Bəzi mənbələr Vitali Balasanyanın da DTX-DSX tərəfindən saxlanması ilə bağlı məlumat yayıb. O, tanınmamış qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” idi və Qarabağı tərk etməyəcəyini bildirmişdi.
Qarabağdakı ermənilərin "prezident müşaviri" David Babayan könüllü olaraq Azərbaycan hakimiyyətinə təslim olacağını bəyan edib.
Qarabağdakı qurumun "prezidenti" "Şahramanyan" "Artsax" adlı tanınmamış dövlətin 2024-cü il yanvarın 1-ə qədər ləğv olunacağını açıqlayıb.
Paşinyan: "Yaxın günlərdə "Dağlıq Qarabağ"da erməni qalmayacaq. Bu etnik təmizləmədir".
Dövlətə xəyanətdə ittiham olunan ruhani Sərdar Babayev 17 il azadlıqdan məhrum edilib. Şeyx Sərdar Hacıhəsənli kimi tanınan ilahiyyatçı əvvəl də 3 il müddətinə həbs olunmuşdu. O, Azərbaycandakı dindarların kütləvi həbs edilməsinə qarşı çıxır, buna görə hakimiyyəti tənqid edirdi.
Ruben Vardanyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onu 20 ilə qədər həbs cəzası gözləyir.
Rəsmi Kreml ermənilərin Qarabağı kütləvi surətdə tərk etməsindən narahat olduğunu açıqlayıb.
Peskov bildirib ki, Ermənistanın "Roma Nizamnaməsi"ni ratifikasiya etmək istəmək qərarı Rusiyaya qarşı düşmənçilikdir. Qeyd edim ki, Ermənistan bu nizamnaməni qəbul etdiyi təqdirdə Putin Ermənistana gəlsə, dərhal həbs olunacaq.
Azərbaycanda son hərbi əməliyyatlar zamanı şəhid olmuş hərbçilərin kredit borclarının rəsmən silindiyi açıqlanıb.
Bir neçə gündür komada olan və xəstəxanada müalicə alan deputat Qənirə Paşayeva həyatını itirdi.
Azərbaycan MN yeni şəhid siyahısı yaydı. Əvvəlki 180 nəfərlik adbaad siyahıya daha 6 nəfər əlavə olunub. Tibbi eкspertizada olan 11 nəfərdən 6-sının adı siyahıya əlavə edilib.
Separatçıların keçmiş komandiri, general-leytenant Levon Mnatsakanyan və Təhlükəsizlik Şurasının keçmiş katibi Arşavir Qrahamyanın Laçın sərhəd buraxılış məntəqəsində saxlanıldığı deyilir.
Rəsmi olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayaraq bildirib ki, öz əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edirlər.
DTX: "Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib".
DSX: “Dağlıq Qarabağın Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib.
Erməni mənbələrinə görə Qarabağdan Ermənistana gedən ermənilərin sayı 100 min nəfəri keçib. Azərbaycan və rus mənbələri gedənlərin sayı barədə hələ ki, məlumat verməyib.
Baş Prokurorluq separatçıların "dövlət müşaviri" olmuş David Babayanın saxlanılaraq Bakıya gətirildiyini, DTX təcridxanasına salındığını və barəsində 20-dən çox maddə ilə cinayət işinin açıldığını bildirib.
Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Kəlbəcərin Aşağı Ayrım istiqamətində snayper silahından atəş açılıb. Nəticədə hərbçi Orucov Vüsal Xeybalı oğlu şəhid olub.
BMT-nin xüsusi missiyası rəsmi Bakının dəvəti ilə 30 ildən sonra Qarabağa səfər edib. Onlar vəziyyəti yerində qiymətləndirəcək, bölgədə qalan insanların humanitar və təhlükəsizliklə bağlı ehtiyaclarını müəyyən etməyə çalışacaqlar.