Telegram Web Link
Şəhid sayı 150 oldu. Şəxsi monitorinqim əsasında siyahını tərtib etmişəm. Rəsmi rəqəm deyil, nəzərə alın.
Rəsmi Bakı bu gün Qarabağ erməniləri üçün 20 ton yardım və 2 çörək dolu avtomobil göndərib. Ağdam-Xankəndi yolu ilə bundan sonra da humanitar yardımlar göndəriləcək.

Bundan başqa rəsmi Bakı silahlarını təhvil vermiş ermənilərə ölkəni tərk etməyə icazə verəcək. Artıq silahları təhvil prosesi başlayıb. Bəzi silahlı qruplar isə müqaviməti davam etdirəcəklərini bildiriblər.
Jurnalist Nurlan Libre müharibə əleyhinə yazdığı üçün 30 sutka həbs olunub. Sosial şəbəkədə tənqidi şeirləri ilə tanınan şair İbrahim Xudayi isə narkotiklə şərlənərək həbs edilib. Facebookda hakimiyyəti tənqid edən Kürdəmir sakini Mövsüm Məmmədov adlı fəal da saxlanılıb. Son günlər 9 nəfər siyasi-ictimai fəal həbs olunub.
Rəsmi Bakı silahını yerə qoyan erməni döyüşçüləri cinayət məsuliyyətinə cəlb etməyəcəyini bildirib. Birinci Qarabağ müharibə iştirakçıları istisnadır.
Şəhid sayı - 180...
Erməni mənbələri Qarabağda son 2 gündə 600-dən çox itkin düşmüş şəxsin olduğunu bildirir.
Erməni mənbələri son bir neçə gündə döyüşlər zamanı Qarabağdakı 500 hərbçisinin döyüşlərdə həlak olduğunu bildirir.
Dünən Şuşa şəhərində DTX rəhbəri Əli Nağıyevin Qarabağdakı ermənilərin rəhbəri Samvel Şahramanyanla görüşdüyü bildirilir. Görüşün təfərrüatları barədə hələlik məlumat yoxdur.
Qeyri-rəsmi, təsdiqlənməmiş məlumata görə Azərbaycan Ordusunun qüvvələrinin Rusiya Sülhməramlıları ilə birlikdə Xocalıya daxil olduğu bildirilir.
Ermənistanın Gorus şəhərində Azərbaycanın reinteqrasiya siyasətini qəbul etməyən Qarabağ erməniləri üçün qaçqın düşərgələri təsis edilib, onların orda məskunlaşması üçün hazırlıqlar görülür. Azərbaycan DİN isə bildirib ki, Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var.
Azərbaycan Ordusunun Xocalıya girişinin tərkisilah prosesi ilə bağlı olduğu bildirilir. Qarabağdakı ermənilərin silahları rus sülhməramlılarına yox, Azərbaycan Ordusuna təslim etməsi ilə bağlı razılaşmanın olduğu deyilir. Xatırladım ki, Xocalıda ermənilərin tank diviziyası və silah anbarı var.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Qarabağda erməni silahlılarının atəşkəsi pozması nəticəsində 1 Azərbaycan hərbçisi yaralanıb. Hadisənin Tərtər (keçmiş Ağdərə) rayon ərazisində olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ağdərədən çıxan ermənilər yaşadıqları evləri yandırırlar.
Rus sülhməramlılarının Xocalı ətrafındakı və digər ərazilərdəki erməniləri Xankəndiyə köçürdükləri deyilir.
Sabahdan Qarabağı tərk etmək istəyən ermənilər üçün Laçın yolu açılacaq. Onlar öz avtomobilləri ilə Ermənistana keçə biləcəklər. Avtomobili olmayıb Qarabağı tərk etmək istəyən şəxslər bu gündən etibarən qruplar şəklində gedəcəklər.
Tovuzun deputatı Qənirə Paşayevanın komaya düşdüyü bildirilir. 48 yaşlı deputatın ailə üzvləri səbəbini açıqlamasalar da məlumatı təsdiqləyiblər. 18 ilin deputatının vəziyyətinin stabil ağır olduğu deyilir.
Adbaad siyahımda şəhid sayı 200-ə çatdı. Məndə olan məlumata görə isə say daha çoxdur.
"N" saylı hərbi hissənin qərargah rəisi, polkovnik-leytenat Şadmanov Əkrəm Yunus oğlunun bir neçə saat bundan öncə minaya düşərək şəhid olduğu deyilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağdərənin girişində Azərbaycan hərbçilərinin videosu yayılıb
Azərbaycan Prezident Administrasiyası məlumat yayaraq bildirib ki, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.
2025/10/20 00:40:00
Back to Top
HTML Embed Code: