Telegram Web Link
Qurtuluş yalnız Sənin lütfünlə mümkün olduğu halda, onu harada axtarım?!
Ey mənim ixtiyar sahibim, Səndən başqa kimim var, əgər mənə rəhm etməsən, kim mənə rəhm edər?
Səndən istəyən, xilqətin Sənə məxsus olduğuna, işlərin Sənə doğru qayıtmasına etiqadlı olan bir kəsə nemət verməməyin mümkündür mü?
Əgər məni əfv etsən, onda, bağışlamağa Səndən daha layiqli, əgər əzab versən, hökmdə Səndən daha ədalətli kimdir?
İlahi, Sənin zindanının tavanı bu qədər gözəldirsə, kim bilir Sənin bağçanın tavanı necə gözəldir..
Forwarded from Hacı Elbrus Kərimov
Varlığımız Onun məhəbbətinin təzahürüdür. Yaratmaqda məqsədi insanları cənnət və cəhənnəmə bölmək deyil, eşqdir. Eşqin yolu imtahandan keçir. Bəladan məqsədi bizim alışıb-yanmağımızdır. Bəlalar insanı tənhalığa sürükləyir ki, aşiq ola bilsin. Tənhalıq; yəni hər şeyi unudub Onunla tək qalmaqdır. Onu seyr etməkdir... Quran necə də dəqiq buyurur: "Çətinliklə birgə asanlıq var". Yəni hər çətinliyin daxilində Onun izi var. Tənha qal, çətinliyin əsl Səbəbini axtar, Onu düşün. Nəticədə sənə həyatda asanlıq bəxş ediləcək. Çünki hər hadisədə Onu seyr etsən aram olacaqsan...Belə.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağlamaq üçün gözdən yaş mı axmalı?
Dodaqlar gülərkən, insan ağlaya bilməz mi?
Sevmək üçün gözələ mi baxmalı?
Çirkin bir vücudda gözəl bir ruh, qəlbi bağlaya bilməz mi?
Həsrət; özlənəndən uzaqda qalmaqmıdır?
Darıxdığın yanındaykən hicran duyulmaz mı?
Oğurluq; pulu, mal-mülk oğurlamaqmıdır?
Səadət oğurlamaq oğurluq ola bilməz mi?
Solması üçün gülü budaqdan mı qoparmalı?
Çəhrayı bir qönçə ikən gül kökündən solmaz mı?
Öldürmək üçün silah ya da xəncər mi olmalı?
Saçlar bağ, gözlər silah, gülüş mərmi ola bilməz mi?
Allah bəzi insanları qınayaraq belə buyurur: 'İnsanlardan bəzisi deyər: Ey Rəbbimiz, bizə dünyada ver.' Fikirləri, zikirləri ancaq dünyadır, ondan başqa heç nə istəmirlər; halal da, haram da olsa, dünyada istəyirlər. Yəni himmətləri bu qədər kiçikdir. Amma Allah bizə belə dua etməyi öyrədir: 'Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də yaxşılıq ver.'
Səni bu sadələrçün sevirəm

Sevirəm, mən səni xəlvət küçələrçün sevirəm,
Kimsəsiz yer və qaranlıq gecələrçün sevirəm.

Sevirəm sadəliyindən doğan asudəliyi,
Fərqinə varmadan etdiklərin azadəliyi,
Sadəcə mən sevirəm səndə olan sadəliyi,
Nə əlaqə?

Səni bu sadəcələrçün sevirəm; Sevirəm, mən səni xəlvət gecələrçün sevirəm

Neynirəm cahü-cəlal, dəbdəbəli mövzuları,
Dağ, dəniz sözdə olur, rədd elə başdan buları,
Həsrətin ilə gözümdən tökülən sel-suları,
Damla damla yığaraq gölməçələrçün sevirəm;
Sevirəm, mən səni xəlvət gecələrçün sevirəm

Varlığın olmasa dünya mənə bir zindandır,
Sənlə hər dərdü-qəmi dəf eləmək asandır,
Xəstədir Azər, ona bir baxışın dərmandır,
Rəhm elə, mən səni bu müalicələrçün sevirəm,
Sevirəm, mən səni xəlvət gecələrçün sevirəm,
Kimsəsiz yer və qaranlıq gecələrçün sevirəm.

Axund Azər Sani.
فَلَوْلَا إِذْ جَاءَهُمْ بَأْسُنَا تَضَرَّعُوا وَلَٰكِنْ قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُوا يَعْمَلُونَ
Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.

Ənam surəsi 43
Məcnun kimi meyl etdiyimi dərdə görüblər,
Dərmanımı sən Leyliyə bənzərdə görüblər.

Sən Leyli tək olma, gəl, həyatım şirin olsun,
Keçmişdə gözəllər gözəl işlər də görüblər.

Bir çəkdi məni atəşə eşqin ki, görənlər
Zənn eylədilər kafəri məhşərdə görüblər.

Daim tutur eyvanınızı daşə uşaqlar,
Könlüm quşunu çünki məhəccərdə görüblər.

Sünbül telinə cənnəti satsam olan işdir,
Əcdadımı buğdayə satan yerdə görüblər.

Qəmlər səni fəth etmək üçün ordu yığıblar,
Ey qəlb ayıq ol, həsrəti sərkərdə görüblər.

Söz çıxsa salamatdı Kamal sənsiz, inanma,
Ruhsuz bədənimdir o, xeyir şərdə görüblər.

Kamal Hüseynzadə
Forwarded from pearly.pg (Səbuhi)
Ona görə oyun oynayırlar ki, sən də oynayasan, döyüşməyəsən.
2025/07/01 13:37:45
Back to Top
HTML Embed Code: