Telegram Web Link
🌹 Allaha ehtiyacın var! 🌹

Ey Allahdan uzaq düşən!
Ey ayaqları sürüşən!
Ey şər əhliylə görüşən!
Allaha ehtiyacın var!

Pis dostlardan xeyir gəlməz,
O cür dostlar qədir bilməz,
Bir dost var ki, heç vaxt ölməz!
Allaha ehtiyacın var!

Eşqdən bihuş olduqların,
Tərk edəcək səni yarın,
Allahdır himayədarın,
Allaha ehtiyacın var!

Hər cür günaha batsan da,
Bütün ömrünü yatsan da,
İnsanları aldatsan da,
Allaha ehtiyacın var!

Uca dağlara da çıxsan!
Bütün düşmənləri yıxsan!
Bu gün varsan, sabah yoxsan!
Allaha ehtiyacın var!

Əbəs yerə yatmayan,
Bizləri şərə qatmayan,
Möhlət verən, axsatmayan
Allaha ehtiyacın var!

Səcdə etməyə ərinsən,
Çox da savadlı görünsən,
Min cür rəngə də bürünsən,
Allaha ehtiyacın var!

Boş işlərlə başı qatma,
Gəl, haqqı batilə satma,
Gəl, özünü sən aldatma,
Allaha ehtiyacın var!

Qullara xeyir diləyən,
Bizlərə rəhmət ələyən,
Səni yoxdan var eyləyən
Allaha ehtiyacın var!

Yedizdirən, içizdirən,
Bizi dünyada gəzdirən,
Bizə haqqı dedizdirən
Allaha ehtiyacın var!

Tox görünsən də acsan sən,
Ruhunda yalavacsan sən,
İbadətə möhtacsan sən!
Allaha ehtiyacın var!

Qoy kənara təkəbbürü!
Sadə ol, izzətlə yürü!
Özünü İslamla bürü!
Allaha ehtiyacın var!...

📝 Yazdı: Sahib Əsədov.

Tarix: 28.06.2025

www.tg-me.com/selefinexlaqi
🔊 Əssələmu aleykum. Möhtərəm müsəlmanlar! Kanalımızda yay tətili əlaqədar canlanma və paylaşımlarda aktivlik olduğu üçün kanalımızın linkini paylaşaraq kanala dəstək ola bilərsiniz! Allah sizlərə bərəkət versin!

www.tg-me.com/selefinexlaqi
Əssələmu aleykum. Möhtərəm müsəlmanlar! Aşura günü orucu tutmaq sünnədir! Aşura orucu Məhərrəm ayının 10-na təsadüf edir. Aşura orucu hədisdə deyildiyi kimi "bir il öncəki (kiçik) günahlara kəffarədir". Bu fürsəti qaçırmayın! Bu il inşəAllah Aşura günü şənbə gününə təsadüf edir. Şənbə günündən bir gün əvvəl və ya bir gün sonra, şənbə günü də daxil olmaqla iki gün ardıcıl oruc tutmaq məsləhətdir. Çünki, təkcə şənbə günü oruc tutmağı qadağan edən Peyğəmbər hədisi var. Lakin daha yaxşısı cümə və şənbə günlərini oruc tutmaqdır. Çünki Peyğəmbər (صلى الله عليه وسلم) bildirmişdi ki, əgər gələn ili yaşasa, Məhərrəmin 9-cu günü, yəni Aşuradan bir gün öncə (təsua) orucu tutacaqdır! Allah hər birinizi xeyirlərə müvəffəq etsin!

www.tg-me.com/selefinexlaqi
Forwarded from SƏLƏFİN ƏXLAQI
Forwarded from SƏLƏFİN ƏXLAQI
İman artır və azalır (Sahib Əsədov).
2025/10/23 23:33:21
Back to Top
HTML Embed Code: