İmam Əli (əleyhissəlam) buyurub:


"Sənə yaxşılıq olunduqda onu yada sal, sən kiməsə yaxşılıq etdikdə isə yaddan çıxart!"


📗"Ğurərul-Hikəm",hədis 2282

www.tg-me.com/Nurulenvar
Allah Rəsulu (sallallahu əleyhi və alih) buyurub:


"Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin (ki, həmin gözəl tərbiyə nəticəsində) bağışlanasınız".


📗"Biharul-Ənvar", c.104, səh.95, hədis 44

www.tg-me.com/Nurulenvar
"Əlbəttə, içərinizdəki mücahidləri və səbr edənləri ayırd edib bilmək üçün
sizi sınayacaq və sizin xəbərlərinizi (sizin barənizdəki xəbərləri) yoxlayaraq araşdıracağıq". ("Muhəmməd" surəsi, ayə 31)



İmam Sadiq (əleyhissəlam) buyurub:

"İnsanların ən çox bəla çətinliyinə düçar olanı peyğəmbərlərdir. Peyğəmbərlərdən sonra onların canişin və davamçıları və daha sonra sıra ilə kim daha yaxındırsa daha çox!"


📗"əl-Kafi",c.2, səh.252, hədis 1

www.tg-me.com/Nurulenvar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Əhd" duasını oxuyaraq İmam Məhdi Sahibəz-zəman (ə.f) ilə bağlanan əhdi, beyəti təzələmək.


Duada oxuyuruq:


اللَّهُمَّ إِنِّي أُجَدِّدُ لَهُ فِي صَبِيحَةِ يَوْمِي هَذَا وَ مَا عِشْتُ مِنْ أَيَّامِي عَهْدا وَ عَقْدا وَ بَيْعَةً لَهُ فِي عُنُقِي لا أَحُولُ عَنْهَا

Əllahummə inni ucəddidu ləhuu fii sabiihəti yəumii həzəə və məə iştu min əyyəə mii əhdən və əqdən və bəy'ətən ləhuu fii unuqii ləə əhuulu ənhəə


Tərcüməsi:

"İlahi, bu günün sübhündə, yaşadığım
günlərdə onunla bağladığım əhdi, boynumda olan beyətini təzələyirəm və heç vaxt o beyətdən əl çəkmərəm
".


"Əhd" duasından bir hissə.


#Əhdduası #İmamMəhdi
Əbu Carud İmam Baqirdən (əleyhissəlam) nəql edir ki,bir gün mənə buyurdu:


"Ey Əba Carud! Əgər zaman elə oldu ki,camaat deyər Ali-Məhəmmədin Qaimi (ə.f) dünyadan köçmüşdür, ya şəhadətə çatmışdır, ya aqibəti bəlli deyil və bir başqası desə ki, hardan belə xəbər olacaq...
Həmin camaatın belə şəkkliyində və tərəddüdə,heyrətdə olmasında sən zühura ümidvar ol və Həzrətin (ə.f) zühur xəbərini eşidən zaman hər mümkün halda, hətta qar üzərində sürüşməklə olsa belə Ona (ə.f) tərəf tələs
".


📗"Kəmalud-din", c.1,səh. 324
#İmamMəhdi
4 May/ 25 Şəvval

⚫️Cəfəri məzhəbimizin başçısı, altıncı İmamımız- İmam Cəfər Sadiqin (əleyhissəlam) şəhid olduğu gündür.

#İmamSadiq #Şəhadət
İmam Sadiqin (əleyhissəlam) əxlaqı və gözəl davranışlarından


Hişam ibn Salim deyir:"Elə ki hava qaralırdı və axşamdan bir az keçirdi İmam Sadiq (ə) içərisində çörək, ət və dirhəm olan bir dağarcıq götürüb çiyninə qoyaraq Mədinənin möhtac adamlarına aparar və onları həmin adamların arasında bölərdi. Onlar o Həzrəti (ə) tanımırdılar. İmam Sadiq (ə) vəfat edəndən sonra həmin köməklər kəsildi və Mədinənin yoxsulları başa düşdülər ki, həmin şəxs imam Sadiq (ə) olub".


📗"Əl-Kafi, c.4, səh.8, hədis 1
www.tg-me.com/Nurulenvar
Forwarded from Almuntazar
Forwarded from Almuntazar
بَعْضُ أَصْحَابِنَا عَنِ اِبْنِ جُمْهُورٍ عَنْ أَبِيهِ عَنْ سُلَيْمَانَ بْنِ سَمَاعَةَ عَنْ عَبْدِ اَللَّهِ بْنِ اَلْقَاسِمِ عَنِ اَلْمُفَضَّلِ بْنِ عُمَرَ قَالَ: وَجَّهَ أَبُو جَعْفَرٍ اَلْمَنْصُورُ إِلَى اَلْحَسَنِ بْنِ زَيْدٍ وَ هُوَ وَالِيهِ عَلَى اَلْحَرَمَيْنِ أَنْ أَحْرِقْ عَلَى جَعْفَرِ بْنِ مُحَمَّدٍ دَارَهُ فَأَلْقَى اَلنَّارَ فِي دَارِ أَبِي عَبْدِ اَللَّهِ فَأَخَذَتِ اَلنَّارُ فِي اَلْبَابِ وَ اَلدِّهْلِيزِ فَخَرَجَ أَبُو عَبْدِ اَللَّهِ عَلَيْهِ اَلسَّلاَمُ يَتَخَطَّى اَلنَّارَ وَ يَمْشِي فِيهَا وَ يَقُولُ أَنَا اِبْنُ أَعْرَاقِ اَلثَّرَى أَنَا اِبْنُ إِبْرَاهِيمَ خَلِيلِ اَللَّهِ عَلَيْهِ اَلسَّلاَمُ .

---------------------------------------------


Abbasi xəlifəsi Mənsur Dəvaniqi (l.ə.) Hərəmeyn (Məkkə və Mədinə) üzərindəki valisi Həsən ibn Zeydi (l.ə.) imam Cəfər Sadiq ibn Muhəmmədin (ə) evini yandırması üçün göndərdi. O da İmamın (ə) evinə od vurdu. Evin qapısı və dəhlizi alışdı. İmam Sadiq (ə) odu atlayaraq çıxdı. O dəhlizdə gəzərək belə deyirdi:

“Mən, Ə'raqus-səranın (nəsli yerin dibinə kök atmış həzrət İsmailin (ə)) oğluyam! Mən Xəlilullah İbrahimin (ə) oğluyam!”*

*Mənim nəslimi kəsə bilməzsiniz! Od məni yandırmaz!


📖 Şeyx Kuleyni, "əl-Kafi", c. 1, səh. 473, bab: 119, h. 2

---------------------------------------------


#imam #məhdi #zuhur  #peyğəmbər #almuntazar #imammahdi #mahdi
İmam Hüseyn (əleyhissəlam) buyurub:


"Camaat! Allah-taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın".

-Bir nəfər dedi: "Ey Allahın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nədir?"

-Buyurdu: "(Allahı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını (ə) tanımasıdır".


📗"Biharul-Ənvar", c.23, səh.83, hədis 22

www.tg-me.com/Nurulenvar
"..Camaat deyir ki, nə üçün Əli və onun Əhli-beytinin (əleyhimus-səlam) adı Allah kitabında çəkilməmişdir?.."


⬇️ İmam Sadiq (əleyhissəlam) cavab verir


Əbu Bəsir nəql edir ki, Əbu Abdullahdan (İmam Sadiqdən (əleyhissəlam)): "Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!..." ayəsi (Nisa, 59) haqqında soruşdum. Buyurdu ki: "Bu ayə Əli bin Əbu Talib, Həsən və Hüseyn (əleyhimus-səlam) haqqında nazil olmuşdur."

-Dedim ki: "Camaat deyir ki, nə üçün Əli və onun Əhli-beytinin (ə) adı Allah kitabında çəkilməmişdir?"

-İmam (ə) buyurdu ki: "Bunu soruşanlara deyin ki: "Namaz ayəsi Peyğəmbərə (s) nazil oldu. Amma, namazın rəkətlərinin sayı bu ayədə nazil olunmamışdı. Bunu Allahın elçisi (s) camaata izah etdi.

Zəkat ayəsi nazil oldu. Amma, qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (s) camaata izah etdi.

Həccə getmək əmr olundu. Amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (s) açıqladı..."


📗"Üsuli-kafi", 1/286-87, hədis 1.

#Quran #ayə #ƏhliBeyt
#Rəcət

İmam Sadiq (əleyhissəlam) buyurub:

"Qiyamət günündən öncə camaatdan hesab soran şəxs Hüseyn ibn Əli (əleyhissəlam) olacaq. Qiyamət günü isə (hesab sorulan şəxs) Cənnətə və Cəhənnəmə göndəriləcək".


📗"Muxtəsər bəsairud-dərəcat", səh.49, hədis 38


#İmamMəhdi #Rəcət
www.tg-me.com/Nurulenvar
İmam Rza (əleyhissəlam) buyurub:

"Mömində üç xasiyyət olmayınca o mömin deyil: bir xüsusiyyət Allahından, bir xüsusiyyət Peyğəmbərindən (s) və bir xüsusiyyət Allahın vəlisindən (İmamından) (ə). Rəbbinin xüsusiyyəti sirri örtülü saxlamaq, Peyğəmbərinin (s) xüsusiyyəti xalqla mülayimlik və Allahın vəlisinin (ə) xüsusiyyəti çətinlik və sıxıntılarda səbrli olmaqdır".


📗Şeyx Hərrani, "Tuhəful-Uqul", səh.442

www.tg-me.com/Nurulenvar
Həzrəti Xanım Məsumə (səlamullahi əleyha) haqqında qısa məlumat

Mübarək adı: Fatimə

Ləqəbləri: Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra

Atası: Yeddinci İmamımız, Musa ibn Cəfər (ə)

Anası: Xanım Ummu Vələd (İmam Rzanın (ə) anası)

Doğulduğu il: 173-cü hicri-qəməri ili

Doğulduğu ay: Zilqədə ayının biri

Doğulduğu yer: Mədinə şəhəri

Vəfat etdiyi il: 201-ci hicri-qəməri ili, iyirmi səkkiz yaşında

Vəfat etdiyi ay: Rəbiüs-sani ayının 10-u və ya 12-si.

Vəfat etdiyi yer: Qum şəhəri.


İmam Sadiq (əleyhissəlam) buyurub:

“Həqiqətən, Allahın hərəmi var və o Məkkədir. Agah olun, Peyğəmbərin hərəmi var və o Mədinədir. Əmirəlmömininin hərəmi var, o Kufədir. Qum kiçik Kufədir. Həqiqətən, Behiştin 8 qapısı var ki, üçü Quma açılır. Orada övladlarımdan Musanın qızı Fatimə adlı bir xanım dəfn olunacaq və şiələrim onun şəfaəti ilə Behiştə daxil olacaqlar.”


📗"Bihаrul-әnvаr",cild 57, səh 228.
İmam Sadiq (əleyhissəlam) buyurub:


"Səbr bəndələrin daxilindəki ziya və nuru, dözümsüzlük isə vəhşət və zülməti üzə çıxarar. Səbr elə bir xüsusiyyətdir ki, hamı səbrli olduğunu iddia etsə də, yalnız Allah-taalanın seçilmiş bəndələri bəlalara dözürlər. Dözümsüzlük isə elə bir xüsusiyyətdir ki, hamı ondan uzaq olduğunu iddia edir, lakin münafiq bəndələrin xislətlərindən biri də elə budur".


📗Şeyx Əhməd Nəraqi, "Meracus-səadə", səh.460

www.tg-me.com/Nurulenvar
Həzrəti Xanım Zəhra (səlamullahi əleyha) buyurub:


"İmamın (ə) misalı Kəbənin misalı kimidir. Ona üz tuturlar, o kiməsə üz tutmur
".


📗"Biharul-Ənvar",c. 36 səh.357

www.tg-me.com/Nurulenvar
Allah Rəsulu (sallallahu əleyhi və alih) buyurub:


"Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir".


📗Şeyx Tusi, "Əmali", səh.140 , hədis 227

www.tg-me.com/Nurulenvar
وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا

"Allaha təvəkkül et! Allahın qoruyan olması (sənə) yetər".

"Əhzab" surəsi, ayə
3

#Quran #ayə
Quranda Məhdəviyyət


📍Qurani-Kərimin İkinci cüzündəki bəzi Məhdəviyyət ayələri:


1) Bəqərə surəsi, ayə 148- İmam Məhdinin (ə.f) xas yardımçıları
.

2) Bəqərə surəsi, ayə 155-157 - Zühurdan qabaq axır zamanda imtahanlar və çətinliklər
.

3)Bəqərə surəsi, ayə 210 - Zühurda qeybi yardımlar
.

4) Bəqərə surəsi, ayə 249 - İmam Məhdinin (ə.f) köməkçilərinin ələnməsi
.

#Quran #ayə #İmamMəhdi #QurandaMəhdəviyyət
2024/05/15 06:03:48
Back to Top
HTML Embed Code: