyhinə isə döşəyirlər.
Beyləqanın Kəbirli kənd sakini, 2-ci Qarabağ müharibəsi iştirakçısı, qazi İlkin İsmayılovun evinin həyətində özünü asaraq intihar etdiyi bildirilir. Onun intihar etməsinin səbəbləri məlum deyil. Keçən il avqust ayında da eyni ad soyadda qazi Qəbələdə intihar etmişdi. Müharibədən sonra intihar edən qazilərin sayı 50-dən çoxdur.
Anti-Korrupsiya İdarəsinin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirib, saxlanılanların olduğu deyilir. Hərbi xidmətə yararsız olmaya dair saxta tibbi rəy verən, əvəzində 18 minlik rüşvət alan Sabunçu xəstəxanasının həkimi İlqar Qaracayev isə saxlanılıb, barəsində ev dustaqlığı qərarı verilib.
SOCAR "Qalatasaray" futbol klubunun forma sponsoru oldu. Neft şirkətinin bunun qarşılığında kluba illik 5 milyon dollar vəsait ödəyəcəyi bildirilir. Əvəzində GS Avropada oynadığı oyunlarda üzərində SOCAR yazılı forma ilə oynayacaq.
Keçmiş deputat Nazim Bəydəmirlinin #Gədəbəy'in #Söyüdlü kəndindəki aksiyaya görə "Bandotdel" əməkdaşları tərəfindən saxlanıldığı deyilir. Bu barədə vəkil Aqil Layıc məlumat yayaraq sabiq deputatın şübhəli şəxs qismində saxlanıldığını qeyd edib.
#Gədəbəy'in #Söyüdlü kəndindəki hadisələrdə adı hallanan sabiq deputat, işadamı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
Deməli Azərbaycanda siyasi partiyalarla bağlı yeni qanun qəbul olunandan sonra partiyalar özlərini buraxır. Hətta iş o yerə çatır ki, partiyalardan birinin sədrinin özünün belə xəbəri olmur partiyasının bağlanmağından, jurnalistlərdən öyrənib.

Bu gün daha bir partiya özünü buraxdığını açıqlayıb. Partiya sədri 1 ay qabaq dələduzluqla həbs edilmişdi. İndi özünü ev dustaqlığına buraxıblar, partiyasını da bağlaylblar. Qanundan sonra 31 partiya bağlanıb, yerdə qaldı 29.
#Gədəbəy #Söyüdlü'də vətəndaşın üzünə qaz sıxan və zorakılıq edən polislərlə bağlı bildiniz də nə etdilər? Rəsmi məlumat veriblər ki, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün onlarla sadəcə profilaktik söhbət aparıblar.
Müxalif və siyasi fəalların məhkəmə işlərinə çıxan, tanınmış vəkil Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırılıb.
İkinci Qarabağ müharibəsi döyüşçüsü Ceyhun Mübariz oğlu Zeynalov 2 gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirib ki, dəfələrlə müraciət etsə də, ona əlillik dərəcəsi təyin edilmir. O əsnada polislə mübahisə edib, polislər qazini saxlayıblar, 20 sutka həbs cəzası veriblər. DİN deyir ki, kobud hərəkətlərə yol verdiyi üçün cəzalandırmırşıq. Qazinin anası ağlaya-ağlaya deyir ki, uşağım xəstədir: "Onsuzda pis gündədir, başı çatlayır. Deyir ki, ana, mənim dərmanlarımı gətir. Belə dövlət, belə qanun olar? Yalvarıram, uşağıma kömək edin".
DSX-nın hərbçisi, Bakının Nərimanov rayonu, 2001-ci il təvəllüd əsgər Bəkiyev Kənan Seymur oğlunun Naxçıvan N saylı hərbi hissədə odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Bu, son aylarda DSX-da beşinci naməlum ölüm hadisəsidir.
DSX-nin daha bir əsgəri Əliyev Cahid Müşfiq oğlunun silahdan açılan atəş nəticəsində öldüyü bildirilir. Hadisənin necə, hansı səbəbdən baş verdiyi məlum deyil. Dünən də başqa bir DSX hərbçisi Naxçıvanda özünü vuraraq öldürmüşdü.
İlham Əliyevin 1 ay sonra Gədəbəy hadisəsinə sitatlarla reaksiyası:

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi səhlənkarlıq və nəzarətsizlik edib.
- İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar.
- Sakinlərin bəziləri ədəbsiz hərəkətlər edərək polisə daş atıblar.
- Polisə daş atan utanmalıdır - öz ailə üzvləri qabağında, ictimaiyyət qabağında.
- Azərbaycan polisi dözümlülük göstərib.
- Daxili Qoşunlarımız Qarabağda şəhid verib. İndi kimsə gəlib, polisə ləkə vurur. Mən buna imkan verməyəcəyəm, bunu hər kəs bilsin.
- Şirkət təbiətimizi məhv edib, insanların örüş, otlaq sahələrini zəbt edib, heç kimdən icazə almadan ikinci tullantı gölü qurur.
- Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır.
- Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işi malalamaqla məşğuldur.
- Bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır.
İlham Əliyevin dünənki Gədəbəylə bağlı son açıqlamasını sosial şəbəkədə şərh yazaraq tənqid elədiyi üçün ictimai fəal Lətif Məmmədov prezidentin ləyaqətli qaramaskalı polisləri tərəfindən oğurlanıb. Dünəndən bəri ondan xəbər yoxdur. Hardadır, hansı şəraitdədir, bilinmir. Rəsmi məlumat da verilmir.
İlham Əliyev tərəfindən “Tərəqqi” medalıyla təltif olunan, Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü – elmi katib Şəfa Əliyev cinayət məsuliyyətinə cəlb olunub. 64 yaşlı professor, müxtəlif şəxslərə yüzminlərlə vəsait pul müqabilində elmi adların və dərəcələrin verilməsində ittiham olunaraq ev dustaqlığına cəlb edilib. Günahsızlar isə şərlənərək illərlə həbsxanalarda yatırlar.
Gədəbəyin Söyüdlü kəndində qızıl istehsal edən şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə Nazirlər Kabineti qərar verib.
Müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə ard-arda millət vəkili təyin olunan 35 illik deputat Madər Musayev 75 yaşında deputatlıq kreslosunda vəfat etdi. "Şöhrət və Şərəf" ordenli biznesmen deputat, Bakının Binəqədi rayonunda "Obyektlər kralı" hesab olunurdu.
Daha bir İkinci Qarabağ müharibəsi qazisi, Gədəbəyin Mormor kənd sakini Nəbi Azad oğlu Məmmədov (Gədəbəyli Nəbi kimi tanınır) özünü yandıraraq intihara cəhd edib. O, dəfələrlə Gədəbəy icra başçısının görüşündə olduğunu, ondan iş istədiyini, onun isə bu xahişlərə məhəl qoymadığını, ona görə də bu addımı atdığını bildirir. Hazırda ağır vəziyyətdə xəstəxanadadır, deyir heç kim mənə baxmır, maraqlanmır: "Axşama qədər bu ağrı kəsməsə özümü asacam".
REAL Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi 5100 nəfərlik üzv məlumatlarının yalnız 463 nəfəri keçərli sayılıb. Partiya 1 ay ərzində 5000 nəfər üzvü təqdim edə bilməsə, buraxılacaq.
12 ildir Daşkəsənin icrabaşı olan 65 yaşlı Əhəd Abıyev vəzifəsindən azad edildi.
2025/10/22 17:30:48
Back to Top
HTML Embed Code: