Telegram Web Link
15 il parlamentin deputatı, 12 il Daşkəsənin icrabaşı olmuş Əhəd Abıyevin əmlakının siyahısı:

Mənzilləri:

▪️Daşkəsən rayonu 20 YANVAR, ev 8 ünvanında mənzil,
▪️Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil,
▪️Nərimanov rayonu M. Qaşqay, ev 102 ünvanında mənzil,
▪️Nərimanov rayonu, M. Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası,
▪️Milyonerlər. məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası
▪️Gəncədə, Göygöldə mənzilləri, bağ evləri,
▪️Badamdarda 3 ədəd villası,
▪️Həm Qaradağda, həm də Novxanı kəndində milyonlarla manat qiyməti olan bağ evi,
▪️Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər.

Obyekt və Əmlakları:

1. Masallı şəhərində keçmiş "Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02. 2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilmiş və əvvəllər DSMF Masallı rayon şöbəsinə icarəyə verilib.

2. Masallı şəhər Həmid Sultanov küçəsində köhnə YDM və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə 28.06.2004-cü il tarixdə Ə.Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib və əvvəllər "Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib.

3. Masallı şəhərində yerləşən Köhnə "Aqrokombinat”ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Nadir Abıyev adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb.

4. İstisu zonasında yerləşən keçmiş "Mətləbbulağı” (indiki adı "İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

5. İstisu zonasında 10 ha ərazidə yerləşən "Turkan” sağlamlıq mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

6. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib.

7. Masallı şəhərində köhnə cörək kombinatı 0.70 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib, sonradan həmin yer Ə.Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər seçki dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib.

8. Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12. 2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib.

9. Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.

10. Masallı şəhərində 320 kvm-lik dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03. 2002-ci il tarixdə sənədləşdirilib.

11. Masallı şəhərində 130 kvm-lik dükan yeri 10.10. 2002-ci il tarixdə Nadir Abıyevin oğlu Abıyev Siyab Nadir oğlunun adına sənədləşdirilib.

12. Masallı şəhəri "Xan Çinarı” bazarının arxasında yerləşən 3,15 ha torpaq sahəsi 04.03. 2005-ci il tarixdə Nadir Abıyevin adına sənədləşdirilib.

13. Masallı şəhərində yerləşən univermaq binası 0.19 ha ərazisi ilə birlikdə, Səməd Abıyev "Raypoittifaq”ın müdiri işləyərkən orada mühasibi işləmiş Abıyevlərin yaxın adamlarından olan Məmmədov Əhməd Məmmədağa oğlunun adına 12.02.2007-ci il tarixdə dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.

14. Bala Təklə kəndi ərazisində 6 ha torpaq sahəsi 15.05. 2006-cı il tarixdə Əhəd Abıyevin qardaşı oğlu, Dövlət Yol Polisində məsul vəzifədə çalışan Abıyev Kamal İsrafil oğlunun adına sənədləşdirilib. Sonradan bu torpaq sahəsi Masallının İstisu ərazisində yerləşən "İslam bulağı” istirahət mərkəzinin yerləşdiyi ərazi ilə qeyri-qanuni dəyişdirilib.

15. Masallı şəhərində 0,34 ha torpaq sahəsi və 150 kv.m dükan yeri Əhəd Abıyevin əmisi nəvəsi Alışov Xalid Nizami oğlunun adına sənədləşdirilib.

16. Masallı şəhərində 144 kv.m dükan yeri 02.12. 2003-cü il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

17.
Masallı şəhər "Xan Çinar” bazarının yanında 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilmiş və daha sonra satılıb.

18. Masallı şəhərində 72 kv.m-lik dükan yeri 25.08. 2004-cü il tarixdə Abıyev Nadirin qaynı Qasımov Bahəddin Qafur oğlunun adına sənədləşdirilib.

19. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 10.07.2001-ci il tarixdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına sənədləşdirilib.

20. Masallı şəhərində 720 kv.m-lik dükan yeri 30.11.2001-ci il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

21. Masallı şəhərində 400 kv.m-lik dükan yeri 30.10.2002-ci il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.

22. Masallı şəhərində 3311 kv.m-lik torpaq sahəsi 16.04. 2002-ci il tarixdə Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.

23. Masallı şəhər Əlibala Əliyev küçəsində 0,60 ha torpaq sahəsi 28. 12. 2005-ci il tarixdə Nadir Abıyevin qayını Qasımov Bahadur Qafur oğlunun adına sənədləşdirilib.

24. Masallı şəhərində 505 kv.m-lik torpaq sahəsi 20.04.2003-cü il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.

25. Şərəfə kəndi ərazisində yerləşən köhnə Yemçilik Birliyi 4,5 ha torpaq sahəsi və tikililəri ilə birlikdə Abıyev Nadir Mikayıl oğlunun adına, dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.

26. Masallı şəhəri ərazisində yerləşən "Moskiviç” maşın təmiri emalatxanası 1 ha torpaq sahəsi ilə birlikdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına özəlləşdirilib.

27. Masallı şəhərində yerləşən köhnə "Kitab Evi”nin 2 mərtəbəli binası dəyərindən aşağı qiymətə özəlləşdirilərək Abıyevlərin mülkiyyətinə keçirilib.

28. Viləş çayının yatağında dövlət mülkiyyətində olan ümumilikdə 3 ha torpaq sahəsi Abıyev Siyab Nadir oğluna və Abıyev İbrahim Mikayıl oğluna 2004-cü il tarixdən icarəyə verilib.

29. İstisu avtomobil yolu üzərində " Şır-şır " bulağının kənarında 6 ədəd kottec və geniş bir meşə ərazisi Abıyevlərin mülkiyyətindədir.

30. Əhəd Abıyevin qardaşı Qadir Abıyevə məxsus "Azər-Altay qardaşları" şirkətinin ərazisi 16 nəfərin həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqlar qanunsuz olaraq Abıyev Qadir Mikayıl oğlunun adına sənədləşdirilib.

31. Masallı şəhər bələdiyyəsinə məxsus olan və Həsənli kəndinə yaxın ərazidə yerləşən 100 ha torpaq sahəsi qanunsuz olaraq Abıyev Abı Mikayıl oğlunun adına özəlləşdirilib.

32. Viləşçay su dəryaçasının kənarında, İsi kəndində 0,50 ha torpaq sahəsi və 3 mərtəbəli ev Qadir Abıyevin adına özəlləşdirilib.

33. Bakı-Astara magistral yolunun kənarında meşə zolağına bitişik 2 ha torpaq sahəsi qeyri-qanuni olaraq Abıyev Qadir Mikayıl oğlunun istifadəsindədir.

34. Bakı-Astara magistral yolunun Təzə Alvadı kəndində, meşə zolağında qanunsuz olaraq tikilmiş "Görüş” restoranı Əhəd Abıyevin kürəkəni Cəfər Gözəlovun adına özəlləşdirilib.

35. Dəniz kənarında yerləşən və Çaxırlı kəndinə məxsus olan geniş torpaq sahələri və ferma binaları qanunsuz olaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

36. Abıyev Nadir Mikayıl oğlu Rayon Torpaq şöbəsinin müdiri işlədiyi vaxt Qızılağac kəndində yerləşən Südçülük Kompleksini ərazisi ilə birlikdə qanunsuz şəkildə satıb.

37. "Xan Çinar" bazarı ilə üzbəüz tikilən Abıyevlərə məxsus bazar, Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

Qohumluqlar:

🔸Qardaşı Zəfər Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavinidir.
🔸Qardaşı oğlu Nəriman İbrahim oğlu Abıyev Sumqayıt Şəhər Məhkəməsinin hakimidir.
🔸Qardaşı Qadir Abıyev Astara Gömrük Məntəqəsinin əməkdaşıdır.
🔸Qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
🔸Qardaşı oğlu Heydər Abıyev DTX-nın Quba rayon şöbəsinin rəisi olub. O həm də sabiq nəqliyat naziri Ziya Məmmədovun bacısının kürəkənidir.
🔸Kiçik qardaşı Səməd Abıyev “Telekom”un rəisidir.
🔸Qardaşı oğlu Abıyev Kamal İsrafil oğlu Dövlət Yol Polisində məsul vəzifədə çalışır
🔸Digər bir qardaşı Səməd Abıyev Masallı rayon Masallı Telekommunikasyia Qovşağının rəisidir.
🔸Bir qohumu da, Abıyev Sədulla Vəli oğlu 64 №-li Mənzil Kommunal İstismar Sahəsinin (JEK) rəisi
Ədliyyə Nazirliyi YAP-ı rəsmi olaraq yenidən qeydiyyata aldı. ReAL və Müsavat Partiyasına isə rədd cavabı gəlib. AXCP barədə isə hələ ki, məlumat yoxdur. Tək partiyalı sistemə doğru...
Kəlbəcərdə hərbçilərin olduğu avtomobilin qəzaya uğradığı, bir Azərbaycan Ordusunun hərbçisi, MAXE Emin Eldəniz oğlu Əliyevin həlak olduğu bildirilir. Bir neçə hərbçinin isə yaralandığı deyilir.
Daha bir İkinci Qarabağ müharibəsi qazisi Nizaməddin İbadovun özünü yandıraraq intihar etdiyi bildirilir. Müharibədən sonra intihar edən, intihara cəhd edən hərbçilərin sayı durmadan artır. Buna səbəblərdən ən başlıcası hökumətin biganəliyi və rəsmi qurumların süründürməçiliyidir.
ADR partiyasının sədri, siyasətçi Qubad İbadoğlunun "Bandotdel"ə aparıldığı bildirilir. Bu barədə onun qızı məlumat verib. Onun Sumqayıta partiya gəncləri ilə görüşməyə gedərkən saxlanıldığı deyilir.
"Bandotdel" tərəfindən saxlanılan iqtisadçı Qubad İbadoğlunun evində və ofisində axtarış aparılır. Barəsində cinayət işi açıldığı bildirilir, "FETÖ" ilə şərlənib, əlaqələndiriləcəyini ehtimal edirəm.
Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Azaflı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək intihara cəhd edib. Dizində dəmir protez var. Amma bir ildir ki, mübarizə aparmasına rəğmən əlillik dərəcəsi ala bilmir. Vəziyyətinin hazırda stabil olduğu bildirilir.
ADR partiya sədri, iqtisadçı Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçildi. O, "Külli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma" maddələri ilə ittiham olunur. Onu 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Qubad İbadoğlu həbsinin İlham Əliyevin sifarişi ilə olduğunu bildirib.
Bakının "N" saylı hərbi hissəsinin hərbçisi İlkin Elburus oğlu Ələkbərovun odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Son günlər orduda intihar hallarının sayı artmağa başlayıb.
Qubadlının "N" saylı hərbi hissəsinin hərbçisi Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Bu gün ərzində ikinci əsgər intiharı xəbəridir.
AZAL-a nisbətdə bilet qiymətlərində aşağı büdcəli uçuş şitkəti olan “Buta Airways” ləğv olundu. Oktyabrda AZAL-a birləşəcək. Bununla da 3 ildən çoxdur quru sərhədləri bağlı olan ölkədə, hava nəqliyyatı maqnatlarının çörəyinə daha da yağ-bal sürüləcək. O şirkətdə Cahangir Əsgərovun sadəcə quru adı qalıb, sistem tamamiylə "Paşayevlər klanı"na təslim edilib.
Dövlət əmlakını mənimsəmə və rüşvətə görə həbs olunan Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovun həbs cəzası yenə azaldıldı. 8 il 6 ay həbs cəzası kəsilmiş icrabaşının həbs müddəti 6 ilə endirilmişdi, bu gün isə 4 il 6 aya endirilib. Bundan əvvəl də 6 il həbs cəzası almış Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxıldı.
“Qiyamçı polkovnik” kimi tanınan, keçmiş baş nazir, 64 yaşlı Surət Hüseynovun öldüyü barədə məlumat yayılıb. Ölməyib, İstanbulda ağır vəziyyətdə, komadadır.
"Qiyamçı polkovnik" kimi tanınan Surət Hüseynov öldü. Yaxınları ölümündə şübhəli məqamlar olduğunu iddia edirlər. Rəsmi olaraq da meyiti ekspertizadan "zəhərlənmə ehtimalı" kimi qeydiyyatdan keçirilib. Yaxınları bildirir ki, Surət Hüseynov Azərbaycana qayıdaraq siyasi fəaliyyətə başlamağa qərar veribmiş.
Bloger Mehman Hüseynov, jurnalist Əziz Orucov, siyasi fəal Fuad Əhmədli kimi siyasi məhbus hesab edilən şəxslərə ədalətsiz hökmlər kəsən hakim Faiq Qasımovun oğlu Adil Qasımov ölkənin ən böyük idman-fitnes biznesini idarə edir. Üstəlik atası sayəsində "Vəkillər Kollegiyası"na da idman xidməti verir. Şirkəti gəlir vergisindən 3 il müddətinə azad olunur, koronavirusa görə dövlətdən maddi dəstək alır. Həyat yoldaşı Fatimə Əlisoy Qasımovanın Bakıda “The Anjir” və “The Anjir21” adlı bahalı geyim və bjuteriya mağazaları var. Anası, filologiya üzrə fəlsəfə doktoru Qasımova Yeganə İltifat qızı 2017-ci ildən etibarən "FA-NAT" MMC (1401103931) şirkətinin qanuni təmsilçisidir. Daha ətraflı oxuyun.
Regionda vəziyyət yenidən gərginləşir. Qarabağdakı qondarma qurum prezident seçkiləri keçirdi. Azərbaycan XİN bəyanat yaydı ki, bu hərəkətlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təhdiddir və bunun qarşısı QƏTİYYƏTLƏ alınacaq. Ermənistan sərhədə ağır hərbi texnika yığmağa davam edir. İran SEPAH kanalları ilə hərəkətə keçib, İsrail və Azərbaycanı təhdid edir. İran generalları isə Bakıda səfərdədir. Ermənistan Ordusunun sentyabrın 11-dən 20-dək ABŞ-la hərbi təlimləri gözlənilir. Rusiya isə Ermənistana nota verib. Aztv və yandaşları müharibə sloqanları atır. Üstəlik sentyabr ayındayıq, maraqlı proseslər gözlənilir. Ümid edək ki, yeni toqquşmalar olmayacaq və qan tökülməyəcək.
Ədliyyə Nazirliyi REAL, Müsavat Partiyası və AXCP-ni yenidən qeydiyyata aldı. Bundan əlavə 12 siyasi partiya da yenidən qeydiyyata alınıb.
Az öncə Yevlaxda güclü partlayış səsi eşidildiyi deyilir. Sakinlərin ehtimalına görə Azərbaycan HHM qüvvələri atılan raketi zərərsizləşdiriblər. Şəhərdə işıqların söndüyü bildirilir. Rəsmi heç bir məlumat hələlik yoxdur.
2025/10/21 12:55:01
Back to Top
HTML Embed Code: