Telegram Web Link
Əsla çata bilməyəcəksək, davam etmənin nə mənası var?
Çatmaq işin bəhanəsi, yolda olmaqdır əsas..
Allahdan nur almış insan.pdf
1.8 MB
Hər kəsə tövsiyə edəcəyim kitab, mütləq oxuyun.
Mənzərə nə qədər gözəl olursa olsun, sənə əziyyət verən pəncərəni bağla..
Həmd-səna o Allaha məxsusdur ki, başqasını deyil, yalnız Onu çağırıram və əgər başqasını çağırsam, duam qəbul olunmaz. Həmd-səna o Allaha məxsusdur ki, başqasına deyil, yalnız Ona ümid edirəm və əgər başqasına ümid bəsləsəydim, məni naümid edərdi! Həmd-səna o Allaha məxsusdur ki, məni xar və zəlil etmək üçün insanlara deyil, Özünə həvalə etmədi və mənə qayğı göstərdi. Həmd-səna o Allaha məxsusdur ki, məndən ehtiyacsız olduğu halda, mənə məhəbbət göstərdi. Həmd-səna o Allaha məxsusdur ki, heç bir günahım yoxmuş kimi, mənimlə yumşaq davrandı.

Əbu Həmzə Sumali duasından
Peyğəmbərin duası: 'İlahi, məni bir göz qırpımı öz nəfsimə tapşırma.'

Biharul-Ənvar c.16 səh.217
Hәdis kitablarında belә bir fәsil var: Duada tәlәsmәyin, ondan ümidi üzmәyin vә tez qәbul olunmasını istәmәyin mәkruhluğu. Yәni duada tәlәsmәyin. Əgәr bir şey istәdinizsә vә o sizin istәdiyiniz zaman tәmin olunmadısa, demәyin ki, Allah-Taala mәnim duamı qәbul etmәdi. Xeyr, hәr şeyin öz zamanı var. Hәdisdә göstәrilir ki, Allah-Taala Bәni-İsraili xilas etmәsini söz verdikdәn sonra onlar qırx il dua etdilәr vә nәhayәt baş verdi. Böyük iş dә görüldü. Fironun qәrq olması vә Musanın ona qәlәbә çalması üçün qırx il çalışmaq çox deyil. Tәlәsmәyin, Allahı diqqәtlә çağırın vә nә istәyirsinizsә, Ondan dilәyin. Bәzi dualarda buna işarә vurulub. Bir duada deyilir ki, böyük arzular hәr qapıdan, hәr şәxsin tәrәfindәn rәdd edilir, lakin Sәnin yanında belә deyil. Sәnin yanında böyük arzular da tәmin edilir.

Seyid Əli Hüseyni Xamenei
'Dua' kitabından
Əgər günahlarımı bağışlayıb güzəştə getməsən, kimə pənah aparar, qəbirdə mərhəmətindən məhrum olsam, kimə sığınar, kədərimi dağıtmasan, kimə üz tutaram?! Ey mənim ixtiyar sahibim, Səndən başqa, kimim var, əgər mənə rəhm etməsən, kim mənə rəhm edər? Əgər ehtiyaclı olduğum gündə Sənin fəzlindən məhrum olsam, kimin fəzl və mərhəmətinə ümid edərəm? Əcəlim yetişdikdə, günahlarımdan kimə pənah apararam?

Əbu Həmzə Sumali duasından
Bir çiçək yanındakı çiçəklə rəqabət etməyi düşünməz. Sadəcə çiçək açar..
Zikr, yəni həqiqəti yada salmaq.
Duanın mәnası budur ki, siz Allahla danışasınız, Onu öz qarşınızda hiss edәsiniz, sizә baxdığını bilәsiniz. İnsanın adәt üzündәn bir sözü dilә gәtirmәsi, bir istәyi demәsi - “İlahi, bizi bağışla, ilahi, bizim ata-anamızı
bağışla” lakin qәbindә istәk halının olmaması dua deyil, dil vәrdişidir: “Allah-Taala diqqәtsiz qәlbin duasını qәbul etmәz.” Qafil vә diqqәtsiz bir qәlblә dua edilsә, Allah-Taala duanı qәbul etmәz.
🌹
Dua - İmam Xamenei .pdf
746.9 KB
“Qafillәr arasında zikr edәn insan qaçanlar arasında vuruşan kimidir."

Vəsail əş-Şiə c.7 səh.165 hədis Həzrət Peyğəmbərdəndir.
İlahi, sonsuz nemətlərin müqabilində istədiyim çox azdır. O az'a elə möhtacam! Halbuki Sənin ona heç zaman ehtiyacın olmayıb..
2025/07/01 18:25:26
Back to Top
HTML Embed Code: