Telegram Web Link
Rusiya Müdafiə Nazirliyi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və mülki əhalinin təhlükəsizliyini qorumağa çağırıb. Nazirlik rəsmi Yerevanın "Dağlıq Qarabağı" Azərbaycan ərazisi kimi tanımasını münaqişə ərazisinin taleyinə köklü şəkildə təsir etdiyini və üçtərəfli sazişin əsas şərtlərini dəyişdirdiyini açıqlayıb.
Bugünkü döyüşlər zamanı Azərbaycan Ordusunun indiyə qədər mənə bəlli olan 20 nəfər itkisi olduğu məlumatı var. Adlarını dəqiqləşdirdiyim və onların yaxınları, rəsmi qurum nümayəndələrinin təsdiqlədiyi şəhidlərin siyahısını sizlərə təqdim edirəm. Digərlərinin məlumatları hələ araşdırılır və dəqiqləşdirilir:

1. Beyləqan rayonu Dünyamalılar kənd sakini, Əliyev Ramil Şakir oğlu
2. Masallı rayonu Sığdaş kənd sakini, İsayev İsmayıl Çərkəz oğlu
3. Ucar rayon sakini Mikayılov Hüseyn Əli oğlu
4. Zaqatala rayonu Qımır kənd sakini MAXE Hüseyn
5. Xaçmaz rayon sakini, 11.05.1984 təvəllüd mayor Rüstəmov Vüsal Rüstəm oğlu
6. Mingəçevir şəhər sakini, hərbçi Canbaxışov Xəyal Xeyri oğlu
7. Salyan rayonu Kərimbəyli kənd sakini, 27 yaşlı MAXE Sadiq Sakit oğlu Qəhrəmanov
8. Şəmkir rayonu Könüllü kənd sakini Əhməd Zamanov
9. Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Süleymanov Elşad Məhəmməd oğlu
10. Salyan rayonu Şorsulu kənd sakini, 36 yaşlı MAXE Ceyhun Etibar oğlu Ağayev
11. Beyləqan rayonu Milabad kənd sakini Həmidov Həmid Əlsalman oğlu
12. Mingəçevir şəhər sakini, hərbçi Abbasov Ruslan Əbülfətoğlu
13. Masallı şəhər sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Sənan Vüqar oğlu
14. Şabran rayonu Ağbaş kənd sakini, gizir Səmədov Elçin Akif oğlu
15. Qazax rayonu Yuxarı Salahlı kənd sakini İlham Şəmşiyev
Tərtərdəki "Dəmirli" (Kaşen) yatağının Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi bildirilir.
Gecədən səhərə qədər Xankəndi ətrafında döyüşlər davam edib. Azərbaycan Ordusu bir sıra mövqelərdə irəliləyib. Keçmiş Ağdərə (Mardakert) şəhərinin tamamiylə boşaldıldığı deyilir. Sərsəng su anbarının Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldüyü bildirilir. Bir çox erməni hərbi mövqeləri sıradan çıxarılıb. Sülhməramlılar 2 mindən çox mülki şəxs təxliyə edib, onların yarıdan çoxu uşaqlardır. Qarabağdakı ermənilərin lideri bildirib ki, beynəlxalq reaksiya olmadığına görə onlar əhalinin təhlükəsizliyi naminə Azərbaycanla danışıqlar üçün "məcburi addımlar" atacaqlar.
TƏCİLİ - Qarabağdakı silahlı qurumun rəsmi Bakı ilə sabah Yevlaxda görüşə razılıq verdiyi bildirilir. Sülhməramlılar bildirir ki, 13:00 üçün atəşkəs elan edilməsi barədə razılıq əldə olunub.
Qarabağdakı silahlı qurum rəsmi olaraq tərksilah olunma ilə bağlı tələbi yerinə yetirəcəklərini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi də bunu təsdiqləyərək, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk edəcəyini, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılacağını qeyd edir. Bütün bunlar Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcək.
Azərbaycan Müdafiə Nazirliyi 90-dan artıq döyüş mövqeyinin, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelərin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldüyünü açıqlayıb. Erməni mənbələri 100-dən çox canlı itkilərinin olduğunu bildirir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə Qarabağda avtomobilin atəşə tutulması nəticəsində Rusiya sülhməramlılarının hərbçiləri həlak olub. Atəşin kimlər tərəfindən açıldığı bilinmir. Hadisə yerində Rusiya və Azərbaycan müstəntiqləri işləyir.
Rəsmi Moskva sülhməramlıların öldürülməsində erməniləri və Ermənistan hakimiyyətini günahlandırdı.
Siyasi fəal, "İşçi Masası"nın rəhbəri Afiəddin Məmmədov evinin yaxınlığında polis tərəfindən saxlanılıb. Səbəb kimi onun yaşadığı binadan çıxarkən bir şəxsi bıçaqlaması göstərilib, halbuki şahidlər şəxsin özünü bıçaqlayıb günahı fəalın üstünə atdığını deyirlər. Digər fəallar Nemət Abbasov, Emin Şaiq İbrahimov və Əmrah Təhməzov müharibə əleyhinə paylaşımlarına görə 30 sutka həbs edilib.
Erməni mənbələri ən az 200 nəfər silahlılarının öldüyünü, 400 nəfərdən çox yaralı olduğunu bildirir.
Ermənistan Müdafiə Nazirliyi şərti sərhədin Sotk istiqamətində atəşkəsin pozulduğu haqda məlumat yayıb.
Məndə olan məlumata görə Azərbaycan Ordusunun 80-dən çox hərbçisi şəhid olub.
Yevlaxda rəsmi Bakı ilə Qarabağ erməni icması görüşür. Bu əsnada isə erməni mənbələri Xankəndidə atəşkəsin pozulduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bunu qəti şəkildə təkzib edib. Ermənilər isə atəşkəsin pozulması ilə bağlı video görüntülər yayıb. Xankəndi yaxınlığında 2 kəndin Malıbəyli və Quşçuların (Armenavan və Açapnyak) Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir. Erməni mənbələri Azərbaycan Ordusunun Xankəndi şəhərinə doğru irəlilədiyini iddia edirlər.
Şəhid sayı 100 keçdi.
Dünən Rus Sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 5 nəfər rus əsgəri həlak olub. Bunun səhvən Azərbaycan Ordusunun bölmələri tərəfindən edildiyi bildirilir. Əliyev Putinə zəng edərək üzr istəyib, başsağlığı verib, hərbçilərin ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. Səbəbkar kimi Azərbaycan Silahlı Qüvvələri korpus komandirinin vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. Bunu edən hərbçilərin saxlanıldığı deyilir.
Yevlax görüşündə yekun razılaşmanın əldə olunmadığı deyilir. Bugünkü danışıqların gələcəkdəki bir çox görüşlərin başlanğıcı olduğu bildirilib. İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, bir görüşlə bütün razılaşmaları əldə etmək mümkün deyil.
Avropa İttifaqının Qarabağa görə Azərbaycana sanksiya tətbiq etməyi planlaşdırmayacağı bildirilir.
Yevlax görüşündə danışılanlar və verilən qərarlar:

1. Qarabağın erməni əhalisinin reinteqrasiyası üzrə planlar təqdim edilib,
2. Erməni silahlılarının ən qısa zamanda tərkisilah edilməsinin vacibliyi vurğulanıb,
3. Qarabağdakı ermənilərin yanacaq və humanitar dəstəklə təmin edilməsi
4. Kommunal, tibbi, yanğınsöndürmə ehtiyaclarının təmin olunması istənilib,
5. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Ruben Vardanyan Xankəndidən Ermənistanın müstəqillik gününü təbrik edib, dövlətin və vətənin rahat eldə edilmədiyini bildirib. Deyib ki, - "Bizim iki vətənimiz var Ermənistan və Artsax və bu ikisi bir gün birləşəcək. Heç kim bunu unutmamalıdır və bu ideyaya heç kim mane ola bilməz".
2025/10/20 07:14:17
Back to Top
HTML Embed Code: