Telegram Web Link
Agdamın Abdalgülablı kəndində "Kamaz" markalı avtomobilin minaya düşməsi nəticəsində 2 nəfər şəhid olub. Onlardan biri polkovnik-leytenant Əkrəm Şadmanovdur, digəri isə Seyidov Tural İslam oğludur. 6 nəfər hərbçi isə yaralanıb.
Rəsmi Bakı hazırda Qarabağın erməni icmasının nümayəndələri ilə Xocalıda növbəti görüş keçirir. Görüşün təfərrüatları və yeni qərarların açıqlanacağı gözlənilir.
Paşinyan dünən dolayı yolla Rusiyaya "əxlaqsız" demişdi. Rəsmi Kreml açıqlama verib ki, tezliklə Paşinyanın həqiqətə uyğun olmayan açıqlamalarına cavab veriləcək.
Azərbaycanda məmurları cəzalandırma üsuluna növbəti nümunə:

Lənkəranda məktəbliyə qarşı zorakılıq edən Lənkəran icrabaşının sabiq müavini Rasilə Arifqızı Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müdiri vəzifəsinə təyinat alıb.
Bu gün Xocalıda bu məsələlər razılaşdırılıb:

1. Xankəndi və ya Xocalı yaxınlığında Azərbaycan və erməniəsilli tibb heyətlə birgə səhra hospitalının qurulması,

2. Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması,

3. Azərbaycan və erməni xidmət personalının mobil qida təminatı xidmətinin yaradılması,

4. Yaşlı erməni sakinlərə, xroniki ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə zəruri tibbi yardımın göstərilməsi,

5. Qarabağdakı erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakı və Azərbaycanın digər şəhərlərinə səfərlərin təşkili.
Xənkəndi şəhərində yanacaqdoldurma məntəqələrinin birində yanacaq çəni partlayıb. Ölənlərin və yaralıların olduğu bildirilir.
Qarabağdakı bir günlük hərbi əməliyyat zamanı şəhid olanların sayı 201 nəfər oldu. Siyahı Meydan TV saytında adbaad paylaşılıb. Qeyd edim ki, siyahıya Qarabağda minaya düşmüş polislərin və avtomobil qəzasında həlak olanların adı daxil edilməyib. Onların da sayı 16 nəfərdir. Son 6 gündə ümumilikdə 217 nəfər şəhid olub.
⚡️Xankəndidəki partlayışda 200 nəfər qarabağlı erməni sakinin yaralandığı bildirilir. Onların çoxunun vəziyyəti orta ağır qiymətləndirilir. Azərbaycan FHN qüvvələri yardım üçün Xankəndi şəhərinə göndərilib.
Dünən Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqələrinin birində partlayış nəticəsində 20 nəfər ölmüş, 300 nəfərə yaxın erməni sakin yaralanmışdı. Bu gün rəsmi Bakı Ermənistan Səhiyyə Nazirliyinin helikopterinin Xankəndi şəhərinə gəlməsi üçün hava məkanını açıb.
Əvvəllər Ağdərənin, hazırda isə Ağdamın inzibati ərazi dairəsinə aid olan Sırxavənd və Ballıqaya (Kəcən) kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir. Bununla əlaqədar sosial şəbəkələrdə komandanlığa məruzə olunan video görüntülər yayılıb.
Keçmiş Ağdərə rayonunun (Hazırki Tərtərin bir çox kəndləri) və Ağdərə şəhərinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldüyü və azad edildiyi bildirilir. Bununla əlaqədar sosial şəbəkələrdə komandanlığa məruzə olunan video görüntülər yayılıb.
Ərdoğan: "Ermənistan Zəngəzur dəhlizinə imkan verməsə, bu dəhliz İrandan keçəcək".
2 aydır Söyüdlüdə monitorinq aparan Britaniya şirkətinin nəticələrlə bağlı hesabatına görə kənddə yerləşən qızıl zavodunun ərazisindəki 3 quyu suyunda zəhərli sianid aşkarlanıb. Nazirlər Kabinetinin məlumatında deyilir ki, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər. Qeyd edim ki, qızıl şirkətinin fəaliyyəti bərpa olunub. Amma kəndin girişindəki polis postu hələ də götürülməyib.
Azərbaycan Ordusunda son döyüşlərdə rəsmi olaraq 192 nəfərin şəhid olduğu açıqlandı. Onlardan 191 hərbçi, 1 nəfər isə mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən genetik müayinələr aparıldıqdan sonra müəyyənləşəcək. 511 nəfər hərbçi, 1 mülki şəxs isə yaralanıb.
Ruben Vardanyanın Qarabağdan çıxarkən saxlanıldığı barədə məlumatlar yayılıb. Bəzi erməni mənbələri məlumatı təsdiqləyirlər.
Rəsmi 180 nəfər şəhidin adı siyahıda məlumdur. 11 nəfərin isə şəxsiyyəti müəyyən olmayıb hələ. Əlavə də 12 nəfər Daxili qoşunların hərbçisidir, MN siyahısında adları yoxdur amma DİN siyahısında var. 1 nəfər də mülki şəxsdir. Ümumilikdə 204 nəfər şəhid edir. Bizim də siyahımızda 202 nəfər vardı. Mülki şəxs siyahıda yox idi. MN və DİN siyahısı ilə bizimki üst-üstə düşür. Bircə soyadlarda fərqliliklər var, məsələn "ov" "zadə" kimi. Adlarda problem var, "Ramil və "Ramin" kimi, yaxud "Elməddin"-"Elmət" kimi".

Allah hər birinə rəhmət etsin. Daha şəhid xəbəri olmasın, analar ağlamasın. Bunun üçün bölgəyə sülhün gəlməyi mütləqdir və vacibdir.
Erməni mənbələri Azərbaycan Ordusunun Əsgəran rayonun (Xocalı rayonu) nəzarəti tamamilə ələ keçirdiyini bildirir. Xocalı şəhəri xaric.
Məndə olan məlumata görə Ruben Vardanyanın Laçın postunda saxlanılaraq, artıq Bakıya gətirildiyi bildirilir.
DSX: Ruben Vardanyan saxlanılaraq Bakıya gətirilib
İndiyə qədər 50 mindən çox erməni sakinin Xankəndi şəhərini tərk edərək Ermənistana getdiyi bildirilir.
2025/10/19 21:07:24
Back to Top
HTML Embed Code: