Telegram Web Link
Gecə radələrində Yevlaxda eşidilən güclü partlayış səsinin, transformatorun sıradan çıxması ilə yaranan səs olduğu ehtimal olunur. Hər hansı HHM sisteminin həmləsi məlumatı heç bir mənbə tərəfindən təsdiqlənmir.
Gecə rəsmi məlumata görə Qarabağda (Füzuli, Xocavənd və Laçında) 11 nəfər Azərbaycan vətəndaşı (DİN, AAYDA və Azərenerji əməkdaşları) müxtəlif səbəblərdən həyatını itirib, 6 nəfər yaralanıb: avtomobil qəzası, minaya düşmə. Böyük ehtimalla hamısına şəhid statusu veriləcək.

Hazırda Azərbaycan Ordusunun komandanlıq heyətinin iştirakı ilə konfrans keçirilir. Gecə bunlar baş vermədən öncə diplomatik korpusun bəyanatları çox təhdidvari və şübhəli idi. Məndə olan fərqli iki məlumata əsasən gecə lokal əməliyyat ehtimalı vardı.

Paşinyan sülh danışıqlarının uğursuzluğundan danışır, Ermənistan XİN isə Azərbaycana qoşunları şərti sərhəddən qarşılıqlı geri çəkməyi təklif edib. Bu arada Ərdoğanın da Bakıya səfəri gözlənilir. Bütün baş verənlər yaxın zamanlarda vəziyyətin daha da gərginləşə biləcəyini deməyə əsas verir.
Xocavənddə mina partlaması nəticəsində yaralanan daha 3 polis həlak olub. Gecə ümumilikdə 14 nəfər həyatını itirib. 2 Azərbaycan əsgəri isə yaralanıb.
Xankəndidə bu dəqiqələrdə hava həyəcanı siqnalı verilir.
Erməni mənbələri iddia edir ki, Azərbaycan ordusu Xankəndi ətrafında lokal əməliyyata başlayıb, hərbi postlara zərbələr endirilir.
TƏCİLİ - Azərbaycan MN: "Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb".
Xankəndi və Ağdərə istiqamətindən əlavə Şuşa istiqamətində də döyüşlərin getdiyi bildirilir.
Azərbaycanda "Tiktok" sosial şəbəkəsinə girişin məhdudlaşdırıldığı deyilir.
Ermənistan Müdafiə Nazirliyi Qarabağda heç bir silahlı qüvvələrinin olmadığını açıqlayıb. Rusiya XİN isə gözləmə mövqeyində olduğunu bildirir. Türkiyə Azərbaycanın yanında olduğunu açıqlayıb. Qarabağdakı lokal hərbi əməliyyat isə davam edir, xeyli sayda hərbi mövqelərin sıradan çıxarıldığı deyilir. Paşinyan artıq Təhlükəsizlik Şurasının iclasını keçirir.
Müxalif liderlər Arif Hacılı, İsa Qəmbər, İlqar Məmmədov Qarabağdakı lokal hərbi əməliyyatı dəstəklədiklərini açıqlayıblar. AXCP sədri Əli Kərimli isə Azərbaycanın yeni savaşdan yayınmaq üçün mümkün olan hər şeyi etməli olduğunu bildirib.
Qarabağdakı ermənilər tərəfindən Şuşanın atəşə tutulması nəticəsində Şuşa Dövlət Qoruğu İdarəsinin mühəndisi, 1967-ci il təvəllüdlü mülki şəxs, Fərhadov Vidadi Aydın oğlunun öldüyü bildirilir. Erməni mənbələri də iddia edirlər ki, Xankəndidə mülki yaşayış yerləri vurularaq dağıdılıb. 2 mülki şəxsin öldüyü, 11 nəfərin yaralandığı bildirilir.
Qarabağdakı tanınmayan rejim Azərbaycanı dərhal atəşi dayandırmağa və vəziyyəti həll etmək üçün danışıqlar masasına oturmağa çağırıb.
Rəsmi Bakı Qarabağdakı erməni birləşmələri tərkisilah edilməyənə və təslim olmayana qədər hərbi əməliyyatın davam edəcəyini bildirib. Bu baş verərsə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduqlarını açıqlayıblar.
Bu gün başlanan döyüşlər zamanı Azərbaycan Ordusunun bir çox istiqamətlərdə təmas xəttini yararaq irəlilədiyi bildirilir. Döyüşlərdə artilleriya və raketlərdən, PUA-lardan və döyüş təyyarələrindən istifadə edildiyi deyilir. Erməni tərəfinin 5 itkisi, 80-dən çox yaralısı olduğu bildirilir. Rusiya sülhməramlıları tərəfləri dərhal atəşi dayandırmağa və danışıqları davam etdirməyə çağırır.
Azərbaycan MN bildirir ki, indiki vəziyyətə görə Azərbaycan Ordusu ermənilərə aid 60-dan çox döyüş mövqeyini nəzarətə keçirib. Qarabağdakı erməni mənbələri bildirir ki, Xocalı rayonunun Pirlər, Xanabad, Ağbulaq və Naxçıvanlı, Xocavənd rayonunun Cütçü və Tərtərin Canyataq kəndləri artıq təxliyə edilib.
Rəsmi erməni mənbələri son döyüşlər nəticəsində 25 nəfərin öldüyünü, onlardan ikisinin mülki şəxs olduğunu bildirib.
Erməni mənbələri 150 nəfərlik əhalisi olan Şuşa rayonunun Sarıbaba (Yextsahoq) kəndinin Azərbaycan Ordusu tərəfindən müharisəyə alındığını bildirir.
İran Qarabağı Azərbaycanın bir hissəsi hesab etdiyini bildirib və tərəfləri dialoqa səsləyib. ABŞ, Fransa, Belçika, Luksemburq, Kipr və Almaniya Azərbaycanı Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb. BMT Təhlükəsizlik Şurası 21 sentyabrda Qarabağdakı vəziyyətə görə iclas keçirə bilər. Avropa Parlamenti isə Azərbaycana sanksiya tətbiq etməyə çağırış edib.
Erməni mənbələri Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən Amaras monastrının Azərbaycan Ordusunun nəzarətinə keçdiyini bildirir. Həmçinin Xocavəndin (Martuni) "meri" olan Aznavur Saryanın öldürüldüyü də deyilir.
Bəzi erməni mənbələrinə istinadən Kəlbəcərin (köhnə Ağdərə) Çapar, Çǝrǝkdar, Qozlu, Qozlukörpü, Tərtərin Canyataq kəndi və Xocalının Yemişcan kəndlərinin sakinləri təxliyə olunub. Adları sadalanan kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir.
2025/10/21 09:59:36
Back to Top
HTML Embed Code: