Telegram Web Link
Peyğəmbər صلى الله عليه وسلم bu iki surəni "əz-Zəhraveyn" adlandırıb. Yəni iki nur saçan surə. O iki surə aşağıda verilənlərdən hansıdır?
Anonymous Quiz
17%
Şəms və Qəmər
52%
Əl-Bəqərə və Ali İmran
2%
Hud və Yunus
29%
Fatihə və İxlas
Fərman İsayevə cavab vermək yerinə üç tələbəni açıq məktubla DTX-ya şikayət edən Əlixan Musayev.

Əssələmu aleykum. Əziz müsəlmanlar! Hər biriniz bilirsiniz ki, mən qalmaqallardan uzaq biriyəm. Lakin təəssüflər olsun ki, Əlixan Musayev mənim haqqımda artıq iki gizli təxribat yazısını yazdıqdan sonra, mən ona şans verib ona pis əməlinə son qoyması üçün fürsət vermişdim. Onun yaşına-başına baxıb bu yaşında yeni fitnələrə düşməməsi üçün nəsihət etmişdim. Amma bu adam artıq mənim adımı üçüncü təxribat yazısında çəkir, hansı ki, öz yazdığı məqaləni başqa adam yazıbmış kimi gizli qrup və şəxslərin arasında yaymağa çalışırdı. O, bu dəfə Facebook səhifəsində yazdığı üçüncü yazısında iki tələbə (Fərman İsayev, Emin Hacıyev) və məni dtx-ya açıqdan şikayət edir. El arasında buna nə deyirlər, siz yaxşı bilirsiniz. Əlixan Musayevin bu üçüncü yazısı əslində doktorantura tələbəsi Fərman İsayev qardaşımızın son çıxışına elmi cavab vermək olmalı idi. Lakin o köhnə adətini pozmayıb, elmi cavab vermək yerinə, təxribata əl atmaqdan utanmadı, yaşına-başına sığışdırmadan elmi mövzulardan qaçdı, təhqir və böhtanlar yağdırdı, söhbəti başqa səmtə yönəltdi. O, gah fətrət əhli mövzusu ilə Azərbaycan xalqını kafir çıxardan nəticəyə gəlir, gah Qamət Süleymanovun zındıq dediyi şah İsmayılı, Azərbaycanda sünnülərə qarşı qətliam törətmiş "qəhrəmanı" elə onun acığına müdafiə edir, tarixi şəxsiyyət, "toxunulmaz" elan edir, tərəfdarlarının nifrətini qazanmaq bahasına olsa belə onu müdafiə edir, gah da Azərbaycan prezidenti İlham Əliyev cənablarının təriqətçilik haqqında çıxışını təhrif edir.

Əlixan Musayev əleyhimizə yeni bir böhtan da atır, guya mən, Emin Hacıyev və Fərman İsayev insanları haqsız yerə cərh edirik, əslində isə bu iddiasını artıq iki anonim yazıda, sonuncunu isə öz Facebook səhifəsində yazıb, yəni bir yerdə dayanmaq bilmir. Əslində isə bu arqument onun təkfirçiləri müdafiə və himayə etməsinə bir dəlildir və öz əleyhinədir. Madam ki, o bu söhbətləri açır, biz bu dəfə onun təkfirçiləri müdafiə və himayə etməsini bəyan edəcəyik. Əlixan Musayev mən və Emin Hacıyevin iki il öncə rayonlardan birində ağsaqqallar tərəfindən dəvət aldığımız, aralarına girib özünü "elm tələbəsi" kimi təqdim edən şəxslə söhbət etməyimizi qəsd edir. Söhbətə kifayət qədər şahidlər də var. Söhbət zamanı həmin şəxsin təkfir mövzularında xətalarının olduğu aşkarlanmışdı. Qeyd edim ki, bu mövzunun açılmasını Əlixan Musayevin özü istədi, amma mövzunun açılması, Əlixan Musayevin həmin şəxsləri təzkiyə etməsi, müdafiə etməsi onun öz əleyhinə dəlildir ki, bu adam doğrudan da Azərbaycanda təkfirçilərin lideridir, onları himayə edir və müdafiə edir, harda özünü məzlum göstərən, Azərbaycan xalqını kafir hesab edən varsa, gedib onun başına bir tumar çəkir. Sonra isə utanmadan dövlətimizi aldatmağa çalışır ki, guya o pis işlərlə məşğul deyil.

Əlixan Musayevdən illər öncə 30 tələbə çəkindirib. Lakin görünür, tarix unudulduğundan dolayı o öz təxribatlarına yenidən başlayıb. Bir daha deyim ki, bu yazının səbəbkarı da birbaşa Əlixan Musayevin özüdür! Onun öz yaxın adamları vasitəsilə haqqımda yaydığı iki təxribat yazısı və üçüncü aşkar yazısından sonra mən onun adını çəkməyə vadar oldum. Bəlkə bunda da bir xeyir var. Biz fitnə olsun istəmirdik, lakin belə bir təxribatçını insanların tanıması üçün özü səbəbkar oldu. Allahdan istəyirəm ki, bu yazımı ixlaslı etsin, Əlixan Musayevə isə cəsarət və təmkin versin ki, doktorantura tələbəsi Fərman İsayevin iradlarını kişi kimi axıra kimi dinləyib, səbir edib ya elmi cavab versin, ya tövbə etsin, ya da heç olmasa mövzudan yayınıb tələbələri DTX-ya şikayət etməsin. Unutmasın ki, DTX onu yaxşı tanıyır. Bir də bilsin ki, həll yolu elmi cavabdır, DTX deyil. Biz də bilirik ki, DTX onu yaxşı tanıyır, sadəcə əminamanlıq xatirinə ona toxunmur. Arifə bir işarə yetər. Bunu bilə-bilə tələbələri DTX-ya şikayət edən Əlixan Musayevə bu yaşında etdiyi bu hərəkətləri yaraşdırmadım. Hər kəs öz yerini, həddini bilməlidir. Əlixan Musayev sevinməli idi ki, onun ölkəsindən doktorantura tələbələri var. Ancaq o çox pis bir yol tutdu.
O qorxur ki, Rəşad ona cavab verəndə "uşaq", "tərbiyəsiz" deyib susdurmağa çalışanda ona inanan, ondan elmi cavab gözləməyən şəxslər, bu dəfə onun pislədiyi şəxslərin özündən daha savadlı olduğunu görüb ona inanmayacaqlar. Ona görə axırıncı yola əl atır. Allah onu islah etsin!

Yazdı: Sahib Əsədov
Əlixan Musayev yenə öz fitnəli məqalələrini paylaşır. Bir saat öncə yenə haqqımda paylaşım edib, yəni özü istəyir ki bunları yazım. İlk öncə yazısında işarə edir ki, guya o mənə nəsihət edib, əslində isə bir-neçə gün öncə insafla yazdığım yazıda adını çəkmək istəmədiyim şəxs odur. Gizli şəkildə votsap qrupları və bəzi müsəlmanlara anonim şəkildə əleyhimə yazıları, aşağılayıcı ifadələr və təxribat xarakterli yazıları birinci paylaşan da o olub. İndi bunu "nəsihət" adlandırır. Özü də anonim, sıravi bir şəxs adından yazdığı yazını. Nə deyim. Utanmırsansa istədiyini elə. O, "Dini qurumlarla iş üzrə dövlət komitəsi"nin adını tez-tez çəkir. Son bir ildə siyasi yolunu dəyişdiyini göstərməyə çalışır. Amma nədənsə gətirdiyi arqument bir daha göstərir ki, o təkfirçiləri himayə edir və müdafiə edir. Ona belə bir təklif edirəm. Əgər özündən çox arxayındırsa, qorxmursa, haqqında danışdığı söhbətdə, etdiyi iddiada möhkəmdirsə, yay tətilində biz vətənə gələndə o müdafiə etdiyi təkfirçiləri götürsün gedək DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN qərargahına, orda müzakirə edək görək Əlixan düz deyir, ya Sahib Əsədov və Emin Hacıyev? Məsələni kökündən həll edək. Mən hazıram. Yoxsa Boş-boş məqalələr yazıb camaatın ürəyini bulandırma, ey Əlixan Musayev! Biz neçə illərdir etdiyin fitnələri yaxşı bilirik. Zəhmət olmasa insanların fikrini yayındırma, Fərman İsayevə atdığın böhtanlara da o cavab verdi. İndi onun sənin haqqında hazırladığı silsilə elmi rəddiyyələrə cavab ver. Mövzudan yayınırsan. Saçın ağarsa da, uşaq kimi narahatsan. Elminin sənə faydası varsa, bu yaramaz işlərdən əl çək! Fərman İsayevin sənin haqqında hazırladığı silsiləvi rəddiyyələri izlə və cavab ver. Elmi akademik metoddan kənara çıxma! Təxribatlara əl atma! Fərman İsayevə ya cavab ver, ya tövbə et, ya da bu işlərin başını burax! Yaxşı zənn edirəm ki, Fərman İsayevin danışdığı mövzulardan cahilsən, ona görə qarışdırırsan, cavab verə bilmirsən. Bunu yazmazdım, amma bir saat öncə yenə fitnəli paylaşım etmisən. Məni kiminləsə səhv salırsan deyəsən! Şükür Allaha, sənin təxribatların qarşısında aciz qalası deyiləm, sənə yerini göstərməyə də qadirəm Allahın iznilə. Sən yazdıqca mən də yazacam, səni daha çox ifşa edəcəm. Çünki sən batili dəstəkləyirsən, batil isə köpük kimidir, uçub gedir! Ona görə papağını qabağına qoy və yaxşı fikirləş.

Yazdı: Sahib Əsədov
https://www.facebook.com/share/p/1Gem2WbL4v/

YENİ MƏQALƏ: Hədis alimləri siyasi təsirlərə düşüb özlərindən hədis yazıblarmı? (Sahib Əsədov). 1-ci hissə.
Bu gün Əhli Sünnənin böyük alimlərindən olan, Ərəbistanın müftüsü, "Böyük Alimlər Heyəti"nin rəhbəri, şeyx Əbdüləziz Ali Şeyx 81 yaşında ikən vəfat edib. İnnə lilləhi va innə ileyhi raciun! Uca Allah ona rəhmət etsin və günahlarını bağışlasın!
2025/10/16 22:43:15
Back to Top
HTML Embed Code: