Putin deyib ki, rəsmi Moskva Bakını həbs edib gətirdiyi Qarabağın keçmiş rəhbərinə mərhəmət göstərməyə çağırır.
Paşinyan İspaniyada keçirilən iclasda Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisini 86,6 min km² kimi tanıyan bəyannamə imzalayıb.
Paşinyan bugünkü sənədə imza atmaqla Naxçıvanın Sədərək rayon Kərki kəndi və Qazaxın 7 kəndinin Azərbaycana qaytarılmasına imza atıb. Nəticədə Azərbaycan Ordusu Ermənistanı İran və Gürcüstanla birləşdirən bu ərazilərdən keçən Ermənistanın dövlət magistral yollarına da nəzarət edəcək.
Rusiya MN: "Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələri işini dayandırıb".
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı sanksiya tətbiq etmək yaxşı fikir deyil, Bakı ilə danışıqlar aparmaq lazımdır.
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin "Dağlıq Qarabağ"dan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün Yerevana səfər edəcəyi bildirilir. Ermənistan isə rəsmi olaraq bu məlumatı təkzib edib.
Bu gün Zəngilanın Ağbənd qəsəbəsində Azərbaycanla İran arasında avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib. Azərbaycan İran ərazisindən keçən yeni yollar və körpülər vasitəsilə Naxçıvanla əlaqə quracaq.
Azərbaycan Ordusunun hərbçisi, Şabran rayon sakini Ziya Baba oğlu Babayevin həlak olduğu bildirilir. Onun Füzuli istiqamətində avtomobil qəzası nəticəsində dünyasını itirdiyi deyilir. Məlumatı rayon komissarlığından təsdiqləyiblər. Şəhidin cənazəsi bu gün gecə Füzulidən doğulduğu rayona göndəriləcək. Evin tək oğlu idi, ailəlidir, iki övladı var.
Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyevin piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olduğu deyilir. Vətəndaş ikinci dəfə minaya düşüb, ilk dəfə mart ayında düşmüşdü, ayağı amputasiya olunmuşdu. Bu dəfə isə sağ qurtulmadı.
TASS agentliyi bildirib ki, diplomatik mənbədən alınan məlumata görə Rusiya Müdafiə Nazirliyi Bakıda və ya Yerevanda Qarabağdan sülhməramlıların çıxarılmasını müzakirə etmir.
Bu gün Fələstinin Qəzza bölgəsindəki hərbi qruplaşmalarla İsrail ordusu arasında son illərin ən güclü hərbi qarşıdurması yaşanıb. Bu saata qədər baş verənlər:
- Yüzlərlə insanın həlak olduğu, minlərlə yaralının olduğu deyilir. Bunların içində mülki insanlar da var.
- Fələstin hərbçiləri tərəfindən bir İsrail bazasının ələ keçirildiyi bildirilir.
- İsrailin bir çox şəhərlərində küçə döyüşlərinin olduğu xəbərləri var.
- Onlarla İsrail əsgərinin əsir götürülərək Qəzza bölgəsinə aparıldığı deyilir.
- Qəzza zolağından Yerusəlim/Qüds şəhərinə də raketlərin atıldığı bildirilir.
- Qəzza zolağından İsrail ərazisinə ümumilikdə 5000-dən çox raket atıldığı deyilir.
- İsrail Müdafiə Qüvvələri "Dəmir Qılınclar" əməliyyatının başladığını elan etdi.
- İsrail Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri Qəzza zolağını bombardman etməyə başlayıb.
- Yüzlərlə insanın həlak olduğu, minlərlə yaralının olduğu deyilir. Bunların içində mülki insanlar da var.
- Fələstin hərbçiləri tərəfindən bir İsrail bazasının ələ keçirildiyi bildirilir.
- İsrailin bir çox şəhərlərində küçə döyüşlərinin olduğu xəbərləri var.
- Onlarla İsrail əsgərinin əsir götürülərək Qəzza bölgəsinə aparıldığı deyilir.
- Qəzza zolağından Yerusəlim/Qüds şəhərinə də raketlərin atıldığı bildirilir.
- Qəzza zolağından İsrail ərazisinə ümumilikdə 5000-dən çox raket atıldığı deyilir.
- İsrail Müdafiə Qüvvələri "Dəmir Qılınclar" əməliyyatının başladığını elan etdi.
- İsrail Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri Qəzza zolağını bombardman etməyə başlayıb.
Məndə olan məlumata görə Naxçıvan Ali Məclis sədrinin birinci müavini, vəzifəsindən 2 gün öncə istefa verən Azər Zeynalov DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib. İddialara görə saxlanılmanın səbəbi separatçıların ifadələri əsasındadır. 18 il Ali Məclisin sədr müavini, 15 il deputat, 1 il isə sədr əvəzi işləyən birindən söhbət gedir. O, Vasif Talıbovun ən yaxın adamı hesab olunurdu.
Rusiya mətbuatı yazır ki, İsrail Ukraynaya dəstək vermədiyi üçün Qərb tərəfindən bu formada cəzalandırılır. Bu arada Ukrayna İsrailin “özünü və xalqını müdafiə etmək hüququnu” dəstəklədiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, "Dağlıq Qarabağ"ın özünümüdafiə dəstələri tərkisilah prosesi zamanı 66 milyondan çox sursat təhvil verib. Əsgəran rayonunda sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb. Rusların bağlanan məntəqə sayı 7 oldu. Qarabağda ümumi 30 məntəqə vardı.
İlham Əliyev Şarl Mişellə telefon danışığında bildirib ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır və bu kəndlər təcili şəkildə azad edilməlidir. (Söhbət Qazaxın 7 kəndi və Kərki kəndindən gedir)
İsrail baş naziri Benyamin Netanyahu: "Biz bütün ərəb torpaqlarını, HƏMAS-ın mövcud olduğu bütün bölgələri yerlə yeksan edəcəyik. Qəzza zolağındakı əhaliyə səslənirəm, dərhal o bölgəni tərk edin. Hər yeri bombalayacağıq. Misli görünməmiş dərəcədə bombardman edəcəyik."
Rusiya sülhməramlıları Qarabağda daha 2 müşahidə məntəqəsini bağlayıblar. Bununla da bağlanan məntəqə sayı 9 oldu. Qarabağda sülhməramlıların ümumi 21 məntəqəsi qaldı.
Paşinyan deyib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsələr, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiyaya qayıtmalıdırlar. Onu da bildirib ki, Ermənistan artıq “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazırdır.
Paşinyan: "Bizim də Azərbaycanda anklav ərazilərimiz var. Məsələn, Berkaber (Bibiş), Ayqeovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar (Vəlikənd) və digərləri geri qaytarılmalıdır. Azərbaycan 8 kəndi tələb edirsə, biz də bunları tələb edirik".