SƏLƏFİN ƏXLAQI
https://www.facebook.com/share/p/14DuXHemDH4/
Şübhəyə cavab: "Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdırsa, o zaman necə ola bilər ki, Cənnətdə hamı eyni gənc yaşda olacaq?"
Jurnalist Azər Həsrət rusdilli sələfilərə böhtan atıb!
Azər Həsrət adlı bir jurnalist "Müsavat Tv"nin YouTube kanalında çıxış edərkən rusdilli sələfiləri ümumiləşdirərək təhlükə kimi qələmə verib və çox absurd bir iddia irəli sürərək onları Rusiya və İranın təsirində nə isə təhlükəli bir addım ata biləcəyini iddia edib. Bu qədər gülünc iddiaya onun özünün inanıb inanmadığı mənə çox maraqlıdır. Əgər inanıbsa, bunu hansı əsasla, hansı araşdırmaya söykənərək deməsi də maraqlıdır. Bu xəbəri oxuyan və izləyən dindarlar ona sadəcə gülürlər, onun ağlına "heyran" olduqlarını bildirirlər! Yenə iranpərəstlər haqqında dediklərini bütün xalqımız bilir, amma bu dəfə dediyi fikirlərin yalan və böhtan olduğu açıq-aşkardır. Unutmayaq ki, Azər Həsrətin bundan öncə də din haqqında qəribə çıxışları, "Namazın Azərbaycan dilində qılınması gərəkdiyini" deməsi və ixtisasına yaraşmayan digər sözləri olub. Azər Həsrətə cavabımız bu aspektləri əhatə edir:
Birincisi: Azərbaycanda Azər Həsrətdən fərqli olaraq keçmişində müxalifət yazısı olmayan minlərlə sələfilər var. O sələfilər ki, daim Azərbaycanın milli maraqlarını müdafiə etmiş, ən həssas məqamlarda dövlətin yanında olmuşlar. Azərbaycan dövləti də bunu çox gözəl bilir!
İkincisi: Rusdilli sələfi azərbaycanlılara gəldikdə isə onların da böyük bir qismi mötədilliyi və radikalizmdən uzaq olması ilə seçilirlər. Hətta azsaylı radikal ola biləcək kütlə haqqında belə xüsusi bir elmi araşdırma aparılmayıb.
Üçüncüsü: Əgər Azər Həsrət publikaya işləmirsə, həqiqətən də obyektiv və akademik bir yanaşma sərgiləmək istəyindədirsə, o zaman bütün sələfiləri "vəhhabi" qismində ümumiləşdirib təhlükəli camaat kimi qələmə verməli deyildi. Təəssüf ki, yanaşması ümumi görünür. O cümlədən də, Bakı əhalisinin nə qədərinin rusca danışdığını, sonra isə bu rusdillilərin hansı din və etiqadlara inandığını müəyyənləşdirməli, sonra isə sələfilərin neçə faiz olduğunu bildirməli, sonra isə nə qədərinin radikal olması barədə bir araşdırma təqdim etməli idi. Konkret olaraq radikallığa gəldikdə isə, deyərdim ki, Azərbaycan dilində danışan, əslində sələfi olmayıb sələfi cildinə girən radikallar, rus dilində danışan radikallardan daha çoxdur. Bunu biz yaxşı bilirik və bu cür ümumiləşdirmə yanlış və qərəzlidir. Bu mövzunun gündəmə gətirilməsi isə gərəksiz və absurddur.
Dördüncüsü: Ümumiyyətlə, sələfiləri Rusiya kimi zalım bir rejimlə bağlamaq, buyruqla iş görüləsi adamlar kimi təqdim etmək yanlışdır. Unutmaq lazım deyil ki, sələfi din xadimləri İranda siyasət dərsi alan şəxslərlə qətiyyən müqayisə oluna bilməzlər. Sələfilər Azərbaycanda siyasiləşməmiş və siyasətdən uzaq yeganə camaatdırlar. Sələfilər həmişə Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olublar. Hətta Rusiyada yaşayan böyük bir sələfi kütlə var ki, onların belə böyük bir sədaqətlə Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduqları məlumdur! Belə olduğu halda görəsən Azər Həsrət hansı rusdilli sələfilərdən danışır? Yaxşı olardı ki, o qəsd etdiyi terror qruplaşmalarının adını çəkərdi, hər kəs də onun dəqiq və qərəzsiz çıxış etdiyini anlayardı.
Beşincisi: Azər Həsrətin işlətdiyi "Vəhhabi" termini belə artıq Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan bir termindir, kimiləri bununla öz dövlətinin yanında olan sağlam təfəkkürlü dindarları, kimiləri (bir qism şiələr) Azərbaycandakı bütün sünnüləri, kimiləri isə bəzi radikal qruplaşmaları nəzərdə tuturlar. Ona görə də Azər Həsrətin çıxışı qeyri elmi məzmunlu bir yanaşmadır. Ümumiyyətlə, bu mövzuda Azər Həsrət kimi din mövzusunda qeyri-peşəkar yanaşmaları ilə gündəmə gələn şəxslər deyil, Azərbaycanın din sahəsindən məsul orqanlarının ekspertləri danışmalıdır, sağlam araşdırma və təhlillər əsasında yürüdülmüş fikirlər cəmiyyətə təqdim olunmalıdır! Azər Həsrəti isə Allahdan uzaq insanların həsrət içində qalacaqları, gözlərin bərələ qalacağı gündə Allahın mühakiməsindən qorxmağa dəvət edirəm!
📝 Yazdı: Beynəlxalq Mədinə İslam universitetinin doktorantura tələbəsi Sahib Əsədov.

İnnə lilləhi va innə ileyhi raciun! Ümmətin böyük alimlərindən olan şeyx Rabi ibn Hədi əl-Mədxəli vəfat edib. Allah şeyxə rəhmət etsin! Şeyxin elm üçün böyük xidmətləri olub! Elmin aradan qalxması alimlərin getməsi ilə baş verir! Ümmətin başı sağ olsun!
SƏLƏFİN ƏXLAQI
https://youtu.be/jO76ThSxwsA
Son podkast videomuz hədis inkarçılarının, deistlərin, ateistlərin və bəzi təriqətlərin düşdüyü problemdir. Onlar öz ağıllarını şəriətdən önə çəkdikləri üçün dindən sapma kimi bir problemə düşürlər. İzləməyi və paylaşmağı unutmayın!
SƏLƏFİN ƏXLAQI
https://youtu.be/jO76ThSxwsA
ƏQLANİLİK videosunun təqdimat videoçarxı. Videonun tam versiyasını yuxarıdakı linkdən izləməyi və paylaşmağı unutmayın!