Telegram Web Link
Live stream finished (44 minutes)
📌
Allahın qullarını cəhənnəm atəşindən azad etməsi təkcə Arafatda duranlara aiddir?

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:
«Allahın qullarını ən çox cəhənnəm atəşindən azad etdiyi gün arafa günüdür» (Muslim).

Hafiz İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:
«Arafa günü cəhənnəmdən azad olma günüdür. Allah o günü, arafada duranları (həciləri) da, dünyanın müxtəlif yerlərində yaşayan və arafada olmayan müsəlmanları da cəhənnəmdən azad edir. Arafada olanlar da, olmayanlar da, hamısı arafa günü cəhənnəm atəşindən xilas olub günahları bağışlanmaqda ortaq olduqları üçün, arafa günündən sonrakı gün yer üzündə olan bütün müsəlmanların bayram günü olur».

📚 Lətaif Məarif, 276.

https://www.tg-me.com/islamveelm
📌 Əbu Qatədə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) arafa orucu haqqında soruşulduqda, o belə cavab verdi:
«(Arafa orucu) bir il keçmiş, bir il də gələcək günahlara kəffarədir».
📚 Muslim, 2747.

https://www.tg-me.com/islamveelm
Qadınların bayram namazına getməsinin hökmü:

📌 Ummu Atiyyə (Allah ondan razı olsun) demişdir:
«Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bayram namazlarına gənc və subay qızları da aparmağı bizə əmr etdi. Hətta adət xəstəliyində olan qadınları da bayrama aparmağı bizlərə əmr etdi, onlar müsəlmanların namaz qıldığı yerə daxil olmasın, sadəcə kənardan təkbirlər gətirsinlər, müsəlmanların dualarına amin deyərək o günün bərəkətini Allahdan umsunlar».

Bir rivayətdə isə:
Qadınlardan biri dedi: Ey Allahın Rəsulu! Əgər bizdən biri bayrama geyinmək üçün cilbab (hicab, paltar) tapmırsa nə etsin?

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
«Bacısının cilbabını geyinib getsin».
📚 Buxari: 351, Muslim:890.

Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun
https://www.tg-me.com/islamveelm
Tərk olunmuş sünnətlərdən:
Bayram namazından sonra evə döndükdə iki rükət namaz qılmaq


📌 Əbu Səid əl Xudri (Allah ondan razı olsun) demişdir:
«Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bayram namazından əvvəl (nafilə) namaz qılmazdı. (Bayram namazdan) evinə qayıdanda isə evdə iki rükət namaz qılardı».
📚 İbn Macə, 1076, Albani səhih deyib.

https://www.tg-me.com/islamveelm
TƏBRİK

Hörmətli kanal üzvləri!
Hər birinizi Qurban bayramı münasibətilə təbrik edirəm. Allah qıldığınız namazları, kəsdiyiniz qurbanları qəbul etsin. Əmin.


Hörmətlə: İslam və Elm kanalının admini Emin Hacıyev
Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) demişdir:
«Bayramlarda sevinci izhar etmək İslamın şüarlarındandır».

📚 Fəthul Bəri 2/443

Kanala qoşul
https://www.tg-me.com/islamveelm
Tabiin imamlarından Həsənul Bəsri (Allah ona rəhmət etsin) demişdir:
«Allaha qarşı asilik edilməyən (günah işlənilməyən) hər gün bayramdır. Möminin Allahın itaətində, zikrində və şükründə keçirdiyi hər gün onun üçün bayramdır»
📚 Lətaif Məarif, 278.


https://www.tg-me.com/islamveelm
🌴 GÜNAHLARIN BAĞIŞLANMASI ÜÇÜN 🔟 SƏBƏB 🌴

Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
«Günahların bağışlanması üçün 🔟 səbəb vardır:
-Tövbə
-Allahdan İstiğfar (bağışlanma) diləmək
-Saleh əməllər
-İnsanın başına gələn müsibətlər
-Müsəlmanların həmin şəxs üçün dua etməsi
-Bərzəxdə imtahan olunması
-Qiyamət günü Arasat meydanında imtahan olunması
-Şəfaət olunması
-Tövhidin doğruluğu
-Aləmlərin Rəbbi olan Allahın rəhməti»


📚 Məcmu Fətava, 7/487-501.


https://www.tg-me.com/islamveelm
Şeyx Məşhur Həsən Əli Salman (Allah onu qorusun) demişdir:

«Şeyxlərimiz bizə öyrədərdilər ki, əgər insanlar sənin dərsində oturarlarsa, bil ki, bu onların sənə olan bir lütfü və verdikləri dəyərdir. Heç vaxt insanların sənin üçün və ya sənin ətrafında toplanmasına görə qürurlanma.»

📚 Durər Həssən, 2015, dekabr fətvaları.

https://www.tg-me.com/islamveelm
2025/07/04 21:19:55
Back to Top
HTML Embed Code: