Telegram Web Link
Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki,

Biz Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ilə bir səfərdə idik. O, ehtiyac üçün bizdən uzaqlaşmışdı. Bu vaxt iki balası ilə birlikdə bir quş gördük. Daha sonra balalarını tutduq. Bu zaman (ana) quş gəlib qanadlarını açaraq dövrə vurmağa başladı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) gəlib dedi: "Bu quşu balaları ilə narahat edən kimdir? Onları ona qaytarın!" Sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bizim yandırdığımız bir qarışqa yuvasını gördü və soruşdu: "Bunu kim yandırdı?" Biz dedik: "Biz." O da buyurdu: "Odla cəzalandırmaq, yalnız odun Yaradıcısına aiddir, başqasına yaraşmaz."

(Əbu Davud 2675)


🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
👍118❤‍🔥3
5❤‍🔥1
Uca Allah buyurur:

“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”

(Əraf surəsi ayə 23)

İbn Useymin (rahiməhullah) bu ayə haqqında belə demişdir:

İnsanın bu sözləri deməsi – {Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq} – Allahın qulun tövbəsini qəbul etməsi üçün bir səbəbdir. Çünki bu, günaha etirafdır.

İnsanın bu duasında dörd növ təvəssül(vəsilə axtarmaq) vardır:

1) Rububiyyətlə təvəssül – {Rəbbimiz!} deyərək.

2) Qulun halı ilə təvəssül – {özümüzə zülm etdik} sözləri ilə.

3) İşin Allaha həvalə olunması ilə təvəssül – {Əgər Sən bizi bağışlamasan və bizə rəhm etməsən…} deyərək.

4) Əgər Allahın bağışlaması və rəhməti olmazsa, qulun halını xatırlatmaqla təvəssül – {biz ziyana uğrayanlardan olarıq} deməklə.

تفسير العثيمين: الفاتحة والبقرة (135/1)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
17❤‍🔥2👍1
İbn Teymiyyə (rahiməhullah) demişdir:

"Şeytan bidət (şəriətdə olmayan) ibadətlərin sahiblərinə - o bidət ibadətləri gözəl göstərir və onlara şəriət yollarını nifrət etdirir. Hətta elə bir hala çatdırır ki, onlar elmi, Quranı və hədisi sevməz olurlar. Quran və hədis eşitməyi istəməzlər, onların zikr olunmasını belə xoşlamazlar. Hətta şeytan onlara kitabı da sevdirməz – nə Quran, nə də hədis kitablarını. Kitabı və kitabı olan bir şəxsi belə sevməzlər, istər o kitab Quran olsun, istərsə də hədis kitabı."

مجموع الفتاوى 411/10

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12❤‍🔥2👍1
Aşura günün orucu ilə bağlı xatırlatma

Tasua (Məhərrəm ayının doqquzuncu günü)
04.07.2025 (cümə günü)

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Əgər gələn ilə qalsaq inşallah doqquzuncu günü də oruc tutarıq.
(Muslim 1134)

Aşura günü (Məhərrəm ayının onuncu günü)
05.07.2025 (şənbə günü)

Allahdan ümid edirəm ki, Aşura günün orucu keçən bir ilin günahlarına kəffarə olsun.

Muslim 1162

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
9👍3❤‍🔥2
❤‍🔥83
Şeyx Useymin (rahiməhullah) demişdir:

Quran ayəsi İslam dininin “bərabərlik dinidir” deyənləri rədd etmişdir. Təəccüblüdür ki, Quranda və Sünnədə bərabərlik kəlməsi sabit şəkildə nə gəlmişdir, nə də Allah bu sözlə əmr etmiş və ya onu təşviq etmişdir. Çünki əgər sən “bərabərlik” desən, o zaman fasiq ilə ədalətli, kafir ilə mömin, kişi ilə qadın eyni tutulmuş olar. Halbuki bu, İslam düşmənlərinin müsəlmanlardan istədiyi şeydir. Lakin İslam dini “bərabərlik” sözündən qat-qat üstün olan bir kəlimə ilə gəlmişdir və bu kəlimədə ehtimal yoxdur – o da “ədalət”dir. Necə ki, Uca Allah buyurur: “Həqiqətən, Allah ədaləti əmr edir” (Nəhl: 90).
“Ədalət” kəlməsi – oxşar olanları bərabər tutmaq və fərqli olanları fərqləndirmək deməkdir. Çünki ədalət – hər şeyə layiq olduğu dəyəri verməkdir. Nəticə olaraq: “bərabərlik ” kəliməsini İslam düşmənləri müsəlmanlara sırıdılar. Müsəlmanların çoxunda – xüsusilə də ümumi dünyəvi təhsilli olanlarda – bu məsələlərdə nə araşdırma var, nə də dəqiqlik və anlayış. Ona görə də görürsən ki, biri bu “bərabərlik” sözünü sanki nurdan bir ifadə imiş kimi başının üstünə qoyur: “İslam bərabərlik dinidir”! Halbuki biz deyirik: “Əgər desəydiniz ki, İslam ədalət dinidir – bu daha doğru və İslamın həqiqətinə daha uyğun olardı.”

تفسير سورة البقرة الآية 222

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
❤‍🔥74👍1
İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

"Allah Rəsulu (sallallahu aleyhi və səlləm) cümə günündən qeyri günlərdə də minbərdə otursaydı və ya cümə günü ayaqüstə xütbə versəydi, səhabələr ona üzlərini çevirərdilər."

ابن القيم زاد المعاد في هدي خير العباد

Bu Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) xütbə verdiyi zaman səhabələrin ona diqqətlə qulaq asdıqlarını və ona yönəldiklərini göstərir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
11❤‍🔥1👍1
Günahlarını yu

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdə yəhudilərin məhərrəm ayının onuncu günü oruc tutduğunu görüb dedi: Mən sizdən Musaya (onun etdiklərinə) daha haqqlıyam. Oruc tutdu və oruc tutmağı əmr etdi.

(Buxari və Muslim)

Aşura günü tutulan oruc barəsində soruşuldu və Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi:

Allaha ümid edirəm ki, keçmiş ilin günahlarını yuyacaq.

(Muslim)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
10❤‍🔥2👍1
Şeyxülislam ibn Teymiyyə (rahiməhullah) demişdir:

Aşura günü orucdan başqa şəriətin təyin etdiyi heç bir şey yoxdur.

(Ər raddu aləş şəzili 6)


🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
17❤‍🔥3👍1
Uca Allah buyurur:

Bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?!”– dedilər. (Musa:) “Cahillərdən olmaqdan Allaha sığınıram!”– dedi.
Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!” (Musa) dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə əmr ediləni yerinə yetirin!”

Bəqərə surəsi ayə 67-68

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
12❤‍🔥2👍1
İbn Teymiyyə (rahiməhullah) belə demişdir:

"Dünyadakı bütün şər, fitnə, bəla, quraqlıq, düşmənin hökmranlığı və bundan başqaları - Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) müxalif olmaq və Allahdan başqasını çağırmaq səbəbilədir."

الفتاوى 25/ ج 15

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
11👍3❤‍🔥2
Bir kişi Ömər ibn Xəttabın (radiyallahu anhu) hüzurunda bir məsələdə şahidlik etdi. Ömər ona dedi: "Səni tanıyan birini gətir." Kişi gəlib onun barəsində xeyirli (yaxşı) sözlər deyən bir adam gətirdi. Ömər ona dedi: "Sən onun yaxın qonşususan, onun girib-çıxdığı yeri tanıyırsan?" Dedi: "Xeyr." Ömər soruşdu: "Onunla səfər yoldaşı olmusan ki, səfərdə insanın gözəl əxlaqı üzə çıxar?" Dedi: "Xeyr." Soruşdu: "Onunla dinar və dirhəmlə alış-veriş etmisənmi ki, insanın təqvası bu cür ortaya çıxar?" Dedi: "Xeyr." Ömər dedi: "Yəqin onu məsciddə Quran oxuyarkən, başını gah aşağı salıb, gah da qaldırarkən görmüsən?" Dedi: "Bəli." Ömər dedi:"Get, sən onu tanımırsan." Sonra şahidlik edən adama dedi: "Get, mənə səni tanıyan birini gətir."

إحياء علوم الدين 83/2

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
16❤‍🔥1👍1
Əbu Hureyradan (radiyallahu anhu) rəvayət edilir ki,

“Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanında qızdırma xatırlandı. Bu səbəbdən də bir adam onu söydü. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: onu söymə, çünki o, günahları aparır, necə ki, od dəmirin çirkini (pasını) apardığı kimi”

(İbn Macəh 3469)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
15❤‍🔥2👍1
Həsənul Bəsri (rahiməhullah) belə demişdir:

"İki gün və iki gecə var ki, onların bənzərini heç vaxt eşitməzsən!"

1) Gecə: Sənin qəbir əhli ilə birlikdə gecələdiyin gecə (torpağa qoyulmusan), sən bundan əvvəl heç vaxt belə bir gecə keçirməmisən.
2) Gecə: səhəri Qiyamət günü olacaq gecə.
1) Gün: Allahdan sənə ya Cənnətlə, ya da Cəhənnəmlə müjdə verən mələklər gələcək gün.
2) Gün: Sənə kitabın ya sağ əlinlə, ya da sol əlinlə veriləcəyi gün.

أحوال اهل القبور لابن رجب 200

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
13😢5❤‍🔥2
İslamda vəfat edən kəs üçün 3, 7 və yas mərasimləri keçirilməsi icazəlidirmi?

Cərir ibn Abdullah (radıyallahu anhu) demişdir:

Biz vəfat etmiş kəsin ailəsinin yanında toplanmağı və dəfnindən sonra (toplananlar üçün) yemək hazırlamağı niyahədən sayardıq.

(İbn Macə 1612,Əhməd 6905)

Niyahə-vay-şüvən qopararaq ağlamaq.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Meyit üçün ağı deyib ağlayan, ölməzdən əvvəl tövbə etməzsə, Qiyamət günü (qəbrdən) qalxdığı zaman əynində qətrandan şalvar, qoturdan isə köynək olacaq.

(Muslim 934)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
13❤‍🔥2👍2😢1
Aişə (radiyallahu anhə) demişdir: Mənim bu evimdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Allahım, ümmətimi idarə etməyi boynuna götürən, lakin onlara çətinlik çıxardana sən də çətinlik çıxar. Ümmətimi idarə etməyi boynuna götürdüyü halda onlarla mülayim rəftar edənlə sən də mülayim rəftar et!”

Muslim 1828

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
14❤‍🔥3👍2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir :

“İsrail oğullarını peyğəmbərlər idarə edirdi. Bir peyğəmbər öldükdə yerinə başqa peyğəmbər keçərdi. Lakin məndən sonra peyğəmbər gəlməyəcək, bir çox xəlifə gələcək”. Səhabələr:- ey Allahın Rəsulu, bu xüsusda bizə nə əmr edirsən? - deyə soruşdular. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi: “Başa keçmə sırasına görə xəlifələrə beyət edin. Sonra onlara qarşı vəzifənizi yerinə yetirib itaət edin. Onlar sizə qarşı vəzifələrini icra etməsələr, Allahdan sizə yardım etməsini istəyin. Çünki sizə qarşı vəzifələrini edib-etmədiklərini Allah onlardan soruşacaqdır”.

(Buxari 3455)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
14❤‍🔥2👍1
Salehlərdən biri demişdir:

Mən müsibətə düçar olanda Allaha dörd dəfə şükür edirəm:

Şükür edirəm ki, bu müsibət daha böyük olmadı.
Şükür edirəm ki, mənə ona səbir etməklə ruziləndirdi.
Şükür edirəm ki, onun aradan qalxmasını ümid edirəm.
Şükür edirəm ki, bu müsibət dinimdə baş vermədi.

صفي الدين الحلبي 37/1

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://www.tg-me.com/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24
👍86❤‍🔥1
2025/10/26 15:20:32
Back to Top
HTML Embed Code: