Forwarded from XəmsənaməSYH_14 (Nərgiz .)
Media is too big
VIEW IN TELEGRAM
🍃🍃🍃🍃🍃🍃🍃🍃İmam Rzanın (ə) əziz bacısı Xanım Məsumənin (s.ə) mövludu və qızlar günü münasibətilə bütün Əhlibeyt (ə) aşiqlərini təbrik edirik!!!
🍃🍃🍃🍃🍃🍃🍃

💡http://T.me/XəmsənaməSYH_313
Forwarded from XəmsənaməSYH_14 (NAZMİN_CABBAR³¹³)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌸Möminlərin mehriban ağası Həzrəti İmam Rza (ə) mübarək Mövlud gününə_9_gün qaldı.

Qeyd edək ki, bu günlər kəramət günləri də adlanır.

https://www.tg-me.com/SYH_Xemsename
İLAHİ BƏNDƏLƏRİN BEŞ XÜSUSİYYƏTİ

İnsan kamillik axtaran bir varlıq olduğundan, müəyyən işləri yerinə yetirməklə həqiqi kamilliyə çatmaq, daim birinci və hamıdan yaxşı olmaq istəyir. Digər tərəfdən, müxtəlif və bir-birinə zidd meyillərə sahib olduğu üçün ehtiyatlı olmalıdır ki, kamillik yolundan sapınmasın, səhvə düçar olmasın. Odur ki, onun kamilliyə çatması, kamillik yolunda addımlaması və yaxşı insan olması üçün İslamda tövsiyə olunan bir sıra əməlləri yerinə yetirməsi məqsədəuyğundur. Peyğəmbəri-Əkrəmin (s) səkkizinci haqq xəlifəsi imam Rza (ə) bir rəvayətdə həmin əməllərdən, ilahi bəndələrin ən yaxşısından söz açır.

O həzrətdən “İlahi bəndələrin ən yaxşıları kimlərdir?” – deyə soruşulduqda buyurur:

الَّذِينَ‏ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا وَ إِذَا أَسَاءُوا اسْتَغْفَرُوا وَ إِذَا أُعْطُوا شَكَرُوا وَ إِذَا ابْتُلُوا صَبَرُوا وَ إِذَا غَضِبُوا عَفَوْا؛

“Yaxşılıq etdikdə sevinən, pislik etdikdə bağışlanmağını istəyən, bəxşiş etdikdə şükür edən, müsibətə düçar olduqda səbir edən və qəzəbləndikdə əfv edən kəslərdir.” (Əl-fiqhul-mənsub iləl-imamir-Riza (ə)”, səh.354; “Üyunu əxbarir-Riza (ə)”, 2-ci cild, səh.24.)



1. Yaxşılıq etdikdə sevinənlər: Allahın xeyirxah bəndələrinin yaxşı əməllərinə sevinməsi onların məğrurluğu və xudbinliyi ilə sonuclanmır. Xeirxah bəndələr bu dünyada yaxşı əməllərindən sevindikləri kimi, qiyamətdə də sevinəcək, güləcəklər. “İnşiqaq” surəsinin 9-cu ayəsində belə oxuyuruq:

وَ يَنْقَلِبُ إِلى‏ أَهْلِهِ مَسْرُور؛

“O, (cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!”



2. Pislik etdikdə bağışlanmağını istəyənlər: Allahın ən yaxşı bəndələri daim Allaha həmd və sitayiş edir, qəflətə daldıqları və günaha yuvarlandıqları zaman, dərhal Ondan məğfirət və bağışlanma diləyərlər. Qurani-Kərimin “Ali-İmran” surəsinin 191-ci ayəsində Allahı zikr edən bəndələr belə vəsf olunur:

الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ.

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!”

“Ali-İmran” surəsinin 193-cü ayəsində də həmin bəndələrin bağışlanma diləməsindən söz açılır və buyurulur:

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ

“Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!”

Tövbə və bağışlanma diləmə Allahın xeyirxah bəndələrinin yaxşı işlər yerinə yetirməsi üçün mühərrik və təşviqedici qüvvədir. Günaha qurşandıqdan sonra tövbə etməyən, peşman olmayanlar zaman ötdükcə günaha adət edər, günahla razılaşar və nəhayət, qəlbləri günah ləkələri ilə örtüldükdə, onların xeyirxahlığa dönüşü mümkünsüz olar.


3. Bəxşiş etdikdə şükür edənlər:

Allahın xeyirxah bəndələri daim şükür və təşəkkür edərlər, həm Allaha, həm də boynunda haqqı olan din sahiblərinə! İmam Rza (ə) başqa bir hədisdə belə buyurur:

مَنْ لَمْ يَشْكُرِ الْمُنْعِمَ مِنَ الْمَخْلُوقِينَ لَمْ يَشْكُرِ اللَّهَ عَزَّ وَ جَلَّ؛

“Yaxşılıq edən məxluqa təşəkkür etməyən böyük Allaha da şükür etməz.”

Xeyirxah insanlara təşəkkür və minnətdarlığın müsbət təsirləri aydın bir həqiqətdir. Nə çox görmüşük ki, bir kəs başqalarına xidməti və yardımının müqabilində təşəkkür olunmadıqda, yaxşı işlərinə son qoymuş, bunun müqabilində təşəkkür və qədrdanlığa layiq görüldükdə isə, yaxşı işlərini daha da artırmışdır. Bu qanun Xaliqlə məxluq münasibətində də özünü göstərir və “İbrahim” surəsinin 7-ci ayəsində buyurulur:

لَئِنْ شَكَرْتُمْ لَأَزيدَنَّكُمْ وَ لَئِنْ كَفَرْتُمْ إِنَّ عَذابي‏ لَشَديد؛
📜 "QUR'ANİ-KƏRİM VƏ HƏDİSLƏRİN LÜĞƏVİ VƏ QEYRİ-LÜĞƏVİ E'CAZKARLIĞI"

❇️ İnşallah yaxın günlərdə "Qur'an və hədislərin e'cazı" əvvəldən keçirilməyə başlayacaq.
Sıfırdan yeni sinfə qoşulmaq istəyən xanımlar adminə https://www.tg-me.com/AAER313
yaza bilərlər.
Sinif teleqram vasitəsilə açılaraq həftənin 1 və 4-cü günləri saat 21:00 - 21:45 -də olacaq.
▶️ Mövzulardan Qur'an oxuya bilməyənlər də faydalana biləcək.
Keçiriləcək Qur'ani-Kərim və hədislərin lüğəvi e'cazkarlığı bir neçə növdür:
1⃣ Səs (fonetik) e'cazı,
2⃣ Mu'cəm (leksikoloji) e'caz,
3⃣ Sərfi (morfoloji) e'caz,
4⃣ Tərkib (qrammatik) e'cazı,
5⃣ Bəyani (təsviri) e'caz.

Qur'ani-Kərim və hədislərin qeyri-lüğəvi e'cazkarlığı da bir neçə növdür:
1⃣ Elmi e'caz:
Ruhi e'caz,
Nəfsi (psixoloji) e'caz,
Tarixi e'caz,
Coğrafi e'caz,
İctimai (sosioloji) e'caz,
Riyazi e'caz,
Fiziki e'caz,
Astrofiziki (astronomik) e'caz,
Kimyəvi e'caz və s.
2⃣ Qeybi e'caz,
3⃣ Şər'i e'caz.

🤲 Paylaşın ki, əcrdə şərik olasınız.
(Aylıq ödəniş 10 man)

Müvəffəq olun!
https://www.tg-me.com/quranhadisecazi
Forwarded from 🌙Ramazandan Aşuraya الله 📿 (Nərgiz .)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌸Möminlərin mehriban ağası Həzrəti İmam Rza (ə)  mübarək Mövlud gününə_5_gün qaldı.

Qeyd edək ki, bu günlər kəramət günləri də adlanır.

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313
Forwarded from Maide.Az/MaideTV
KUMEYL DUASINDAN-1
«بسم الله الرحمن الرحیم»
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ الَّتِي وَسِعَتْ كُلَّ شَيْ‏ءٍ وَ بِقُوَّتِكَ الَّتِي قَهَرْتَ بِهَا كُلَّ شَيْ‏ءٍ وَ خَضَعَ لَهَا كُلُّ شَيْ‏ءٍ وَ ذَلَّ لَهَا كُلُّ شَيْ‏ءٍ وَ بِجَبَرُوتِكَ الَّتِي غَلَبْتَ بِهَا كُلَّ شَيْ‏ءٍ وَ بِعِزَّتِكَ الَّتِي لا يَقُومُ لَهَا شَيْ‏ءٌ وَ بِعَظَمَتِكَ الَّتِي مَلَأَتْ كُلَّ شَيْ‏ءٍ وَ بِسُلْطَانِكَ الَّذِي عَلا كُلَّ شَيْ‏ءٍ وَ بِوَجْهِكَ الْبَاقِي بَعْدَ فَنَاءِ كُلِّ شَيْ‏ءٍ وَ بِأَسْمَائِكَ الَّتِي مَلَأَتْ [غَلَبَتْ‏] أَرْكَانَ كُلِّ شَيْ‏ءٍ وَ بِعِلْمِكَ الَّذِي أَحَاطَ بِكُلِّ شَيْ‏ءٍ وَ بِنُورِ وَجْهِكَ الَّذِي أَضَاءَ لَهُ كُلُّ شَيْ‏ءٍ يَا نُورُ يَا قُدُّوسُ يَا أَوَّلَ الْأَوَّلِينَ وَ يَا آخِرَ الْآخِرِينَ اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَهْتِكُ الْعِصَمَ اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُنْزِلُ النِّقَمَ اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُغَيِّرُ النِّعَمَ اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَحْبِسُ الدُّعَاءَ اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُنْزِلُ الْبَلاءَ
Bağışlayan və mehriban Allahın adı ilə

İlahi! Səndən istəyir, Səni and verirəm hər bir şeyi əhatə edən rəhmətinə; hər şeyə üstün gələn, hər şeyi baş əydirən və hər şeyi xar edən qüvvənə; hər şeyə qalib gələn şövkətinə; müqabilində heç bir şeyin dayana bilmədiyi izzətinə; hər bir şeyə nüfuz edən əzəmətinə; hər bir şeydən üstün olan səltənətinə; hər şey fani olduqdan sonra (əbədi) qalan zatına; hər bir şeyin əsasını təşkil edən adlarına; hər bir şeyi əhatə edən elminə; hər bir şeyi işıqlandıran nurlu zatına! Ey Nur! Ey Müqəddəs! Ey ilklərin İlki! Ey sonuncuların Sonuncusu!
İlahi, ismət pərdələrini yırtan günahlarımı bağışla! İlahi, əzab nazil edən günahlarımı bağışla! İlahi, nemətləri dəyişdirən günahlarımı bağışla! İlahi, duanın qəbuluna mane olan günahlarımı bağışla! İlahi, bəla gətirən günahlarımı bağışla!

Maide.az  - Maarif bölümü
#kumeylduası  #dua #kumeyl_duası
#maideaz #islam #maidetv
https://www.tg-me.com/MaideTV
Forwarded from XəmsənaməSYH_14 (NAZMİN_CABBAR³¹³)
Media is too big
VIEW IN TELEGRAM
بسم الله ♾️
🌸🍃 🍃🌸
Salam sabahınız xeyir olsun inşəallah. 🍃🌸 🌸🍃


https://www.tg-me.com/SYH_Xemsename
Forwarded from Maide.Az/MaideTV
Forwarded from Maide.Az/MaideTV
💠 QƏBUL OLUNMUŞ NAMAZ

🔹 Namazın dərəcələri var. Onun həm aşağı, həm orta, həm də yüksək dərəcəsinin öz fəzilətləri vardır.
Namazın həqiqəti odur ki, İmam Əli (ə) buyurur:
الصَّلاةُ قُربانُ كُلِّ تَقِيٍّ
“Namaz hər bir təqvalı insanı Allaha yaxınlaşdıran bir vasitədir.” (“Xisal”, c.10, səh.610.)

Qurani-Kərimdə də belə buyurulur:
إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ
Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.” (“Ənkəbut” / 45.)

Əgər kimsə namaz qılırsa, məsələn, zöhr və əsr namazlarını qıldıqdan sonra qəbul olub-olmadığını bilmək istəyirsə, bunun həqiqəti Qiyamətdə bilinsə də, onun bu dünyada bir ölçüsü vardır. Belə ki, gün batana qədər özünü çirkinliklərdən qoruyub-saxlaya bilsə və heç bir günaha yol verməsə, sevinsin ki, onun zöhr və əsr namazları qəbul olunmuşdur. Çünki namazın həqiqəti odur ki, insanı çirkinliklərdən, pis əməllərdən və günahlardan çəkindirər və qoruyub-saxlayar.

🔹 "Namaz nədir?" – sualı, eynilə "Su nədir?" sualına bənzəyir. "Su nədir?" – sualının cavabı odur ki, su susuzluğu aradan qaldıran bir vasitədir. Əgər soruşsalar ki, “Bəs, namaz nədir?”, cavabı odur ki, namaz insanı günahlardan və çirkinliklərdən qoruyub-saxlayan bir vasitədir.

Əgər kimsə namaz qılıb məsciddən çıxdıqdan və ya ibadət yerini tərk etdikdən sonra günaha qurşanarsa, aydın olur ki, namaz qılmayıb! Əlbəttə, fiqhi baxımdan namazı düzgündür, yəni qəzası yoxdur, amma qəbul deyildir. Namazın qəbul olunması fiqhi hökm deyil, kəlami hökm, etiqadi-ideoloji bir məsələdir. Bir əməlin düzgün olub-olmaması isə fiqhi bir hökmdür və belə bir namaz zahirdə qılındığı üçün qəzası yoxdur, lakin həmin namaz insanı günahlardan və çirkinliklərdən qoruyub-saxlamadığı üçün məqbul sayılmır.

🔹İnsan özü öz əməllərinin qəbul olub-olunmadığını ayırd edə bilər; insan özü diaqnoz qoya bilər!

Maide.Az- Maarif bölümü
https://www.tg-me.com/MaideTV
Forwarded from İmamRezaAz (rəsmi)
Media is too big
VIEW IN TELEGRAM
🔊Zəhmət olmasa üzv olaq və paylaşaq ki,digərləri də üzv olsun!!!
Forwarded from XəmsənaməSYH_14 (NAZMİN_JABBAR³¹³)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌸Möminlərin mehriban ağası Həzrəti İmam Rza (ə) mübarək Mövlud gününə_4_gün qaldı.

Qeyd edək ki, bu günlər kəramət günləri də adlanır.

💡 https://www.tg-me.com/SYH_Xemsename
2024/05/17 00:07:22
Back to Top
HTML Embed Code: